Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Sintszyan-Uyğur Muxtar Rayonu

Uyğur Muxtar Vilayəti – Çin Xalq Respublikasının ərazisində inzibati ərazi vahididir.Sintszyan Uyğur Muxtar Vilayətinin ərazisi 1.828.418 km²-dir.Paytaxtı Urumçi şəhəridir.2001-ci ilə olan qeyri rəsmi hesablamalara əsasən Sintszyan – Uyğur muxtar rayonunun əhalisi 43.210.802 nəfərdir Uzun bir tarix boyunca Şərqi Türküstan Mərkəzi Asiyada qurulmuş olan Türk dövlətlərinin və xanlıqlarının mərkəzi olmuşdur


Sintszyan – Uyğur Muxtar Vilayəti – Çin Xalq Respublikasının ərazisində inzibati ərazi vahididir.Sintszyan  Uyğur Muxtar Vilayətinin ərazisi 1.828.418 km²-dir.Paytaxtı Urumçi şəhəridir.2001-ci ilə olan qeyri rəsmi hesablamalara əsasən Sintszyan – Uyğur muxtar rayonunun əhalisi 43.210.802 nəfərdir Uzun bir tarix boyunca Şərqi Türküstan Mərkəzi Asiyada qurulmuş olan Türk dövlətlərinin və xanlıqlarının mərkəzi olmuşdur.Çin XRespublikasında 11 türk əsilli etnik qruplar yaşyır.Bunlar-qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar və Uyğurlar daxildir, İli türkləri və Fuyu qırğızları . 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393 nəfər uyğur,
1.250.458  nəfər qazax, 160.823 nəfər qırğız, 104.503 nəfər salar, 13.719 nəfər yuğur, 12.370 nəfər özbək və 4.890 nəfər tatar olmaqla 9.946.156 nəfər türk kökənli əhali yaşayır . Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintzyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar .
Uyğurlar : Sintszyan – Uyğur muxtar rayonu
Qazaxlar :
Qırğızlar : özlərini "Kırqızdar" adlandırırlar, 2000-ci il siyahıya almasına əsasən Çində 160.823(158,775 nəfəri Sintszyan – Uyğur muxtar rayonunun ərazisində yaşamışdır) nəfər qırğız məskunlaşmışdır . Sintszyan – Uyğur muxtar rayonunda yaşayan qırğızların əksəriyyəti - 124.533 nəfəri və ya 78%-dən çoxu Qızılsu-Qırğız Muxtar Dairəsinin (2000-ci il s.a.-na görə M.D. əhalisi 281.306 nəfəri uyğur, 124.533 nəfəri qırğız, 28.197 nəfəri çinli, 4.662 nəfəri tacik, 432 nəfəri dunsyan, 558 nəfəri digər millətlər olmaqla cəmi 439.688 nəfər olmuşdur.) Akto[9], Akçi[9] və Vüqia[9] (türkçə əsl adı Uluqçat) qəzalarında, qalan 34.242 nəfər isə Aksu dairəsinin Uşi[9] (türkcə əsl adı Uçturfan) və Bayçen[9](türkcə əsl adı Bay və ya Bəy) qəzalarında , İli-Qazax Muxtar Dairəsinin Çjaosu[9] (türkcə əsl adı Monqolkürə-dir, mənası uyğur dilində "Monqol Məbədi" deməkdir) və Tekes[9]qəzalarında yaşamaqdadır .
Tuvalar : özlərini "Tıvalar" adlandırırlar, 1999-cu ilə aid olan tədqiqatlara görə Çindəki tuvaların sayı təxminən 2.400 nəfərdir . Öz milli dillərini və milli türklük şüurlarını qorumuşdurlar . Bununla belə onların 90%-i qazax dilində, 30%-ə qədəri də monqol dilində (kalmık dialekti) danışa bilir, həmçinin çin dilində yaza və oxuya bilirlər . Sintszyan-Uyğur Muxtar Rayonun İli-Qazax Muxtar Dairəsinin Altay qəzasında Burçun (ing: Burjin, uyğ: Burçin), Xabaxe (ing: Habahe, uyğ:Qaba), Fuyun (ing: Fuyun, uyğ: Köktokay) və Altay nahiyyələrində (Burçun nahiyyəsinin Xom və Xanas kəndlərində, Xabaxe nahiyyəsinin Aq Xava kəndində və Altay nahiyyəsinin inzibati mərkəzi olan Altay şəhərində) yaşamaqdadırlar . Ehtimal olunur ki siyahıyaalma zamanı tuvaların dil və mənşə tədqiqi aparılmadan monqollarla yemək, geyim, irqi görünüş və sairə kültür bənzərliyi əsas götürülmüş və onlar monqol olaraq qeydiyyata alınmışlar .Haşiyə : Altay qəzasının ərzisi 118 min km²-dir, əhalisi 2000-ci il s.a.-na görə 561.757 nəfər olmuşdur : 288.612 nəfəri qazax, 229.984 nəfəri çinli, 22.166 nəfəri xuey, 10.068 nəfəri uyğur, 5.486 nəfəri monqol, 1.724 nəfəri dunsyan, 1.236 nəfəri tatar, 2.481 nəfəri isə digər millətlər olmaqla . Onlardan qazax, xuey (kökən olaraq çinlidirlər, keçmiş SSRİ-da elmi ədəbiyyatda onlar "dunqan" adlanırdılar, leksikasına xeyli ölçüdə türk dilinin karluk-çağatay-uyğur ləhçəsi təsir göstərmişdir), uyğur, dunsyan (monqol kökənli) və tatar etnik qrupları müsəlmandırlar .
Salarlar : özlərini "Salır" adlandırırlar . "Salar" bu etnik qrupun adının çin dilində deyiliş şəkilidir . Azərbaycan dilində düzgün deyilişi "salur"dur . Çinin Tsinxay vilayətinin Xaydun dairəsinin Syunxua-Salar Muxtar Qəzasında[6] 63.859 nəfər (məlumat 2000-ci il s.a.-na aiddir: Syunxua-Salar MQ-da ümumi əhali 104.452 nəfər olmuşdur), Tsinxay vilayətinin Xaydun dairəsinin Xualun-Xuey Muxtar Qəzasında 11.100 nəfər (məlumat 2000-ci il s.a.-na aiddir: Xualun-Xuey MQ-da ümumi əhali 213.716 nəfər olmuşdur), Qansu vilayətinin Linsya-Xuey Muxtar Dairəsinin Tszişişan-Baoan-Dunsyan-Salar Muxtar Qəzasında 25.782 nəfər və Sintszyan-Uyğur (tarixi adı Şərqi Türkistan və ya Uyğurustan) Muxtar Rayonunun İli-Qazax Muxtar Dairəsinin inzibati mərkəzi İnin (əsl-keçmiş adı Güljə olmuşdur . Bu söz türkcə olub qazax dilində vəhşi dağ qoyununun iri erkəyini bildirmək üçün istifadə olunur) şəhərində. 3.762 nəfər salar türkü məskunlaşmışdır . Hazırda Çində 14 tümən yəni 140 min nəfər salar türkü yaşamaqdadır .Tarixi məxəzlərə dayanılaraq ehtimal edilir ki, ipək ticarəti ilə əlaqədar Salarlar hazırda Çində yaşadıqları ərazilərə XIV əsrdə o zaman məskun olduqları Səmərqənd şəhəri yaxınlığından köç etmişdirlər, köçəri deyildilər, oturaq əhali idilər və əsasən ipəkçiliklə məşğul olurdular. Salarlar etnik mənşə və danışdıqları ana dilləri etibarı ilə Türk dillərinin Oğuz yarımqrupuna daxildirlər .Hazırda salar dilini demək olar ki, bu etnik qrupun bütün fərdləri, həmçinin etnik salarların çoxluq olduqları bölgələrdə ətrafda yaşayan türk olmayan digər dillərin daşıyıcıları da (xüsusiylə kişilər) bilirlər . Adətən salarlar ana dillərindən əlavə bir və ya bir neçə dildə danışa bilirlər . Beləki onların böyük bir qismi uyğur və çin dillərində , çox az hissəsi isə tibet dilində danışmağı bacarır. Salar dili iki dialektə sahibdir : cizi və menqda . Cizi dialekti salarcanın qrammatikasında standart olaraq qəbul edilir Leksikasına nəzər salınarkən uyğur və qazax dillərinin təsiri hiss edilir . Salarlar X əsrdən başlayaraq XX əsrin sonlarınadək ərəb əlifbası əsasında hazırlanmış türk əlifbasından istifadə etsələr də, 1969-cu ildən 2008-ci ilədək Uyğur Latın Əlifbasından , 2008-ci ildən bəri isə salar dilinə uyğunlaşdırılmış yeni latın əlifbasından (salarca : Salır Latin Oğuş), həmçinin ölkədə rəsmi olan çin əlifbasından istifadə edirlər 
Fuyu qırğızları : eyniylə tuvalar kimi müsəlman olmayan türk kökənli topluluq olub Mancuriya vilayətində Qiqihaer rayonunun Fuyu nahiyyəsindəki bir neçə kənddə yaşamaqdadırlar . 2000-ci ilə olan təxminə əsasən sayları 1.000 nəfər ətrafındadır . 35 yaşdan aşağı olanların demək olarki, 90%-i öz dilini bilmir və ya bu dildə çox az söz başa düşür, gündəlik həyatda əsasən monqol və çin dilindən istifadə edirlər . Daha yaşlı nəsil ilə aparılmış sorğu anketlərinə dayanılaraq fuyu qırğız dilinin xakas dili ilə olduqca yaxın olduğu qənaətinə varılmışdır . Ehtimal olunur ki fuyu qırğızlarını hazırki yaşadıqları yerlərə bu bölgədə yaşayan monqollarla birlikdə 18-ci əsrdə Çində hakimiyyətdə olan Mancur əsilli xanədanlıq hazırki Şimali Monqolustan ərazisindən köçürüb gətirmişdir və ehtimal olunur ki hazırda fuyu bölgəsində monqollar içərisində asmilə olmuş minlərlə fuyu qırğızı vardır . Ancaq onlar artıq öz milli şüurunu itirmişdirlər .
Abdallar : özlərini "Əynülər" adlandırırlar, sayları 1996-cı ilə olan təxminə əsasən 30,000 nəfərdir . 2000-ci il s.a. zamanı uyğur olaraq qeydə alınmışdırlar . Rusiya FR-da və Yaponiyada yaşayan "Ayn" etnik qrupuyla eyni deyillər .
İli türkləri : Milli təsnifata görə özbək əsilli hesab edilirlər. 
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget