Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Cənubi Amerikanın Relyefi

Cənubi Amerikanın ən hündür zirvəsi Akankaqua dağı (6960 m), ən alçaq yeri Valdes yarmadasındadır (Salinas-cikas gölü -40 m). Relyefinə görə Cənubi Amerika 2 hissəyə bölünür; Şərq və Qərb hissəyə ayırmaq olar.. a) Şərq hissə platforma üzərindəki düzənliklərdən ibarətdir. Burada vulkan və zəlzələlər olmur. Platformanının qalxan hissəsində Braziliya və Qvineya yaylaları, platformanın çökən sahələrində Amazon, Orinoko, La-Plata ovalıqları yerləşib. b) Qərb hissəsi 2 litosfer tavasının toqquşması nəticəsində yaranıb. Okean tipli tava materik tavasının altına girmiş, nəticədə And dağları (mənası mis deməkdir) yaranıb. Bu dağlar dünyanın ən uzun dağ sistemi olub Cənubi Amerikanın qərbində meridianal istiqamətdə uzanır. Alp qırışıqlığı nəticəsində yaranan bu dağlar cavan olduğundan burada tez-tez zəlzələ və vulkanlar olur. Vulkanları Kotopaxi, San-Pedro, Ruis. Faydalı qazıntıları. And dağlarında mis, qalay, dəmir filizi, qurğuşun, nikel və sink çıxarılır. Braziliya və Qviyana yaylalarında- dəmir filizi, qızıl, manqan, nikel, almaz; Amazon, Orinoko və La-Plata ovalığında neft, qaz yataqları mövcuddur. Çilidə təbii gübrə – çili şorası (selitra) hasil edilir.
1 disqus-blogger
Açar sözlər

Yorum Gönder

Adsız

Yapaca bir şey yok

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget