Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Türk dünyası"

Türk dünyasına daxil olan xalqlar
Altay dil ailəsinin tiirk dil qrupuna daxıl olan xalqlar türk dünyaasını əmələ gətirir. Çin mənbələrinə görə Türk xalqları B.E.ə. II minillikdən mövcud olmuşdur. Lakin onların ilk yazıları eramızın VII əsrinə aiddir. 
Türk xalqları həmin dövrlərdə ilk dəfə Orxon-Yenisey abidələrini və Şərqi Türküstanda olan mədəni abidələrini yaratmışlar. 
Türk sözümə (Tu-Kiye) ilk dəfə Çin və Bizans mənbələrində rast gəlinir. Onun adının qəbilə adından və ya onun başçısının adından götürüldüyü güman edilir. Lakin türk sözünün yaranması haqqında digər ehtimallar da vardır (troya, qədim yunan və ya Roma xalqlarından yaranması).
Türk xalqları əvvəlcə Altay dağları rayonunda formalaşmışdır. Sonralar bu xalqlar şimal-şərq (Sibir və Uzaq Şərqə), şimal-qərb (Volqaboyu və Urala) və cənub-qərb (Mərkəzi Asiya, Qafqaz və Anadoluya) istiqamətlərində miqrasiya etmişdir..
Təfəkkür, tarixi-coğrafi məkan, adət ənənələrinə görə türk xalqları yaxındır. Lakin onlar dil və mənşə fərqlərinə görə 4 qola ayrılır. 
Oğuzlara türklər, azərbaycanlılar, qaqauzlar, türkmənlər, türkmanlar, krım tatarları aiddir. 
Qıpçaq qoluna qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar daxildir. Özbəklər, salairlər, uyğurlar, tıvalılar, şorlar, 
Baraba və Çulun tatarları, kumandılar, kızıllar, xakaslar, telengitlər, teleutkır, cigillər türk xalqlarının uyğur qoluunu əmələ gətirir. 
Bulqar qolu tatarlar, başqırdlar, qaraçaylar və karaim xalqlarından ibarətdir .
Türk xalqlarının birləşməsində aşağıdakı xüsusiyyətlər də əhəmiyyətli rol oynamışdır: əfsanələr və dastanlarının oxşarlığı, eyni sənət sahələrinin (ovçuluq, ipəkçilik, dəmirçilik) olması, ölkələrin və ərazilərin eyni (oxşar) toponimlərə malik olması və s.

Taymır (Dolqan-Nen) Muxtar Mahalı əsas nəqliyyat yollarından kənarda, Şimal Buzlu okeanı sahillərində yerləşir. Faydalı sərvətləri: mis, nikel, kobalt, platin, balıq və s. Əhalinin milli tərkibi: dolqan, nen, rus və s. Əhalinin sıxlığı çox azdır-1 km2-də 0,06 nəfər. İri yaşayış məntəqələri Norilsk, Dudinka (mərkəz), Ust-Port, Xatanqadır. İqtisadiyyatda metallurgiya, yanacaq-energetika, kənd təsərrüfatında maralçılıq, xəz-dəri ovçuluğu, balıqçılıq əsas rol oynayır. Nəqliyyat şəbəkəsi çox zəifdir, qismən avtomobil, çay nəqliyyatı var.

Tatarıstan Respublikası Orta Volqaboyunda əlverişli İCM-də yerləşir. Relyefi əsasən düzənlikdir. Faydalı qazıntılardan neft və qaz mühüm rol oynayır, həmçinin tikinti materialları, mineral sular var. İqlimi mülayim kontinentaldır. Çay şəbəkəsi sıxdır: Volqa, Kama, Vyatka və onların qolları. Samara su anbarının geniş hissəsi Tatarıstandadır. Meşələr böyük ərazi tutur. Əhalinin milli tərkibi mürəkkəbdir: tatarlar (50%-dən çox), rus, çuvaş, mordva, udmurt, ukraynalı və s. Böyük şəhərləri Kazan, Naberejnı-Çelnı, Almatyevsk, Nijnekamskdır. Sənayenin əsasını neft hasilatı və emalı (neft-kimya) təşkil edir. Digər sənaye sahələri maşınqayırma (KAMAZ avtomobili, kompressor, aviasiya, neft və nəqliyyat avadanlığı, tibb cihazları, qaz aparatları, saat, soyuducu), elektroenergetika, yüngül və yeyinti sənayesidir. Ərazinin 3/4-ü kənd təsərrüfatı üçün əlverişlidir. Dənli bitkilər (buğda, çovdar), texniki bitkilər (şəkər çuğunduru), kartof, yem bitkiləri üstünlük təşkil edir, balıqçılıq inkişaf etmişdir. Ətlik-südlük maldarlıq, xəzli heyvandarlıq, ançılıq ixtisaslaşmış sahələrdir. Əsas nəqliyyat növü dəmiryoludur, həmçinin çay, avtomobil, aviasiya, boru kəməri nəqliyyatı inkişaf etmişdir.
Çuvaş Respublikası Volqa çayı sahilində, əlverişli İCM-də, əsasən düzənlik ərazidə yerləşir. Faydalı qazıntıları azdır: tikinti materialları, yanar şist, fosforit, torf. Meşələr mühüm sərvətdir. İqlimi mülayim-kontinentaldır. Əsas çaylan Volqa və onun qollarıdır. Əhalinin 69%-i çuvaşlar, qalam ruslar, tatar, mordva, ukraynalı və s.-dir. Sıxlıq 1 km2-də 75 nəfərdir. Əhalinin 69%-i şəhərdə yaşayır. Böyük şəhərləri Çeboksan, Alatır, Novoçeboksarı, Kanaş, Şimerlyadır. Sənayenin əsas sahələri elektroenergetika, maşınqayırma və metal emalı, tikinti materialları, yüngül və yeyinti sənayesi, kimya, meşə və ağac emalıdır. Kənd təsərrüfatında bitkiçilikdə buğda, arpa, çovdar, mayaotu, kənaf, tənbəki, kartof, yem bitkiləri, heyvandarlıqda ətlik-südlük maldarlıq, davar, quşçuluq və arıçıhq üstündür. Dəmiryolu, avtomobil, çay və boru kəməri nəqliyyatı inkişaf etmişdir.
Başqırdıstan Respublikası Şərqi Avropa düzənliyi və Cənubi Ural ərazisində əlverişli İCM-də (yollar qovşağı) yerləşir. Relyefi hamar yüksəkliklər, yayla (Ufa) və dağlardan ibarətdir (Yamantau-1640 m, İremel-1582 m). Təbii sərvətləri - neft, qaz (Tuymazı, Şpakovo), qonur kömür, dəmir, mis, sink, qızıl, daşduz geniş yayılıb. İqlimi kontinentaldır. Çayları Kama hövzəsinə aiddir-Agizel (Belaya), Ufa, Dyoma gəmiçiliyə yararlıdır. Meşə, meşə-çöl və çöl landşaftı əsas yer tutur. Başqırdlar əhalinin 25%-ni təşkil edir. Ruslar (42%), tatarlar (25%), çuvaşlar, marilər və s. var. Əhalinin 64%-i şəhərdə yaşayır. İri şəhərləri Ufa, Sterlitamak, Salavat, Belaretsk, İşimbaydır. Sənayenin əsasım neft-qaz, kimya, dağ-mədən, energetika, metallurgiya, maşınqayırma, yüngül və yeyinti sənayesi təşkil edir. Kənd təsərrüfatında əsas bitkilər buğda, çovdar, vələmir, şəkər çuğunduru, günəbaxan, heyvandarlıqda südlük-ətlik maldarlıq, zərifyunlu qoyunçuluq, atçılıq, keçi və arıçılıqdır. Əsas nəqliyyat dəmiryolu və avtomobil, həmçinin çay və boru kəməridir.

İrqi mənsubiyyətinə görə türk xalqlan avropoid (qərbdə olan xalqlar) və monqoloid (şərqdə olanlar) irqinə aid edilir. Yer kürəsində yaşayan türkdilli əhalinin sayı 250 mln nəfərdən çoxdur. Təbii şərait və tarixi məskunlaşma ilə bağlı sıxlıq qeyri-bərabərdir. Türk dövlət və qurumları içərisində daha sıx məskunlaşmış ərazilər Türkiyə, Azərbaycan, Çuvaş, Kabarda-Balkarıstan; ən seyrək məskunlaşmış ərazilər Taymır, Saxa-Yakutiyadır. Əhalinin sayına görə öndə Türkiyə, sonda Taymır durur.
Əhalinin təbii artımı yüksəkdir və əsasən təbii artımın II (ənənəvi və keçid) tipinə aiddir.
Türklər tarixən miqrasiya edən xalqlar olmuşlar, lakin XX əsrdə məcburi miqrasiyalar (Krım tatarları, Axıska türkləri, azərbaycanlılar) və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropa və Şimali Amerikaya miqrasiyalar xüsusilə seçilir.
Urbanizasiyanın səviyyəsi nisbətən yüksəkdir. İri aqlomerasiyalar İstanbul, Ankara, Bakı, Təbriz, Daşkənd, Fərqanə, Alma-Ata, Qaraqanda, Kazan və s-dir.
Türk dünyası ölkələri əmək ehtiyatları ilə yaxşı təmin olunmuşlar. Türkiyə, Azərbaycan, Özbəkistan, Tatarıstan,Kabarda-Balkanstanda işçi qüvvəsi "artıqlığı" problemi var.
Türk xalqlarının inanclarında yaradan Tanrı əsas yer tutur. Ümumiyyətlə, türk xalqlarının etiqadlarında aşağıdakılar özünü göstərir:
1. Göy-Tanrı inanc sistemi;
2. Təbiət qüvvələrinə inam;
3. Nəsillərə (əcdadlara) inam;
4. Oda, atəşə inam;
5. VII əsrdən başlayaraq İslam dininə inam (hazırda 80%-dən çox), indi qeyri-müsəlmanlar yakutlar (şaman və xristian), çuvaş və qaqauzlar (xristian), karaim və knmçaklar- dır (yəhudi dini).

RF ərazisinin 20%-i və ya 3,7 mln km2-də türk qurumları yerləşir. Bu qurumlar coğrafi yerləşməsinə görə 3 regiona ayrılır: Şimali Qafqazda (Qaraçay-Çərkəz, Kabarda-Balkanstan); Orta Volqaboyu-Uralda (Tatarıstan, Başqırdıstan, Çuvaş);Sibirdə (Tuva, Altay, Xakasiya, Saxa-Yakutiya respublikaları, Dolqan-Nen muxtar mahalı) muxtar respublikalar var. Şimali Qafqazda, Ukraynada, Moldovada yaşayan kumık, noqay, karaim, qaqauz və s. xalqların özünüidarə hüququ yoxdur.
Kabarda-Balkarıstan Respublikası relyefinə görə dağ, dağətəyi və düzənlik hissələrə ayrılır. Qafqazın ən yüksək qarlı-buzlu zirvələri (Elbrus) buradadır. Faydalı qazıntılardan qurğuşun, molibden, volfram, daş kömür, həmçinin tikinti materialları və mineral sular boldur. İqlimi mülayimdir. Yağıntılar düzənliklərdə 600 mm, dağlarda 1000 mm-ə qədərdir. Çaylan Terek, Çegem, Çerek, Baksandır. Əhalinin milli tərkibində kabardalar (400 min), balkarlar (85 min), ruslar və s. fərqlənir. Əhalinin 61%-i şəhərdə yaşayır. İri şəhərləri Nalçik, Proxladm, Maysk, Baksan, Tımıauz və s.-dir. Sənayenin əsas sahələri dağ-mədən, əlvan metallurgiya, maşınqayırma və metal emalı, kimya, yüngül, yeyinti, ağac emalı, kənd təsərrüfatının apancı sahələri taxılçılıq, südlük və südlük-ətlik maldarlıqdır. Nəqliyyatın əsas sahəsi avtomobil nəqliyyatıdır. Mineral bulaqlar və gözəl təbii şərait turizm üçün əlverişli imkanlar yaradır.
Qaraçay-Çərkəz Respublikası əsasən dağlıq relyefə malikdir. Faydalı qazıntılardan kömür, qurğuşun, sink, sürmə, mərmər və s. var. Düzənliklərdə yağıntılar 650 mm, dağlarda 1000 mm-ə qədərdir. Çayları Kuban və onun qollarıdır (Teberda, Böyük və Kiçik Zelençuk). Əhalinin millli tərkibində qaraçaylar (150 min), çərkəzlər (60 min), ruslar, abazinlər, noqaylar, osetinlər seçilir. Əhalinin yarısı şəhərdə yaşayır. İri şəhərləri Çerkessk, Zelençuk, Teberdadır. Sənayenin əsas sahələri neft-kimya, maşınqayırma (elektrotexnika), metal emalı, həmçinin yüngül və yeyinti, dağ-mədən sənayesidir. Bitkiçilikdə buğda, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, kartof, heyvandarlıqda maldarlıq və qoyunçuluq əsas rol oynayır. Teberda, Dombay beynəlxalq əhəmiyyətli turizm, kurort, istirahət yerləridir.

1
İCM-yi əlverişli deyil, əsas nəqliyyat yollarından və inkişaf etmiş regionlardan uzaqdır. Təbü şəraiti əlverişsizdir (iqlimi sərt, relyefi dağlıqdır).
Altay Respublikası Altay dağlıq regionunda, Monqolustan,Çin və Qazaxıstanla sərhəddə yerləşir. Ərazinin 95%-i 500-4500 m yüksəkliklərdə yerləşir. Katun, Cənubi
Çuya, Saylyükem, Terekti silsilələri arasında çökəkliklər yerləşir. Faydalı qazıntılardan əlvan metallar (qızıl, gümüş, sink, qurğuşun, volfram, civə), kimya sənayesi xammalı (soda, xörək duzu), həmçinin tikinti materialları var. 
İqlimi kəskin kontinentaldır. Çayları yağış, qar və buzlaqlarla qidalanır (Katun, Biya). Əhalinin orta sıxlığı 1 km2-də 2 nəfərdir. Yerli əhali altaylardır. Burada həmçinin qazaxlar, ruslar və s. yaşayırlar. Təbii artım yüksəkdir. Əmək resursları ilə yaxşı təmin olunub. Əhalinin 1/3—i şəhərdə yaşayır. İri şəhəri paytaxt Qomo-Altayskdır. Altay sənaye-aqrar ölkəsidir. Əsas sənaye sahələri hasilat, meşə və ağac emalı, meşə-kimya, yeyinti və yüngül sənayedir. Kənd təsərrüfatında ətlik-südlük, ətlik-yunluq heyvandarlıq, xallı maral, arıçılıq, bitkiçilikdə isə dənli və yem bitkiləri, kartof, meyvə-tərəvəz becərilir. Turizm imkanları genişdir, lakin zəif inkişaf edib. Əsas nəqliyyatı avtomobil nəqliyyatıdır.
Tuva Respublikası dağlıq ölkədir, dağarası Tuva və Toca çökəklikləri seçilir. Qərbi Sayan, Şərqi Sayan, Altay (Şişual) silsilələri bu çökəklikləri əhatə edir. Faydalı sərvətləri asbest, qızıl, daş kömürdür. İqlimi kəskin kontinentaldır. Böyük çayları Yenisey (Uluq-Hem) və onun qollarıdır. Çaylar hidroenerji əhəmiyyətinə malikdir. Əhalinin 60%-dən çoxu tuvalıdır, digər xalqlardan ruslar, xakaslar, altaylar və s.-dir. Əhalinin 47%-i şəhərdə yaşayır. Böyük şəhərləri Qızıl, Şaqonar, Çadandır. Sənayenin əsas sahələri dağ-mədən, meşə və ağac emalı, yeyinti sənayesidir. Kənd təsərrüfatında bitkiçilikdə dənli bitkilər, heyvandarlıqda ətlik-südlük maldarlıq, zərifyunlu qoyunçuluq, xəz-dəri ovçuluğu fərqlənir. Əsas nəqliyyat vasitəsi avtomobildir.
Xakasiya Respublikası nisbətən əlverişli İCM-yə malikdir (Transsibir magistralına yaxındır). Relyefdə dağlar üstündür (Kuznets Alatausu, Qərbi Sayan), Minusa çökəkliyinin bir hissəsi buradadır. Faydalı qazıntılardan daş kömür, dəmir və s. var. İqlimi kəskin kontinentaldır. Əsas çayları Yenisey və Abakandır. Krasnoyarsk və Sayan-Şuşensk SES-lər regionu elektrik enerjisi ilə təmin edir. Əhalinin milli tərkibində xakaslarla yanaşı, rus, ukraynalı, latış və s. xalqlar var. İşçi qüvvəsi çatışmır. İri şəhərləri Abakan və Çemoqorskdur. İqtisadiyyatın əsasım energetika və dağ-mədən sənayesi təşkil edir, həmçinin maşınqayırma, meşə və ağac emalı, yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Kənd təsərrüfatında dənli bitkilər, kartof və tərəvəz, heyvandarlıqda ətlik-yunluq qoyunçuluq, ətlik—südlük maldarlıq fərqlənir. Dəmiryol, avtomobil və çay nəqliyyatı inkişaf etmişdir.
Saxa (Yakutiya) Respublikası sahəsinə görə ən iri Türk qurumudur. Şimal Buzlu
okeana çıxışı (Laptevlər və Şərqi Sibir dənizləri) var. Ərazinin 40%-i Şimal qütb dairəsi daxilində, qalanı mülayim qurşaqda yerləşir. Relyefi mürəkkəbdir: Kolıma, Yana-İndiqirka, Şimali Sibir, Mərkəzi Yakutiya düzənlikləri; Verxoyansk, Çersk silsilələri, Orta Sibir, Aldan yaylaları və s. Faydalı sərvətlərlə zəngindir: qalay, volfram, sürmə, qızıl, dəmir, kömür, neft, qaz, almaz, həmçinin meşə və s. Subarktik və mülayim qurşaqlara aid kəskin kontinental iqlimə malikdir. Yağıntılar az olsa da çay şəbəkəsi sıxdır (əsas səbəbləri mümkün buxarlanmanın az olması, daimi donuşluq şəraitində səth sularının torpağa hopa bilməməsi, meylliyin böyük olması). Ən iri çayları Lena (Aldan, Amqa, Vilyuy), Kolıma, İndiqirka, Yana, Olyokmadır. Əhalinin milli tərkibi mürəkkəbdir: yakutlar, ruslar, evenklər, çukçalar və s. Orta sıxlıq 1 km2-də 0,4 nəfərdir. Əhalinin 67%-i şəhərlərdə yaşayır. İri şəhərləri Yakutsk, Mimı, Neryunqridir. İqtisadiyyatda hasilat sənayesi üstündür (almaz, qızıl, volfram). Sənayenin digər sahələri yanacaq-energetika, meşə və ağac emalı, maşınqayırma (hasilat avadanlığı), tikinti, yeyinti və yüngül sənayedir. Kənd təsərrüfatında maralçılıq, balıqçılıq, xəz-dəri ovçuluğu, cənubda qaramal saxlanması, həmçinin arpa, çovdar və tərəvəz əkinçiliyi fərqlənir. Nəqliyyat çox zəif inkişaf etmişdir. Əsas nəqliyyatı çay, avtomobil və aviasiyadır. Respublika 4 hissəyə ayrılır: Mərkəz, Cənub-Qərb, Cənub, Şimal.
Taymır (Dolqan-Nen) Muxtar Mahalı əsas nəqliyyat yollarından kənarda, Şimal Buzlu okeanı sahillərində yerləşir. Faydalı sərvətləri: mis, nikel, kobalt, platin, balıq və s. Əhalinin milli tərkibi: dolqan, nen, rus və s. Əhalinin sıxlığı çox azdır-1 km2-də 0,06 nəfər. İri yaşayış məntəqələri Norilsk, Dudinka (mərkəz), Ust-Port, Xatanqadır. İqtisadiyyatda metallurgiya, yanacaq-energetika, kənd təsərrüfatında maralçılıq, xəz-dəri ovçuluğu, balıqçılıq əsas rol oynayır. Nəqliyyat şəbəkəsi çox zəifdir, qismən avtomobil, çay nəqliyyatı var.


Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərbində yerləşir. Sahəsi 111 min km2-dir. Cənubi Azərbaycanın çox hissəsi Şərqi Azərbaycan (sahəsi 67,1 min km2, inzibati mərkəzi Təbriz) və Qərbi Azərbaycan (sahəsi 43,9 min km2, inzibati mərkəzi Urmiya) ostanlarında (İranda inzibati-ərazi vahidi) yerləşir. 1992-ci ildə Şərqi Azərbaycan ostanı iki yerə bölündü və Zəncan (inzibati mərkəzi Savalan) sərbəst ostan kimi ayrıldı.

Relyefi əsasən dağlıqdır. Şimal-şərqdə Muğan düzü, qərbdə Kürdüstan dağları yerləşir. Dağlar tektonik qırılmalarla ayrı-ayrı massivlərə ayrılır. Şərqdə Talış və Boqrov dağları, mərkəzdə Ərdəbil çökəkliyi üzərində Savalan (4821 m), Təbrizin cənubunda Səhənd (3722 m) ucalır. Cənubda Zəncan, Riistam, Qəfədan dağları var. Dağlar arasında geniş çökəkliklər (Urmiya, Ərdəbil, Miyanə) yerləşir. Bu çökəkliklərdə əhalinin əsas hissəsi və iri şəhərlər yerləşir. Faydalı qazıntıları gümüş, qurğuşun, alüminium, dəmir, mis, molibden, daş kömür, həmçinin mineral və isti bulaqlardır.

iqlimi subtropik kontinentaldır. Daxili ərazilərdə 200-400 mm, kənar dağların küləktutan yamaclarında 800-1000 (1700) mm-ə qədər yağıntı (əsasən dekabr-aprel aylarında) düşür. Daxili suları azdır. Qızılüzən, Qırmızı və Qarasu çayları nisbətən iri çaylardır. Ən iri gölü Urmiyadır.

Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar İranın digər ostan və şəhərlərində də (Tehran, Həmadan, Qəzvin, Ərak) yaşayır. Müxtəlif məlumatlara əsasən, İranda 20-28 mln nəfər azərbaycanlı yaşadığı məlumdur. Böyük şəhərləri Təbriz, Urmiya, Həmədan, Zənənc, Zəncan, Ərdəbil və s.-dir.

Kənd təsərrüfatında bitkiçiliyin mühüm sahələri dənli bitkilərdən buğda, arpa, çəltik; texniki bitkilərdən şəkər çuğunduru, kətan, tütün, pambıq; yağlı bitkilərdən günəbaxan, soya; bağçılıq; üzümçülük; həmçinin subtropik meyvəçilik-badam, püstə əsas yer tutur. Heyvandarlıq düzənlik rayonlarda camış, dəvə, dağlıq ərazidə qoyunçuluq, arıçılıq, baramaçılıq ilə təmsil olunur.

Sənayedə yüngül sənaye (xalçaçılıq, kustar sənətkarlıq) və yeyinti sənayesi nisbətən inkişaf etmişdir. Son illərdə maşınqayırma, poladtökmə, tikinti materialları istehsalı inkişaf etdirilir.

Əsas nəqliyyatı dəmiryol və avtomobil nəqliyyatıdır.

Qaraçay-Çərkəz Respublikası - Rusiya Federasiyası subyektlərindən biri, inzibati baxımdan Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir.Qaraçay-Çərkəz muxtar vilayəti olaraq 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət olaraq 12 yanvar 1922-ci il - 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il - 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya FSSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur.Respublikanın ərazisi 14,277 км²-dir. Respublika ərazisinin 80%-i dağlıq ərazidir. Respublika su ehtiyyatı ilə zəngindir. Beləki, respublika ərazisində buz mənşəli 130 dağ gölü yerləşir və irili-xırdalı 172 çay axır. 
Çaylardan ən iriləri Kuban, Urup, Laba, Kİçik və Böyük Zelençuq çaylarıdır. Respublika
ərazisinin 416,201 hektarı meşələrlə örtülüdür.2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikada 439.470 nəfər əhali yaşayır .

,
Mərkəzi Asiyada və İrnanda yaşamış  dünyaşöhrətli təbib, alim İbn Sina olmuşdur. Onun tibbə aid kitabları («Tibb ensiklopediyası» və «Tibb elminin qanunu») tərcümə edilərək uzun müddət Şərqdə və Qərbdə tibb üzrə əsas dərslik olmuşdur. Ensiklopediyaçı alim Məhəmməd FərabiAristotelin əsərlərinin izahını vermiş, ondan
sonra elmi biliklərintəsnifatını vermişdir. Fərabi Aristoteldən sonra «ikinci müəllim» adını
almışdır.Türk dünyasının böyük alimlərindən biri olan əl-Biruni ilk qlobusu yaratmış ,
ilk dəfə Hind okeanı ilə Atlantik okeanını Afrikanın cənubunda dar bir boğazla birləşdiyini söyləmişdir. Biruni Xəzər dənizi sahillərində Hindistana kimi ərazilərdə səyyah kimi olmuş və qiymətli məlumatlar vermişdi. O,«Hindistan» adlı əsərində ilk dəfə yerin günəş ətrafında fırlanması barədə məlumat vermişdir. Biruni Azərbaycanın şəhərləri (Bakı,Dərbənd,Bəzz, Təbriz, Bərdə və s.) haqqında da məlumat vermişdir./tarix.info/

Tıva Respublikası (Республика Тыва) — Rusiya Federasiyası subyektlərindən biridir.Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir .Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35oC, iyul ayınınkı 12oC olur. Yağıntının miqdarı 250-400 mm-dir. Əsas çayları Yenisey və onun qollarıdır. Respublika ərazisində çol landşaftı, dağ şabalıdı torpaqlar geniş yayılmışdır. Dağ yamaclarında qaraşam, dağlıq sahələrdə tundra bitkiləri yayılmışdır. Bu isə əkinçilik və heyvandarlığın inkişafına geniş imkanlar yaradır. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən respublikada 305.510 , 1 yanvar 2007-ci ilə olan rəsmi təxminə əsasən isə 309.439 nəfər əhali yaşayır. Tıva Respublikası əhalisinin 60% - dən çoxu tıvalılardır. Əhalinin 47% - i şəhərlərdə, 53%- i kəndlərdə yaşayır. Böyük şəhərləri Qızıl,Şanqonar və Cadandır. Tıvada hasilat sənayesi, yüngül və yeyinti sənayesi, meşə-ağac emalı inkişaf etmiş inkişaf etmişdir. Kənd təsərrüfatı dənli və yem bitkilərinin becərilməsi və heyvandarlıq istiqamətlidir. Heyvandarlıqda ətlik – südlük qaramal və zərifyunlu qoyunçuluq əsas yer tutur. Respublikanı xarici aləmlə bağlayan yeganə avtomobil yolu Qızıl – Minusinsk magistralıdır.


Sintszyan – Uyğur Muxtar Vilayəti – Çin Xalq Respublikasının ərazisində inzibati ərazi vahididir.Sintszyan  Uyğur Muxtar Vilayətinin ərazisi 1.828.418 km²-dir.Paytaxtı Urumçi şəhəridir.2001-ci ilə olan qeyri rəsmi hesablamalara əsasən Sintszyan – Uyğur muxtar rayonunun əhalisi 43.210.802 nəfərdir Uzun bir tarix boyunca Şərqi Türküstan Mərkəzi Asiyada qurulmuş olan Türk dövlətlərinin və xanlıqlarının mərkəzi olmuşdur.Çin XRespublikasında 11 türk əsilli etnik qruplar yaşyır.Bunlar-qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar və Uyğurlar daxildir, İli türkləri və Fuyu qırğızları . 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393 nəfər uyğur,
1.250.458  nəfər qazax, 160.823 nəfər qırğız, 104.503 nəfər salar, 13.719 nəfər yuğur, 12.370 nəfər özbək və 4.890 nəfər tatar olmaqla 9.946.156 nəfər türk kökənli əhali yaşayır . Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintzyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar .
Uyğurlar : Sintszyan – Uyğur muxtar rayonu
Qazaxlar :
Qırğızlar : özlərini "Kırqızdar" adlandırırlar, 2000-ci il siyahıya almasına əsasən Çində 160.823(158,775 nəfəri Sintszyan – Uyğur muxtar rayonunun ərazisində yaşamışdır) nəfər qırğız məskunlaşmışdır . Sintszyan – Uyğur muxtar rayonunda yaşayan qırğızların əksəriyyəti - 124.533 nəfəri və ya 78%-dən çoxu Qızılsu-Qırğız Muxtar Dairəsinin (2000-ci il s.a.-na görə M.D. əhalisi 281.306 nəfəri uyğur, 124.533 nəfəri qırğız, 28.197 nəfəri çinli, 4.662 nəfəri tacik, 432 nəfəri dunsyan, 558 nəfəri digər millətlər olmaqla cəmi 439.688 nəfər olmuşdur.) Akto[9], Akçi[9] və Vüqia[9] (türkçə əsl adı Uluqçat) qəzalarında, qalan 34.242 nəfər isə Aksu dairəsinin Uşi[9] (türkcə əsl adı Uçturfan) və Bayçen[9](türkcə əsl adı Bay və ya Bəy) qəzalarında , İli-Qazax Muxtar Dairəsinin Çjaosu[9] (türkcə əsl adı Monqolkürə-dir, mənası uyğur dilində "Monqol Məbədi" deməkdir) və Tekes[9]qəzalarında yaşamaqdadır .
Tuvalar : özlərini "Tıvalar" adlandırırlar, 1999-cu ilə aid olan tədqiqatlara görə Çindəki tuvaların sayı təxminən 2.400 nəfərdir . Öz milli dillərini və milli türklük şüurlarını qorumuşdurlar . Bununla belə onların 90%-i qazax dilində, 30%-ə qədəri də monqol dilində (kalmık dialekti) danışa bilir, həmçinin çin dilində yaza və oxuya bilirlər . Sintszyan-Uyğur Muxtar Rayonun İli-Qazax Muxtar Dairəsinin Altay qəzasında Burçun (ing: Burjin, uyğ: Burçin), Xabaxe (ing: Habahe, uyğ:Qaba), Fuyun (ing: Fuyun, uyğ: Köktokay) və Altay nahiyyələrində (Burçun nahiyyəsinin Xom və Xanas kəndlərində, Xabaxe nahiyyəsinin Aq Xava kəndində və Altay nahiyyəsinin inzibati mərkəzi olan Altay şəhərində) yaşamaqdadırlar . Ehtimal olunur ki siyahıyaalma zamanı tuvaların dil və mənşə tədqiqi aparılmadan monqollarla yemək, geyim, irqi görünüş və sairə kültür bənzərliyi əsas götürülmüş və onlar monqol olaraq qeydiyyata alınmışlar .Haşiyə : Altay qəzasının ərzisi 118 min km²-dir, əhalisi 2000-ci il s.a.-na görə 561.757 nəfər olmuşdur : 288.612 nəfəri qazax, 229.984 nəfəri çinli, 22.166 nəfəri xuey, 10.068 nəfəri uyğur, 5.486 nəfəri monqol, 1.724 nəfəri dunsyan, 1.236 nəfəri tatar, 2.481 nəfəri isə digər millətlər olmaqla . Onlardan qazax, xuey (kökən olaraq çinlidirlər, keçmiş SSRİ-da elmi ədəbiyyatda onlar "dunqan" adlanırdılar, leksikasına xeyli ölçüdə türk dilinin karluk-çağatay-uyğur ləhçəsi təsir göstərmişdir), uyğur, dunsyan (monqol kökənli) və tatar etnik qrupları müsəlmandırlar .
Salarlar : özlərini "Salır" adlandırırlar . "Salar" bu etnik qrupun adının çin dilində deyiliş şəkilidir . Azərbaycan dilində düzgün deyilişi "salur"dur . Çinin Tsinxay vilayətinin Xaydun dairəsinin Syunxua-Salar Muxtar Qəzasında[6] 63.859 nəfər (məlumat 2000-ci il s.a.-na aiddir: Syunxua-Salar MQ-da ümumi əhali 104.452 nəfər olmuşdur), Tsinxay vilayətinin Xaydun dairəsinin Xualun-Xuey Muxtar Qəzasında 11.100 nəfər (məlumat 2000-ci il s.a.-na aiddir: Xualun-Xuey MQ-da ümumi əhali 213.716 nəfər olmuşdur), Qansu vilayətinin Linsya-Xuey Muxtar Dairəsinin Tszişişan-Baoan-Dunsyan-Salar Muxtar Qəzasında 25.782 nəfər və Sintszyan-Uyğur (tarixi adı Şərqi Türkistan və ya Uyğurustan) Muxtar Rayonunun İli-Qazax Muxtar Dairəsinin inzibati mərkəzi İnin (əsl-keçmiş adı Güljə olmuşdur . Bu söz türkcə olub qazax dilində vəhşi dağ qoyununun iri erkəyini bildirmək üçün istifadə olunur) şəhərində. 3.762 nəfər salar türkü məskunlaşmışdır . Hazırda Çində 14 tümən yəni 140 min nəfər salar türkü yaşamaqdadır .Tarixi məxəzlərə dayanılaraq ehtimal edilir ki, ipək ticarəti ilə əlaqədar Salarlar hazırda Çində yaşadıqları ərazilərə XIV əsrdə o zaman məskun olduqları Səmərqənd şəhəri yaxınlığından köç etmişdirlər, köçəri deyildilər, oturaq əhali idilər və əsasən ipəkçiliklə məşğul olurdular. Salarlar etnik mənşə və danışdıqları ana dilləri etibarı ilə Türk dillərinin Oğuz yarımqrupuna daxildirlər .Hazırda salar dilini demək olar ki, bu etnik qrupun bütün fərdləri, həmçinin etnik salarların çoxluq olduqları bölgələrdə ətrafda yaşayan türk olmayan digər dillərin daşıyıcıları da (xüsusiylə kişilər) bilirlər . Adətən salarlar ana dillərindən əlavə bir və ya bir neçə dildə danışa bilirlər . Beləki onların böyük bir qismi uyğur və çin dillərində , çox az hissəsi isə tibet dilində danışmağı bacarır. Salar dili iki dialektə sahibdir : cizi və menqda . Cizi dialekti salarcanın qrammatikasında standart olaraq qəbul edilir Leksikasına nəzər salınarkən uyğur və qazax dillərinin təsiri hiss edilir . Salarlar X əsrdən başlayaraq XX əsrin sonlarınadək ərəb əlifbası əsasında hazırlanmış türk əlifbasından istifadə etsələr də, 1969-cu ildən 2008-ci ilədək Uyğur Latın Əlifbasından , 2008-ci ildən bəri isə salar dilinə uyğunlaşdırılmış yeni latın əlifbasından (salarca : Salır Latin Oğuş), həmçinin ölkədə rəsmi olan çin əlifbasından istifadə edirlər 
Fuyu qırğızları : eyniylə tuvalar kimi müsəlman olmayan türk kökənli topluluq olub Mancuriya vilayətində Qiqihaer rayonunun Fuyu nahiyyəsindəki bir neçə kənddə yaşamaqdadırlar . 2000-ci ilə olan təxminə əsasən sayları 1.000 nəfər ətrafındadır . 35 yaşdan aşağı olanların demək olarki, 90%-i öz dilini bilmir və ya bu dildə çox az söz başa düşür, gündəlik həyatda əsasən monqol və çin dilindən istifadə edirlər . Daha yaşlı nəsil ilə aparılmış sorğu anketlərinə dayanılaraq fuyu qırğız dilinin xakas dili ilə olduqca yaxın olduğu qənaətinə varılmışdır . Ehtimal olunur ki fuyu qırğızlarını hazırki yaşadıqları yerlərə bu bölgədə yaşayan monqollarla birlikdə 18-ci əsrdə Çində hakimiyyətdə olan Mancur əsilli xanədanlıq hazırki Şimali Monqolustan ərazisindən köçürüb gətirmişdir və ehtimal olunur ki hazırda fuyu bölgəsində monqollar içərisində asmilə olmuş minlərlə fuyu qırğızı vardır . Ancaq onlar artıq öz milli şüurunu itirmişdirlər .
Abdallar : özlərini "Əynülər" adlandırırlar, sayları 1996-cı ilə olan təxminə əsasən 30,000 nəfərdir . 2000-ci il s.a. zamanı uyğur olaraq qeydə alınmışdırlar . Rusiya FR-da və Yaponiyada yaşayan "Ayn" etnik qrupuyla eyni deyillər .
İli türkləri : Milli təsnifata görə özbək əsilli hesab edilirlər. 

Tacikistanın ərazisi əsasən dağlıqdır. Şimalda Fərqanə vadisi, şimal-qərbdə və ölkənin mərkəzində Türküstan, Zərəfşan, Hissar, Alay sıra dağları. Cənub-Şərqdə İsmayıl Səməni piki olan Pamir dağları yerləşir. Tacikistanın böyük hidroresursları var. Tacikistanda həmçinin zəngin aliminium yataqlarıda var. Dünyanın ən hündür bəndi olan SESi Nurek burada yerləşir.Tacikistanda olduqca zəngin qızıl, gümüş və antimon yataqları var. Ən böyük gümüş yatağı Sugd əyalətindədir. Bundan başqa Tacikistan strontium, duz, qurğuşun, sink, floraspar və civə istehsaı edir. Sovet dönəmində külli miqdarda uranium istehsal edilirdi. Ama müstəqillik dönəmində iqtisadi çətinliklərə görə uranium istehsalı dayandırıldı. Qazaxıstanın ekstensiv aluminium sənayesi tamamilə gətirilmə filizlə işləyir. Tacikistanda balıqçılığın inkişafı üçün münbit şərait var. 2003-də 158 ton balıq ixrac olunub.
Kənd Təsərrüfatı-Tacikistanda kənd təsərrüfatı nisbətən zəif inkişaf edib. Bunun əsas səbəbi
yararlı torpaqların sahəsinin olduqca az olması və bununla yanaşı iqtisadi çətinliklərdir.
Tacikistan höküməti torpaq islahatları haqqında qanun versədə bu qanunun düzgün icra olunmaması bir çox problemlər yaradır. Buda öz növbəsində kənd təsərrüfatının inkişafının qarşısını alır. Tacikistanda əsasən taxıl, kartof, soğan, pomidor, meyvəçilik və düyü becərilir. ərazinin 80 % dan çoxunun irriqasiyaya ehtiyacı var. Tacikistan Qazaxıstan və Özbəkistandan külli miqdarda üzüm idxal edir. Tacikistan əsasən alüminium, pambıq, parça, bitki yağları, meyvələr ixrac edir, və dəzgahlar, ərzaq, içkilər, elektronika, avtomonillər idxal edir.
İqtisadiyyatı-Tacikistan xammalın həcmində, ehtiyatları mineralında (faydalı qazıntılarında) və mənbəyində мühüm və unikal yerə malikdir, kömür daxil olmaqla, neft, qaz, daş duzları, sürmə, civə, qızıl, gümüş və s. Bu vaxta kəşfiyyat apardı və hazır inkişafa 400-dən çox yataqlаr işləyəcək vəziyəttədir.
Tacikistan hidroenerji potensialında zəngin ölkə hesab edilir və dünyada səkkizinci yerdədir.
Dünya miqyasında tanınan böyük müəssisələr: Taciк alümini zavodu (Таlcо), Nurek hidro enereji stansiyası, Açıq səhmdar şirkəti "Parçalar", səhmdar şirkəti "Abreşim", "Taciktekstilmaş", birgə müəssisə "Zarafşon", "Kabool Taciktekstil" birgə müəssisəsi, "Obi Zulol" birgə müəssisəsi, Açıq səhmdar cəmiyyət "Kolinho", aşağı voltlu təchizatın istehsalı ilə məşğul оlаn Adrasman fabriki, yağ toplayan sənaye kompleksləri v. s. var. Rəngli metallurgiya kimi belə sferalar, lahiyələşdirən su enerjisi, kənd təsərrüfatı, kommunikasiya və telekommunikasiyalar, nəqliyyat, dağ-mədən, asan və qida, kimya sənayesi, xalq təsərrüfatlarında aparıcı yerini təşkil edir.
İqtisadi islahatların, xalq təsərrüfatının iqtisadi restrukturlaşdırmalarının dərinləşməyə dünya iqtisadiyyatına beynəlxalq əlaqələrin və inteqrasiyanın inkişafları götürülürməsi üçün nəhəng addımlar atılıb,
Xarici ticarətlər və valyuta sazişləri qıymətlər liberallaşdırmış ticarətdirlər. Respublikada fəaliyyet göstərən ortanın və böyüyün təxminən 70 %-indən kiçik müəssisələr tamamıyla özəlləşdirilir. Beynəlxalq tələbləri qarşılayan ölkənin yeni Vergi və Gömrük Кodeksləri qəbul edilirlər. Dünya Ticarət Təşkilatına respublika yaranmasında daxil olması üçün işlər aparılır.
Xarici investisiyaların cazibədarlığı üçün əlverişli şərtlər, reklamın bazar strukturlarının və inkişafının dəstəkləri üçün maddi cəhətdən, bank sistemi və maliyə sistemi yaxşılaşdırılır.
Hər il toplu ajanda çap olunur ki onda "İnvestisiya layihələr nəşr edilir" ən maraqlı kapital qoyuluşu layihələrin əməkdaşlığa dəvət ədir .
Tacik iqtisadiyyatında investisiyanın prioritet istiqamətləri: lahiyələşdirən su enerjisi, və qiymətli metalların emal edərək daşlar, polymetallik filizləri, telekommunikasiyaların inkişafı, və başqa kənd təsərrüfatı məhsullar.
Birgə müəssisələrin və mülkiyyətin başqa nümunələrinin qeydiyyatı üçün prosedura sadələşdirilir. Xarici investorların iştirakı ilə təxminən 300 birgə müəssisəсi fəaliyyət edib.
Bu gün üçün Tacikistan iqtisadiyyatının ən böyük investorları arasında şirkətlər- Rusiyadan, ABŞ-dan, Kanadadan, Böyük Britaniyadan, Koreyadan, Almaniyadan, İsveçrədən, İtaliyadan, Macarıstandan və İrandan: Rusyaдан "Birləşdirilən Enerji Sistemləri" Cəmiyyətini, Körfəz Beynəlxalq Minerallarını (qızıl yataqların), Nelson Qızıl Korporasiyasını (qızıl və gümüş yataqları),Birinci Boston Kredit (İsveçrəli füçers şirkəti), Kabool Tekstayl və Adjind Beynəlxalq şirkəti (tekstil parçaları istehsal edir). Respublikada müştərək fəaliyyet əden belə böyük müəssisələr, "Zarafşon", "Aprelevka," "Obi Zulol," "Hasid aytisi" "Ravgani Tocik," "İndiqo," "Pulodon," "Ispgeko International," "Tocikazot," "Ozgün Inşaat," "BSK Oriyon," "Birinci mikrofinans bankı," "Assor Perm," "Anis firması" müvəffəqiyyətlə işləyir v.s.
Таcikistan Respublikasının Qanunları "Tacikistan Respublikasında biznesin dövlət müdafiəsi və dəstəyi haqqında" "xarici investisiyalar haqqında "xarici ticarət fəaliyyətləri haqqında," "səhmdar şirkətlər haqqında," "тəxminən icarəyə götürmək," "Konsessiyalar-güzəştlər haqqında" təmin edir ki, hüquqların müdafiəsi, maraqlar və xarici investorların mülkiyyəti, respublikanın iqtisadiyyatının inteqrasiyası üçün dünya iqtisadiyyatına güclü hüquqi əsası yaradır kimi , xalq təsərrüfatının müxtəlif sahələrində əməkdaşlıq genişlənməsində xarici investorların iştirakını stimullaşdırır.
Еnerji və neft -qaz kompleksi.
Hidroelektroenerji resursların-ehtiyatlarının müəyyən indikatorlarında dünyada birinci və tam indikatorlarda (300 milyard kilovat/saatda bir ildə) səkkizinci yer tutur. Resursların там isitfadəsi halində, respublika regionda elektrik enerjisinin ən böyük eksportçusu haline gələbilər.Əhəmiyyətli enerji resuslarına baxmayaraq Respublika indi də enerji defisitinə ( bir ildə 600 mln Kvt/saat), malik olmağa davam edir, əsasən, qış dövrü ərzində.
Yaxşı perspektivləri neft-qazın inkişafı görülür və respublika yaxşı neft-qaz kompleksi resurslarına malikdir.
1 yanvar 1997 ili üçün Hidrokarbonik xammalının tam resursları 1033,76 milyon ton şərti yanacaqda qiymətləndirildi.
Ekspertlərin proqnozlarının altında, Tacikistanın yerin təkində 113,1 milyon ton neft , 863 mlrd metre kub bazında tebii gaz və 36 milyon ton qaz kondensatı mövcüddür. Ölkənin bütün neftinin və qaz resurslarının 80,8 %-i respublika cənub-qərbində, 19,2 %- isə Tacikistanın şimalində toplanır.
Nəqliyyat-Yaxın və uzaq ölkələrlə nəqliyyat Dövlət Hava yolları şirkəti "Tacik Air" və şəxsi
havayolu şirkəti "Somon Air" qurudan isə Dövlət Unitar Müəssisə "Rohi Ohani Tocikiston" Taciksitan dəmir yolları ilə və digər beynəlxalq daşınma agentlikləri ilə yerinə yetirilir.Birinci qatar Düşəmbə şəhərinin dəmiryolu stansiyasına 1929 sentyabrda gəlmişdir.Dəmir yollarının fəliyyətləri bu illərdə başa çatmışdı və istifadəyə verilmişdir:1899 ilində Suğd vilayətinə, 1929-də Düşəmbədə, 1974-də Kurqon- Teppda şəhərində Xatlon vilayəti və 1999-də Kulоb- Qurgan-Teppa demir yolu istifadəyə verilmişdir .
Respublikanın dəmir yollarının uzunluğu 1260.6km edir , 679,9 km əsas yollar təşkil edir, 270,8 км-i Dövlət Unitar Müəssısəsi "Tacik Demir Yollarına" aid və digər şirkətlər isə 310.2 km kimi yollara sahibdilər.
Beynəlxalq sərnişin daşınmalar MDB ölkələri ilə əsasən yerinə yetirilir.
Tacik Demir Yolları bütün MDB və Baltik ölkələr ilə əməkdaşlıq edir. Başlıcaları OSCD, GKO, MSCD, TASİS və başqa nüfuzlu beynəlxalq təşkilatlarının əməkdaşlığının тəşkilatında səlahiyyətli nümayəndəleri vardır ve üzvudur.
Xarici dünya ilə yük və sərnişin daşıma, beynəlxalq təşkilatlar tərəfindən inkişaf etdirilən nəqliyyat koridorları vasitəsi ilə yerinə yetirilir.
İndi Tacikistan Respublikasında ölkənin daxili uçuşlarına xidmət edən 11 aeroporta və həmçinin beynəlxalq uçuşların gəlmələrinin və getmələri xidmətləri üçün 4 beynəlxalq aeroport fəaliyyet gösterir. Bunlar (Düşəmbə, Xucand, Kulоb və Kurqan-Teppa) şəhərlərinin hava limanlarıdır.
Tacikistan Respublikasının hava məkanından həmçinin Avropadan Asiyaya uçuşları yerinə yetirən beynəlxalq təyyarələrin uçuşları üçün istifadə edilir və geri йан başqa dövlətlərя Tacikistan Respublikasından uçuşlar aparılır. Bütün bu uçuşlar Tacikistan hava məkanında bu gün ərzində 11r beynəlxalq hava xəttlərində yerinə yetirilir. Həmçinin demək zəruridir ki, Tacikistan Respublikasının hava məkanından giriş və çıxış üçün, Tacikistanın və Əfqanıstanın aralarında 4 hava koridoru var, Özbəkistan ilə 67 hava koridoru və Qırğızıstan ilə 1 hava koridoru fəaliyyet gösterir.
Verilən vaxtda Tacikistan Respublikasının hava kommunikasiyası üçün belə ölkələr ilə Əfqanıstan, Almaniya, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Latviya, Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Rusiya, Səudiyyə Ərəbistan, Türkiyə, Ukrayna, kimi ölkələrlə qoşulur.
İndi beynəlxalq aeroportlar bərpa edilir və həmçinin əla xidmət etmək üçün xarici yeniləşməni təbliğ olunur və nəqliyyat daha da çox sərnişinlər və yük alınırlar və həmçinin hava nəqliyyatında uçuşların və aviasiya təhlükəsizliklərinin riayət etməsi ilə aeroportlarda və təyyarələrdə hava sərnişinlərinin xidmətinin keyfiyyətini və komfortunu yüksək səviyyəsinin qaldırır.

1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti  adını daşımışdır.1983-cüildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlət qurumu. 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır.Adanın üçdə bir hissəsinə nəzarət edir. Dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər ŞKTR-i rəsmən tanımaq istəmirlər. Bununla belə, ŞKTR ilə bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Şimali Kipr Türk Respublikasıİslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir.
Əvvəllər Pakistan və Banqladeş ŞKTR-i müstəqil dövlət kimi tanımış, sonradan bundan imtina
etmişlər.Şimali Kipr Türk Respublikasının əhalisi təqribən 260 min nəfərdən çoxdur. Əhalinin çoxu yerli etnik türklərdir.
Həmçinin, müəyyən qədər anklavlarda yaşayan kipr yunanları və maronitlər də vardır.
ŞKTR-in paytaxtı rəsmən Kipr Respublikası kimi Nikosiya hesab edilir. Ancaq faktiki paytaxtı Lefkoşadır (türk. Lefkoşa, yunan. Λευκωσία). Şimalda Dipkarpaz, qərbdəGözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır. Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası – "Yaşıl xətt" ing. Green Linevardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.







Türkmənistan  Asiya qitəsində yerləşən dövlətdir. Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir.
Relyefinə görə ovalıq və dağlıq hissələrdən ibarətdir. Kopetdağ silsiləsi seysmik cəhətdən fəaldır. Ölkə ərazisinin 80%-dən çoxu Turan ovalığında okean səviyyəsindən 100-200 metr hündürlükdədir. Zəngin təbii qaz və neft ehtiyatına görə ölkə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Ölkə ərazisində 144 neft və qaz yatağı aşkar edilmişdir. Onlardan yalnız 40 yataq istismar olunur (Xəzərətrafı, Buxara-Xivə, Mraı, Lebap və s.). Yeraltı sərvətlərdən kükürd, kalium və daşduz, bentonit gili, mirabilit,alunit vardır.
Ölkənin iqlimi quru subtropik iqlimdir. Burada ilin 290 günü buludsuz keçir. Respublika ərazisində illik və sutkalıq temperature amplitudu çoz böyükdür. Yağıntıların orta illik miqdarı 50-200 mm arasındadır. Mümkün buxarlanma 1500 mm-dən artıqdır. Əkinçilik əsasən suvarma, dağlarda isə qismən dəmyə şəraitində mümkündür. Ölkənin şərq rayonları Amudərya, Murqab və Təcənçaylarının suları ilə təchiz olunur.
Türkmənistanda ən böyük göl Sarıqamışdır. Bu göldən yüksək keyfiyyətli xörək duzu yığılır. Suvarma tarixən Türkmənistan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Amudəryadan çəkilən Qaraqum kanalı minlərlə hektar torpağın canlanmasında mühüm rol oynayır. Türkmənistan ərazisi yeraltı sularla zəngindir. Yeraltı suların səthə yaxın ərazilərində vahələr mövcuddur. Münbit torpağı,tuğay meşələri, zəngin bitki örtüyü vahələrə özünəməxsus gözəllik verir. Ölkə ərazisinin 375 min km2 –i səhra və yarımsəhralardır. Boz qumsallıqda hamar səthli takırlar çox yeknəsək təsir bağışlayır. 
Türkmənistan ərazisində bitən saksaul kolu əhalinin istifadə etdiyi ən mühüm bitkidir.
Əhalisi-Türkmənistan etnosunun mənşəyi qədim sak-massaget və sarmat-alan qəbilələri ilə bağlı olub. Etnosun formalaşmasında oğuzlar yaxından iştirak etmişlər.
Türkmənistanda kənd əhalisi üstünlük təşkil edir (55%). Əhali əsasən, Qaraqum kanalı zonasında, Murqab və Təcən çaylarının deltasında,Kopetdağın ətəyində cəmləşmişdir. Aşqabad şəhəri Türkmənistan Respublikasının paytaxtı, mühüm elm, sənaye və mədəniyyət mərkəzidir. Başqa əsas şəhərləri Cərco, Daşoğuz, Marı, Nebitdağ, Türkmənbaşıdır.
Türkmənistan BMT, İKT (İslam Konfransı Təşkilatı), MDB, İqtisadi Əməkdaşlıq Şurası və s. təşkilatların üzvüdür.
İqtisadiyyatı-Türkmənistanın təsərrüfatının əsas gəlirli sahəsi neft və qaz kompleksinin inkişafıdır. Neft və qazçıxarma respublikanın ixtisaslaşmış sahəsidir. Ölkənin gəlirinin 60%-i bu sahələrin payına düşür. Neft borularla emal üçün Türkmənbaşı  Cərco şəhərlərinə nəql edilir. Neftin bir hissəsiXəzər dənizi ilə Azərbaycana və başqa ölkələrə aparılır. Türkmənistan təbii qaz ehtiyatına görə dünyada 4-cü yerdə durur. Xüsusilə, Açaq, Marı və Xəzərsahili yataqlar daha məhsuldardır. İldə 32 milyard m3 qaz hasil olunur və bu qazın böyük hissəsi qonşu ölkələrə, o cümlədənAzərbaycana, Gürcüstana, Ukraynaya, Rusiya Federasiyasına göndərilir.
Türkmənistanda təbii qazı ixrac etmək üçün hələlik yalnız bir boru kəməri (Rusiyaya) mövcuddur. Lakin İran və Türkiyədən keçməklə Avropaya,Əfqanıstandan keçməklə Pakistan və Hindistana qaz ötürmək üçün boru kəməri marşrutları üzərində işlər gedir.
Ölkədə maşınqayırma sənayesi neft-qaz və kənd təsərrüfatına xidmət sahələrindən ibarətdir. Kimya sənayesi üçün kifayət qədər yerli xammal vardır. Kükürd, kalium duzları, yod əsasında Nebitdağda, Bekdaşda, Çələkəndə, Cərcoda, Marıda kimya zavodları fəaliyyət göstərir. Bir çox xarici şirkətlər Türkmənistanda kimya zavodları müəssisələri yaratmaq marağındadır.
Türkmənistanda elektrik enerjisinə olan tələbat iri şəhərlərə yaxın tikilmiş İES-lər və İrandan alınan enerji hesabına təmin olunur.
Kənd təsərrüfatı-Türkmənistanda əkinçilik üçün yararlı torpaqların yarısından pambıqçılıqda istifadə olunur. Qaraqumun Murqab və Təcən deltalarında, Amudəryaboyunca uzanan sahələrdə pambıq əkinləri daha çoxdur.Respublikada yığılan pambığın 25%-i zərifliflidir. Gələcəkdə pambıq istehsalını 3 milyon tona çatdırmaq nəzərdə tutulur. Suvarılan torpaqlardanbağçılıqda, üzümçülükdə və taxılçılıqda istifadə olunur. Çəltik Amudəryanın aşağı axarlarında becərilir. Vahələrdə əhali baramaçılıqla məşğul olur. Bostan bitkiləri xüsusilə geniş yayılmışdır. Son illər şəkər çuğunduru əkinləri geniş vüsət almışdır.
Kənd təsərrüfatının ikinci sahəsi heyvandarlıqdır. Şərqi Qaraqumda qaragül qoyunları, Qərbi Qaraqumda zərifyunlu qoyunlar və birhürgüclü dəvələr saxlanılır. Pambıqtəmizləmə (Türkmənqala), pambıqparça, ipək (Aşqabad, Türkmənabad və Marıda), qaragül dərisinin aşılanması və s. fabrikləri fəaliyyət göstərir. Lakin yüngül sənayedə aparıcı sahə xalçaçılıqdır.Ərazinin tranzit mövqeyi nəqliyyatın inkişafı üçün geniş imkanlar açır. Türkmənistan cənub istiqamətdə nəqliyyat şəbəkəsini yaratmaq mövqeyi tutmuşdur. Təcən şəhərindən Məchəd şəhərinə çəkilən avtomobil yolu Mərkəzi Asiyanın digər respublikaları (xüsusən Qazaxıstan vəÖzbəkistan) üçün mühüm əhəmiyyətə malikdir. Bakı ilə Türkmənbaşı şəhərləri arasında Xəzər dənizində gəmi-bərə işləyir.

Tatarstann Rusiya Federasiyasının tərkibində muxtar respublikadır.Ərazisi 68,000 km² əhali sayı isə 3,800,000 nəfərdir ki onların əksəriyəti tatarlardantəşkil olunur.Tatarıstanın paytaxtı Qazan şəhəridir. Qeyri-rəsmi Tatarıstan ideyası:Bez Buldırabız! (Biz Bacarırıq!) adlanır.80-ci illərin sonunda Volqaboyu və Sibirin türk xalqları milli muxtar qurumlarının siyasi statuslarının artırılması uğrunda mübarizə aparırdılarsa, SSRİ dağıldıqdan sonra Tatarıstanda müstəqillik meylləri güclənməyə başladı. Tatarıstan Başqırdıstan ilə bərabər Rusiya Federasiyası ilə birbaşa müqavilə imzalamaq təklifini irəli sürdü. Tatar xalqının qurultayı Respublika Ali Sovetinə alternativ orqan olan Məclis təşkil edildi.1991-1993-cü illərdə Tatarıstanda müstəqillik uğrunda kütləvi hərəkat başlandı. Kazanda isə xalq ordusunun yaradılmasına cəhd göstərildi. Muxtar respublikada prezident seçkisi keçirildi. Mentemir Şaymiyev Tatarıstanın prezidenti seçildi. O, milli hərəkatla parlamentin Moskva meylli müxalifəti arasında çox bacarıqla manevr edərək respublikada sabitliyi qoruyub saxlaya bildi. Tatarıstan Rusiyanın muxtar qurumları içərisində ilk olaraq Suverenlik haaqında Bəyannamə qəbul etdi. Referendum keçirildi və respublika beynəlxalq hüquq obyekti kimi, Rusiya Federasiyası ilə assosasiya olunan xüsusi statuslu suveren dövlət elan edildi. Lakin Rusiya Federasiyasının Konstitusiya məhkəməsi bu qərarı təsdiq etmədi. Tatarıstan mərkəzə heç bir vergi ödəmədən müstəqil iqtisadi siyasət həyata keçirməyə başladı. Neft ehtiyatları və istehsal gücündən istifadə edən respublika iqtisadiyyatın inkişafı sahəsində böyük nailiyyətlər əldə etdi. 1994-cü il fevralın 15-də Rusiya ilə Tatarıstan arasında dövlət idarələrinin səlahiyyətlərinin bölüşdürülməsi haqqında müqavilə imzalandı. Hər iki tərəf müqaviləni münasibətlərin tənzim edilməsi sahəsində nailiyyət kimi qəbul etdi. Federal hakimiyyət bu müqavilə ilə dövlətin bütövlüyünün saxlanması, Tatarıstan isə xüsusi statusunun möhkəmləndirilməsi hüququnu qazandı.


Xakasiya - Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Hakasya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir.Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır. Ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir. Faydalı qazıntıları daş kömür, dəmir filizi və s-dir. Respublika kəskin kontinental iqlimə malikdir. Yanvar ayının temperaturu -20°C, iyul ayının temperaturu isə 16-18°C-dir. Yağıntıların miqdarı 400 mm-dir. Əsas çayları Yenisey və Abakandır. Xakasiyanın düzənlik çöllərində çöl, müşə-çöl bitkiləri və qara torpaqlar, dağ yamaclarında tayqa yayılmışdır. İqtisadiyyatı-Xakas Muxtar Bölgəsi sənaye baxımından kömür, dəmir, qızıl, mərmər və s. çox zəngindir. Bundan başqa, taxta-şalban müəssisə sənayesi inkişaf etmişdir. İqtisadiyyat əkinçilik və heyvandarlığa əsaslanır. Qoyun və keçi `yetişdirilməsi hələ də önəmli bir iqtisadi sahə sayılır. Düzənlik sahələrdə reallaşdırılan suvarma layihələri otlaqlarda bəslənən heyvan sayını, əkin əraziləri sahəsini və başda buğda, yulaf, darı və kartof olmaqla, kənd təsərrüfatı istehsalını artırmışdır. Rusların bölgəyə yerləşməsinə də səbəb olan mis mədənçiliyi XVIII əsrdən bəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Abaza və Teyada zəngin dəmir cövhəri, yuxarı Çulımda qızıl, Çemogorskda kömür, Aksizdə barıt çıxarılmaqdadır. Bölgədə həmçinin mis, tungsten yataqları da mövcuddur. Meşələr əhəmiyyətli bir taxta-şalban qaynağıdır. Respublikanın iqtisadiyyatının əsasını elektroenergetika və dağ – mədən sənayesi təşkil edir. Ölkədə zəngin meşə örtüyü meşə və ağac emalı, meşə - kimya sənayesinin inkişafına təkan vermişdir. Yüngül və və yeyinti sənayesi var. Kənd təsərrüfatında buğda, kartof, tərəvəz bitkiləri əkilir. Heyvandarlıqda zərifyunlu qoyunçuluq, atçılıq, maldarlıq inkişaf etmişdir. Xakasiya Respublikasında avtomobil, dəmiryolu, çay nəqliyyatı inkişaf etmişdir. Dil-Xakas dilin uyğur dilinə yaxındır. Bu gün bir yazı dilinə sahib olan Xakasların dil və ədəbiyyat institutları mövcuddur. Xakaslar Çar dövründə zorla qəbul etdirilən Kiril əlifbasını Sovet İnqilabından sonra tərk edib, Latın əlifbasına keçmişlər, amma 1939-cu ildən sonra yenidən Rus əlifbasını istifadə etmək məcburiyyətində qalmışlar. Monqol dili və Çin elementlərinin də rast gəlindiyi Xakas dilinin söz dağarcığı daha çox ortaq Türkcənin sözlərindən ibarətdir. Xakaslar zəngin bir xalq ədəbiyyatı ənənəsinə sahibdirlər. Türkoloq W. Radloffun Xakas ləhcəsi ədəbiyyatı və etnoqrafyasıyla bağlı geniş araşdırmaları mövcuddur.

