Müəyyən vaxta troposferin aşağı qatlarının fiziki vəziyyətinə hava deyilir. Havanın elementləri- temperatur, rütubət və təzyiq; hava hadisələri isə - külək, yağıntı, şimşək və s.-dir. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Müəyyən ərazi üçün xas olan və ildən ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir. Iqlim yaradan amillər aşağıdakılardır:
1. Coğrafi_enlik. Bildiyimiz kimi Günəş ekvator və tropiklərdə böyük bucaq altında düşdüyündən, buranın havası isti, qütb ərazilərində isə Günəş şüaları çox kiçik bucaq altında düşdüyündən buranın havası çox soyuq olur;
2. Hava kütlələrinin hərəkəti (və ya atmosfer sirkulyasiyası). Dünyada mövcud olan yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru hava kütlələri daima hərəkət edir ki, bu da həmin ərazilərin havasının dəyişməsinə səbəb olur;
3. Səth örtüyü - Yəni ərazinin sudan və ya qurudan ibarət olması. Okeanlardan uzaqlaşdıqca, ərazidə sutkalıq temperatur amplitudu artır, yağıntı azalır və iqlim kontinentallaşır.
Əsas iqlim göstəriciləri temperatur, yağıntı və hakim küləklərdir. Iqlimin 2 yarımtipi var:
1. Dəniz- okeanlar üzərində formalaşdığından qış, yumşaq, yay mülayim, bol yağıntı, temperatur amplitudu kiçik olur.
2. Kontinental - materiklər üzərində formalaşdığından yay isti, qış sərt soyuq, yağıntı az, temperatur amplitudu böyük olur. Rus iqlimşünası Alisov Yer səthinin Günəş tərəfindən qeyri-bərabər qızması faktına əsaslanaraq dünyanı 13 iqlim qurşağına ayırıb. Bunların 7-si əsas, 6-sı isə keçid iqlim qurşaqlarıdır. Əsas iqlim qurşaqlarında ilboyu yalnız bir hava kütləsi hakim olur. Keçid iqlim qurşaqları əsas iqlim qurşaqları arasında yerləşirlər və onların öz hava kütlələri olmur. Keçid iqlim qurşaqlarında yayda özündən cənubdakı, qışda isə özündən şimaldakı əsas iqlim qurşağında mövcud olan hava kütləsi hakim olur. Iqlim qurşaqları bir-birindən öz temperatur şəraiti, atmosfer təzyiqi və hava kütlələri ilə fərqlənirlər.

Yorum Gönder