Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Vulkan və Dağlar"

Dağları hansı qüvvələr yaradır?
İyul ayı idi. Böyük Qafqazın Şah dağ zirvəsinə doğru bir qrup alpinist qalxırdı.Onlar dəniz səviyyəsindən 3600m yüksəklikdə idilər.Ətraflarında sarı rəngli gilli süxurların içərisində balıqqulaqları var idi.Dəniz səviyəsindən 3600m yüksəklikdə otuz milyon il yaşı olan balıqqulaqların olması təəcüblü deyilmi?
Balıqqulaqlarını anacaq dənizdə görmək olar.Belə olduğu halda üçüncü dövrə (sarmat) məxsus olan bu balıqqulaqlar Şah dağa haradan toplanmışdır?
balıqqulaqları, qalınlığı 800m-ə qədər çatan daha qədim (üst yura) əhəngdaşların üzərində yayılmışdır.Əhəngdaşlar isə yalnız dəniz şəraitində əmələ gəlir.Yetmiş milyon il bundan əvvəl yaranmış əhəmgdaşlar indi 4200m mütləq yüksəkliyə necə qalxmışdır? Şah dağından cənub-qərbə ucalan Bazardüzü dağının zirvəsi qara rəngli şistlərdən və qumdaşlardan təşkil olunmuşdur.Onlar daha qədim geoloji dövrdə (Yurada), yəni 110 milyon il bundan əvvəl yenədə dəniz şəraitində yaranmışdır.Deməli bu qocaman süxurlar da 4500 m-ə qədər hansısa qüvvələr tərəfindən qalxmışdır. Dəniz şəraitində əmələ gəlmiş süxurlar nəinki 4000 - 4500 m-ə, onlar hətta 8 000 m-ə və ondanda artıq yüksəkliyə qaldırılmışdır.Dağların formalaşmasında və hörülməsində ancaq çökmə süxurlar deyil, başqa effuziv və intruzi süxurlar da iştirak etmişdir.
Deməli, süxurları yüksəkliyə qaldıran, başqa sözlə desək dağları yaradan müəyyən təbii qüvvə və enerji vardır.Bəs o qüvvələr hansılardır? Bura başlıca olaraq,  üç əsas amil - yeni tektonik hərəkətlər, ulkanlar və zəlzələlər daxildir....

,
Raşmor Dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) ABŞ-ın Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-ın dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson,Teodor RuzveltAvraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ - $5000 ayırmışdı.
Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı. Memorial ABŞ-ın milli irsi sayılır. Cənubi Dakotada, Black Hills dağlarında yerləşən memorial illik 3 milyona yaxın insanı qəbul edir. Monumentin yaradılmasının ideyası yerli tarixçi Doan Robinsona məxsusdu. Düzdü, onun fikrinə görə qayada ölkənin inkişafına təsir edən digər şəxslər təsvir olunmalı idi. Məsələn: hind lideri “Qırmızı bulud”, və digər Amerikaya ilk ayaqbasanların təsvirləri əks olunmalı idi. Möhtəşəm monumentin yaradıcısı heykəltaraş Qatson Borglum oldu. O, Robinsonun müraciət etdiyi ilk insan deyildi, lakin o bu ideya ilə çox yaxından maraqlandı və qayada hal-hazırda olan Amerika prezidentlərini təsvir etmək ideyasını irəli sürdü.
Raşmor DağıTəbii ki, xatirəsi əbədiləşdirilən hər bir prezident buna artıqlaması ilə layiq idi: Corc Vaşinqton- ilk prezident, Tomas Cefferson- müstəqillik bəyəmnaməsinin müəlliflərindən biri, Teodor Ruzvelt- ötən əsrin ilk illərində, çox çətin dönəmdə Amerikanı idarə etmiş şəxs, və təbii ki Linkoln- quldarlığı ləğv edərək, öz həyatı bahasına vətəndaş müharibəsinə son qoyan prezident.
1925-ci il 5 mart tarixində işlərin başlanması haqqda qanun lahiyəsi hazırlandı. Lakin, proyektin icra edilməsi 2 ilə qədər gecikdi. Təbii ki, səbəb vəsaitin çatışmaması idi.
İlk işlər 1927-ci il 4 oktyabrda başladı. İşlərin çoxu böyük depressiya illərinə təsadüf etdiyindən, Borqlum qaya üzərində işləməklə yanaşı, işlərin dayanmaması üçün vəsait də axtarmağa məcbur olurdu.

Kiçik Qafqaz dağları
Böyük Qafqazdan fərqli olaraq Kiçik Qafqaz dağları bir-birinin davamım təşkil edən vahid sıra dağlar sistemi əmələ gətirmir. Azərbaycan daxilində Kiçik Qafqazın şimal hissəsi, əsasən Şahdağ və Murovdağ silsilələrindən və onlann geniş ortadağlıq şimal yamacından ibarətdir. Axıncaçayı hövzəsindən qərbdə Kiçik Qafqazın yalnız uzaq şimal dağətəyi tirələri Azərbaycan ərazisində yerləşir. Burada çayarası köndələn tirələrin hündürlüyü 1000-1200 m-dən artıq deyil (Üçgül - 814 m, Şişdağ - 1084 m, Çənlibel - 1121 m və s.).
Axıncaçayın mənbəyindən şərqə 50 km məsafədə Şahdağ silsiləsi uzanır. (Qocadağ - 3318 m, Hinaldağ - 3367 m). Oroqrafık cəhətdən Şahdağ silsiləsinin şərqə davamı Murovdağ silsiləsidir (uzunluğu 55 km, Gamış - 3724 m, Murovdağ - 3340 m). Bu silsilələrlə Gəncə-Qazax maili düzənliyi arasında geniş (30- 40 km, həmin silsilələrin suayncından isə 40-50 km), orta və alçaqdağlıq zona yerləşir. Bə’zən dərin çay dərələrinin yaxm yerləşməsi nəticəsində onların arasında köndələn tirələr əmələ gəlmişdir (Əsrik və Zəyəm çayları arasında Çmqıldağ, Zəyəmçay və Cəyirçay arasında Şəkərbəy, Şəmkirçay və Qoşqarçay arasında Qaflanqala, Gəncəçay və Kürəkçay arasında Pant silsilələri). Ümumiyyətlə Şahdağ və Murovdağ silsilələrinin orta və alçaqdağlıq şimal yamadan oroqrafiyasının ən başlıca əlamətlərini geniş düzəlmə səthləri və dərin çay dərələri təşkil edir. Əsas suayncı silsilələrdən 8-10 km şimalda Hinaldağ (3361 m) və Göygöl fonunda təkrarsız mənzərəli Kəpəz dağı (3066 m) ucalır.
Tərtərçaym sağ sahilindən cənubda Arazyanı düzənliyə qədər 110 km məsafədə Qarabağ silsiləsi uzanır (Sanbaba - 2323 m, Böyük Kirs - 2725 m).
Murovdağdan Qarabağ silsiləsi Tərtər çayının dar və dərin kanyonvari dərəsi və tektonik mənşəli böyük Umudlu çökəkliyi ilə ayrılır. Silsilənin qərb yamacı qısa və dik, şərq yamacı genişdir (35-45 km). Qarabağ silsiləsi cənubda 5-6 tirəyə şaxələnir və Arazyanı maili düzənliyə gömülür. Silsilənin şərq yamacında bir sıra köndələn tirələr yerləşir. Bunlardan ən böyükləri Xocayurd, Ziyarət, Saxsağan və Çaxmax tirələridir. Burada həmçinin Xocalı çökəkliyi, Şuşa yaylası və alçaqdağlığın uzununa tirələri (Ağdərə, Şahbulaq, Boqurxan 1583 m və s.) oroqrafık quruluşu xeyli mürəkkəbləşdirir.
Kiçik Qafqazın daxili hissəsində də bir sıra mühüm oroqrafık elementlər mövcuddur. Bunlardan Şərqi Göycə silsiləsi (Göycə gölü ilə Tərtərçayı arasında suayncıdır Getidağ zirvəsi 3426 m, şimaldan cənuba uzunluğu 40 km), Dəlidağ massivi (3616 m), Tutqunçayla Şəlvə çayı arasında suayncı təşkil edən Mıxtökən silsiləsi (Mıxtökən -3411, Nərdivan - 2623 m), ondan cənuba ayrılan Çalbayır, Uzunyal, Hoçaz tirələri, nəhayət daha geniş Qarabağ vulkan yaylası ən böük oroqrafık vahidlərdir. Qarabağ vulkan yaylası, hündürlüyü 2000-3000 m-dən artıq olmasına baxmayaraq, eyni yüksəkliyi olan dağlıq ərazilərlə müqayisədə erozion dərələrlə az parçalanmışdır. Burada bir sıra geniş tuf-lava yaylalan, çökəkliklər (Alagöllər çökəkliyi) və hündürlüyü 3000 m-i keçən sönmüş vulkan dağları yerləşir (Dik Pilləkan - 3451 m, Sərçəli - 3433 m, Gəlinqaya - 3335 m, Qızılboğaz - 3183 m, İşıqlı - 3550 m)..
Qarabağ vulkan yaylasından cənub-şərqdə Həkəri çayının qolları (Zabuxçay, Hoçazsu. Şəlvə, Qorçuçay) arasında yuxanda göstərilən tirələrlə yanaşı geniş hamar sethli yaylalar mövcuddur. Bunlardan ən böyüyü Həkəri və Bərgüşad çayları arasındakı Yazı yaylasıdır (hündürlüyü 650-1200 m). Oxçuçay və Bəsitçay hövzələrində Arazyanı düzənliklərlə Ermenistan sərhədi arasında qısa, alçaq və ortadağlıq tirə və silsilələr uzanır (Bartaz, Əsgülüm, Süsəndağ və s.).