Rusiya federasiyasının tərkibində olan muxtar türk dövlətlərindən biridir. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən istila edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus höküməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay respublikası və Altay vilayətini yaratmışdır.Altay respublikasının yerləşdiyi ərazi Asiyanın tam ortasında – Sibir tayqası,Qazaxıstan çölləri və Monqol yarımsəhrasının birləşdiyi ərazini əhatə edir. Respublika ərazisinin 25 faizini meşə sahələri tutur. Respublikanın ərazisi 92,600 km² - dir.Altay respublikası Monqolustan, Çin, Qazaxıstan, həmçinin Tuva respublikası, Kamerovo oblastı vəAltay vilayəti ilə həmsərhəddir.
Respublika ərazsinin ən hündür nöqtəsi dəniz səviyyəsindən 4,506 m hündürlüyü olan Beluxa dağıdır. Ölkənin ərazisi 92,600 km² - dir.Respublikanın böyük bir hissəsini dağlıq ərazilər təşkil edir. Bu səbəbdən də normal səviyyəli yollar ölkə ərazisində olduqca azdır. Respublikanın
ərazisində müxtəlif zamanlarda tədricən kiçik türk etnik qrupları məskunlaşmışlar və hazırda respublika əhalisinin böyük əksəriyyətini türklər təşkil edir. Ruslar dəfələrlə Altayı tabe etməyə çalışsalar da yerli türk etnoslarının böyük müqavimətinə rast gəlmiş, yalnız 1860 – cı ildə Altay ərazsi tamamilə tabe edilmişdir. Ərazi ruslar tərəfindən işğal edildikdən sonra yaşama yararlı düzən və bərəkətli torpaq ərazilərində ruslar məskunlaşdırılmış, yerli əhalinin böyük bir qismi isə dağlara köç etməyə məcbur olmuşdur. Öz doğma torpaqlarını tərk etməyən türklər isə zamanla ruslaşdırılmışdır.

Çayları və Gölləri-Respublika ərazisində 20 mindən artıq kiçik çay və çay qolu vardır ki, bunların da çoxu Obvə Yenisey çaylarının qollarıdır. Respublikanın ən böyük çayları Xatun və Biya çaylarıdır. Hər iki çay dağ və yeraltı sulardan qidalanır. Hər iki çay Sibirin ən böyük çaylarından biri olan Ob çayına tökülür. Xatun çayı həm də yerli əhali, eləcə də burda məskunlaşan kiçik etnoslar üçün dini əhəmiyyət daşıyır. Altay folkloruna görə Beluxa dağında mistik Şambalaölkəsinə açılan qapı yerləşir.
Qara Biya çayının mənbəsi olan Telet gölü həm də regionun ən böyük gölüdür. Zümrüd rəngli Xatun çayı isə öz mənbəsini Beluxa dağında yerləşən Gəblər buzlaqlarından götürür.
Ölkə ərazisində yerləşən ən böyük göl, 80 km (50 mil) uzunluğu və və 5 km (3 mil) dərinliyi olan Telet gölüdür. Gölün sahəsi 230.8 kv. km-dir. Ümumiyyətlə Altayın dağ gölləri böyük şirin su ehtiyyatına malik olmaqla nəinki Altay bölgəsi, eləcə də bütün Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Təkcə Telet gölü təxminən 40 kub km şirin su ehtiyyatına malikdir.
Potensial yeraltı su ehtiyyatı isə 22 mln kub m kimi dəyərləndirilir və bu rəqəmin gələcəkdə 44000 kub m də artacağı gözlənilir.
Altay respublikasının ən nəzərə çarpan coğrafi özəlliyi dağlıq ərazidə yerləşməsidir. Respublika, Altay dağ silsiləsinin Rusiya Federasiyası ərazisinə düşən hissəsində yerləşir. Altay dağ silsiləsi respublika ərazisindən keçərək Qazaxıstan, Monqolustan və ÇXR ərazisinə qədər gedib çıxır. Regionda dağlıq ərazilər üçün xas olan yüksək seysmik aktivlik var və bu ərazi landşaftının müntəzəm dəyişməsinə gətirib çıxarır.
Su resursları respublikanın ən mühüm təbii resurslarındandır. Müalicəvi əhəmiyyətə malik mineral və isti sular yerli və xarici turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Həmçinin Altay buzlaqları böyük şirin su ehtiyyatına malikdir. Rspublika ərazisindəki ən böyük buzlaqlar Bolşoy Taldurinski (35 km²), Mensu (21 km²),Sofiyski (17 km²) və Bloşoy Maaşey (16 km²) buzlaqlarıdır.
Respublika ərazisindəki mineral resurslara həmçinin, qızıl, gümüş, dəmir, litium yataqları da daxildir. Respublikaının ən böyük şəhəri olan və Altay vilayətinin qonşuluğunda yerləşən Barnaul şəhəri Altay bölgəsinin ən böyük sənaye mərkəzi olmaqla müxtəlif faydalı qazıntıların istehsalı sahələri üzrə ixtisaslaşmışdır.
İqlimi-Respublikanın ərazisi kontnental iqlim zonasında yerləşməklə qısa və isti yay (İyun – Avqust) və soyuq, uzun və güclü şaxtalarla müşahidə olunan qışa (Noyabr – Mart) malikdir. Respublikanın şimal-şərq hissəsinin iqlimi (Ulağanski və Koş-Ağaçski vilayətləri) cənub hissəinin iqliminə nisbətən daha sərtdir.
Əhalisi-2002 – ci il siyahıyaalmasının nəticələrinə görə respublika əhalisi 202, 947 nəfərdir ki, bunun da 53,538 (26.4%) şəhərlərdə məskunlaşmışdır. Əhalinin 47.6% - ni kişilər, 52.4% -ni isə qadınlar təşkil edir. Orta yaş həddi 30, 5 ildir.
2002 – ci il Census statistikasının nəticələrinə görə Altay respublikasında əhalinin 57.4% - ni türk mənşəli etnoslar təşkil edir. Bu etnoslar arasında Altay türkləri 30.6% əhali sayıyla birinci yerdədir. Digər etnik qruplardan qazaxlar 6.0%, telengitlər 2,3 %, tuvalılar 0.8%, ukraynalılar1,4% təşkil edir.
İqtisadiyyatı-Altay respublikası daha çox kənd təsərrüfatı ölkəsi kimi tanınıb. Bununla belə ölkə ərazisində mühüm qida, kimya, ağır sənayə obyektləri də vardır. Ölkə ərazisində turizm o qədər də inkişaf etmədiyindən ölkənin ümumi iqtsadiyyatında turizm gəlirlərinin payı olduqca azdır. Bununla belə son dövrlərdə Altay xalqlarının özünəməxsus mədəniyyətinə artan maraq ölkıdə turizmin inkişafına təkan vermişdir.
Din-Yerli Altay əhalisinin ənənəvi dini şamanizmdir. Ölkə ərazisindəki etnik ruslar ortodoks xristian (pravoslav), qazaxlar sünni müsəlman, tibetlilər isə buddistdirlər. Ölkə ərazisində həmçinin xeyli miqdarda Yehova Şahidləri təriqətnin davamçıları vardır ki, bunların da əksəriyyətini yerli əhali təşkil edir

Türkiyə Paytaxtı Ankara olan və Avropa,Asiya və Afrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir.Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan traktoriyada yerləşir. Ölkə üç tərəfdənAralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dənizi və Egey dənizi ilə əhatə olunur. Türkiyə şərqdənGürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq vəSuriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir.
Türkiyə yeddi müstəqil türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili türk dilidir, lakin əhalinin 15.7 %-ni (ehtimal) təşkil edən kürdlər və zazalar, kürd dili və zaza dilini də geniş işlədirlər.Asiyanın cənub-qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Ərazisi (daxili su hövzələri ilə birlikdə) 780.580 km² təşkil edir.Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərləəhatə olunması ona dünya okeanına çıxış imkanı verir.Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır.Ölkənin şimalında dəniz iqlimi hakimdir, cənubuna Aralıq dənizi iqlimi hakimdir, və mərkəz və şərq hissəsində isə quru bozqır tipli kontinental iqlim hakimdir.
Əhalisi-Türkiyə Statistika Qrumunun 31 dekabr 2011-ci il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 74.724.269 nəfərdir .Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72.975 milyon nəfər əhalisinin 76 %-ni Anadolu türkləri , 15.7 %-ni Kürdlərvə Zazalar, 2.8 %-ni digər türk xalqlarının nümayəndələri , 0.7 %-ni ərəblər , 4.7 %-ni isə digər etnik qruplar təşkil edir .
- Türkiyə Respublikasının rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi, Azərbaycan türkcəsinə cox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır.
- Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. 1965-ci ildə aparılmış rəsmi əhali siyahıya almasının elan olunmuş nəticələrinə əsasən ölkədə o zaman yaşayan 31.391.421 nəfər əhalinin 31.129.854 nəfəri müsəlman (həmçinin 206.825 nəfər xristian, 45.995 nəfər iudaist, 2.746 nəfər digər dinlər, 613 nəfər dinsiz, 2.494 nəfər bilinmir) olduğunu bəyan etmişdir .
- 1919 -1923-cü illərdə Mustafa Kamal Paşa (Atatürk) rəhbərliyində həyata keçirilən İstiqlal Mubarizəsi nəticəsində Türkiyə öz müstəqiliyyini bərpa etdi, prosesin yekun mərhələsində isə rejim dəyişikliyi reallaşdırıldı,monarxiya cumhuriyyətlə əvəzləndi.

İqtisadiyyat-Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhsullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget