UCQAR NÖQTƏLƏRİ. Şm- Ben Sekka Cənub-İynə, Ümid Şərq-Ras Həfun Qərb-Almadi YERLƏŞDİYİ YERLƏR. Ben Sekka - Tunis İynə, Ümid - CAR Ras Həfun - Somali Almadi - Seneqal YERLƏŞDİYİ İQLİM QURŞAĞI. Ben Sekka Subtropik İynə, Ümid Subtropik Ras Həfun Subekvatorial Almadi Subekvatorial YERLƏŞDİYİ TƏBİİ ZONALAR. Ben Sekka, Codyarpaq meşə İynə, Ümid, Codyarpaq meşə Ras Həfun, Savanna və seyrək meşə Almadi , Savanna və seyrək meşə
Materik - ŞİMALİ AMERİKA
UCQAR NÖQTƏLƏRİ. Şm-Mercison Cənub-Maryato Şərq- Sent-Carlz Qərb- Uels Şahzadəsi YERLƏŞDİYİ YERLƏR. Mercison Kanada Maryato Panama Sent-Carlz Kanada Uels Şahzadəsi ABŞ
YERLƏŞDİYİ YERLƏR. Qalinas Kolumbiya Frauerd Çili Kabu-Branku Braziliya Parinyas Peru YERLƏŞDİYİ İQLİM QURŞAĞI. Qalinas Subekvatorial Frauerd Mülayim Kabu-Branku Tropik Parinyas Tropik YERLƏŞDİYİ TƏBİİ ZONALAR. Qalinas Savanna və seyrək meşə Frauerd Qarışıq meşə (yüksək dağlıq qurş) Kabu-Branku Dəyişkən rütubətli meşə (musson) Parinyas Yüksək dağlıq qurşaq
Materik - AVSTRALİYA
UCQAR NÖQTƏLƏRİ. Şm- York Cənub- Cənub-Şərq Şərq- Bayron Qərb- Stip Poynt YERLƏŞDİYİ YERLƏR. York Avstraliya Cənub-Şərq Avstraliya Bayron Avstraliya Stip Poynt Avstraliya YERLƏŞDİYİ İQLİM QURŞAĞI. York Subekvatorial Cənub-Şərq Subtropik Bayron Subtropik Stip Poynt Tropik YERLƏŞDİYİ TƏBİİ ZONALAR. York Dəyişkən rütubətli meşə (musson) Cənub-Şərq Codyarpaq meşə Bayron Dəyişkən rütubətli meşə Stip Poynt Tropik səhra
Əziz müəllimlər, sizlərə saytımız adından ,Materik və Okeanların Fiziki Coğrafiyası,-na aid orta məktəbdə istifadə olunan ATLASI təqdim edirik.Ümüd edirəm hazırladığım bu materiallar sizlərin ürəyincə olacaq...
Böyük göllər müqəddəs Lavrenti çayı hövzəsindədir. Sahəsi 245,2 km²-dır. Tektonik-buzlaq mənşəlidir. Sahilləri (Yuxarı Göl və Huronun şm. sahillərindən başqa) az parçalanmış və yastıdır. Çoxlu adalar var. Böyük göllər təqribən eyni yüksəklikdədir. Eri və Ontario göllərini birləşdirə Niaqara çayı üzərində Niaqara şəlaləsi yerləşir. Böyük gölləri Atlantik okeanla Müqəddəs Lavrenti çayı birləşdirir. Gölləri birləşdirən çaylar üzərində SES-lər tikilib. Balıq ovlanır. Dulut, Miluoki, Çikaqo, Detroyt, Buffalo, Tolido, Klivlend, Toronto, Port-Artur,Fort-Uilyam və s. Yuxarı göl Yuxarı göl (ing. Lake Superior) — Şimali Amerikada yerləşir. Böyük göllər sistemində ən böyük və ən dərin göldür. Sahəsinə görə dünyanın ən böyük şirinsulu gölüdür. Göl şimaldan Kanadanın sərhədində Ontario əyaləti, qərbdən və cənubdan isə ABŞ-ın Minnesota, Viskonsin və Miçiqan ştatları ilə əhatə olunub. Huron gölü Huron (ing. Lake Huron) — Şimali Amerikanın ABŞ və Kanadaya aid ərazilərində yerləşən Böyük göllər sisteminə daxil olan göllərdən biridir. Miçiqan gölündən şərqdə yerləşib onunla Makinak böğazı ilə birləşib. Miçiqan və Huron göllərinin coğrafi olaraq ayrıca göllər qəbul edilməsinə baxmayaraq, hidroqraflar bu göllərin Makinak boğazı ilə birləşərək vahid sistem əmələ gətirdiyi qənaətindədirlər. Eri gölü Eri gölü Kanada və ABŞ arasında yerləşir . Böyük Göllər qrupunun dördüncü böyük gölüdür.Sahəsi 25,700 km ² -dir. Dünyada isə 11-ci böyük gölüdür.
Missisipi (Ojibve hindu qəbiləsinin dilində misi-ziibi ("Nəhəng çay" və ya "Böyük çay") - ABŞ-da yerləşir və dünyanın ən böyük çaylarından biri hesab olunur.Çayın uzunluğu 3 734 km-dir. Mənbəyini İtaska gölündən götürür və Meksika körfəzinə tökülür. Missisipi, Missuri və Ceferson çayları tərəfindən əmələ gətirilən Missuri-Missisipi çay sistemi Şimali Amerikada ən böyük və uzunluğuna görə (6 300 km) dünyada dördüncü çay sistemidir. Su sərfinə görə (16 200 m³/san) dünyada onuncu yeri tutur.
Coğrafiyası
Missisipi yazda, yağışların bol olduğu bir vaxtda daşır. Bu zaman onun sularının yuduğu ərazinin böyüklüyünə görə aborigenlər tərəfindən "Suların atası" adlandırılır. Çayın 250 qolundan 45-ni nəqliyyat yolu kimi istifadə edirlər. Dünyanın ən uzun çay körpüsü "Old Chain of Rocks" da məhz bu çayın üzərində yerləşir. Çay üzərində ilk körpü Minneapolis 1855-ci ildə inşa edilib. Sonradan onun üzərindən bir çox keçidlər salınıb. Yaz aylarında Missipinin mənzərəsi daha da heyranedici olur.Körpülər isə əsl romantik məkanlar hesab edilir.
Çay öz mənbəyini Missuri ştatından, Sent-Luis şəhəri yaxınlığında yerləşən İtaska gölündən götürür.
Çayın ən enli yeri Unnibiqoşiş gölünün yaxınlığındadır. Çayın qolları da bir çox kiçik göllərin qida mənbəyidir. Bu göllərə Onalaska, Pepin və başqalarını göstərmək olar.
Tarixi
Çay ilk dəfə 1541-ci ildə ispan səyyah Ernando de Soto tərəfindən coğrafi kəşf kimi dəyərləndirilib. Missisipi boyunca üzən ilk avropalı isə Rober de la Saldır. O, ömrünün iki ilini, 1681-1682-ci illəri çayın tədqiqinə həsr etmişdir.
Çayın deltasının cizgilərinə ilk dəfə Ptolomeyin xəritəsində rast gəlinir.
XVII əsrdən etibarən çay fransız səyyahlarının əsas nəqliyyat yolu olub.1682-ci ildə Fransa kralı 14-cü Luinin şərəfinə Luiziana adlandırılıb.
1763-cü ildə bağlanan Paris müqaviləsinə görə onun cənubu Böyük Britaniyanın, şimalı isə İspaniyanın nəzarətinə keçib. 1800-cü ildə Fransa hökuməti çayın ABŞ idarəçiliyinə keçməsinə razılıq verib. Qarşı tərəf buna əsas kimi Missisipinin onun inzibati ərazi tərkibində olmasını göstərib. Beləcə, 1812-ci ildən çay öz doğma adıyla adlandırılıb və rəsmi olaraq ABŞ-ın xəritəsinə salınıb. Mark Tvenin "Missisipidə" adlı əsərində onun o dövr üçün sənaye əhəmiyyətindən xəbər verilir. (az.wikipedia.org)
Niaqara şəlaləsi ingilis dilində Niagara falls adlanır. Niaqara çayı üzərində üç şəlalə yerləşir və Amerika ştatı olan Nyu – Yorku Kanada əyaləti olan Ontariodan ayırır. Niaqara şəlaləsi "Nal" adlanır, ingilis dilində isə "Horseshoe Falls" kimi tərcüm edilir. Bəzi hallarda isə Kanada şəlaləsi adlanır (Canadian Falls). Amerikan şəlaləsi (American Falls) və "Duvaq" şəlaləsi (Bridal Veil Falls) kimi də qeyd edirlər. Lakin suyun töküldüyü hissə hündürdür, ancaq böyük deyil. Şəlalələr isə çox genişdir və Niaqara şəlaləsinin suyu buradan asanlıqla keçir. Həmçinin şəlalə Şimali Amerikada ən güclü hesab olunur. Şəlalənin hündürlüyü 53 metr təşkil edir. Amerikan şəlaləsinin su tökülən hissəsini daş qalaqları əhatə etdiyinə görə hündürdür, lakin onun yüksəkliyi 21 metrdir. Amerikan şəlaləsinin enliliyi 323 metrdir, "Nal" şəlaləsinin enliliyi isə 792 metr hesablanmışdır. Tökülən suyun ümumi həcmi isə 5720 м³/san sayılır. Buranın gözəlliyi dünyanın bütün yerlərindən çoxsaylı turistlərin axın etməsinə səbəb olur və şəhərin çiçəklənməsində mühüm yer tutur. Niaqara şəlaləsinin sahilində Nyu – York ştatı, ABŞ və Niaqara – Fols yerləşir. Həmçinin Kanadanın əyaləti sayılan Ontario da bura daxildir. Şəlalənin ən gözəl xarici görkəmə malik olan ərazisi isə Kanadanın sahillərinə düşür. Niaqaranın bir neçə yüz metrlik aşağı templə axan ərazisində şəlalənin üzərindən "Göy qurşağı körpüsü" salınmışdır. Bu körpü iki dövlət arasında asan avtomobil nəqliyyatı və piyada keçidi üçün nəzərdə tutulmuşdur.
Şəlalənin altında su elektrik stansiyası tikilmişdir və hazırda bura 4,4 GVatt gücündə elektrik enerjisi hasil edir. Şəlalənin kökü Visko buzlaqlarında yerləşir və bura 6000 il bundan əvvəl qurtarmışdır. Amerikanın şimalı Böyük göllərdir və Niaqara çayıdır. Bunlar son illərdə baş verən buzlaşmanın əriməsi və böyük buzların şərqi Kanada ərazisində hərəkətə gəlməsi nəticəsində yaranmışdır. Buzlaqlar buldozer kimi hərəkət edir, qarşısına çıxan daşları və torpağı dağıdırdı. Onların yerindən tərpənməsi çayın və göllərin əmələ gəlməsinə səbəb oldu. Bir çox hissələrdə isə həmin buzlaqlar yeni çay yataqlarının yaranmasına gətirib çıxartdı. İrəli sürülən fərziyyələrə görə buzlaqların altında Kanala Velland rayonu həcmində cəsədlər olmuşdur. Qədim inanclar da bu fikri dəstəkləyir. Buzlaq tam əridikdən sonra Böyük göllər ərazisindən yeni bir çay Niaqara axmağa başladı və əvvəlki yerdən axa bilmədiyinə görə özünə dəyişilmiş landşaftda yeni bir çay yatağı yaratdı. Bir müddət keçdikdən sonra Niaqara özündə Niaqara adlanan dərin xəndək yaratdı, bu şimal hissədən dağ eroziyasına bənzəyir və Eri ilə Ontario gölləri arasında mühüm yer tuturdu. Çayın bu prosesindən sonra qədim daşlar meydana gəldi və onların yaşı buzlaqlardan da böyük idi.
Niaqarada yaranan eroziyalar sonradan yenə müşahidə edilməyə başlandı və ensiz, uzanmış vəziyyətdə olan torpağın yuyulmasında mühüm rol oynadı. Aerokosmik şəkillər şəlalənin yuxarı hissəsində üç ədəd dağlıq zonanın olması, həmçinin vaxtı ilə baş verən hadisələr nəticəsində üç yüksəkliyin də divarlarının dərəyə bənzəməsini əks etdirmişdir. Bunun tərkibi çox bərk, möhkəm olan əhəngdaşı, dolomitdən ibarətdir. Onun düz qarşısında digər üç yamac yerləşir və onlar da erkən silur dövrünün nümunələri sayılır. Həmçinin çox zərif, yumşaq və yüngüldür. Tərkibi əsasən gildən olan lay – lay süxurdur, lakin burada topa – topa əhəng daşına da rast gəlmək mümkündür. Həmçinin bəzi hissələrində daşlaşma və bərkimə proseslərini də müşahidə etmək olar. Əgər bu qatlar asanlıqla ayrılırsa, deməli çay bu qatları ayıraraq şələni əmələ gətirmişdir.(Mənbə:ilkaddimlar.com)
Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən amillər: materikin cənubdan - şimala böyük məsafədə uzanması, Sakit okean sahil boyu Kordilyer dağlarının yerləşməsi, Meksika və Hudzon körfəzlərinin materikin içərilərinə çox daxil olması, meridional istiqamətdə hava kütlələrinin hərəkətinə mane olan enlik istiqamətində uzanan dağların olmaması, okean cərəyanlarının təsiri və s.. Arktik və tropik hava kütlələri arasında kəskin təzyiq və temperatur fərqlərinin olması güclü, dağıdıcı küləklərin (tornado) yaranmasına səbəb olur. Ölüm dərəsində +57°C (dünyada ikinci göstəricidir), Alyaska və Kanadanın şimal-qərbində -64°C (Qrenlandiyanın daxilində - 68°C) temperatur qeydə alınması iqlimin sərtliyini göstərir. Şimal - qərb və şərq sahil boyu, həmçinin Mərkəzi Amerikada yağıntılar çox (3000 mm-ə qədər), daxili və şimal hissələrdə az (100-300 mm) düşür. Şimali Amerikada ekvatorial iqlim qurşağından başqa, bütün iqlim qurşaqları var. Şimal sahil boyu və adalar arktik, qütb dairəsi və 60° şm.e. arasında subarktik qurşaqlar yerləşir. 40° və 60° şm.e. arasında yerləşən mülayim qurşaq qərbdə və şərqdə dəniz, mərkəzdə kontinental iqlim tiplərinə ayrılır. 28° və 40° şm.e. arasında subtropik (qərbdə Aralıq dənizi, mərkəzdə kontinental, şərqdə musson iqlim tipləri), 12° və 28° şm.e. arasında tropik, ucqar cənubda subekvatorial iqlim qurşaqları formalaşır.
Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi
Şm.Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. (əsas şərqdə). Bu düzənliklərin üzəri qədimdə buzlaşmaya məruz qalıb. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədəir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşib. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşib.
Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşib. Bu dağlar qədim olduğundan hündür deyil.
Kordilyer dağları- materikin qərbində Sakit okean sahilində yerləşib. Bu dağlar Alp dağəmələgəlmə mərhələsində yarandığından hündürdür. Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şm. Amerika tavalarının toqquşduğu ərazidə yerləşib. Bu dağlar 3 hissədən ibarətdir: 1. Şərqi və ya Qayalı dağlar, 2. Qərb və ya Sakit okean qurşağı, 3. Daxili qurşaq (Böyük hövzə yaylası). Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır.
Şm.Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6193 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır.
Şm.Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-85 m)
Vulkanları. Orisaba, Taxumulko, Reynir.
Faydalı qazıntılar. Filiz yataqları materikin şimalındakı Kanada qalxanı və Kordilyer dağlarında; yanar faydalı qazıntılar Şm.Amerika platformasının çökmə süxurlarında yayılıb. Appalaç dağları kömür və dəmir filizi ilə zəngindir.
Qaynaq;http://kayzen.az
Materikin şimalında enlik, cənub və mərkəz hissəsində isə meridianal istiqamətdə dəyişir.
Zonallığın bu çür pozulmasına səbəb relyef və Qolfstrim cərəyanının təsiridir. Materikin düzənlik hissəsində iqlim xüsusiyyətlərindən asılı olaraq aşağıdakı təbii zonalar yaranır: 1. Arktik səhralar zonası-Qrelandiya və Kanada-Arktika arxipelaqının şimal hissəsini tutur. Yay qısa, sərin, qış uzun və sərtdir. Bitkiləri mamır, şibyə, tipik heyvanı ağ ayıdır. 2. Tundra zonası- Subtropik iqlim qurşağında yerləşib. Bataqlıq tundra-qleyli torpaqlarında cırtdan tozağacı və söyüd ağacları bitir. Heyvanları müşk öküzü, karibu (şimal) maralı, ağ kəklik, şimal tülküsü və canavardır.
3. Meşə tundra zonası- iynəyarpaqlı ağaclardan ibarətdir
4. Meşə zonası – materikin 1/3 hissəsini əhatə edir.
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır.
Torpaqları podzoldur. Bitkiləri ağ və qara şam, bizon otu, heyvanları skuns, ondatra, qunduz, yenot, bizon və s.
b) Qarışıq meşələr- Böyük Göllər və Şimali Appalaç dağlarını əhatə edir. Torpaqları cimli-podzal və boz meşə tipidir.
c) Enliyarpaq meşə zonası Mərkəzi düzənliyin şərqini və Appalaç dağlarının cənubunu əhatə edir. Torpaqları qonurdur.
d) Materikin cənub-şərqində Atlantik okeanı sahilində sarı və qırmız torpaqlar üzərində rütubətli həmşəyaşıl meşələr yayılıb.
Sakit okean sahili meşələrində hündürlüyü 100 m, diametri 9 m olan həmişəyaşıl sekvoyya (mamont) ağacı bitir.
5. Meşə-çöl zonası boz meşə və qara torpaqlar üzərində formalaşıb.
6. Çöl zonası –mülayim və subtropik iqlim qurşağının şabalıdı və qara torpaqları üzərində formalaşıb. Şm.Amerikanını çöl zonası preri adlanır və əkinçilikdə geniş istifadə olunur.
7. Yarımsəhra və səhralar –Kordilyer dağlarının daxilini, Kaliforniya yarmadası və Meksika yaylasını əhatə edir. Bu zonanın boz, qonur və acıq şabalıdı torpaqları üzərində kaktus, yovşan və tikanlı şoran bitkilər bitir.
8. Savanna və həmişəyaşıl rütubətli meşələr-materikin cənubunda qırmızı-qonur və sarı torpaqlar üzərində formalaşıb.
Əhalisi - 400 mln nəfərdir. Əhali buraya 25-40 min il əvvəl şimal-şərqi Asiyadan Berinq boğazı vasitəsilə gəlib. Onlar monqoloid irqinə mənsub idi. Şm.Amerikanın yerli əhalisi olan hindu, eskimos və aleutların əcdadı da onlardır. Aleutlar Alyaska yarımadası və Aleut adalarında, eskimoslar materikin şimalında və Qrelandiyada yaşayır. Amerika kəşf olunduqdan sonra bura Avropadan ingilis, ispan, fransız və s. Afrikadan zəncilər köçmüşdür.
Siyasi xəritəsi. Şm Amerikadakı bütün ölkələrin hamısının dünya okeanına çıxışı var. ABŞ və Kanada materikin IEÖ-ləridir.Qaynaq-./kayzen.az./
Şimali Amerika materikinin çayları 3 hövzəyə aiddir. I. Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır. Mənbəyini Yuxarı gölün qərbindəki göl və bataqlıqlardan götürür. Yağış və qar suları ilə qidalanır. Mənsəbində iri delta yaradır. Ən uzun qolları Missuri və Ohayo çaylarıdır. II. Sakit okeanın çayları –daha qısa, sürətli və astanalıdır. Ən iri çayları Kolorado, Kolumbiya və Yukondur. Bu çaylar üzərində iri kanyonlar və SES-lər var. III. Şimal buzlu okeanının çayları əsasən qar suları ilə qidalanır. Ilin çox hissəsi buzla örtülüdür. Ən iri çayı Makkenzidir. Gölləri. Kaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl; Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantik okeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir. Materikin daxilində göllər dayaz və duzludur. Məsələn Böyük Duzlu (və ya şor), Yuta və s.
Kolumbun sonuncu ekspedisiyası belə Asiyaya qərb istiqamətdə dəniz yolunun açılması problemini həll edə bilməsə də, kəşf olunmuş torpaqlara avropalıların axınının başlanğıcını qoydu. Zəngin sərvətlərə malik olmaq üçün ispanlar, ingilislər və fransızlar arasında kəskin mübarizə başlandı. Ispanlar qərb istiqamətdə hər hansı bir keçid, yaxud boğazın olması fikrini əsas tutmaqla Meksika körfəzində geniş tədqiqat işləri aparmağa başladılar və qısa bir müddətdə bütün körfəzin sahil zolağını öyrənməyə müvəffəq oldular. 1500-cü ildə Xuan de-la-Kosoyun Kubanın ada olması fikrini səkkiz ildən sonra da olsa öz təsdiqini tapdı. 1513-cü ildə Ponse-deLeon tərəfindən Florida yarımadası aşkar edildi. Ispanlar körfəzdən qərbə keçidin olmadığına əmin olmaqla Florida yarımadasının şimal-şərq hissələrində tədqiqatı davam etdirməyi qərara aldılar. Onlar 1517-ci ildə Yukotan sahillərinə üzərək burada əhali ilə sıx məskunlaşmış, pambıq parçadan geyimə malik olan və qızıl əşyaları üstündə gəzdirən hindularla rastlaşırlar. Şimali Amerikada bu kəşf Kordovanın təşkil etdiyi ekspedisiyanın ən böyük kəşfi sayıla bilər. Çünki avropalıları maraqlandıran qızıl mənbələrinin müəyyən edilməsinin əsası qoyulmuşdur. Bu məlumatı alan ispanlar növbəti il Ernando Kortesin başçılığı altda daha yaxşı təşkil olunmuş, soyğunçuluq məqsədi daşıyan dəstəni ölkəni tədqiq etməyə göndərir. VeraKrus Kortes dəstəsindən bir neçə nəfər ayıraraq 5700 m hündürlüyə malik olan Ponokatenelinin qarlı zirvəsinə göndərməklə Mexiko şəhərinə daha münasib yolu seçir və 1519-cu ildə onu zəbt edir. Kortes ölkənin bütün hissələrinə ekspedisiyalar təşkil etməklə öz dövrü üçün böyük sayılan Oaxaka, Sakatula, Vera-Krus, Kolima kimi şəhərlərin əsasını qoydu. Salvador və Qvatemalonu zəbt edərək 1522-ci ildə təşkil olunmuş dəstə Sakit okean sahillərinə çatır və Sakatulu limanının əsasını qoyur. Fransisko Veskes de Koronadonun 1540-cı ildə təşkil olunmuş ekspedisiyası coğrafi baxımdan daha qiymətli sayılır. Bu ekspedisiyanın nəticələri materikin daxili hissələri haqqında insanlarda geniş təsəvvür yaratmaqla onun xəritələşdirilməsinin əsasını qoydu. Kortes və Koronadonun ekspedisiyalarından sonra bir müddət sakitlikdən sonra yenidən canlanma baş verdi. 1565-ci ildə Meksikanın şimal-şərqində yerləşən Montereyə çatmış ispanlar, 1583-cü ildə həmin məntəqənin cənubunda Leon şəhərinin əsasını qoydular. 