Primatlar dəstəsinin Hominidlər fəsiləsinə aid insanabənzər meymun cinsidir.Şimpanze yeganə heyvandır ki, özünü güzgüdə tanıya bilir. Son dövrlər aparılan araşdırmalar göstərir ki, ölən sevgilisinin, ailə üzvünün yasını tutmaq, ölümün nə olduğunu anlamaq kimi hisslər tək insanlara xas deyil və şimpanzelər də ailələrindən, sevdiklərindən biri öldüyü zaman göz yaşı tökərək, "yas" saxlayırlar. Şimpanzelər sevdikləri ilə cinsi əlaqə zamanı tumar çəkmələri ilə də araşdırmaçıların diqqətini çəkib.
Kamerundakı "Sanaqa-Yonq" parkında 40 yaşında ürək çatışmazlığından ölən "Dorothy" adlı şimpanzeninin dəfn mərasimində digər şimpanzelər insan kimi iştirak ediblər. Şimpanzelər insanlar kimi bir-birlərinə sarılıblar və səssizcə bir-birlərinə təsəlli verməyə çalışıblar. Parkın gözətçilərindən biri "Dorothy" adlı ölən şimpanzeni əl arabasında dəfn yerinə aparıb, digər şimpanzelər də sıra ilə arxadan gəliblər.
Bir çox təkamülçü mənbədə insanla meymun geninin 99 % oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddiları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə insanla arasında qohumluq olduğundan bəhs edilir.
Yorum Gönder