Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Quru havanın tərkibi. Aerozol hissəciklər

Yer səthinə yaxın atmosfer havası bir qayda olaraq rütubətlidir. Bu onu göstərir ki, onun tərkibində digər qazlarla, aerozol hissəciklərlə yanaşı, su buxarı da mövcuddur.


Yer səthinə yaxın atmosfer havası bir qayda olaraq rütubətlidir. Bu onu göstərir ki, onun tərkibində digər qazlarla, aerozol hissəciklərlə yanaşı, su buxarı da mövcuddur. Havanın tərkibinin digər hissələrdən fərqli olaraq su buxarının miqdarı əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır. Odur ki, metereologiyada adətən əvvəl quru hava – su ayrıldıqda, sonra isə rütubətli hava nəzərdən keçirilir. Su buxarı olmayan hava quru hava adlanır. Yer səthindəki havanın tərkibi 78% azot, 21% oksigen, 1% təsirsiz qazlar – arqon 0,92%; karbon 0,03% və digər qazlardan neon, helium, metan, kyfon, ksenon, yod, ozon, radon və s-dən ibarətdir. Quru havanın faizlə tərkibi yer səthində sabitdir. Lakin müasir dövrdə atmosferə əvvəllər onun tərkibində olmayan qazlar buraxılır. Üzvi yanacaqlar yandırıldıqda bu qazların miqdarı daha da artır. Atmosferə yerdə olan fabrik və zavodların borularından, vulkanlardan və s. atılan bərk hissəciklər aerozol adlanır. Eyni zamanda iri okean sularında baş verən sünami dalğalarının zirvəsinin qırılması nəticəsində atmosferə atılan külli miqdarda su damlalarının atmosferdə buxarlanması hesabına onun tərkibindəki duzlarda atmosferə daxil olur. Atmosferə daxil olan bərk hissələrə ümumilikdə aerozol qarışıqlıqlar deyilir. Havanın hər sm3-də, 108 – 109 aerozol hissələrə rast gəlmək olar. Havada olan aerozol hissəciklərin sayı yer səthindən yüksəkliyə doğru getdikcə azalır. Məs: 10-15 km hündürlükdə onların sayı cəmi onlarladır. Bundan əlavə atmosferin 4-5 kilometrliyində həmin aerozol hissəciklər buludlarla birləşərək kondensasiya nəticəsində yer səthinə enir. Atmosferin tərkibində olan bu aeorzol hissəciklər kondensasiya nüvəsi rolunu oynayır. Müəyyən olmuşdur ki, ancaq ölçüləri 5 mikrondan yuxarı olan aerozol hissəciklər kondensasiyaya uğraya bilər. Aerozol hissəciklərin ölçüləri 10-3 -10-6 santimetrdir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget