Fələstin dеdikdə Şam ölkəsinin (Suriya) cənub-qərb hissəsi nəzərdə tutulur.Asiya qitəsinin tam qərbində, Aralıq dənizinin şərq sahilində yеrləşən Fələstin Asiya və Afrikaqitələri arasında оlan kеçid ölkə sayılır. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdənİordaniya, cənub və cənub-qərbdən isə Misirlə həmsərhəddir.
Coğrafi mövqeyi. Fələstin Aralıq dənizi hövzəsinin şərqində yerləşir. Sahəsi iki ayrıca hissədən ibarətdir: Urdun çayının Qərb sahili (ərazisi 5,9 min kv.km). Qəzza sektoru (sahəsi 0,4 min kv.km) və Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah və Xevron şəhərləri yerləşir.Bu hissə üç tərəfdən:şimalda, qərbdə və cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu - 307 km), şərqdə isə Urdun ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km). Qəzza sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur.(sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir. (sərhədin uzunluğu – 11 km), şərqdə isə İsraillə qonşuluqdadır. (sərhədin uzunluğu 51km).
Əhalisi. 2005-ci ilin ortalarına olan məlumatlara görə Qərb sahili ərazisində 2,5 mln nəfər yerli əhali yaşayırdı. Bundan əlavə Qərb sahildə təqribən 200 min, Şərqi Qütsdə isə 190 minə yaxın israilli məskunlaşmışdır. Qəzza sektorunda 2005-ci ildə 1,4 mln. nəfər yerli sakin və 5 mindən çox İsrail vətəndaşları məskunlaşmışdır. 2005-ci ilin avqust ayından İsrail hökuməti Qəzza zolağına köçürülənləri 69 evakuasiya etməyə və qərb sahildən bir neçə yəhudi məskənlərini boşaltmağa başladı.Fələstin Muxtariyyətində yaşayan fələstinli ərəblərin sayı təqribən 4,0 mln nəfərə yaxındır. Rəsmi dil – ərəb dilidir. İslam dini üstünlük təşkil edir. (sünni və şiyələrin sayı təxminən bərabərdir). Bundan başqa 400 min nəfərə yaxın fələstin ərəbi qaçqın kimi başqa ölkələrdə (Ürdün, Suriya, Livan, Misir, Səudiyyə Ərəbistanı, Küveyt və s.) yaşayır. Ötən əsrin 90-cı illərində əhalinin artım tempi 4,0 faizə yaxın olmuşdur. Sonrakı illərdə bu 3,0 faizə qədər enmişdir. Fələstin ərəblərinin təhsil səviyyəsi xeyli yüksəkdir. Ali təhsilli şəxslərin payı çoxluq təşkil edir.Hər iki hissədə əhalinin əsas hissəsi fələstin ərəbləridir.Yəhudilər Qərb sahildə əhalinin 17 və Qəzza sektorunda təqribən 1 faizini təşkil edirlər. Qərb sahilində məskunlaşan əhalinin 8 faizi,Qəzzada isə təqribən 1 faizi xristianlardır. Əhali ərəb və ivrit dillərində danışır, ingilis dili də geniş yayılmışdır.İsraillə Fələstin Azadlıq Təşkilatı (FAT) arasında bağlanmış(1993-98-ci illərdə) bir sıra sazişlərə müvafiq olaraq Fələstin ərəblərinə müvəqqəti özünüidarə statusu verilmişdir, əslində statusun son taleyi İsrail və Fələstin tərəfləri arasındakı birbaşa danışıqlar nəticəsində formalaşmalıdır. 1994-cü ildən qüvvədə olan muxtariyyət rejimi çərçivəsində Fələstin hakimiyyət orqanları formalaşmışdır. Onlara Qərb sahildə və Qəzza sektorunda idarəetmə funksiyaları tədricən verilir. 2002-ci ildən Fələstində faktiki olaraq Prezident Respublikası rejimi fəaliyyət göstərir.Fələstin Muxtariyyətinin rəhbəri əhali tərəfindən birbaşa seçkilərdə müəyyənləşdirilən Prezidentdir.O, həm də Muxtariyyətin silahlı qüvvələrinin baş komandanıdır. 1994-2004-cü illərdə bu vəzifəni Yasir Arafat tutmuş, 2005- ci ilin yanvarında isə Mahmud Abbas prezident seçilmişdir.Qısa inkişaf tarixi. 1947-ci ildə BMT-nin Baş Assambleyası Fələstin ərazisinin ərəb və yəhudi dövlətlərinin torpaqları və Qüdsü də beynəlxalq zona qismində bölünməsinə qərar vermişdir.1948-ci ilin may ayında yəhudi dövləti olan İsrailin yaranması elan edilmiş-dir. Ərəb rəhbərliyi və qonşu ərəb dövlətləri Fələstinin bölünməsini tanımaq istəməmişlər. Bunun nəticəsində yaranmış qarşıdurma müharibəyə gətirib çıxarmış və nəticədə ərəb dövlətinin təşkili üçün 70 nəzərdə tutulmuş ərazi İsrail, Transiordaniya (Ürdün çayının Qərb sahili, Şərqi Qüdslə birgə) və Misir (Qəzza sektoru) arasında bölüşdürülmüşdür.Yüz minlərlə fələstinli ərəb qonşu müsəlman ölkələrində yaradılmış qaçqın düşərgələrində məskunlaşmışlar. İsrail indiyədək onların və varislərinin öz ərazilərinə qayıdış hüququnu tanımır. 1949-cu ildə Transiordaniya (indiki Ürdün Haşimilər Məlikliyi) Ürdün çayının Qərb sahilini və Qüdsün Şərq hissəsini işğal etdikdən sonra bu ərazilərTransiordaniyanın tərkibində olmuşlar.1994-cü ildə Ramallahda Fələstin idarəetmə strukturu yaradılmışdır. 1996-cı ilin yanvarında Fələstində prezident və Qanunverici Şura seçkiləri baş tutmuşdur. Y.Arafat muxtariyyətin rəhbəri seçilmişdir. Qanunverici Şuradakı 88 yerdən 55-i onun lider olduğu FƏTH partiyasına mənsub olmuş, daha 7 nəfər onlarla həmrəy namizədlər, qalanları isə müstəqil mövqeli sayılanlar olmuşlar. Qahirə sazişinə (1994-cü il may) müvafiq olaraq İsrail Qəzza sektorunda və Yerixondakı idarəetməni fələstinlilərə vermişdir. Sonrakı sazişlərə görə və 1998-ci il oktyabr memorandumu eləcə də 1999-cu il Şərm-əş-Şeyx sazişinə görə Qərb sahilin əlavə əraziləri də fələstinlilərin ixtiyarına verilmişdir. 1999-cu ilin sentyabrında (3 il gecikməklə) son nizamlama ilə bağlı İsrail-Fələstin danışıqları başlanmışdır. 2000-ci ildəki KempDevid danışıqları da bir nəticə verməmişdir. 2002-ci ildə ABŞ, Avropa İttifaqı, Rusiya və BMT Fələstin münaqişəsinin nizamlanmasına dair «Yol xəritəsi» adlı plan təklif etmişlər. Bu plana görə münaqişə danışıqlar yolu ilə mərhələlərlə nizamlanmalı və nəticədə İsraillə yanaşı Fələstin ərəb
dövlətidə yaradılmalıdır. Bununla belə Qərb dövlətləri və İsrail terrorizm aktlarının tam ləğvini tələb etmişlər. Bu təzyiqlər altında M.Abbas Muxtariyyətə Baş nazir təyin olunmuş, az sonra (2003-cü il sentyabr) o istefa verməli olmuşdur. 71 Fələstin Muxtariyyəti hakimiyyətində korrupsiya hallarının baş alıb getməsi və idarəetmənin qeyri-səmərəliliyi daxildən də tənqidlərə məruz qalmışdır. Bu vəziyyət, iqtisadi çətinliklər və İsraillə qarşıdurmanın zirvəyə çatması sayəsində Həmas təşkilatından olan islam ekstremistlərinin mövqeləri möhkəmlənmişdir. 2005-ci ilin yanvarındakı prezident seçkilərində (Yasir Arafatın vəfatından sonra) FƏTH namizədi olan Mahmud Abbas tutarlı qələbə qazandı.Az sonra fələstin muxtariyyətinin yeni hökuməti formalaşdı. Yeni prezident İsrail tərəfi ilə zorakılığa son qoyulmasına dair razılığa gəldi. M.Abbas «Həmas» təşkilatındakı ekstremist qüvvələrə yerli parlament seçkilərində iştirak imkanı vəd etməklə onların da bu razı-laşmaya (yəni qeyri-zorakılıq) qoşulmasına nail oldu. 2005- ci ildəki bələdiyyə seçkilərində Həmas təşkilatı qəti qələbə qazandı. Bunu görən M.Abbas parlament seçkilərini 2006-cı ilə keçirdi. 2005-ci ilin martından İsrail Yerixon, daha sonra Tulkarm,Ramallah, Kəlkiyyə və Vifleyem üzərindəki nəzarəti Fələstin Muxtariyyətinə təhvil verdi. 2005-ci ilin avqustunda Qəzza zolağındakı və Qərb sahildəki bir neçə İsrail yaşayış məskənlərinin (sonradan salınmış) əhalisini İsrailin içərilərinə evakuasiya etdi. 2005-ci ilin sentyabrında Qəzza sektorundan İsrail qoşunlarını çıxarmaqla 38 ililk işğala son qoydu.
Lakin Həmas təşkilatının 2006-cı il parlament seçkilərindəki tam qələbəsi vəziyyəti olduqca kəskinləşdirdi və əldə edilmiş uğurları puç etdi. Hökumətdə rəhbərliyi ələ keçirmiş «Həmas» İsrail dövlətinin varlığını belə tanımaq istəmir. Dünya ölkələrinin təzyiqlərinə görə «Həmas» təşkilatı öz fəaliyyətində «Yol xəritəsinə» istinad etməlidir. Lakin «Həmas» təşkilatının qəzəb doğuran mövqeyi, hətta Fələstin muxtariyyəti daxilində də qarşıdurmalara gətirib çıxarmışdır.
İqtisadiyyatı-Ümumdaxili məhsulun həcmi 2003-cü ildə 5,5 mlrd. dollar (adam başına 1500 dollar) olmuşdur. Ödənişlər İsrail şekeli, ABŞ dolları və Ürdün dinarı ilə aparılır. Fələstin iqtisadiyyatı əsasən ölkə hüdudlarından kənardakı maliyyə mənbələrinə arxalanır: Ərəb ölkələrinin, Fələstin diasporasının və beynəlxalq təşkilatların 1998- ci ildə əvəzsiz maliyyə yardımının həcmi təqribən 3,0 mlrd dollar olmuşdur. Bununla belə işsizlik səviyyəsi 2003-cü ildə 60 faiz olmuşdur. Fələstin əhalisinin təqribən 30 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ölkənin Ümumdaxili məhsulunun 9 faizi kənd təsərrüfatının, 28 faizi sənaye və tikintinin, 63 faizi isə xidmət sahələrinin payına düşür. Sənayedə aparıcı sahə geyim, ayaqqabı, dəri məmulatları, məişət ləvazimatı və ərzaq istehsalıdır. Bəzək inşaat daşları istehsalı ilə çox məşhurlaşmışdır. Belə daşlar xeyli sayda ölkələrə ixrac olunur.
Kənd təsərrüfatında əsas çətinlik suvarma sularının çatışmazlığıdır. Bu səbəbdən Fələstin torpaqlarının ancaq dörddə biri becərilir. Sitrus bitkiləri, zeytun, tərəvəz, üzüm və bostançılıq məhsulları yetişdirilir. Heyvandarlıqda qoyunçuluq üstünlük təşkil edir. Liman və beynəlxalq dərəcəli təyyarə portu Qəzza sektorunda fəaliyyət göstərir. 2003-cü ildə Muxtariyyətdən mal ixracının həcmi 700 mln dollar (o cümlədən sənaye məhsulları 75 faiz, kənd təsərrüfat məhsulları 25 faiz), idxal həcmi isə 2,0 mlrd dollardan artıq olmuşdur. İxracatın 80 faizi İsrailə göndərilir. İdxalın 90 faizi də İsrailin payına düşür.

Yorum Gönder