Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Avrasiyanın təbii zonaları

Dünyada mövcud olan bütün təbii zonalar Avrasiyada rast gəlinir. Buna səbəb materikin çox böyük olmasıdır. Relyef və okean tipli hava kütlələrinin təsiri ilə Avrasiyada təbii zonalar qərbdən şərqə doğru dəyişir. Avrasiyada aşağıdakı təbii zonalar var:

Dünyada mövcud olan bütün təbii zonalar Avrasiyada rast gəlinir. Buna səbəb materikin çox böyük olmasıdır. Relyef və okean tipli hava kütlələrinin təsiri ilə Avrasiyada təbii zonalar qərbdən şərqə doğru dəyişir. Avrasiyada aşağıdakı təbii zonalar var: 
1. Arktik səhralar zonası-Iqlimi sərtdir. Bitkiləri mamır, şibyə; heyvanları ağ ayı, tülkü, maraldır.
2-3. Tundra və meşə tundra zonası- Avrasiyada qərbdən-şərqə doğru iqlim sərtləşdiyi üçün tundra genişlənir. Bu zona üçün daimi donuşluq və bataqlıqlar xarakterikdir.
4. Meşə zonası – mülayim qurşaqda yerləşib, 4 hissəyə ayrılır: 
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri şam, küknar, sidr, heyvanları xəz dərilidir.
b) Qarışıq meşələr- torpaqları çimli-podzoldur. 
c) Enliyarpaq meşə zonası torpaqları qonur-meşədir. 
d) Materikin şərqində Sakit okean sahilində Musson meşələri yayılıb. Musson meşələri həmdə subtropik və subekvatorial iqlim quraqlarında da formalaşıb.
Tayqadan fərqli olaraq qarışıq və enliyarpaq meşə zonası Avrasiyada tam zolaq əmələ gətirmir. Buna səbəb şərqə doğru iqlimin kontinentallığının artmasıdır.
5-6. Meşə-çöl zonası və Çöl zonası–mülayim iqlim qurşağının boz-meşə və qara torpaqları üzərində formalaşıb. Avrasiyada çöl zonası step adlanır. Əsasən Rusiyada geniş yayılıb.
7-8. Yarımsəhra və səhralar – mülayim, subtropik və tropik iqlim quraqlarında formalaşıb. Yaranmasının başlıca səbəbi-materikin daxilində, okeanlardan uzaqda yerləşməsidir. Mülayim dəniz iqliminin hakim olmasından Avropada səhralar yaranmır. Asiyanın ən iri səhraları-Qaraqum, Qızılqum, Təklə-Məkan, Qobi, Tar, Dəştü-Kəbr, Dəştü-Lut, Böyük və Kiçik Nefut, Rüb-əl-Xari v s-dir.
9. Subtropik qurşağın codyarpaqlı meşə və kolluqları-Aralıq dənizi iqlimində formalaşıb. Torpaqları-qəhvəyidir.
10. Savanna və subekvatorial meşələr- Avrasiyanın cənub-şərqində formalaşıb.
12. Ekvatorial meşələr- əsasən Böyük Zond adalarını əhatə edir.
Əhali. Dünyanın ən çox məskunlaşmış materiki olub, 3 irqə mənsubdur. I yerdə avropoid irqinə mənsub olan əhali durur. Onlar-Avropa, Cənub-Qərbi Asiya və Hindistanda yaşayır. II yerdə monqoloid irqinə mənsub əhali durur. Onlar-Mərkəzi, Cənub-Şərqi və Şərqi Asiyada yaşayırlar. Şri-Lanka və Hindistanın cənubunda neqroidlər yaşayır.
Qərbi Avropa, Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada əhali daha sıx məskunlaşdığından, burada antropogen landşaftlar daha geniş yayılıb.
Avrasiya 2 qitədən ibarətdir. Onun ərazisinin 4/5 hissəsi Asiya; 1/5 hissəsi isə Avropanın payına düşür. Avropa ilə Asiya arasında sərhəd şərtidir. Hazırda bu sərhəd Ural dağları, Ural (və ya Emba) cayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey və Aralıq dənizi vasitəsilə ayrılır.
Avropanın ucqar nöqtələri: şimalda - Nordkin burnu, cənubda - Marokko burnu, qərbdə – Roka burnu, şərqdə - Qütb Uralı.
Asiyanın ucqar nöqtələri: şimalda - Çelyuskin burnu, cənubda - Piay burnu, qərbdə – Baba burnu, şərqdə – Dejnyov burnu.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget