Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Tıva Respublikası

Tıva Respublikası (Республика Тыва) — Rusiya Federasiyası subyektlərindən biridir.Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir .Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35oC, iyul ayınınkı 12oC olur. Yağıntının miqdarı 250-400 mm-dir. Əsas çayları Yenisey və onun qollarıdır. Respublika ərazisində çol landşaftı, dağ şabalıdı torpaqlar geniş yayılmışdır. Dağ yamaclarında qaraşam, dağlıq sahələrdə tundra bitkiləri yayılmışdır. Bu isə əkinçilik və heyvandarlığın inkişafına geniş imkanlar yaradır. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən respublikada 305.510 , 1 yanvar 2007-ci ilə olan rəsmi təxminə əsasən isə 309.439 nəfər əhali yaşayır. Tıva Respublikası əhalisinin 60% - dən çoxu tıvalılardır. Əhalinin 47% - i şəhərlərdə, 53%- i kəndlərdə yaşayır. Böyük şəhərləri Qızıl,Şanqonar və Cadandır. Tıvada hasilat sənayesi, yüngül və yeyinti sənayesi, meşə-ağac emalı inkişaf etmiş inkişaf etmişdir. Kənd təsərrüfatı dənli və yem bitkilərinin becərilməsi və heyvandarlıq istiqamətlidir. Heyvandarlıqda ətlik – südlük qaramal və zərifyunlu qoyunçuluq əsas yer tutur. Respublikanı xarici aləmlə bağlayan yeganə avtomobil yolu Qızıl – Minusinsk magistralıdır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget