Hindistan və Hind–Çinin çayları tipik musson rejimli çaylardır. Orta dağlardan və alçaq yaylalardan axan çayların səviyyə rejimi ildə iki dəfə kəskin dəyişir. Yayda bu çaylar musson yağışları hesabına çox daşırlar, qışda isə səviyyə olduqcq aşağı düşür. Hindistan və Hind–Çinin böyük çayları (Hind, Qanq, Brahmaputra, İravadi, Saluin, Mekonq və s.) öz mənbələrini yağıntısı az olan yüksək Tibet yaylasının cənub və cənub–şərq yamaclarından alır. Bu hissədə çaylar az sulu olmaqla buzlaqların əriməsi hesabına, qismən də qar suları hesabına qidalanırlar. Bu çaylar orta və aşağı axarlarında (Hind çayından başqa) yay mussonlarının ən güclü olduğu sahələrdən keçir.
Beləliklə onların əksəriyyəti ya tamamilə, yaxud da əsasən yay musson yağışları hesabına qidalanmaqla, mussonların qızğın vaxtı daşır. Himalayda, Qaraqorumun cənub yamaclarında çoxlu miqdarda böyük buzlaqların və daimi qarların şiddətli surətdə əriməsimusson yağışlarından əmələ gələn daşqınları daha da gücləndirir (Bu hal Qanq üçün daha səciyyəvidir).
Hind çayı Hind düzənliyindən keçdikdə buxarlanmaya çox su itirir; o mənsəbində başqa cənubi Asiya çaylarına nisbətən az suludur. Cənubi Asiya çaylarının suvarma və gəmiçilikdə olduqca böyük əhəmiyyəti vardır. Bu çayların tükənməz hidroenerji ehtiyatlarından hələlik az istifadə edilir.

Yorum Gönder