Karrlar – hündür dağ zonasında, qar xətti yaxınlığında,habelə rarst sahələrində əhəng daşlarından ibarət, bitkisiz qayaların üzərində, yağıntı və qar sularının əridici fəliyyəti nəticəsində əmələ gələn çuxurlara və şırımlara deyilir.Dəniz sahillərində ləpədöymə zolağında da suyun əridici təsiri altında qayalarda əmələ gələn karrlara təsadüf olunur.
Karst ( keçmiş Yuqoslaviyanın şimal – qərbində yerləşən platonun adından )- suyun süxurları əritməsi, onlarda boşluqların bunlarla əlaqədar olaraq yer səthində və
dərinliklərdə özünə məxsus relyef formalarının əmələ gəlməsi hadisələrinə deyilir.Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, tabaşir, gips, aşduz) qatlarında geniş inkişaf edir.Karst yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ
gətirir.Karst nəticəsində yer səthi altında, xeyli dərinliklərdə boşluqlar yaranır ki, buna mağara deyilir.Dünyanın ən böyük karst mağarası ABŞ-da Kamberlend platosunda yerləşən Mamont mağarasıdır.Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir.Burada 200-dən çox keçid, 47 qübbə, tavanının hündürlüyü isə 40 m-dir.Mağaralarda yeraltı sulardan üç göl əmələ gəlmişdir və üç çay axır ki, bunlarda da kor balıqlar yaşayır.

Yorum Gönder