Çayın meyilliyini tapmaq üçün çayın düşməsini onun uzunluğuna bölmək lazımdır.Məsələn ; Çayın düşməsi 800m, uzunluğu isə 200km-dirsə, onun meyilliyi nə qədər olar ?
Həlli : meyillik = 800:200 =4m ,(yəni hər bir km-də 4 metr düşmə var).
Əgər meyilliyi və uzunluğu məlumdursa , çayın düşməsini tapmaq üçün meyilliyi uzunluğa vurmaq lazımdır. Məsələn: meyillik 3m, uzunluq 750km-dirsə, düşmə = 3 * 750=2250 m.
Çayın meyilliyi və düşməsi məlumdursa , onun uzunluğunu tapmaq üçün çayın düşməsini meyilliyə bölmək lazımdır. Məsələn : meyillik 2 metr, düşmə 900 metr, uzunluq = 900:2 =450km.
Yorum Gönder