1590-cı ildə isə Montereyin şimalında yerləşən Monklovada məskunlaşmağa başladılar. Kinonun başçılığı altında ispanlar 1698-ci ildə Kaliforniya körfəzinə çıxdılar və 1701-1702-ci illərdə Kanionlu Kolorado çayını tədqiq etməyə başladılar. Beləliklə, ispanların təşkil etdikləri ekspedisiyalar Meksika və ondan cənubda yerləşən əraziləri tədqiq etməklə tədricən təsir dairəsinə saldılar. Ingilislər apardıqları tədqiqatların nəticələrinə görə həmin dövr üçün fransız və ispanlardan geri qalırdılar. Onlar 1650-ci ilə qədər Şimali Amerikada böyük əhəmiyyətə malik heç bir kəşf etməmişlər. Müəyyən əhəmiyyətə malik olan tədqiqatın başlanğıcı ingilislər üçün Boston şəhərinin sahildə yerləşdiyi Massaçusets körfəzinə daxil olmaları sayılır. Tədricən Floridadan sahildə yerləşən Bransuikə qədər ingilis müstəmləkəsinə çevrildi. Materikin daxili hissələrini tədqiq etmək üçün daha bir neçə ekspedisiyalar təşkil edildi. 1640-cı ildə ingilislər Delaver körfəzindən başlayaraq Konneberq çayını keçməklə Kanadaya çatdılar. Ingilislərin həmin dövrdə əsas məqsədi sahil zonasında məskunlaşmaqdan ibarət olduğundan Atlantik okeanının sahillərinin tədqiqinə daha çox üstünlük verilirdi. Ona görə də yerli əhali tədricən materikin qərbinə doğru sıxışdırıldı. XVIII əsrin sonunda ingilislərin Missisipi çayı sahillərinə çıxmasına baxmayaraq, yenə də tədqiqat işlərində ardıcıllığa fikir verilmirdi. Ona görə də məlumatların əsas hissəsi yerli əhali, tacirlərin sözlərinə əsaslanırdı. Qərbə doğru ilk rəsmi ekspedisiya Konrado Vayzerin rəhbərliyi altda təşkil olundu. 1748-ci ildə ingilislərin qərbə doğru irəliləməsi onların Oqayo çayına çatmasına və vadini tədqiq etmələrinə səbəb oldu. Andre Mişe isə Hudzon körfəzindən Florida yarımadasına qədər ixtisası ilə əlaqədar olaraq bitki örtüyünü öyrənməyə müvəffəq oldu. Hudzon körfəzinin cənubu, qərbi və şimalı əsas etibarı ilə ingilislər tərəfindən tədqiq edilmişdir. Əsas məqsəd Sakit okeana şimal-qərb dəniz yolunun tapılması idi. Asiyaya şimal-qərb yolunun tapılması üçün ticarət kompaniyasının ayırdığı nullar nəticə vermədiyindən Ingiltərədə baş verən narazılıqlar bu yolun axtarılması üçün ekspedisiyaların təşkilini yenidən sürətləndirdi. Belə ki, 1742-ci ildə Midilton, 1746-cı ildə Çesterfild tərəfindən həyata keçirilən ekspedisiyalar Çinə şimal-qərb yolu ilə keçməyə cəhd göstərdilər. Semuel Xernanın təşkil etdiyi ekspedisiyanın mahiyyəti daha əhəmiyyətli idi. O, 1769-cu ildə ekspedisiyaya çıxmaqla məqsədi həmin Hudzon körfəzindən qərb istiqamətdə Asiyaya yol açmaq, həm də hindilərdən filiz mənşəli faydalı qazıntıların yerini öyrənmək idi. Lakin qarşıya qoyulmuş məqsəd nəticəsiz olaraq qalmaqda idi. Semyuel Xern daha iki dəfə cəhd göstərsə də şərqə su yolunun tapılması nəticəsiz qaldı. Ekspedisiyaların nəticələrindən tam razı qalmayan Xern yazır: «Çətin ki, mənim ekspedisiyalarımın nəticələri bütövlükdə Ingiltərəyə, hətta bir kompaniyaya kifayət qədər xeyir versin. Ancaq mən mənim üzərimə qoyulan işin öhdəsindən vicdanla gəlməyə çalışdım və Hudzon körfəzindən qərb istiqamətdə Sakit okeana yolun olması kimi hər cür fikrə son qoydum.» Şimal-qərb istiqamətdə su yolunun tapılmaması nəhayət tacirlərin sahildən əl çəkərək materikin daxili hissələrinə çəkilmələrinə səbəb oldu. Beləliklə, səyyah tədqiqatçı Antoni Xendri 1774-cü ildə materiki daxili hissəsində KamberlendXaus adı altında ticarət məntəqəsi yaratdı. Mühüm əhəmiyyətə malik olan ekspedisiyalardan biri Aleksandr Makkenzinin rəhbərliyi altda olmuşdur. O, 1789-cu il, iyun ayının 3-də ekspedisiyaya çıxır. Qarşıya qoyduğu əsas məqsəd Böyük Nevolniçye gölü ilə Şimal Buzlu Okeanı arasında əlaqənin olub-olmamasını müəyyən edilməsi idi. Nevolniçye çayı ilə eyni adlı gölə üzməklə 10 gün tədqiqat aparır və hazırda öz adına olan Makkenzi çayı vasitəsilə şimal istiqamətdə üzməyə başlayır. Nəticədə Böyük Nevolniçye gölünün Şimal Buzlu Okeanla əlaqəsi müəyyən edilmiş oldu. Lakin bu kəşf Makkenziyə böyük şöhrət qazandırmadı və onun adı görkəmli səyyahlar arasında özünə yer tapmadı. Buna baxmayaraq o, Ingiltərəyə qayıtmaqla Atlantik okeanından Sakit okeana materikin daxili hissələrindən çıxmaq üçün ekspedisiyanın təşkil olunmasına icazə almağa nail oldu. Makkenzi 1793-cü il iyul ayının 22-də Kanada ərazisindən keçməklə Sakit okeanın Din körfəzinə çataraq qarşıya qoyduğu məqsədə nail olur. Fransızlar Şimali Amerikanın daxili hissələrinin tədqiq edilməsində ispan və ingilislərlə müqayisədə daha çox fərqlənirlər. Onlar hər tərəfə çıxış yoluna malik Müqəddəs Lavrentiya çayını çıxış məntəqəsi kimi qəbul etməklə gələcək nailiyyətlərinin əsasını qoymuşdular. Bu təbii su yolu fransız missionerlərini özünə elə cəlb etmişdir ki, onlar çox qısa bir müddətdə Fransanı ən böyük müstəmləkə və var-dövlət sahibi etmək məqsədilə materikə güclü axın yaratdı. Onların Kanada haqqında ilk bilikləri XVI əsrin sonunda və XVII əsrin əvvəllərində (1603-1605) Müqəddəs Lavrentiya vadisində, Yeni Şotlandiya yarımadasında, Fandi körfəzində və materikin sahilində Kennebek çayına qədər ərazidə olmuş Samyuel Şamplenə əsaslanır. Onun ən əhəmiyyətli ekspedisiyası sonuncu olan üçüncü ekspedisiyası olmuşdur. Bu ekspedisiya müddətində o, Ottava, Natav, Frenç-River çaylarında, Nipissinq gölündə üzərək tədqiq etmiş, daha sonra isə Ontario və Huron göllərində olmuşdur. Tədqiqatın nəticələri onun davamçılarının nailiyyətlərinin əsasını qoymuşdur. Son dövrdə Şimali Amerikanın tədqiq edilməsində küllü miqdarda din xadimləri iştirak etməyə başlamışdılar. Əsas məqsədləri müstəmləkə dövlətlərindən asılı olmayan teokratik monarxiya dövlətləri yaratmaq olduğu üçün, onlara etibar edilməsə də, fransızlar təsir dairələrini genişləndirmək və əhalini xristianlaşdırmaq məqsədilə keşişlərdən müvəffəqiyyətlə istifadə edirdilər. La-Sall 1681-ci ildə Illinoys çayı vasitəsi ilə Missisipiyə keçməklə Meksika körfəzinə qədər üzür. Bütün bu əraziləri Luizian adı altında birləşdirərək fransız krallığına mənsub olduğunu elan edir. Missisipinin deltasını axtararkən öz dəstəsi tərəfindən öldürülməsi fransızların tədqiqat işlərinin geniş miqyasda tədqiqat işlərinin aparılmasına kifayət qədər öz təsirini göstərdi. XVII əsrin sonlarında fransızlar Missisipi hövzəsinin tədqiqini daha da gücləndirdilər. La-Sallın ekspedisiya üzvlərini özündə birləşdirən Akri Tonti Missisipi çayı ilə onun qolu olan Arkanzasa çatır və bu çayın gəminin üzməsi mümkün olan sahəyə qədər hərəkət edir. Daha sonra Red-River çayında bir müddət üzməklə quru ilə ekspedisiyanı davam etdirir. 1697-ci ildə fransızlar yenidən Meksika körfəzi sahillərində məskunlaşmağı qərara alırlar. Missisipi çayının şərq hissəsində yerləşən, hazırki Mobil şəhərinə üstünlük verirlər. Xəstəlik, ölüm hallarının yüksəkliyi vəziyyəti xeyli çətinləşdirsə də yeni məntəqələrin yaranma prosesi davam edirdi. 1721-ci ildə Missisipi çayının sol sahil vadisi, körfəz sahiləndə yeni Orleanın əsası qoyuldu. Qurğuşun yataqlarının zənginliyi haqqında gələn xəbərlər fransızların istiqamətini şimala, SenFransis çayına və Qərbi Tennesə doğru dəyişdi. Onlar 1725-ci ildə tədqiqat sahəsini Missuriyə çatdırdılar. Fransızların tədqiq etdiyi sahələrdə yaratdıqları ticarət məntəqələri tədricən ispanların mənafeləri ilə toqquşmağa başladı. Ona görə də Meksika ərazisində normal ticarət əlaqələrinin yaradılması mümkün olmadı. Beləliklə, Kolumb və Vespuççidən sonra Amerika qitəsi avropalılar tərəfindən sürətlə tədqiq olunmaqla müstəmləkəyə çevrilməkdə idi.
Şimali Amerikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb
yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan
Şimal Buzlu okeanı ilə əhatə olunub.O, cənubda Panama kanalı vasitəsi ilə Cənubi Amerikadan, şimal-qərbdən Berinq boğazı vasitəsi ilə Avrasiya materikindən ayrılır.
Uçqar nöqtələri. Şimalda-Mercison burnu, Cənubda-Maryato, qərbdə-Prins-Uels, şərqdə Sent-Çarlz burnu.
Sahil xəttləri Şimalda və şərqdə daha çox girintili-çıxıntılı olduğundan çoxlu ada və yarımadaları var.
Adaları. Şimalda-Kanada-Arktika arxipelaqı, Qrenlandiya, şərqdə-Nyufaundlend, şərqdə Bermud, Baham, Böyük və Kiçik Antil, qərbdə Aleut.
Yarmadalar. Kaliforniya, Alyaska, Labrador, Yukatan, Florida.
Cərəyanları. Qolfsrim, Antil, Alyaska, Passatlararası (isti), Kaliforniya, Labrador (soyuq)
Körfəzləri. Hudzon, Müqəddəs Lavrenti, Meksika, Fandi, Kaliforniya, Alyaska.
Dənizləri. Karib, Sarqass, Baffin, Bofort, Berinq.
Kəşfi X əsrdə ilk dəfə normand dənizçiləri (vikinqlər), 1492-çi ildə Kolumb, daha sonra isə A.Vespucci burada olmuşdur. Şm. Amerikanın tədqiqində Hudzon, A.Makkenzi və s. səyyahların da böyük rolu olmuşdur.
Materikin iqliminin platformasında coğrafi mövqeyinin, relyefinin, sahəsinin
atmosfer sirkulyasiyasının, okean cərəyanlarının rolu böyükdür. Materikin şimalında və cənubunda dağlar olmadığından şimaldan arktik, cənubdan isə tropik kütlələri əraziyə maneəsiz olaraq daxil olur. Bu iki hava kütləsi materikin daxili hissələrində qarşılaşdıqda tornado adlı güclü küləklərin-qasırğaların yaranmasına səbəb olur.
Materikin iqliminin formalaşmasına Şimal Buzlu okeanı və Atlantik okeanları böyük təsir göstərir. Çünki istər şimalda, istərsə də şərqdə hündür dağlar olmadığından bu okeanlar üzərində formalaşan hava kütlələri manesiz olaraq materikin içərisinə daxil olur. Bundan fərqli olaraq materikin qərbindəki Kordilyer dağları Sakit okeandan gələn hava kütlələrinin materikin daxili hissələrinə hərəkət etməsinə mane olur. Kordilyer dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını aldığından materikin qərb sahillərinə daha çox yağıntı düşür. Şm. Amerika ekvatorial iqlim qurşağından başqa bütün 6 iqlim qurşaqlarına malikdir: 1. Arktik qurşaq-qütb dairəsindən şimalda yerləşən və Şimal Buzlu okeanının təsiri altında olan əraziləri əhatə edir. Arktik hava kütlələri hakimdir. Ilboyu soyuq və az yağıntılıdır. 2. Subarktik qurşaq da yayda mülayim, qışda arktik hava kütlələri hakim olduğundan yay sərin, rütubətli; qış soyuq və quru olur. 3. Mülayim qurşaq Şm. Amerikada ən geniş ərazidə yayılıb. 40-600 şm enlikləri arasını əhatə edir. Mülayim hava kütlələri hakimdir. Relyefdəki fərqlər və okeandan uzaqlığı nəticəsində bu qurşaq daxildə 3 iqlim tipi- qərbdə-dəniz, daxili hissədə-kontinental, şərqdə isə mülayim-kontinental iqlim tipii yaranır. 4. Subtropik qurşaqda-okean cərəyanlarının, relyefin, hakim küləklərin təsiri altında 3 iqlim tipi yaranır. Qərbdə-Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, şərqdə-musson iqlim tipi yaranıb. 5. Tropik qurşağının 2 tipi var. 1) Kaliforniya yarımadasında (soyuq Kaliforniya cərəyanının təsiri nəticəsində) və Meksika dağlıq yaylasında tropik səhra iqlimi yaranır. 2) Materikin şərqində rütubətli tropik iqlim qurşağı yaranır. Bu iqlim tipinin yaranmasına səbəb isti okean cərəyanları və bu əraziyə okeandan rütubətli passat küləklərinin əsməsidir.
6. Subekvatorial qurşaq materikin ucqar cənubunu əhatə edir. Il boyu isti yay rütubətli, qış quraq olur.