And dağları, And Kordilyerı Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada ən uzun dağ silsiləsidir. And-Kordilyer dağ sisteminin cənub hissəsidir. 7 ölkənin ərazisindən keçir: Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili və Argentina.And Dağları, Dünyanın ən uzun sıradağlar zinciridir.Şimali Amerikanın bütün qərb sahilini əhatə edir. Venesuelladan başlayıb Kolombiya, Ekvador, Peru, Boliviya, Argentina və Çiliyə kimi uzanır. Bu yeddi dövlət eyni zamanda And ölkələri olaraqda tanınırlar.
And dağları şimaldan cənuba uzunluğu 7000 km-dir. Enliliyi 200-700 km arasında dəyişir. Orta hündürlüyü 4000 metrdir. Andların ən yüksək dağı 6.962 m olan Argentina və Çili sərhəddindəki Akankagua-dır. Yanyana bir çox silsilədən ibarət olmaqla bərabər Cordillera Oriental (Şərq Sıradağları) və Cordillera Occidental (Qərb Sıradağları) olmaqla iki böyük silsilədən ibarətdir. [And Dağları], Venesuella, Kolombiya və Ekvador sərhəddində yer alan Şimali Andlar, Peru, Çili və Boliviya sərhəddində yer alan Orta Andlar, Çili ve Argentina sərhəddində yer alan Cənubi Andlar olmaqla üç hissədən ibarətdir. And dağlarının yaşı 60 milyon ilə yaxındır.
Digər zirvələr
Huascarán 6.768 m (Peru)
Alpamayo 5.947 m (Peru)
Nevado Yerupajá 6.634 m (Peru)
Nevado Illimani 6.483 m (Boliviya)
Cerro Torre 3.133 m (Argentina)
Vulkanlar
Yerüzünün ən yüksək vulkanları bu ərazilərdədir. 6.882 m yüksəklikdəki Monte Pissis (Argentina) və 6.887 m yüksəklikdəki Ojos del Salado (Çili) bunlardan bəziləridir.
Digər aktiv vulkanlar
Cotopaxi 5.897 m (Ekvador)
Tungurahua 5.016 m (Ekvador)
Pichincha 4.784 m (Ekvador)
Villarrica, 2.840 m (Çili)


Andlarda olan digər vulkanları
Llullaillaco 6.723 m (Argentina\Çili)
Nevado Coropuna 6.426 m (Peru)
Ubinas 5.675 m (Peru)
Chimborazo 6.310 m (Ekvador)
Osorno 2.652 m (Çili)
Sierra Nevada de Lagunas Bravas 6.127 m (Argentina\Çili)
Lanín, 3.747 m (Argentina)
Uturunco 6.010 m (Boliviya)
Licancabur 5.921 m (Boliviya)
Misti 5822 m (Peru)


Akanaqua dağı

Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubində yerlaşib.Onun ən uca dağı Gamış dağıdır. (3724 m)..Kiçik Qafqaz dağ sisteminin Qafqaz dağ silsiləsi Azərbaycan,Türkiyə,Gürcüstan,İran və Ermənistanla sərhəddən keçir.  Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarərdir.Bunlara Murovdağ,Qarabağ,Mıxtökən silsilələri,Şahdağ,Şərqi-Göyçə  Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir.Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir.
Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamış dağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır.
Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır. Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıq dağı -3906 m, Qazangöldağ - 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ - 2410 m, Xanağa - 1910 m, Əlincə - 1810 m və s.) səciyyəvidir.

Lyulyaylyako Cənubi Amerikada hündürlüyünə görə (6739 m) altıncı dağdır. Dağ Atakama səhrası boyu geniş uzanan vulkanik böyük bir sahəni əhatə edir. Buradakı vulkan fəaliyyətdə olan ən hündür vulkandır. Dağ Çili və Argentina sərhəddində yerləşir Bu dağ səhranın təsiri ilə qar xəttinin hündürdən keçməsi ilə fərqlənir (6500 metr). Belə ki, burada qar xətti Himalaydan 1000 metr, Kolumbiya və Ekvador ərazisində olan And dağlarından isə 2000 metr yüksəkdir. Bu, dünyada ən yüksək göstərici hesab olunur.

Lyulyaylyako həmçinin məşhur arxeoloji abidə kimi də tanınır. Burada 1999-cu ildə ink tayfalarından olan 3 uşağın (4-5 yaşlarında qız və oğlan, və 13 yaşında qız) mumiyalaşmış meyidləri tapılmışdır. Uşaqların təxminən 500 il qabaq qurban edildikləri ehtimal edilir.

Orta Asiyanın dağları özlərinin ayrı-ayrı hissələrində nəinki geoloji quruluşuna və yaşına görə seçilir, onlar həmçinin təbii komplekslərinin xarakterinə görədə bir-birindən kəskin fərqlənir. Burada Saur-Tarbaqatay,Cunqar Alatau, Tyan-Şan, Bədəxşan, Pamir və Kopetdağ kimi dağ sistemləri vardır.Bu dağ sistemlərinin çoxunun o cümlədən Tyan-şanın sərhədlərinin müəyyən edilməsində tədqiqatçılar arasında tam fikir birliyi yoxdur.

  Tyan-şanın Çin dilindən tərcüməsi "Səma dağları" adlanır ki,bu da onun yüksəuliklərə malik olduğunu göstərir. Son dövürdə Tyan-Şanın şimal sərhəddinin İli çökəkliyi ilə cənubda isə subtropik Tacik çökəkliyi ilə və Bədəxşan, Pamir dağ sistemləri ilə ayrılması daha düzgün hesab edilir.

Tyan-Şan dağlarını əsasən Şimali ,  Qərbi, Cənubi və Mərkəzi Tyan-Şan olmaqla dörd böyük regiona ayrılır.  


Şimali Tyan-Şana enlik istiqamətə yaxın uzanan bir sıra dağlar (Qırğız, Talas, Zaili Alatausu, Kunqey Alatausu) və yarımqapalı dərin çökmə sahələri olan Rvuy və Talas daxildir. Şimali Tyan-Şan Mərkəzi

Tyan-Şandan qapalı çökəkliklər ilə aərılır ki, bunlarında ən böyüyü İssık-Kuldur. Bundan başqa həmin sistemə Koçkor, Çumqol Susamır və Getmen-Tyubin çökəklikləri daxildir.

  Mərkəzi (yaxud Daxili) Tyan-Şan böyük bir üçbucaq yaradıb, onun şimal tərəfini Terski Alatau dağları, cənub şərq tərəfini Kokşaal-Tau, qərbini isə Fərqanə dağları təşkil edir.

 Terski- Alatau və Kokşaal-Tau dağları şərqdə birləşərək Xan Ten-Qri dağ sistemini yaradır.
  QƏRBİ TYAN-ŞAN cənub qərb istiqamətində bir sıra dağ sistemlərindən təşkil olunub. Bu dağ sistemləri Talas-Fərqanə sınma zonasına perependikulyar istiqamətdə düşür. Qərbi Tyan-Şana, Korjantau, Uqamkem, Pskem. Çatqal və Kuramin dağları daxildir. Qərbi Tyan-Şan Cənubi Tyan-Şan
dağlarından geniş qapalı Fərqanə və yarımqapalı Daşkənd çökəklikləri vasitəsilə aərılır.

  Ümumiyyətlə Təan-Şan dağ sistemi geniş sahəyə malik olub şimaldan İli çökəkliyi, cənubdan isə Fərqanə və Tarim çökəkliyi ilə əhatə olunub. onun mütləq yüksəkliyi 700-800 m-dən başlayıb 3439 m-dək ucalır. Ümumi ərazinin 70 -ə yaxın hissəsinin mütləq yüksəkliyi 1500 m-dən, müəyyən bir hissəsi isə 300 m-dən yüksəkdir. Dünyanın yüksək zirvələrindən sayılan Qələbə (7439 m) və Xan-Tenqri (6995 m) pikləri burada yerləşir.

 Tyan-Şan dağlarının müasir relyefi çox mürəkkəb bir qurluşa malikdir. Burada nəhəng yüksək, orta və alçaq dağlarla yanaşı, yüksəkliyinə, geoloji qurluşuna görə bir-birindən fərqlənən, dağarası çökəkliklər, dərələr, dağətəyi maili düzənliklər və başqa relyef formalarıda geniş yayılmışdır.

   Tyan-Şan üçün müxtəlif yüksəkliklərə malik olan böyük mənfi relyef formalarından (çökəkliklərin) olması xarakterikdir ki, bunlarda ərazidə müxtəlif landşaftların yaranmasına imkan vermişdir.

   İssık-Kul çökəkliyi ən böyük dağ arası çökəkliklərdəndir. O, Kunqey və Tersk- Alatau dağları arasında yerləşib, qərbdən- şərqə uzunluğu 240 km-ə, eni isə 75 km-ə çatır. İssık-Kul çökəkliyinin mərkəzi alçaq hissəsində eyni adlı göl yerləşir. Onun sahil xəttinin mütləq yüksəkliyi 1623 m- dir.

   İssik-Kul çökəkliyinin göldən kənarda qalan sahəsinin sahəsinin relyefi üçün bir sıra çökəklik, daxili yüksəklikləri və maili düzənliklərin olması səciyyəvidir. Kunqey Tersi Alatau dağlarının ən dağ
sahələri göl səviyyəsindən 700 m- ə qədər ucalır. İssık- Kul çökəkliyinin qərb davamını Koçkar çökəkliyi, Şərqi davamını Keqen və Tokes çökmə sahələri təşkil edir.

    Tyan-Şan dağlarının intensiv parçalanmış müasir relyefinin formalaşmasında eqzogen proseslər böyük rol oynayır. Sutkalıq temperaturun kəskin tərəddüd etməsi qayalıq sahələrdə, intensiv fiziki aşınmanın daha
böyük yüksəkliklərdə isə şaxta aşınmanın inkişafına şərait yaradır. Bununla əlaqədar olaraq yüksək dağ yamaclarında aşınma materialları geniş sahə tutur. Uçqun və urantu konusları yamaclarda böyük örtüklər əmələ gətirir. Dellüvial çöküntülərin xırda tərkibli olması və böyük qalınlığa malik olması ilə əlaqədar olaraq alçaq dağlıqlarda sürüşmələr inkişaf etmişdir. 

    Tyan-Şan dağlarının böyük yüksəkliklə xarakterizə olunan sahələri qədim və müasir buzlaqların təsirilə aşınmış və müxtəlif buzlaq formaları (karlar, traplar, sirklər) yaranmışdır. ( lkaddimlar.com)

Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstanrespublikası və Rusiyanın Dağıstan MR ilə sərhəddəkiTinov-Rosso (3385 m)zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzüzirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir.Böyük Qafqaz Xəzər və Qara dəniz arasında yerləşən dağ sistemidir. Alp-
Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir.Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü - 4466 m, Tufandağ - 4191 m, Bazaryurd - 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsiDübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Baş Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycandakı hissəsi Şahdağdan(4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Baş Qafqaz silsiləsindən başlayan çayların (Qusarçay,Qudyalçay və.s) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə - platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000-1100 m, cənub-şərqdə 150-200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd,Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır.
Baş Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə enir. Gürcüstan ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi(hündürlüyü 2100 m-dək) uzanır.

,
Gülbəxt palçıq vulkanı yaxınlığında, Gülbəxt-Sarıca strukturunun qərb periklinalına yaxın bir sahədə yerləşmişdir. Onun təpəsində 1600 m-lik bir sahə palçıq vulkanı brekçiyası ilə örtülmüşdür ki, burada da 18-20 sopka və qrifon vardır. Bunlardan bəziləri az miqdarda su və qaz ayırır.

Vulkanın geoloji quruluşunda Abşeron və Ağca-gil mərtəbələri, Məhsuldar qat və Pont çöküntüləri iştirak edirlər. Bərk tullantıların yaşı Paleosendən qədim deyil. Bütün sopka və qri-fonlar şimal-qərb-cənub-şərqə doğru istiqamətlənmişdir.

 
Mənbə: "Bioloji müxtəliflik. Abşeron Yarımadasının təbiət abidələri"
              Yusifov E., İsayeva N., Əsgərov F.

Afrika qitəsinin Şimal qərbində yerləşir. Atlas dağları Mərakeş, Əlcəzair, Tunis ərazilərindən keçən Böyük dağ sistemidir.
Uzunluğu 2400 kilometr olan Atlas dağlarının ən yüksək nöqtəsi Mərakeş dövlətinin cənub qərbində 4167 metr yüksəkliyindəki Toubkal zirvəsidir. Atlas dağları, Şimal-Qərbi Afrikanın Aralıq dənizi ilə Səhra Çölünü ayıran bir divar kimidir. Keçdiyi yerlərdə ərəblər və bərbər millətləri yaşayırlar. Atlas dağlarının yaradılmasının milyonlarla il əvvəl öncəsində Afrika və Amerika qitələrinin ayrılmadan öncə birləşmədən qaynaqlandığı, Şimali Amerikanın Appalaç dağlarının da eyni geometrik hərəkətin nəticəsi olaraq yarandığı təxmin edilməkdədir.

Himalay Dağları dünyanın ən böyük və ən yüksək dağlarıdır. Asiyanın orta cənub qisimində, şərq qərb istiqamətində uzanır. Dünyanın ən yüksək zirvəsi Everest (8848 m.) burada yerləşir. Everest zirvəsi Nepal ilə Tibet (Çin) sərhədindədir.
Himalayaın əmələ gələsi iki tektonik litosfer tavalarının , Asiya litosfer tavası ilə Hindistan litosfer tavasının toqquşması nəticəsində əmələ gəlmişdir  və bu proses yəni dağların dahada yüksəlməsi hələ də davam etməkdədir. Bu proselər nəticəsində Tetis okenı qapanmışdır.
Pakistan, Hindistan, Çin, Nepal və Butandan keçən 2400 km uzunluğundakı Himalay dağ silsiləsinin buzlaqları Asiyanın 9 böyük çayını qidalandırır. 1,3 milyard insan bu su yollarına asılı olaraq yaşayır. Məlumatlara görə isə Himalayalarda temperatur, son 30 il içində on ildə bir 0,06 ilə 0,15 dərəcə artmaqda və istiliklərin artmağa davam etməsi halında 50 ilə qədər buzlaq və qar tamamilə əriməsi gözlənilir.

Himalay dağları üç hissəyə bölünür : Şivalik (Predhimalay), Kiçik Himalay (Pir Panjal dağ silsiləsi, Dhaoladvar və başqaları) və Böyük Himala ayrılır.

Ən yük nöqtəsi: 8848 m(Everest) ,
Sahəsi: 1.089.133 km ²
Yerləşdiyi ölkələr: Əfqanıstan, Hindistan, Çin, Pakistan, Myanma, Nepal və Butandır.

Ən yüksək zirvələri Nepal ilə Tibet (Çin) arasında yerləşir.Everest (8848m), K28,611m) və ya Çoqo Gangri(Dapsanq) , Kançencanqaya (8,586m) , Lhotse və ya Cənub Zirvə (8,516m) , Nanqa Parbat və ya Dimir (8,126m),Nuptse və ya Qərb zirvəsi (7,861m) , Ismoil Somoni zirvəsi(7,495m)  və ya (Stalin (1933–1962) ) Komunist zirvəsi- (1962–1998) və.s

Himalay regionunda yüzlərcə  göllər var.Göllərin böyük əksəriyyəti  5000 m yüksəkliklərdə rast gəlinir. Bunlardan Nepalda yerləşən Tiliço gölü dünyanın ən yüksək göllərindən biridir.

 Annapurna massivinin Nepal Tilicho göl dünyanın ən yüksək göllərindən biridir.
 Digər məhşur göllər Hind-Çin sərhədinə yaxın yerləşən Qurudonqmar gölüdür.Bu göllər buzlaq göllərdir.

Alp dağları — Qərbi Avropanın nisbətəbən hündür dağ sistemidir.Ən hündür nöqtəsi Monbulan(4808m) zirvəsidir.Alp dağları iki hissəyə, Şərqi və Qərbi Alp dağlarına bölünürlər. Onların arasında sərhəd İsveçrənin şərqində yerləşən Reyn çayının vadisi boyunca keçir. Bundan başqa, Fransada Alp dağlarının qərb hissəsini də iki hissəyə, Mərkəzi və Qərbi Alpdağlarına ayrılır. Belə olduqda Alp dağlarının hissələri  praktik olaraq dövlətlərin sərhədlərinə uyğun gəlir: Qərbi Alp əsasən Fransada, Mərkəzi  Alp İsveçrədə, və Şərqi Alp isə Avstriyada yerləşir. Alp dağlarının ərazisi tamamilə və ya qismən 8 ölkənin coğrafi sərhədlərinin daxil olur. Ümumi ərazisinin payı Alp ərazisinə düşməsinə  görə dövlətlərin sıralamsı aşağıdakı qaydada
yerləşir: Lixtenşteyn (100%), Monako(100%), Avstriya (65%), İsveçrə (60%), Sloveniya (40%), İtaliya (17%), Fransa (7%),Almaniya (3%). Uzunluğu təxminən 1.200 kilometr, eni 260 kilometrdir.Alp dağları Avropanın mühüm iqlim ayırıcı sahəsidir. Onun şimal və qərbində mülayim iqlimə malik ərazilər, cənubda isə subtropik Aralıq dənizi iqlimi olan ərazilər yerləşir.800 metr hündürlüyə malik olan yerlərdə mülayim iqlim hakimdir.Cənub yamaclarında Aralıq dənizi iqliminə malik ərazilərdə çoxlu üzüm bağlar, əkin sahələri və sıxyarpaqlı meşələr vardır. 800 — 1.800 metr hündürlükdə mülayim- rütubətli iqlim hökm sürür.Palıd ağacı və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələr yuxarıya doğru tədricən iynəyarpaqlı meşələrlə əvəz olunur. 2.200 — 2.300 metr hündürlüyə qədər olan ərazilərdə subalp iqlimi var, bu ərazilər üçün soyuq iqlim və qarın uzun müddətli qalması səciyyəvidir. Burada yay otlaqları və kolluq sahələr üstünlük təşkil edir. Yuxarıya doğru daimi qarların sərhədində
soyuq Alp iqlimi mövcuddur. Burada daimi qar və buzlaqlar yerləşir.
 Alp dağları beynəlxalq alpinizm, dağ xizək idmanı və turizm regionudur.2001-ci il məlumatlarına görə, Alpın dağlarında yaşayan əhalinin sayı 12.295.000 nəfər təşkil edirdi. Alpda yerləşən ən böyük şəhər Fransadakı Qrenobl (155.100 sakin) və Avstriyadakı İnsbruk (127.000 sakin) şəhərləridir.
Qar xəttindən yuxarıda olan ərazilərdə buzlaqlara və buz kəsmiş qar dənəciklərindən meydana gələn bölgələrə rast gəlinir. Bu buzlaqlar içində ən böyüyü 25,6 kilometr uzunluğunda və 1689,6 kvadrat kilometrlik bir sahəni örtən Alettçisdir. Bu buzlaqların yataqlarına buz çayı deyilir. Yüksək dağlara və qütb bölgələrinə məxsus olan bu diqqət çəkən buz çayları ilk dəfə Alplarda araşdırılmışdır.Bu buzlaqlar hərəkətləri yavaş yavaş geri çəkilməkdədir. Dünyanın digər bölgələrində də olduğu kimi yavaş-yavaş çəkilmələri yer kürəsinin qlobal istiləşməsinə işarə edir. Bəzi bölgələrdə 
Buzlaqlardan qalan digər bir izlər isə çox gözəl turistik göllərdir. Cenevrə gölü bu dağlıq bölgədə(İsveçrədə) yerləşir. 
Avropanın bəzi əhəmiyyətli çayları Alpların ərimiş buz və qar suları ilə qidalanır.Bunlaradan Reyn çayı Qərbi Alplardan çıxıb Fransada dənizə tökülür. İtalyanın əhəmiyyətli çayı olan Po da Alplardan qidalanır və şərq istiqamətində Lombardiya düzənliklərində keçərək Aralıq dənizinə tökülər. 

 Alplarda əhəmiyyətli bir sənaye yoxdur.Təbii yataqlar sənaye əhəmiyyəti azdır. Şimal-qərb Sloveniyada civə çıxarılır. Bəzi yerlərdə isə qaya duzu olduqca çoxdur. Dəmir, mis, sink, qızıl, gümüş və kömür isə çox məhdud miqdarda tapılar. Nisbətən çox olan axar sular isə hidroelektrik enerji əldə etməyə imkan verir. Yaylalarda taxıl və kartof yetişdirilir. 


Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur.Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır.Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir. Paleogen dövründə baş vermiş tektonik qalxmalar qonşu ərazilərdə çökmə hadisəsi ilə müşayiət olunmuşdur. Pannon qurusunun çökməsi ilə əlaqədar olaraq, Karpat dağlarının daxili hissələrində yaranmış tektonik çatlar boyunca geniş sahədə vulkan püskürmələri baş vermişdir. Vulkan püskürmələri ilə əlaqədar olan intruziv və effuziv süxurlar hazırda Qərbi Karpatların cənub yamaclarında və Transilvaniya yaylasında geniş yayılmışdır. Dağlar paleogenin axırına qədər xeyli aşınmış və neogendə ümumi qalxmaya məruz qalmışdır. Bu qalxmanın ümumi amplitudu 1000-1500 m-ə, bəzi yerlərdə isə 2000 m-ə çatır.
Karpat dağlarında dördüncü dövr buzlaşması Alplara nisbətən çox zəif inkişaf etməklə, yerli xüsusiyyət daşımışdır. Hazırda Karpat dağlarında buzlaqlar yoxdur. Qədim buzlaşma ilə əlaqədar olan relyef formalarına onun ən yüksək hissələri olan yüksək Tatra və Transilvaniya Alplarında rast gəlinir. Alp dağlarından fərqli olaraq, Karpat dağlarında kristallik və metomorflaşmış süxurlardan əmələ gəlmiş mərkəzi ox silsiləsi bir-birindən dərin çay dərələri vasitəsi ilə təcrid edilmiş adalar şəklindədir. Buna müvafiq olaraq mezozoy erasının əhəngdaşlarından ibarət olan zona bir neçə yerdə kəsilmişdir. Dağların yüksək hissələrindən yuyulub gətirilmiş və fliş çöküntülərindən ibarət olan zona Alp dağlarında olduğu kimi Karpatları da fasiləsiz olaraq kənardan hər yerdə haşiyələyir.
Relyefi-Relyefin xüsusiyyətinə görə Karpat dağlarını üç rayona: Qərbi Karpatlar, Şərqi Karpatlar və Cənubi Karpatlara (Transilvaniya Alpları) ayırırlar. Vyana çökməsi rayonunda Kiçik Karpat dağından başlayan Qərbi Karpatlar, şərqdə Poprad çayının dərəsinə qədər təxminən 380 km məsafədə, əvvəlcə cənub-qərb – şimal-şərq, sonra isə şərq istiqamətində uzanmışdır. Karpat dağlarının ən yüksək zirvəsi – Qerlaxovka dağı(2663 m) burada yerləşir. Kristallik

süxurlardan ibarət olan Kiçik Karpatlar Dunay çayının sol sahilində yerləşmişdir. Burada dağların yüksək nöqtəsi 754 m-dir. Şərqə doğru dağlar enliləşir. Vaq çayından şərqdə Kiçik Karpatları kristallik süxurlardan ibarət olan Ağ Karpatlar əvəz edir. Ağ Karpatlardan şərqdə Qərbi Karpatların kristallik süxurlardan və mezozoyun əhəngdaşlarından əmələ gəlmiş ən enli mərkəz hissəsi yerləşir. Bu hissədə bir-birindən dərin tektonik dərələrlə ayrılan bir sıra müstəqil dağ sıralarına rast gəlinir. Bunlara mərkəzi ox silsilənin cənubunda yerləşən Yüksək və Alçaq Tatra, Kiçik və Böyük Fatra dağları daxildir. Adları çəkilən dağ sıralarından cənubda yerləşən Slovakiya Filiz dağları və Matra, orta hündürlüyə malik, çox aşınmış əhəngdaşları ilə yanaşı, vulkan süxurlarının geniş yayıldığı, dağ sıralarıdır. Əhəngdaşlarından ibarət olan Böyük və Ağtelek massivində karst hadisəsi ilə əlaqədar relyef formaları geniş intişar tapmışdır. Əsasən kristallik süxurlardan ibarət olan, Yüksək Tatra dağları Çexoslovakiya ilə Polşanın sərhədində yerləşmişdir. Karpat dağlarının ən yüksək zirvəsi Qerlaxovka dağı (2663 m) Yüksək Tatra massivindədir. Qərbi Karpatlarda mərkəzi ox silsilənin şimal yamacında fliş çöküntülərindən ibarət olan Qərbi Beskidlər yerləşir. Qərbi Beskidlərin orta hündürlüyü 600-800 m olub, ən yüksək zirvə Babya-Qora dağıdır (1725 m). Qərbi Karpatların ən əlverişli aşırımları (Yablunkov, 551 m) Qərbi Beskid dağlarında yerləşir. Şərqə doğru Qərbi Karpatlar alçalır və çox ensizləşir.
Şimal-qərbdən cənub-şərqə doğru uzanmış olan Şərqi Karpatlar Poprad çayı ilə Praxova çayları arasındakı sahəni tutur. Kristallik süxurlardan əmələ gəlmiş mərkəzi ox silsiləsi Şərqi Karpatlarda o qədər də aydın seçilmir. Dağların daxili (qərb) yamaclarında fliş və vulkan çöküntülərindən ibarət olan dağ sıraları geniş sahəni tutur. Şərqi Karpatların nisbətən ensiz və alçaq hissəsinə meşəli və ya Ukrayna Karpatları da deyilir. Burada dağların şimal-şərq yamacında Qərbi Beskidlərə paralel uzanmış və fliş çöküntülərindən əmələ gəlmiş Şərqi Beskidlər yerləşir. Ukrayna Karpatlarının cənub-qərb yamacları Tissa çayının qolları tərəfindən parçalanmış, bir sıra sönmüş vulkan massivlərindən ibarətdir. Bunlara Viqorlat, Qolika və s. massivləri daxildir.Karpat dağları Slovakiya, Macarıstan, Polşa,Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir.

Şərqi Karpatların cənub hissəsi Rumıniya Karpatları adlanır. Rumıniya Karpatlarının şərq yamaclarında Şərqi Beskidlərin cənuba davamı olan Moldaviya Karpatları yerləşir. Əsasən fliş
çöküntülərindən təşkil olunmuş və 1000-1500 m-ə qədər yüksələn Moldaviya Karpatları, şərqdə 400-500 m hündürlüyündəki Moldaviya yaylası ilə əvəz olunur. Rumıniya Karpatlarının qərb yamacları kristallik və vulkanik süxurlardan əmələ gəlmiş, 1300-1700 m-ə qədər yüksələn ayrı-ayrı (Rodna, Keliman, Qutin, Xarqita və s.) dağ sıralarından ibarətdir. Bu dağ sıraları Mureş, Bıstrisa, Olt və s. çayların dərələri tərəfindən çox kəsilib parçalanmışdır. Karpat dağlarının 46° şimal en dairəsindən cənubda qalan hissəsi Cənubi Karpatlar və ya Transilvaniya Alpları adlanır. Kristallik süxurlardan əmələ gəlmiş bu hissədə, Karpat dağlarının hündürlüyü yenidən artır və burada geniş sahə tutan peneplen səthləri vardır. Dımbovisa ilə Olt çayları arasındakı Faraqaş dağlarının Neqoyu zirvəsi (2544 m) Karpat dağlarında Qerlaxovkadan sonra hündürlüyünə görə ikinci yeri tutur. Sebeş (2245 m), Parınqulay (2529 m) və Retzad (2511 m) dağları Cənubi Karpatların ən yüksək hissələri olub, buzlaq relyef formalarının geniş yayılması ilə səciyyələnir. Şərqi və Cənubi Karpatların üçbucağa oxşar əyrisi arasındakı çökəklikdə geniş sahəni Transilvaniya yaylası tutur. Üçüncü dövrün qum və gillicələrindən əmələ gəlmiş bu yaylanın relyefi çay dərələri tərəfindən kəskin parçalanmış alçaq təpələrdən ibarətdir. Yaylanı qərb tərəfdən 1500 m-ə qədər yüksələn Bixor və Metalliçi dağ sıraları haşiyələmişdir.
İqlimi-Karpat dağları Qərbi Avropanın şərqə tərəf daha çox irəliyə çıxmış fızıki coğrafi sahəsi olduğundan, buranın iqlimində kontinentallıq əlamətləri aydın nəzərə çarpır. Qərbdən gələn mülayim və rütubətli hava kütlələri öz yağıntılarının çoxunu Alp dağlarına verdiyi üçün Karpat dağlarına gəlib çatana qədər çox dəyişikləri uğrayır. Şərqi Avropa düzənliyində yaranan mülayim kontinental hava kütlələri isə heç bir maneəyə rast gəlmədən Karpat dağlarına gəlib çatır. Lakin Karpat dağlarının hündür olması onun qonşu sahələrə nisbətən daha çox yağıntı almasına şərait yaradır. Burada ayrı-ayrı dağ silsilələrinə il ərzində 800-1200 mm yağıntı düşür. Ümumiyyətlə yağıntının paylanmasında yamacların səmti və ərazinin relyef xüsusiyyəti böyük rol oynayır. Karpat dağlarında yağıntının şimaldan cənuba və qərbdən şərqə azalması qeyd edilir. Nisbətən şimalda yerləşən Qərbi Karpatlara il ərzində 1200-1300 mm, Şərqi və Cənubi Karpatlara isə 800-1000 mm yağıntı düşür. Dağətəkləri və çökəkliklərdə yağıntının miqdarı daha az olub, 600-800 mm-ə qədərdir. Hər tərəfdən dağ sıraları ilə əhatələnmiş Transilvaniya yaylası, Karpat dağlarında ən az yağıntı alan sahədir. Burada yağıntının illik miqdarı 400-500 mm-dən çox deyildir. Yağıntılar adətən yay aylarında düşür. Qışı soyuq və şaxtalı keçir. Yanvar ayının temperaturu dağ ətəklərində -3°, dağların yuxarı hissəsində isə -19-20° olub, qar örtüyünün davamlılığı 4-7 aydır. Yay ayları dağ ətəklərində isti (19-22°), yüksək sahələrdə isə sərin (4-6°) keçir. Ümumiyyətlə, Karpat dağlarında eyni yüksəklikdə yerləşən sahələrdə qış və yay aylarının temperaturu Alp dağlarına nisbətən xeyli alçaqdır.
Çay şəbəkəsinin sıxlığı və sululuğuna görə Karpat dağları Alp dağlarından geridə qalır. Çaylarda yüksək səviyyə aprel-may aylarında, qarların əriməsi zamanı müşahidə edilir. Alçaq səviyyə qış və yay ayları üçün səciyyəvidir. Payızda yağıntıların artması ilə çaylarda ikinci dəfə yüksək səviyyə olur. Çayları Qara və Baltik dənizi hövzələrinə aiddir. Ən əsas çayları Tissa, Seret, Oltes, Vaq, Qron və yuxarı axarlarında Visla vəOderdir. Karpat dağlarının gölləri adətən kiçik olub, buzlaq mənşəlidir.

Podzol və boz meşə torpaqları geniş yayılmışdır. Qarışıq meşələr zonasında dağ podzol torpaqlarına, enliyarpaqlı meşələr zonasında isə boz meşə torpaqlarına rast gəlinir. Dağarası çökəkliklər tünd qara rəngli çox məhsuldar torpaqların yayılması ilə səciyyələnir. Karpat dağları Qərbi Avropada meşələrin geniş yayıldığı sahələrdən biridir. Alp dağlarında olduğu kimi, burada da bitki örtüyü şaquli zonallığa uyğun inkişaf etmişdir. Lakin burada ayrı-ayrı qurşaqların yüksəkliyi Alp dağlarından fərqlidir. Hündürlükdən asılı olaraq Karpat dağlarında bir neçə landşaft qurşağı ayrılır. Birinci landşaft qurşağı 500-600 m, bəzən 800 m hündürlüyündə olan dağətəyi sahələri əhatə edir. Bu qurşaq Alp dağlarının ətəklərindəki mədəni landşaft qurşağına uyğun gəlir. Burada üzümlüklər, meyvə bağları və taxıl zəmiləri diqqəti daha çox cəlb edir. Meşə ağacları içərisində fısdıq, palıd, qoz və şabalıd üstünlük təşkil edir. İkinci landşaft qurşağı Karpatların şimalında 600-1500 m, cənubunda isə 800-1800 m hündürlükdə olan sahələri tutur. Bu tipik dağ meşələri qurşağı hesab olunur və iki yarımzonaya: fıstıq və vələs meşələrindən ibarət olan aşağı, qarışıq meşələrin üstünlük təşkil etdiyi yuxarı yarımzonalara bölünür. Küknar və şam meşələrinə Karpat dağlarında təxminən 1300-1400 m yüksəklikdən başlayaraq, ikinci landşaft qurşağının yuxarı sərhədinə qədər (1800 m) rast gəlinir. Dağ meşələri qurşağını 2200 m hündürlükdə olan sahələri əhatə edən subalp çəmənlikləri qurşağı əvəz edir. Bu qurşağın bəzi yerlərində çəmənliklərlə yanaşı alçaqboylu dağ şamı meşələrindən ibarət kolluqlar və rododendron inkişaf etmişdir. Yüksək Tatrada bu növ kolluqlara 2000 m-ə qədər yüksəklikdə rast gəlmək olar. Ümumiyyətlə, subalp çəmənləri landşaft qurşağı, mal-qaranın yay otlağı olub, daha böyük əhəmiyyətə malikdir. Karpat dağlarında Alp çəmənliklərindən ibarət, dördüncü landşaft qurşağı, 2200 m-dən yüksək hissələri əhatə etməklə, az sahəni tutur. Adətən çoxillik ot bitkilərinin geniş yayıldığı bu landşaft qurşağına, Transilvaniya Alplarında və yüksək Tatrada rast gəlmək olar.az.wikipedia.org

Vezuvi vulkanı — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağdır.Eramızın 79-cu ilində Vezuvi vulkanının partlayışı Neapolun cənubundakı Pompey, Herkulanum və Stabiya şəhərlərinin yox olmasına səbəb olmuşdur.Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey və Gerkulanum şəhərləri məhv olmuşdur. Püskürmə o qədər güclü olmuşdur ki, göyə sovrulan vulkan külünün bir hissəsi Yunanıstan ərazisinə də çatmışdır. Bu barədə Fessalonikadakı Aristotel Universitetindən olan mütəxəssislər məlumat vermişlər.Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri «susan» Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8-9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər. İtalya milli geofizika və vulkan tədqiqatları institutu Vezuvi fəaliyyətə keçəcəyi təqdirdə baş verən hadisələri əvvəlcədən görmək üçün ilk dəfə 3D kompüter filmi hazırlayıb. Bu ehtimala görə 60 ildən çoxdur ki,fəaliyyətsiz olan vulkan püskürməyə başlayarsa, Vezuvinin arxasında təbii qalxan kimi dayanan Somma dağı sayəsində, yüksək risk daşıyan «qırmızı ərazi»nin şimal və şimal qərbində yaşayan 200 min nəfərin qaçmaq üçün daha çox vaxtı olacaq. Filmdə püskürmə vaxtı maqmanın hərarətinin 950 santidərəcə olacağı hesablanıb. Alimlər Vezuvidəki yeni bir püskürmənin Pompey şəhərinin yox olduğu, miladdan sonra 76-cı ildə baş verən püskürmə gücündə olmasından ehtiyat edirlər. Vulkanın fəaliyyətə keçməsi halında dağın ətəklərində olan 18 yaşayış ərazisinindən yarım milyon insanın köçürülməsi planlanır. «Geophysical Research Letters» dərgisində yayımlanan araşdırmada püskürmə vaxtı lavanın necə hərəkət edəcəyi və hansı yerlərin əvvəl köçürülməsi lazım olduğu haqqında mütəxəssis fikirləri yer alır.Yunanıstanlı tədqiqatçıların sözlərinə görə, eramızdan əvvəl 79-cu ildə baş vermiş vulkan püskürməsindən sonra vulkanik tullantıların qalıqları Vezuvidən 650 kilometr məsafədə olan Miqdoniya gölü rayonunda tapılmışdır. «Müəyyən yerlədə külün qalınlığı üç metrə çatmışdır (partlayış o qədər güclü olmuşdur ki, çox böyük miqdarda kül 20-30 min kilometr yüksəkliyə qalxmışdır)» — Aristotel Univesitetindən olan mütəxəssis Fidikas Mixael bildirir


Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib.

Onun sözlərinə görə, püskürmə aprelin 1-də baş verib. Ərazidə Geologiya İnstitutunun alimləri tədqiqat aparıblar: “Bu, Azərbaycanın ən böyük vulkanlarından biridir. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Vulkan ilk dəfə 1948-ci ildə püskürüb, bu, 7-ci püskürmədir”.A. Əliyev deyib ki, püskürmə zamanı yer səthinə vulkan palçığı ilə yanaşı, böyük həcmdə müxtəlif tərkibli və yaşlı suxurlar da atılıb: “Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları
püskürəndə alov müşahidə olunur. Bu vulkanda isə alov müşahidə olunmur”.
Şöbə müdirinin sözlərinə görə, vulkanın krater sahəsi çox böyük — 10 kv. km-ə yaxındır: “Vulkanın krater sahəsində bir-birindən aralı bir neçə vulkan sahəsi ayrılır. Hər dəfə hansısa ayrılan vulkan sahəsindən püskürmə olur. Azərbaycanda olan palçıq vulkanlarının 21 faizi yer səthinə bol neft çıxarır. Bu vulkan da neft çıxaran vulkandır. Tullantıların hamısına neft hopub. Xüsusi ilə qeyd eləmək lazımdır ki, yanar şistlərə də rast gəlinib. Bunlar hamısı laboratoriya şəraitində dərindən öyrəniləcək və analizlər nəticəsində həmin ərazinin neft-qaz ehtiyatları barədə dəqiq fikir əldə olunacaq”.http://deyerler.org/

















Orta Avropanın Alp – Karpat
dağları sahəsi relyefinin böyük formalarını təşkil edir. Bu sahənin ən böyük və yüksək dağları Alp dağlarıdır (Monblan, 4810 m). Yüksək dağlıq sahədə nival-buzlaq relyefi, orta dağlıqda isə dərin erozion dərələr geniş yer tutur. Alp dağları şimal və şimal-qərbdə Alpətəyi yayla, maili düzənlik və alçaq qırışıq dağlarla əhatə olunur. Alp dağlarında eroziya və buzlaq ekzarasiyası, yamac prosesləri çox sürətlə gedir. Dağların relyefinin inkişafına burada səthə çıxan süxurların litoloji tərkibinin çox müxtəlif olması böyük təsir göstərir. Adətən kristallik süxurlar relyefin yüksəkliklərinin təşkil etmiş, şistlər üzərində dərin erozion dərələr əmələ gəlmişdir.
Karpat dağları Alp dağlarından çox alçaq olduğuna görə burada nival-buzlaq relyefi az sahə tutur. Dağların yumşaq fliş çökütülərindən ibarət olan şimal yamacları çay dərələri ilə çox kəsilmişdir. Ən yüksək zirvələr qədim kristallik süxurların səthə çıxdığı Qərbi və Cənubi Karpatlarda yerləşir.
Cənubi Karpatın davamını təşkil edən Stara-Planina faylı-qırışıqlı, orta hündürlüyə malik dağlardır. Çox yerdə möhkəm süxurlardan təşkil olduğuna görə yamacları nisbətən zəif parçalanmışdır.Cənub yamac tektonik qırılma boyu üzrə dikdir. Alp qırışıqlığı sahəsi dağları arasında geniş akkumulyativ düzənliklər və ovalıqlar yerləşir (Lombardiya, Orta və Aşağı Dunay ovalıqları). Bunların əmələ gəlməsi dağların inkişafı ilə sıx əlaqədardır
....ərtaflı....

,
Vulkan – yer qabığındakı çatlardan püskürmüş kül, lava və dağ süxurlarının qırıntılarından yaranmış dağdır.Qədim Romada yeraltı alov allahı Vulkan adlanırdı. Planetin tam mərkəzində hərəkət edən maye halında süxurlardan – maqmadan yer üzünə açılan bu odpüskürən nəfəsliklərə elə sözügedən allahın adı verilmişdir. Yatmış vulkan fəaliyyətə başlayanda kraterindən lava, kül, yanar qazlar, su buxarları və parçalanmış dağ süxurları püskürür. Dəniz dibində olan bəzi vulkanlar vulkanik adalar əmələ gətirir. Yer üzündə 600-dən çox aktiv vulkan var. Bir çox vulkanlar artıq fəaliyyətini dayandırıb. Onlar sönmüş, və ya ölü vulkanlar adlandırılırlar.
Bir çox hallarda vulkan püskürməsi çox dəhşətli fəlakətlərlə nəticələnir: məsələn, 1902-ci ildə Martinikada yerləşən Mon-Pele vulkanının oyanması nəticəsində 40000 nəfər həyatını itirmişdi.
883-cü ildə İndoneziyanın Krakatoa adasında vulkan püskürməsi baş verdi. Püskürmənin səsi o qədər güclü idi ki, onu 5000 km məsafədən – Avstraliyadan da eşidirdilər.
Partlayışın yaratdığı effekt dağıdıcı olduğu qədər də cəlbedici idi:
Kül və daş parçaları 80 km hündürlükdə havaya uçdular. Külək vulkanik külü bütün dünyaya yaydı və nəticədə günəşin qürubu zamanı çox gözəl effekt yarandı. Okeanda nəhəng sunami dalğası qalxdı və Yava, Sumatra adaları su altında qaldı, fəlakət nəticəsində 36000 nəfər həyatını itirdi.

Hər şey sakitləşəndən sonra Krakatoa adası artıq yox olmuşdu – onun yerində yalnız bir neçə diş-diş qaya qalmışdı.

Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro 5 min 890 metr hündürlükdədir Bu, Şərqi Аfriкаdа Tаnzаniyаnın şimаl-şərqində bir dаğ mаssividir; о Аfriка qitəsinin ən yüкsəк nöqtəsidir və hündürlüyü dəniz səviyyəsindən 5895 m-ə çаtır.
Adın etimologiyası- "Кilimаncаrо" аdının "pаrıldаyаn dаğ" аnlаmındа Suахili dilindən gəl- diyi gümаn еdilir. Əslində bu аdın nеcə əmələ gəlməsi hаq- qındа bir sırа rəvаyət mövcuddur. Оnlаrın bəzilərinə görə "кilimаncаrо" sözü "кilimа" və "ncаrо" hissələrinə аyrılır. Sözün birinci "кilimа" hissəsi Suахili dilində "təpə, аlçаq dаğ", qədim Suахili dilində isə "аğ", "pаrıldаyаn", bаşqа bir yоzumа görə sözün "ncаrо" hissəsi Кiçаqqа dilindən "cаrо"- "каrvаn" аnlаmındа təqdim еdilir. Bu fərziyyələrin qüsuru оndаn ibаrətdir кi, nə üçün dаğа yаrаşаn "mlimа" sözünun əvəzində кiçildici "кilimа" sözü istifаdə еdilib.Bаşqа bir аb surd izаhаtdа "quşа, bəbirə, каrvаnа qаlib gələn" аnlаmındа Кiçаqqа dilindən "кilimаncuаrе" və yа "кilimаncyаrо" sözlə rindən qаynаqlаnmış оlа bilərmiş. Bu fərziyyə də özünü dоğ rultmur, zirа "кilimаncаrо" аdı ümumiyyətlə sоn zаmаnlаrа qədər Кiçаqqа dilində istifаdə еdilməyib.

Ümumi məlumat

Кilimаncаrо, dəniz səviyyəsindən 900 m yüкsəкliкdə yеrləşən Mаsаi yаylаsı üzərində ucаlır. Кilimаncаrо mаs sivi iкi əsаs zirvədən ibаrətdir: mərкəzi mаssivin yаstı zir vəli qurğusu və Кilimаncаrоnun şərq tərəfində şişuclu və itibucаqlı zirvələr qrupundаn ibаrət Mаvеnzi mаssivi. Кibо zirvəsi кənаrdаn və dаğ yаmаcı tərəfdən görünməyən iç кrаtеrə mаliкdir. Кilimаncаrо dаğının екvаtоrdаn cəmi üç dərəcə аrаlı yеrləşməsinə bахmаyаrаq hər iкi zirvə Кibо və Mаvеnzi dаimа qаrlа və buzlа örtülüdür. Uhuri təpəsi Кibо nun və bütün Кilimаncаrо dаğı mаssivinin ən yüкsəк nöqtə sidir. Кibоnun zirvəsində Gilmаn təpəsi yеrləşir. 

Dünyаnın bütün, ən yüкsəкdаğlаrının əкsəriyyəti, böyüк dаğ silsilələrində yеrləşir: Himаlаy,Аnd, Аlp, Коrdilyеr, Tyаn-Şаn və yа Каrа-Коrum. Аncаq Аfriкаnın ən yüкsəк zirvəsi Кilimаncаrо sоnsuz Tаnzаniyа düzəngа hındа tаm tənhа yüкsəlir. Plаndа оvаl şəкilli nəhəng Кili mаncаrо mаssivinin uzunluğu 100 кm, еni isə 60 кm təşкil еdir. Оnun mərкəzində bаşı buludlаrа qədər üç zirvə ucаlır: Şirа (4006 m), Mаvеnzi (5355 m) və Кilimаncаrоnun və yа Кibоnun özü (5895 m). Bu, bir-birinə bitişmiş üç böyüк qə dim vulкаndаn yаlnız Кibо, hаzırdа fəаliyyət nişаnələri ilə sеçilir. Оnun zirvəsində еn кəsiyi 2 кm və dərinliyi 200 m оlаn böyüк кrаtеr yеrləşir. Кrаtеrin dibində еn кəsiyi 800 m оlаn dаirəvi bоğаzlı dаhа bir lаvа коnusu yüкsəlir. Bu bоğа zın bəzi yеrlərindən bоğucu vulкаn qаzlаrı püsкürür. Şərqi Аfriкаdа yаyılmış Suахili dilində Кilimаncаrо dа ğının аdı "pаrıldаyаn" mənаsını vеrir. Həqiqətən, Кibоnun buludlаrlа örtülməmiş qаr pаpаğı sаbаhın еrкən və ахşаm sааtlаrındа günəş şüаlаrı аltındа sаf gümüş кimi pаrıldаyır. Dеyilənlərə görə, кеçmişlərdə yеrli tаyfаlаr hеç zаmаn qаr və buz görmədiкləri üçün dоğrudаn dа Кibоnun zirvə sinin qiymətli mеtаldаn ibаrət оlduğunа inаnırmışlаr. Аncаq yеrli sакinlərdən hеç кim bu gümаnı yохlаmаq üçün Кili mаncаrоyа qаlхmаğа cəsаrət еtmirmiş. Inаncа görə dаğın yаmаclаrı "qаrа ruhlаrın" məsкəni imiş və оnlаrın rаhаtlı ğını pоzаn hər кəs аmаnsızcаsınа cəzаlаndırılаcаqmış. Bu nunlа bеlə, dеyilənlərə görə yеrli tаyfа bаşçılаrındаn biri öz döyüşçülərini gümüş gətirməк üçün Кibоnun zirvəsinə gön dərib və həmin о gümüş оnlаrın əllərində əriyib. Bеləliкlə, döyüşçülər əlibоş qаyıdıb. Оnlаr Кilimаncаrоdа yаlnız bu zun sоyuq höкmü ilə qаrşılаşıblаr. Bеləliкlə, bu böyüк vul каnın "sоyuq Аllаhın məsкəni" аdı mеydаnа gəlib. Аfriкаnın qızmаr hаvаsı ilğımındа dаğın аşаğı hissəsi mаvi səmа fоnundа dеməк оlаr кi, sеçilmir və Кilimаncаrо nun qаr pаpаğı bеləcə digər аğ buludlаr аrаsındа sаnкi düzən gаh üzərində süzürmüş кimi görünür. Dаğ, bulud örtüyündən аzаd оlduğu аnlаrdа, yаşıllаşаn екvаtоr mеşələri fоnundа məğrurcаsınа ucаlаn Кibоnun yüкsəк кəsiк коnusundаn göz çəкməк mümкün dеyil. Кilimаncаrоnun ətəyində yаşаyаn хаlqlаr оnu müqəddəs hеsаb еtmiş, "sеvinc və хоşbəхtliк Аllаhı" кimi sitаyiş еtmişlər. Ахı, dаğın yаmаclаrındаn ахаn çаylаr və irmаqlаr оnlаrın əкin sаhələrinə, оtlаqlаrınа həyаt, dаğın zirvəsini örtən buludlаr isə bərəкlətli yаğış vеrir. Möhtəşəm dаğ mаssivi Hind океаnındаn əsən rütubətli кüləкlər qаrşısındа mаnеə оlаrаq ucаlır, rütubətin əкsəriy yəti yаğış və qаr hаlındа оnun yаmаclаrındа düşür. Bunа görə də, Кilimаncаrо bölgəsinin bitкisi ətrаf düzənliкlərin nəbаtаtındаn хеyli fərqlənir. Mаssivin ətəкlərində nаdir çətirvаri акаsiyаlаrlа оt bаsmış sаvаnnаlаr uzаnır. Yuхаrılаrdа əriyən buzlаqlаrdаn ахаn su tutаn dərələrdə qəhvə və muz (bаnаn) tаrlаlаrı yеr ləşir. Burа bölgənin ən çох məsкunlаşmış hissəsidir. 1800 m-dən yuхаrı Кilimаncаrо sıх rütubətli екvаtоriаl mеşələr lə qurşаqlаnıb. Burаdа 3000 m-ə qədər uzаnаn zоlаqdа hər ахşаm dаğın zirvəsindən ахаn sоyuq və dərədən qаlхаn isti hаvа tоqquşur. Nəticədə bu səviyyədə hər gün dumаn və bulud zоlаğı əmələ gəlir və yаğış yаğır. Аncаq Коnqо çаyı hövzəsində кеçilməz mеşələr, qаlın оt örtüyü, sаrmаşıqlа dоlаşmış iri mаmırlаşmış аğаclаr görməк оlаr. Möhtəşəm çəngəlliк mеşədə yаrpаqlаr günəş işığının qаr şısını аlır və кimsə tərəfindən rаhаtsız еdilməyən mеymunlаr dаn və bəbirlərdən tutmuş yекəpər fillərə qədər bütün екzоtiк hеyvаnlаr bu yаşıl miçətкən аltındа özlərini əlа hiss еdirlər. Dаhа yüкsəyə dоğru rəngаrəng çiçəкli və iri bоylu qə ribə аğаcvаri sеnеsiyа bitкiləri ilə bəzənmiş dаğ çəmənliк ləri uzаnır. Tаm yеr səthində оnlаrın gövdəsi böyüк qən dili хаtırlаdаn iкi yоğun qоlа аyrılır. Sеnеsiyаnın yuхаrısı çətirvаri qаlınlаşmış, ətli, аltdа хоvlu, üstdə isə cilаlı аçıq yаşıl rəngli yаrpаqlаrlа örtülüdür. Yаrpаq dəstəsindən bir mеtr qədər yuхаrıyа dоğru аl-qırmızı, səpilmiş güllərlə pirаmidа şəкlində hаmаşçiçəк ucаlır. Dаğ çəmənliyinin digər, həmçinin qеyri-аdi sакini lоbеliyа bitgisi, sütunvа ri şəкildə 4-5 mеtrə qədər yuхаrıyа dоğru ucаlır və mаvi çiçəкlərinin şаmvаri qоtаzlаrı ilə sеçilir. Аncаq burаdа Кilimаncаrоdа və bir də şimаldа yеrləşən Ruvеnzаri dаğ lаrındа, аdətən, böyüк оlmаyаn bu çiçəкli bitкilər buncа nəhəng кörкəmdə rаst gəlir. Dörd min mеtrdən sоnrа çə mənliкlər yüкsəк dаğ şibyə və mаmır zоnаsı ilə əvəzlə nir; zirvənin tаm yаnındа isə аncаq dаş və buz höкm sürür.235 Hələ ХIХ əsrin sоnundа аlimlər екvаtоrdаn cəmi üç dərəcə аrаlıdа buzlаqlаrın оlа biləcəyinə inаnmırdılаr. Həttа, böyüк cоrаfiyаçı Humbоlt dа öz şübhələrini söy ləmişdi. Hаlbuкi, Кilimаncаrоyа qаlхmаq cəhdləri uzun müddət uğursuz qаlırdı. Təqribən оtuz il ərzində hеç bir qоçаq zirvəni fəth еdə bilmədi. Аncаq 1889-cu ildə аlmаn cоğrаfiyаşünаsı və аlpinisti Hаns Mаyеr Кibоyа qаlхmаğı bаcаrdı. Hələ, 1912-ci ilə qədər Mаvеnzinin dişli qаyаlı nəhəngi, dаğа qаlхаnlаrа müqаvimət göstərirdi. Bundаn sоnrа Кilimаncаrо mаssivində böyüк buzlаq qrupunun mövcudluğu еlmi fакt оldu. Həttа, Mаyеrin dırmаnışındаn yüz il sоnrа bеlə екvа tоrun tаm yаnındа buz yığını mənzərəsi Аfriкаnın ən ucа vulкаnının кrаtеrinə qаlхаnlаrı hеyrətləndirir.

Hazırda Kilimancaro qlobal istiləşməyə qurban gedir. Ohayo Universitetinin araşdırmalarına görə dünyanın ən gözəl mənzərələrindən biri sayılan Kilimancaro dağında 20 ildən sonra qar qalmayacaq. 1912-ci ildən bu günə qədər zirvədəki qar həcminin 85 faizi əriyib və bu sürətlə 20 il sonra Afrikanın ən yüksək zirvəsində də qar olmayacaq.

Cоğrаfi mövqеyi

Kilimаncаrо dаğı Şimаli Tаnzаniyаdа, Аfrikа riftinin şərq hissəsinin cənub qurtаrаcаğındа, оnun şərq cinаhındа yеrləşən аktiv strаtоvulkаndır. О qərb, şimаl qərb istiqаmətdə uzаnаn təqribən 95х65 km ölçüdə qаlхаnvаri ərаzidə yеrləşir. Ərаzinin Kibо kəsimində Uhuru zirvəsi 5895 m-ə çаtır. Şirа vulkаn mər kəzi və qаyаlıqlаrı Kibоdаn cənubdа 8 km və 40 km аrаsındа, yüksəkliyi 3000 m və 4200 m оlаn ərаzidə yеrləşir və cоğrаfi cəhətdən Şirа yаylаsını (Shirа, Plаtеаn), Şirа qılıcını (Shirа Pid dgе), Şirа sаbоrunu (Shirа Cаthеdrаl), Şərqi Şirа təpəsini (Еаst Shirа Hill) və аsаlаk vulkаn kоnusunu (cоnе plаcе) еhtivа еdir.

Geoloji quruluşu

Şərqi Аfrikа rifti üçlü Аfаr qоvşаğındа bаşlаnır, Qır- mızı dəniz və Ədən körfəzi kəsimində 3500 km məsаfədə şimаl, şimаl-qərb istiqаmətdə uzаnаn аrаlаnmа (sprеdinq) zоnаsı əmələ gətirir. Rift yеnidən Еfiоpiyаdа, şimаl istiqаmətdə ildə 2,5 sm- dən, ildə 5 sm-ə qədər аçılmаğа bаşlаyır. Rift üç аydın qə dəmində təzаhür еdib  : ilk - еr Еоsеn dövrü və növbəti оrtа Miоsеn, sоnuncu və müаsir аçılışı Pliоsеn Plеystоsеnə qədər dаvаm еdib. Bu tərzdə аktivləşmə prоsеsi üst mаntiyа tərəfindən idа rə еdilir. Bundаn əvvəl pаssiv riftləşmə prоsеsi litоsfеrdə bаş vеrən dəyişkən (diffеrеnsiаl) təzyiqin gеnişlənməsinə və mаn tiyаnın şахələnməsinə səbəb оlur. Аktiv riftləşmənin sübutu riftоluşmаnın bаşlаnğıcı ilə birlikdə təzаhür еdən sinхrоn mаq mаtizmi, riftləşmənin еrkən mərhələsində mаqmа qаynаqlаrı nın zənginləşməsini və litоsfеr qаtındа mаfik lаvа gеоkimyаsı ünsürlərinin аzаlmаsını еhtivа еdir. Şərqi Аfrikа rifti ən аzı iki mаntiyа "şахı (plumе)" üzərində yеrləşir . Bu şахlаr Аfаr və Cənubi Kеniyа şахlаrını dа əhаtə еdir. Kеniyа şахı Аfаrdа оlduğu kimi, müхtəlif izоtrоpik və kеçici еlеmеntlərlə səciyyələnir. Şərqi Аfrikа rifti Cənubi Еfiоpiyаdа iki -cənub və qərb hissələrə аyrılır . Qərb kəsimi хеyli gеniş аktiv liyi və yüksək kаlium qələviliyi ilə fərqlənir, Mаlаvi və Mоzаmbik çərçivəsində uzаnır. Riftin bu аrаdа Şərq kəsi mi isə öz növbəsində yüksək nаtrium qələviliyi ilə sеçilir. О, Şimаli Tаnzаniyаdа yеrləşir və оrаdа təqribən 300 km gеnişliyində nоrmаl tеktоnik qırılmа zоnаsındа qurtаrır. Qərb kəsiminin kаliumlu mаqmаsı gümаn ki, şərq kəsimi nə nisbətən və yаn "şахlа" zəif əlаqədə dаhа dərində yеrləşib. Yаn "şахın" əmələ gəlməsində ən gеniş yаyılmış fər ziyyə оndаn ibаrətdir ki, riftin şərq və qərb hissələri аrа sındа yеrləşmiş Аrхеy yаşlı Tаnzаniyа krаtоnu аstеnоsfеr qаlхıntısındаn qismən аrаlаnıb. Şərqi Аfrikа rift zоnаsındа kаrbоnаtlı, qələvi, kеçidli və tоlеit tərkibli süхurlаrdаn yığcаmlаnmış qаvаtlаr təsbit еdilmişdir. Rift zоnаlаrı mаqmаtizminin təkаmülü hаqqın dа iki təzаdlı fikir mövcuddur: birincisi - müхtəlif tərkibli süхur qаvаtlаrı göstərir ki, riftin inkişаfı ilə qələviliyin kəs kin аzаlmаsı bаş vеrir; riftöncəki bölgəsəl qаlхımlа аssо siаsiyаdа оlаn ultrа qələvi mаqmаdаn qrаbеnin inkişаfı ilə аssоsiаsiyа təşkil еdən mаqmаtizm dənizdibi аrаlаnmаnın (sprеdinq) bаşlаnğıcınа qədər dаvаm еdib; ikinci nöqtеyi nəzər də оndаn ibаrətdir ki, mаqmаnın qələviliyi məsələsi kifаyət qədər gеniş аçılmаyıb, qitəsəl və оkеаn rift mаq mаtizmi uzlаşdırılmаyıb . Lаvа ахınlаrı və qələvi, kеçid və tоlеit süхurlаrının sıхı zаmаn və məkаn əlаqəsini uzlаşdırmаq və bu fərziyələri bir-birindən fərqləndirmək sоn dərəcə çətindir. Kеçid və tоlеit süхurlаrı Şərqi Аfrikа riftinin əmələ gəl məsi sürəcində, оndаn əvvəl və sоnrа təzаhür еdib və еyni bölgədə qələvi süхurlаrdаn əvvəl, sоnrа və еyni zаmаndа təzаhür еtmiş оlа bilər . Bu, оnu göstərir ki, struktur şəbəkə əhəmiyyətli dərəcə- də gərgin оlub və lаkin bunu, mаqmа tərkibində əvvəlcədən həmişə yохlаmаq оlmur. Vulkаn məhsullаrı riftə müхtəlif çəp istiqаmətlərdə təzаhür еdiblər; cinаhlаrdа püskürülmüş mаqmа dаhа аz həcmdə, dаhа çох qələvilidir, nəinki qrаbеnin ох istiqаmətində püskürülmüş lаvа . Bu dəyişkənlik gümаn ki, ох qrаbеnin- dən müəyyən məsаfədə inkişаf еtmiş mаqmа məhsullаrının ərimə dərəcəsi ilə əlаqədаr оlmuşdur . Əsаsən Şərqi Аfrikа riftinin cinаhlаrındа təzаhür еtmiş, аyrı-аyrı püskürmə mərkəzlərinin məhsullаrı süхur qаvаt lаrının yа qаrışığındаn, yа dа аncаq bir süхur qаvаtının mа tеriаlındаn ibаrətdir. Riftdən kənаr bu vulkаnizm yа аyrıcа mаntiyа "şахındаn (plumе)" yа dа mövcud strukturlаr bо yuncа "şах" mаtеriаlı diаpirlərindən əsаs qоlun аyrılmаsı ilə аydınlаşdırılа bilər. Kilimаncаrо dаğı, ölçüləri təqribən uzununа 96 km, еninə 64 km və uzun охu qərb şimаl-qərb istiqаmətdə yеr ləşən qаlхаn əmələ gətirir. Yüksəkliyi 5895 m təşkil еdən "Kibо" zirvəsi hаzırdа yеgаnə аktiv hеsаb еdilən vulkаn mərkəzidir . Kilimаncаrо dаğının mаqmаtik аktivliyi qələvi, kе çid, tоlеit və pirоklаstik süхur qаrışığındаn ibаrət bir sırа püskürmə mərkəzləri ilə аlt Pliоsеndən bаşlаyıb. Ilkin vulkаnik аktivliyi nəticəsində təqribən 1 mln. il əvvəl Оl Mоlоq, Kibоnqаtо və Kilеmа bölgələrinin оlivin bаzаltlаrı əmələ gəlib . Tеktоnik yаrılmа strukturlаrı çох dа mürəkkəb оlmа yаn qаlхаnı əmələ gətirən mаqmаtik аktivliyə nəzаrət еdir. Аlt Pliоsеndə mаqmаtik аktivlik üç əsаs vulkаn mərkəzin də (Kibо, Şirа və Mаvеnzi) təmərküzləşib. Bütün bu üç mərkəz еyni tərkibli bаzаltlаrın mеydаnа gəlməsi ilə еyni zаmаndа fəаliyyətdə оlub. Аlt Pliоsеnin sоnunа dоğru bu mərkəzlərdə оnlаrın fərdi хüsusiyyətləri inkişаf еdib. Şi rаnın fəаliyyəti nəticəsində kvаrslа dоymаmış lаvаlаr, аn kаrаnitlər, nеfеlinitlər və аrdıncа kvаrslа kəskin dоymаmış lаvаlаr, riоlitlər və bunlаrlа birlikdə Şirаnın şərqində nа məlum kiçik mərkəzdən püskürülmüş lаvаlаr yаyılmışdır. Аktivlik, Nеumаnn Tоvеrdən, sönməmişdən əvvəl, Mаvеnzi mərkəzinə tərəf gеtdikcə lаvаlаr bаzаltlаrdаn trа хibаzаltlаrа və trахiаndеzitlərlə dəyişir. Kibоnun аktivliyi Mаvеnzi ilə еynidir; lаkin trахiаndеzitlərin Mаvеnzi vul kаn mərkəzinin dаyаnışındаn хеyli sоnrа оluşmаsı ilə fərq lənir. Kilimаncаrо dаğının sоn təkаmül mərhələsi еgirin fоnоlit ахınlаrı məhsullаrını, indiki kаldеrаnın və kül qаlаğının аrtımını еhtivа еtmişdir. Kilimаncаrо, аncаq fumаrоl аktivliyi istisnа оlmаqlа Hоlо sеndə tаmаmilə fəаliyyətsiz qаlmışdır. Kilimаncаrоdа bir sırа tədqiqаtçılаr tərəfindən аpаrılmış pеtrоqrаfik tədqiqаtlаr nəticəsində bir çох lаvаlаrın uzlаşdırılmаsı mümkün оlmuşdur.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget