Washington - Amerika Birləşmiş Ştatlarının paytaxtı dır. Kolumbiya ştatında yerləşir, Bəzən qərb Vaşinqton şəhəri ilə vaşinqton ştatını səhv salırlar.
Vaşinqton Potomac çayının sahilində yerləşir .2009-cu il məlumatına görə şəhərin əhalisi 599,657 nəfər olduğu təxmin edilir . Lakin, iş günlərində əhalinin sayı dahada artır.
Amerika Birləşmiş Ştatları 8-ci ən böyük şəhər aqlomerasiyası şəhəri hesab olunur . Belə ki, " Böyük Washington "da təxminən 5,4 milyon əhalisi var.
Vaşinqtonda ABŞ Prezidentinin iqamətgahı - Ağ Ev (The White House) yerləşir. Şəhərdə hökumət binaları və müəssisələrinin böyük bir hissəsi burada yerləşir. Konqres və ABŞ Senatıda bu şəhərdədir.Həmçinin Vaşinqtonda Pentaqon, Dünya Bankının qərargahı və Beynəlxalq Valyuta Fondu, o cümlədən 170-dən çox xarici səfirliklər, eləcə də bir çox qərargahlar yerləşir.
Dünyanın paytaxt şəhərləri ilə müqayisədə bu şəhərin bir neçə xüsusiyyəti var. Vaşinqton məhz paytaxt funksiyasını yerinə yetirmək üçün salınan şəhərdir. Bundan başqa, məlum olduğu kimi, hələ şəhər salınarkən əldə edilmiş ümumi razılığa əsasən, Vaşinqtonda Konqres binasından hündür bina tikməyə icazə verilmir. Bu qadağının məqsədi ölkədə Konqresin və qanunların hər şeydən uca olduğunu göstərməkdir. Xatırladaq ki, Kapitoli təpəsində tikilmiş və xalq arasında "Kapitoli" adı almış Konqres binası 1800-cü ildə istifadəyə verilib. Lakin bu, heç
də o demək deyil ki, paytaxt başdan-başa üç və ya beşmərtəbəli binalardan ibarətdir. Şəhərdə kifayət qədər 10-12 mərtəbəli binalar da var. Sadəcə, Kapitolinin özü təpəlikdə tikildiyindən digər binalar Konqres binasından hündür olmur və onun əzəməti qarşısında çox kiçik görünürlər.
Kapitolinin bünövrəsindən binanın günbəzinin ən uca nöqtəsinə qədər olan məsafə 287,5 fut və ya 87,6 metrdir. Vaşinqtonun bir özəlliyi də bu şəhərdə iri zavod və fabriklərin olmamasıdır. Hələ şəhər salınarkən burada əhalinin sıx yerləşməsinin qarşısını almaq məqsədilə qərara alınıb ki, paytaxtda sənaye sahələrinin inkişafı məhdudlaşdırılsın və Vaşinqton yalnız siyasi-inzibati və mədəni şəhər kimi formalaşdırılsın.
Vaşinqtonda bilavasitə şəhər əhalisinin tələbatını ödəmək üçün nəzərdə tutulan infrastruktur sahələri (çörəkbişirmə, sərinləşdirici içkilər və s.) ilə yanaşı, yalnız poliqrafiya sənayesi geniş inkişaf edib ki, bu da paytaxtda çoxsaylı qəzetlərin nəşri və kitab çapı ilə bağlıdır. Təsadüfi deyil ki, amerikalılar Vaşinqtonu zarafatla qanunlar, dövlət qərarları və yeniliklər "istehsal" edən şəhər adlandırırlar. Vaşinqton həm də tarixi abidələr, muzeylər və dövlət idarələrinin yerləşdiyi şəhərdir. Belə binalardan biri və birincisi, təbii ki, Ağ evdir.
Yorum Gönder