Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Əsas iqlim qurşaqları

Əsas iqlim qurşaqları bunlardır (ekvatorial, tropik, mülayim. arktik, antarktik).


Əsas iqlim qurşaqları bunlardır (ekvatorial, tropik, mülayim. arktik, antarktik). 
1. Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 - +28°C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır.
2. Tropik (2 dənə) . Ilboyu tropik hava kütlələri hakimdir. Burada təzyq yüksək, hava enən hərəkətli olduğundan buludsuzluq, az yağıntı, yüksək temperatur şəraiti mövcuddur. Sutkalıq temperatur amplitudu böyükdür, isti və quru küləklər (passatlar) əsir. Tropiklərdə yalnız materiklərin şərq sahillərində yağıntıların miqdarı bir qədər artır. Buna səbəb isti cərəyanlar, musson və passat

küləklərinin təsiridir. Şimal yarımkürəsində mussonların təsiri ilə Cənubi və Cənubi-Şərqi Asiyada tropik iqlim qurşağı tam zolaq yarada bilmir. Tropik iqlim qurşağı 2 tipə ayrılır: 
1. Rütubətli (dəniz); 
2. Səhra (kontinental).
4-5. Mülayim (2 dənə) 400-lik enliklərdən qütb dairəsinə qədər uzanır. Mülayim hava kütlələri və Qərb küləkləri hakimdir. Alçaq təzyiq, hava qalxan hərəkətlidir. Fəsillər aydın seçilir. Illik temperatur amplitudu böyükdür. Ən böyük sutkalıq temperatur amplitudu yazda və payızda aydın, buludsuz havada müşahidə olunur. Mülayim enliklərdə materiklərin qərb sahillərində isti cərəyanların və qərb küləklərinin təsiri nəticəsində yağıntıların miqdarı artır. Geniş ərazidə yayıldığından ( xüsusilə Avrasiyada ) 4 tipə ayrılır:
a) dəniz-qış yumşaq, yay sərin, ilboyu rütubətli;
b) mülayim-kontinental- qış rütubətli soyuq, yay quru sərin (Urala qədər);
c) kəskin kontinental-- yayı isti, qışı sərt soyuq, illik temperatur amplitudu yüksək, yağıntı (əsasən yay aylarında düşür) az (Sibir, Tibet dağlıq yaylası);
d) musson -yay rütubətli mülayim, qış quru mülayim (Şərqi Asiya).
6-7. Arktik (Antarktik) - Arktik hava kütlələri hakimdir. Günəşin düşmə bucağı və temperatur amplitudası kiçikdir. Hava enən hərəkətli, təzyiq yüksək, ilboyu quru, soyuq, az yağıntılıdır. Fəsillər bilinmir.

II. Keçid iqlim qurşaqları (subekvatorial, subtropik, subarktik və subantarktik). 
8-9. Subekvatorial (2 dənə). 2 fəsil var. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava isti və rütubətli, qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Çayları yayda bol sulu olur (yağıntı bol olduğundan). Bitki və heyvanlar aləmi zəngindir.
10-11. Subtropik ( dənə). Yayda tropik hava kütlələri hakim olduğundan hava isti və quru, qışda mülayim hava kütlələri hakim olduğundan hava rütubətli və sərin olur. Fəsillər aydın seçilir. Temperatur amplitudu yüksəkdir. Avrasiya materikində bir-birindən fərqlənən 4 tipə ayrılır:
a) Aralıq dənizi iqlim tipi - materikin qərbini əhatə edir. Yay isti quru, qış mülayim və rütubətli keçir. Azərbaycanda bu iqlim tipi daxilindədir:
b) Kontinental- materikin mərkəzi hissəsini əhatə edir. Yay quru və isti, qış quru və soyuq olur. Temperatur amplitudu böyükdür:
c) Musson - materikin şərqini əhatə edir. Yay rütubətli və sərin, qış quru və sərin olur.
d) Cənub yarımkürəsində musson iqliminin əvəzində ilboyu bərabər rütubətli iqlim tipi geniş yayılıb.
12-13, Subarktik və subantarktik. Yayda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və rütubətli, qışda arktik hava kütlələri hakim olduğundan hava quru və soyuq olur. Bu qursaqda bataqlıqların yaranmasının başlıca səbəbləri - buxarlanmanın az, ifrat rütubətlənmə və daimi donuşluğun mövcud olmasıdır.
Fəsillər arktik və ekvatorial qurşaqda bilinmir, mülayim və subtropik qurşaqlarda isə aydın seçilir. Subekvatorial, subarktik və tropik iqlim qurşaqlarında isə ilboyu yalnız 2 fəsil - yay və qış müşahidə olunur. Insanın yaşayıb, fəaliyyət göstərməsi üçün mülayim, subtropik və subekvatorial iqlim qurşaqları daha əlverişlidir. Dünya əhalisi subtropik və şimal mülayim qurşaqlarında daha sıx məskunlaşıb.
1 disqus-blogger
Açar sözlər

Yorum Gönder

çox bilgilendim

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget