Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Alimlər yeni tapılmış Yerə bənzər planetdə həyat ola biləcəyini düşünürlər

Avropa alimləri Yer Kürəsinə bənzər daş planet aşkar ediblər. Alimlərin fikrincə bu planetdə həyat ola bilər. Bu yad planet günəş sistemindən xaricdə qeydə alınmış 50 planetdən biridir. Daş planet “HD85512” ana ulduzun orbitində Yer Kürəsindən 35 işıq ili məsafədə dövrə vurur. Bu planet Yer Kürəsindən on dəfədən çox böyük olmayan “super Yer Kürəsi ”adlı yad planetlər sinfində adının son şifrəsi “b” ilə tanınır. Yeni aşkar edilən bu planet Yer Kürəsindən üç dəfə yarım böyükdür. Liza Kaltenger Almaniyanın Max Planck astronomiya institutunun işçisidir. Liza Kaltenger: “Biz düşünürük ki, Yer Kürəsindən böyük olan bir planet daş ola bilər və nəhayət bizim planetə bənzəyə bilər.” HD85512-b adlı bu planet Kaltenger və onun HARPS layihəsi üzərində bərabər işlədiyi astronomlardan ibarət qrup tərəfindən aşkar edilib. Çilidə yerləşən la Silla rəsədxanasından istifadə edən HARPS layihə qrupu “b” planetinin bizim günəş planetinə bənzər, amma ondan bir az kiçik və soyuq ana ulduz ətrafında 150 milyon kilometr məsafədə dövrə vurduğunu bildirir. Bu məsafə təqribən Yer Kürəsi ilə Günəş arasındakı məsafə ilə eynidir. Astronomlar bu səbəbdən yad planetdə həyatın ola biləcəyini düşünürlər. Alimlərin fikrincə “b” planeti özünün günəş planetindən elə bir məsafədə yerləşir ki, planetin səthində temperatur nə çox soyuqdur, nə də çox isti. Onlar “b” planetindəki şəraitin maye suyun olmasına imkan yaratdığını və bunun da öz növbəsində planetdə həyatın mümkün ola biləcəyindən xəbər verdiyini bildirir. Astronomlar planetdə həyatın olub- olmamasını planetdəki su və oksigen, karbon-dioksid, metan və azon kimi canlı orqanizmlərin yaranmasına kömək edən fərqli qazların kimyəvi tərkibini oxumaqla müəyyən edə bilərlər. Lakin astronomlar “b” planetinin olduqca uzaqda yerləşməsi və planetin üzərində atmosfer qatının nazikliyinə görə indiki zəif teleskoplarla kimyəvi tərkibləri oxuya bilmədiklərini deyirlər. Bunun üçün astronomlara Avropanın olduqca böyük teleskopu, E-ELT lazımdır. Bir milyard dollar dəyərində cihazın inşasına gələn il başlanacaq. İnşa başa çatdıqda yerdə quraşdırılmış 40 metrlik optik və infraqırmızı teleskop dünyada başqa teleskoplardan 15 dəfə çox işıq toplayan ən böyük teleskop olacaq. Kaltenger yad planetlərin tətbiqi üçün indi həyəcanlı dövr olduğunu deyir. Liza Kaltenger: “Biz teleskop vasitəsi ilə tam yeni dünya kəşf etmək üzrəyik və biz bunu bizim dövrdə, yəni indi edə biləcəyik.” “b”planeti də daxil olmaqla aşkar edilmiş 50 yeni yad planet Ekstremal Günəş Sisteminə həsr edilmiş Vyominq konfransında bazar ertəsi nümayiş etdirilməlidir.
/www.amerikaninsesi.org/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget