Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünyada ilk dəfə...

İlk dəmir yolu tunelini ingilislər 1826-1830-cu illərdə Liverpul ilə Mançesterarasında salmışlar. Bu tunelin layihəsini Corc Stafenson vermişdir. 
İlk yazı makinasını 1714-cü ildə İngiltərədə mühəndis Henri Mill yaratmışdır. 
Dünyada ilk aptek 8-ci əsrdə Buxara və Bağdadda, 11-ci əsrdə isə Avropada Toledo şəhərində ( İspaniya ) yaradılmışdır. 
 İlk futbol komandası bir qapıçıdan, bir müdafiəçidən, bir yarımmüdafiəçidən və səkkiz hücumçudan ibarət olmuşdur. 
Bizim eradan əvvəl 450-460-cı illərdə yaşamış Yunan tarixçisi Herodot özünün " TARİX " əsərində bitum və asfalt haqqında məlumat vermişdir. Slavyan ədəbiyyatında " asfalt " sözünə 16-cı əsrə aid yazıda təsadüf edilir. 
İlk asfalt yollar Nyu-Yorkda, Bostonda (1872-1875 ) salınmışdır. 
İlk dəfə kağız bizim eranın 105-ci ilində Çində Tsay Lun adlı şəxs tərəfindən yaradılmışdır. Avropaya onu ərəblər gətirmişdir. 
1045-ci ildə dəmirçi Bi Şen yanmış gildən, sonralar ağacdana. qalay və başqa metallardan hərflər hazırlamışdır. İlk qədim kitab Çində 868-ci ildə yaradılmışdır. Onun müəllifi Bah Tsze olmuşdur. 
 İlk partlayıcı maddə 13-cü əsrdə Şərq ölkələrində kəşf edilmişdir. Avropada və Rusiyada isə partlayıcı maddə 14-cü əsrə aiddir. 
Üz qırxdırmağın əsasını Yunan sərkərdəsi Makedoniyalı İsgəndər qoymuşdur. Müharibə zamanı əlbəyaxa döyüşündə düşmənin əsgərləri onun əsgərlərinin saqqalından yapışıb yerə yıxdığını görən İsgəndər əsgərlərə saqqallarını qırxdırmağı əmr etmişdir. 
 İlk svetofor dəmir yolunda tətbiq edilmişdir. Lakin müəllifi məlum deyil. 1868-ci ildə ingilis mühəndisi Hayt onu Londonda parlament binasının qarşısında meydana qoymuşdur. SSRİ-də svetofordan 1924-cü ildə Moskvada Kuznetski körpüsündə və Petrovkada istifadə olunmuşdur. 
Ədəbiyyatda ilk dəfə " qlobus " sözünə bizim eranın 2-ci əsrində rast gəlirik. Lakin o vaxt qlobusun özü olmamışdır. İlk qlobusu 1492-ci ildə alman geoloqu Bexayon hazırlamışdır. Rusiyada isə ilk qlobus hazırlanmasına 17-ci əsrin sonunda, 18-ci əsrin əvvəlində təsadüf edilir. İlk qlobusun diametri 91,4 sm olub. Onu Pskov şəhərində Karp Maksimov hazırlamışdır. Maksimov bu qlobusu Birinci Pyotra hədiyyə etmişdir. * Sovet alimi Tixomirov 1921-ci ildə ilk dəfə olaraq reaktiv artilleriya silahının yaradılmasını təklif etmişdir. Sonralar Petropavlovski, Langemak, Artemyev, Klfymenova və s. artilleriyanın inkişafında böyük xidmətlər göstərmişlər. İlk dəfə təxəllüslə çıxış edən müəllif eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşamış Yunan komediyaçısı Aristofan olmuşdur./http://kayzen.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget