Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Şimali Amerikanın Daxili suları (çayları,gölləri )

Şimali Amerika materikinin çayları 3 hövzəyə aiddir. I. Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır.

Şimali Amerika materikinin çayları 3 hövzəyə aiddir.
I. Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır. Mənbəyini Yuxarı gölün qərbindəki göl və bataqlıqlardan götürür. Yağış və qar suları ilə qidalanır. Mənsəbində iri delta yaradır. Ən uzun qolları Missuri və Ohayo çaylarıdır.
II. Sakit okeanın çayları –daha qısa, sürətli və astanalıdır. Ən iri çayları Kolorado, Kolumbiya və Yukondur. Bu çaylar üzərində iri kanyonlar və SES-lər var.

III. Şimal buzlu okeanının çayları əsasən qar suları ilə qidalanır. Ilin çox hissəsi buzla örtülüdür. Ən iri çayı Makkenzidir.
Gölləri. Kaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl;
Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantik okeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir.
Materikin daxilində göllər dayaz və duzludur. Məsələn Böyük Duzlu (və ya şor), Yuta və s.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget