Həkəriçay Qarabağın Tərtəedən sonra ikinci böyük çayı və Arazın Arpaçaydan sonra ikinci böyük qoludur.Həkəri öz mənbəyini Mıxtökən silsiləsinin cənub yamacında 2580 m yüksəklikdən götürür və dəniz səviyyəsindən 358m yüksəklikdə (Zəngilan rayonu ərazisidə) Araza qovuşur.Həkərinin Zabuxçayın mənsəbindən yuxarıda yerləşən yuxarı axını əsl ağacabənzər şəbəkə əmələ gətirir.Burada çayın əsas qolları Şəlvə və Hoçazsu Mıxtökən silsiləsi və Dəlidağ massivinin cənub yamaclarından, Qarabağ silsiləsinin qərb yamaclarından axan suları, Zabuxçay isə Qarabağ vulkan yaylasının şərq yamacından axan səth və yeraltı suları toplayır.
Zabuxçayın mənsəbindən Bərgüşadçayın mənsəbinə qədər Həkərinin əsas qolları az sulu olmaqla (15-30km) Qarabağ silsiləsindən axan çaylardır.Sağ qollar(daha qısadır) Yazı yaylasından axır və əsasən yeraltı sularla qıdalanır.
Aşağı axınında Həkəri sağdan ən böyük qolunu – Bərgüşadçayı qəbul edir.Həkəri çayı və onun yuxarı qolları dərin dərələrlə axır.Aşağı axınında Həkəriçayın qidalanmasında yeraltı sular üstünlük təşkil edir.Bu çay hövzəsində axımın yarandığı ərazinin xeyli hissəsinin məsaməli-çatlı qalın vilkanogen çöküntülərdən ibarət olması əlaqıdardır.Məsaməli süxurlarda yeraltı su ehtiyatı böyükdür.
Həkəriçayın uzunluğu 133km, su toplayıcı sahəsi isə 2570 km2-dir.Bərgüşadçayın uzunluğu 178 km(Əkərə ilə qovuşduğu yerə qədər isə 158 km), sutoplayıcı hövzəsinin sahəsi 3080km2-dir.Lakin bu göstəcilərin az bir hissəsi Azərbaycan ərazisindədir.Həkəriçayın hövzəsinin isə 95%-dən çoxu Azərbaycan ərazisində yerləşir.
Həkəriçay hövzəsində yağıntıların ortaillik miqdarı 642 mm, illik su sərfi 15,3 m3/s (Bərgüşadçayınkı, Həkəriyə qovuşduğu məntəqədə 23,1m3/s), axım layının qalınlığı 188 mm-ə bərabərdir.Çoxsulu illərdə Həkəriçayın ortaillik su sərfi 24,2 m3/s və 120 mm-dir.
Həkəriçayın suyundan suvarmada hələlik o qədər geniş isifadə də edilmir.Lakin Arazboyu maili düzənliklərin əkin sahələrini genişləndirmək və Yazı düzünü suvarmaq üçün vahid mənbələr Həkəriçay və Bərgüşadçaydır. Bərgüşadçay üzərində Ermənistan ərazisində irili-xırdalı bir neçə su hovuzu yaradılmışdır.
Zabuxçayın mənsəbindən yuxarı Həkəriçayın illik su sərfinin 21%-ə yaxını may, 17,4 % iyun ayında keçir, ən az sulu dövr qışdır.Bu zaman aylıq su sərfi illik su sərfinin 4,1 %-ni təşkil edir.
Azərbaycanın
fiziki M.A.MÜSEYİBOV
Coğrafiyası
Yorum Gönder