Nyu York ştatı — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən ştatdır. Ştat əhalisinin sıxlığına görə üçüncüdür. Nyu York cənubdan Nyu Cersi və Pensilvaniya, şərqdən isə Konnektikut, Vermont və Massaçusetts ştatları ilə əhatələnib. Şimaldan və qərbdən Kanada ilə sərhəddir. Ştatda yerləşən Nyu York şəhəri 8 milyonluq əhalisi ilə Birləşmiş Ştatlardakı ən çox əhalisi olan şəhərdir. Ştat ən çox maliyyə və mədəniyyət mərkəzi, eyni zamanda immiqrantlar üçün qapı kimi tanınır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu York turistlər tərəfindən ən çox üstünlük verilən ştatdır. Ştat İngiltərə hersoqu Yorkun şərəfinə Nyu York adlandırılmışdır. Nyu York yaranma tarixinə görə on birinci ştatdır. Mərkəzi Olbanişəhəridir.
Covanni Da Verrazzano 1524-cü ildə Nyu York limanına səfər edib, Hudzon çayı isə 1609-cu ildə Henri Hudzon tərəfindən tədqiq edilib. Buna baxmayaraq Nyu-Yorkun ilk mühacirləri 1613-cü ildə buraya gəlmiş hollandiyalılar olmuşdur. Onlar buranı Yeni Niderland adlandırdılar. Təxminən otuz ailə Hudson və Delaver çayları sahilində ilk dəfə yerləşmişlər. Nyu Yorkun paytaxtı Olbani şəhərinin əsası 1624-cü ildə qoyulub. Yeni Niderlandın hakimi olan Peter Minit 1625-ci ildə Manhettan adasını hindulardan satın aldı. Daha sonra Yeni Niderlanda indiki Nyu York, Nyu Cersi, Pensilvaniya, Konnektikut ştatı ərazilərini və Delaverdə əlavə edildi.
1664-cü ildə İngiltərə koloniyanı ələ keçirdi və hersoq Yorkun şərəfinə buranı Nyu York (Yeni York) adlandırdı. 1683-cü ildə koloniya iyirmi hissəyə bölündü.
Bir əsrdən sonra Nyu York Böyük Britaniyanının koloniyasına çevrildi. 1776-cı il iyulun 9-da, Federal birliyin 13 ştatından biri kimi öz müstəqilliyini elan etdi. 1777-ci il aprelin 20-də Nyu-Yorkun ilk konstitusiyası qəbul edildi. İlk qubernatoru isə Corc Klinton idi. O zaman paytaxt Olbani deyildi. Corc Vaşinqtonun prezident seçildiyi yer olan Nyu-York şəhəri ilk paytaxt oldu. Bundan sonra Nyu-York sürətli inkişaf yoluna qədəm qoydu. Hətta Nyu-York ləqəbə də sahib olmuşdu: İmperiya ştatı. 1825-ci ildə Olbanidən Bufaloya Eri kanalı çəkildi. Ardınca isə dəmir yolu çəkildi. Bütün bu hadisələr Nyu Yorkda əhalinin sayının artmasına səbəb oldu.
Nyu York Birləşmiş Ştatların şimal-şərqində yerləşir. Nyu Yorkun ərazisi 141,300 km2 -dir. Ərazisin ölçüsünə görə 27-ci ən böyük ştatdır. Böyük Apalaçi vadisi şərqi Nyu-Yorku, Şampleyn gölü isə şimali Nyu-Yorku əhatə edir. Hudson çayı da öz naşlanğıcını buradan götürərək Atlantik okeanına tökülür. Nyu-York cənubdan Pensilvaniya və Nyu Cersi, şərqdən Konnektikut, Rod Aylend və Vermotla, şimaldan Kanada ilə həmsərhəddir. Ştatın cənub şərqi Atlantik okeanına açılır. Ştatın qərbində İri gölü, şimal qərbində isə Ontario gölü yerləşir. Ştatın çay sistemi iki əsas hissəyə ayrılır. Birinci axın "Böyük göllərə" və Lavrens çayına tökülür, ikinci isə cənub istiqamətində axır. Nyu-York şəhərini çıxmaq şərtilə, ştatın böyük əksəriyyəti fermaların, meşələrin, çayların dağların və göllərin hakimiyyəti altındadır. Nyu York Adirondak qoruğu ştatdakı ən böyük qoruqdur. Birləşmiş Ştatlardakı ilk qoruq 1885-ci yaradılmış Niaqara şəlaləsidir. Niaqara çayından Eri gölünə tökülən Niaqara şəlaləsi ən çox ziyarət edilən qoruqlardan biri sayılır.
İqlimi-Nyu York rütubətli kontinental iqlimə malikdir, iki kontinental hava kütlələrinin təsiri altındadır: Cənub-qərbdən isti və rütubətli hava və şimal qərbdən gələn soyuq və quru hava kütlələri. Qış uzun və soyuq keçir. Yay iqlimi isə sərin olur. Əhalinin əsas yerləşdiyi yerlərdən olan Nyu-York Siti 13 °Clik illik orta temperatura malikdir. Ştatda qeydə alınmış ən yüksək hərarət iyul ayında 42 °C olmuşdur.
Nyu-York ştatında 62 şəhər var. Ən böyük və ən məşhur şəhəri Nyu Yorkdur. Ştat əhalisinin beşdə ikisi bu şəhərdə yaşayır. Ştatın ən kiçik şəhəri Şerildir. Ştatın paytaxtı Olbanidir.
2006-cı ildə Nyu York Texas və Kaliforniyadan sonra üçüncü ən çox əhalisi olan ştat idi. Əhalinin sayı 19 541 453 nəfər təşkil edirdi. İndi bu rəqəm 2,7 % yüksəlib. Əhalinin böyük əksəriyyəti (92%) şəhərlərdə yaşayır. Eyni zamanda çoxlu sayda immiqrantlar əsasən bu ştata üz tuturlar. Nyu York əhalisi 65% ağlar, 17,6% ispan və ya latınlar, 15,9% Afrika amerikalıları, 7,3% asiyalılar, 3% digər irqlər, 0,6% yerli amerika hindularından ibarətdir. Katoliklər Nyu-York əhalisinin 40%-ni təşkil edir. 30% əhali protestant, 8,4% yəhudi, 3,5% müsəlman, 1% buddistdir. Yerdə qalanlar isə heç bir dinə sitayiş etmirlər.
New York (New York City və ya New York City) - dünya əhəmiyyətli bir metropolis və 8,3 milyon əhalisi ilə ABŞ-da ən böyük şəhəridir. New York şəhəri Amerika Birləşmiş Ştatlarının Iqtisadi və maliyyə mərkəzi, eləcə də dünyanın ən məşhur şəhərlərindən biridir. New York City Böyük New York (Greater New York) və ya Metropolitan New York adlı, böyük bir şəhər aqlomerasiyası mərkəzidir.
New York (New York City və ya New York City) - dünya əhəmiyyətli bir metropolis və 8,3 milyon əhalisi ilə ABŞ-da ən böyük şəhəridir. New York şəhəri Amerika Birləşmiş Ştatlarının Iqtisadi və maliyyə mərkəzi, eləcə də dünyanın ən məşhur şəhərlərindən biridir. New York City Böyük New York (Greater New York) və ya Metropolitan New York adlı, böyük bir şəhər aqlomerasiyası mərkəzidir.
Şəhər beş inzibatiəraziyə
bölünür ;Manhattan
(Manhattan, center), Staten Island (Staten Island, cənub-qərb),
Queens (Queens, şərq),
Bronx (Bronx, şimal) və
Brooklyn (Brooklyn, cənub).
inzibati şəhər beş boroughs bölünür.
şəkillər;http://www.americancities.ru
şəkillər;http://www.americancities.ru
Yorum Gönder