Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Plan və xəritənin fərqi nədir ?

Xəritə
1. Xəritənin şərti işarələrinin bəzisi planın şərti işarələri ilə eynidir. (məs. çayın, gölün, bataqlığın və s), digərləri isə fərqlidir (məs. şəhərin). Xəritə və planda bəzi şərti işarələr eyni olsa da, onlar müxtəlif obyektləri göstərir. Məs. yaşıl rəng planda bitki örtüyünü, xəritədə isə ovalığı təsvir edir. Xəritənin şərti işarələrinə və onların izahatına xəritənin legendası deyilir.
2. Planda çox kiçik sahələr (meyvə bağı, kənd vəs.) xəritədə isə çox böyük obyektlər (dünya, materik və s) göstərilir.
3. Planda Yerin kürəyəbənzər səthinin əyriliyi nəzərə alınmadığından dərəcə toru olmur və belə hesab edilir ki, planda təsvir olunan səth yastıdır. Bu səbəbdən planda təsvir olunan obyektlərin koordinatlarını təyin etmək mümkün deyil. Xəritədə isə yerin əyriliyi daim nəzərə alınır və dərəcə toru olur.
4. Fiziki xəritədə planda olduğu kimi yer səthi horizontlar və yüksəklik nöqtələri ilə təsvir olunur. Planda kəsmə yüksəklik kiçik və sabit olduğundan horizontlar 1 neçə m-dən bir çəkilir. Fiziki
Plan
xəritədə isə horizontlar 1 neçə yüz metrdən bir çəkilir və arası rənglənir. Bunun üçün 3 rəngdən istifadə olunur: Hündürlüyü 0-200m olan ərazilər yaşıl, hündürlüyü 200 m-dən çox olan ərazilər qəhvəyi, dəniz dibi isə mavi rənglə göstərilir. Yüksəklik artdıqca qəhvəyi, dərinlik artdıqca isə mavi rəngin tündlüyü artır. Yer səthinin bu qayda ilə təsvirinə pilləvari və ya lay-lay rəngləmə üsulu deyilir.
5. Planın miqyası böyük (1:5000 və daha böyük), xəritənin miqyası isə daha kiçik (1:10.000 və daha az) olur. Bu səbəbdən planda təhrif az, xəritədə də isə təhrif çox olur.
6. Planda üfüqün cəhətlərini planın kənarına çəkilmiş ox vasitəsilə, xəritədə isə meridian və paralellərə görə təyin etmək olar.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget