Coğrafiya elmi ən qədim elmlərdən biridir. "Coğrafiya" termininin yunancadan tərcüməsi "Yeri təsvir edirəm" deməkdir (geo - Yer, qrafo - çəkmək, təsvir etmək). Hal-hazırda bu elm sahəsi iki əsas hissədən ibarətdir: fiziki coğrafiya, iqtisadi və sosial coğrafiya.
Bir elm kimi fiziki coğrafiya Yer səthinin təbiətini və orada baş verən hadisələri öyrənir. İqtisadi və sosial coğrafiya əhali və onların təsərrüfat fəaliyyətini öyrənir.
Coğrafiya bir sıra elm sahələri ilə qarşılıqlı əlaqəyə malikdir. Lakin o daha çox geologiya, riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat kimi elmlərlə bağlıdır.
Fiziki coğrafiya geomorfologiya, iqlimşünaslıq, hidrologiya, torpaqşünaslıq, landşaftşünaslıq, geoekologiya və s. sahələri özündə birləşdirir. Fiziki coğrafiyanın ən sıx əlaqədə olduğu elm sahələri geologiya, geofizika, geokimya, biologiya və s.-dir. Fiziki coğrafiya təbii şəraiti və təbii ehtiyatları tədqiq etməklə onların insan həyatında rolunu, insanların təbiətə təsirini öyrənir.
Coğrafiya elminin yaranması və inkişafı uzun sürən tarixi prosesdir. Qədim dövrdə coğrafiya təsviri xarakter daşımışdır. Səyyahları, dənizçiləri, tacirləri ilk coğrafiyaşünaslar saymaq olar. Bu elm quldarlıq dövründə Şərqdə yaransa da, Şərqin tənəzzülündən sonra onun mərkəzi Yunanıstana və Misirə keçmişdir. Qədim dövrün coğrafiyası haqda məlumatlar Herodot, Aristotel, Eratosfen, Strabon, Ptolomey və başqalarının əsərlərində ümumiləşdirilmişdir.
Coğrafiya elminin formalaşmasında Eratosfenin (e. ə. 276-194-cü illər) xidməti böyükdür. Coğrafiya terminini ilk dəfə işlədən Eratosfen, həm də bizə məlum olan ilk xəritənin, ilk coğrafiya kitabının müəllifi olub, Yer meridianının ölçülərini ilk hesablamış alimdir. Strabon (e. ə. 64/63 - eramızın 23/24-cü illəri) böyük həcmli "Coğrafiya" kitabının müəllifidir (17 cilddən ibarətdir, XI kitabda Qafqaz və indiki Azərbaycan haqqında məlumat verir). Ptolomey (85-165-ci illər) öz xəritəsində ilk dəfə meridian və paralellər çəkmiş, Yerin sferikliyini nəzərə almışdır. Eratosfen və Ptolomeyin xəritəsində təqribən eyni ərazilər (Şimali Afrika, Avropa, On Asiya) təsvir olunsa da, nisbətən mükəmməl olan Ptolomeyin xəritəsindən XV əsrə qədər istifadə olunmuşdur.
Feodalizm dövründə alim və səyyahlar, tacirlər coğrafi məlumatların əldə edilməsində mühüm rol oynamışlar. Biruni (973-1048) Şərqdə ilk qlobusu tərtib etmiş, Yerin ölçülərini daha dəqiqliklə vermişdir. N.Tusi (1201-1274) Yeri iqlimlərə bölmüş, XIII əsrdə məşhur olan 256 şəhərin koordinat cədvəlini tərtib etmişdir.
Kapitalizmin inkişafı dövründə bazarların genişləndirilməsi, yeni xammal mənbələrinin və ticarət yollarının axtarılması coğrafiya elminin inkişafı üçün əlverişli şərait yaratdı. XV-XVII əsrlərdə Böyük Coğrafi kəşflər nəticəsində əksər materiklərin sahil xətləri müəyyən edilmiş, Yer kürəsinin çox hissəsi öyrənilmişdi. X.Kolumb və onun müəllimi Toskonelliyə N.Tusinin tərtib etdiyi koordinat cədvəli, Yerin kürə formasında olması haqda fərziyyələr məlum idi. Odur ki, Kolumb 1492-ci ildə Hindistana dəniz yolu ilə çatmaq məqsədilə qərbə doğru səyahətə çıxdı. İki ay üzdükdən sonra yeni torpaqlar gördülər və Kolumb buranı Vest-Hind, yerli əhalini hindu adlandırdı. Bu torpaqları Kolumb kəşf etsə də, Ameriqo Vespuççi həmin əraziləri tədqiq edərək, yeni torpaqlar olduğunu sübut etdiyi üçün, onun adı ilə Amerika adlandırıldı. Vasko Da Qama 1498-ci ildə Afrikanın cənubundan keçərək Avropadan Hindistana dəniz yolu olduğunu kəşf etdi. F.Magellan 1519-cu ildə qərb istiqamətində səyahətə çıxdı, ekspedisiya üzvləri 1522-ci ildə şərqdən öz vətənlərinə qayıtdı. Bu dünya səyahəti coğrafiya elminə iki böyük töhfə verdi:
1) Yerin kürə formasında olması fikri əyani sübut olundu və
2) Dünya okeanının vahidliyi sübuta yetirildi.
XVII əsrdə hollandlar (V.Yanson, A.Tasman) Avstraliyanı kəşf etdilər. XVIII əsrdə ingilis səyyahı C. Kuk dövri-aləm səyahətinə çıxmış, bir sıra əraziləri kəşf və tədqiq etmişdir. 1819-1821-ci illərdə rus dənizçiləri F.Bellinshauzen və M.Lazarev Antarktidanı kəşf etdilər.
H.Z.Şirvani (1780-1838) 40 il ərzində Şimali Afrika, Ön, Cənubi və Cənub-Şərqi Asiyaya səyahət etmişdir.
Müasir dövrdə coğrafiya elminin qarşısında duran əsas məsələlər yeni cihazlardan istifadə etməklə Yerin daxilini, atmosferi, Dünya okeanını, kosmosu tədqiq etmək və coğrafi praqnoz verməkdən ibarətdir.

Yorum Gönder