Alp dağları — Qərbi Avropanın nisbətəbən hündür dağ sistemidir.Ən hündür nöqtəsi Monbulan(4808m) zirvəsidir.Alp dağları iki hissəyə, Şərqi və Qərbi Alp dağlarına bölünürlər. Onların arasında sərhəd İsveçrənin şərqində yerləşən Reyn çayının vadisi boyunca keçir. Bundan başqa, Fransada Alp dağlarının qərb hissəsini də iki hissəyə, Mərkəzi və Qərbi Alpdağlarına ayrılır. Belə olduqda Alp dağlarının hissələri praktik olaraq dövlətlərin sərhədlərinə uyğun gəlir: Qərbi Alp əsasən Fransada, Mərkəzi Alp İsveçrədə, və Şərqi Alp isə Avstriyada yerləşir. Alp dağlarının ərazisi tamamilə və ya qismən 8 ölkənin coğrafi sərhədlərinin daxil olur. Ümumi ərazisinin payı Alp ərazisinə düşməsinə görə dövlətlərin sıralamsı aşağıdakı qaydada
yerləşir: Lixtenşteyn (100%), Monako(100%), Avstriya (65%), İsveçrə (60%), Sloveniya (40%), İtaliya (17%), Fransa (7%),Almaniya (3%). Uzunluğu təxminən 1.200 kilometr, eni 260 kilometrdir.Alp dağları Avropanın mühüm iqlim ayırıcı sahəsidir. Onun şimal və qərbində mülayim iqlimə malik ərazilər, cənubda isə subtropik Aralıq dənizi iqlimi olan ərazilər yerləşir.800 metr hündürlüyə malik olan yerlərdə mülayim iqlim hakimdir.Cənub yamaclarında Aralıq dənizi iqliminə malik ərazilərdə çoxlu üzüm bağlar, əkin sahələri və sıxyarpaqlı meşələr vardır. 800 — 1.800 metr hündürlükdə mülayim- rütubətli iqlim hökm sürür.Palıd ağacı və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələr yuxarıya doğru tədricən iynəyarpaqlı meşələrlə əvəz olunur. 2.200 — 2.300 metr hündürlüyə qədər olan ərazilərdə subalp iqlimi var, bu ərazilər üçün soyuq iqlim və qarın uzun müddətli qalması səciyyəvidir. Burada yay otlaqları və kolluq sahələr üstünlük təşkil edir. Yuxarıya doğru daimi qarların sərhədində
soyuq Alp iqlimi mövcuddur. Burada daimi qar və buzlaqlar yerləşir.
Alp dağları beynəlxalq alpinizm, dağ xizək idmanı və turizm regionudur.2001-ci il məlumatlarına görə, Alpın dağlarında yaşayan əhalinin sayı 12.295.000 nəfər təşkil edirdi. Alpda yerləşən ən böyük şəhər Fransadakı Qrenobl (155.100 sakin) və Avstriyadakı İnsbruk (127.000 sakin) şəhərləridir.
Qar xəttindən yuxarıda olan ərazilərdə buzlaqlara və buz kəsmiş qar dənəciklərindən meydana gələn bölgələrə rast gəlinir. Bu buzlaqlar içində ən böyüyü 25,6 kilometr uzunluğunda və 1689,6 kvadrat kilometrlik bir sahəni örtən Alettçisdir. Bu buzlaqların yataqlarına buz çayı deyilir. Yüksək dağlara və qütb bölgələrinə məxsus olan bu diqqət çəkən buz çayları ilk dəfə Alplarda araşdırılmışdır.Bu buzlaqlar hərəkətləri yavaş yavaş geri çəkilməkdədir. Dünyanın digər bölgələrində də olduğu kimi yavaş-yavaş çəkilmələri yer kürəsinin qlobal istiləşməsinə işarə edir. Bəzi bölgələrdə
Buzlaqlardan qalan digər bir izlər isə çox gözəl turistik göllərdir. Cenevrə gölü bu dağlıq bölgədə(İsveçrədə) yerləşir.
Avropanın bəzi əhəmiyyətli çayları Alpların ərimiş buz və qar suları ilə qidalanır.Bunlaradan Reyn çayı Qərbi Alplardan çıxıb Fransada dənizə tökülür. İtalyanın əhəmiyyətli çayı olan Po da Alplardan qidalanır və şərq istiqamətində Lombardiya düzənliklərində keçərək Aralıq dənizinə tökülər.
Alplarda əhəmiyyətli bir sənaye yoxdur.Təbii yataqlar sənaye əhəmiyyəti azdır. Şimal-qərb Sloveniyada civə çıxarılır. Bəzi yerlərdə isə qaya duzu olduqca çoxdur. Dəmir, mis, sink, qızıl, gümüş və kömür isə çox məhdud miqdarda tapılar. Nisbətən çox olan axar sular isə hidroelektrik enerji əldə etməyə imkan verir. Yaylalarda taxıl və kartof yetişdirilir.

Yorum Gönder