Xəzər dənizi Yer kürəsinin ən böyük axmaz gölüdür. Avropa və
Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə görə
dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hal - hazırda o, okean
səviyyəsindən təqribən 28 metr aşağıdır. Xəzəri dünyanın başqa iri su
hövzələrindən əsas fərqi Dünya Okeanı ilə heç bir birbaşa əlaqəsinin
olmamasıdır. Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də
adlandırılırdı. Xəzərin sahəsi 380 min km²-dir. Sahil xəttinin ümumi uzunluğu
(perimetri) 6380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən
dərin yeri 1025 m-dir. Xəzərin səviyyəsi okean səthindən 28 m aşağıdadır.
Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil
qablarının üzərindəki yazılarda rast gəlinir və o, Cənub dənizi
adlandırılmışdır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr)
əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Hər iki ad Herodot
tərəfindən də istifadə olunmuşdur (e.ə.V əsr). Qədim rus əlyazmaları
abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmşdür), Xarəzm
(Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər
uzanan Xarəzm döləti ilə bağlı), Xvalın, Dərbənt və s. kimi adlandırılmışdır.
Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə məxtəlif adlar vermişlər, məsələn:
ruslar-Xvalın, tatarlar-Ağ Dəniz, türklər-Kiçik Dəniz, çinlilər-Si Hay, yəni
qərb dənizi. Bütövlükdə, müxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər
ad vermişlər.
Heyvanat aləmi
Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda- Qızılağac, Rusiyada- Həştərxan, Türkmənistanda - Xəzər . Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Burada onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizində nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.
Xəzər dənizində 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5 m-lik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Burada bəzi növlərin sayı milyon və milyardlarla hesablanır: siyənəkkimilər, xulkimilər, nərəkimilər, gızılbalıgkimilər, durnabalığı, çəkikimilər, naxabalığı və s. Bunlardan durnabalığı , xanıbalığı , dabanbalığı şirin su mənşəlidirlər.
Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.
Xəzər dənizində 1809 növ və yarımnöv heyvan yaşayır ki, onun 1069 sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır. Mənşəyinə görə Xəzər dənizində beş qrup sərbəst yaşayan heyvanlar ayırd etmək olar ki, bunlar da əsasən dənizin mürəkkəb tarixə malik olduğunu əks etdirir.
Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır.

Xəzərdə yaşayan balıqlar:
Nərəkimilər fəsiləsi
1. Bölgə
2. Rus nərəsi
3. Kür (İran) nərəsi
4. Kələmo
5. Kür (Cənubi Xəzər) uzunburunu
6. Siyənəkkimilər fəsiləsi
1. Ançous kilkə
2. İrigöz kilkə
3. Adi kilkə
4. Qızılbalıq
5. İlanbalığı
6. Xəzər şişqarını
7. İrigöz siyənək
8. Volqa siyənəyi
9. Qarabel siyənək
Nərəkimilər fəsiləsi
1. Bölgə
2. Rus nərəsi
3. Kür (İran) nərəsi
4. Kələmo
5. Kür (Cənubi Xəzər) uzunburunu
6. Siyənəkkimilər fəsiləsi
1. Ançous kilkə
2. İrigöz kilkə
3. Adi kilkə
4. Qızılbalıq
5. İlanbalığı
6. Xəzər şişqarını
7. İrigöz siyənək
8. Volqa siyənəyi
9. Qarabel siyənək
Çəkikimilər fəsiləsi
1. Kütüm
1. Kütüm
Kefalkimilər fəsiləsi 2. Qızılı kefal
3. Sivriburun kefal
Xulkimilər fəsiləsi 1. Xəzər xulu
2. Girdə xul
3. Şirman xulu
4. Qumluq xulu
5. Kessler xulu
6. Knipoviç xulu
7. Qrimm çömçə xulu
Digər növlər1. Aterina
2. İynəbalığı
Bitkilər aləmi
Xəzər dənizinin florası 755 növ və yarımnövdən ibarətdir ki, onun da 5 növü ali bitkilərdir. Ali bitkilər guruda, dənizlərdə və şirin sularda yaşayırlar. Xəzər dənizində yaşayan bitkilərə bunlar aiddir: dənizotu, daraqşəkilli suçiçəyi, 2 növ ruppiya. Ali bitkilərlə həm balıglar, həm də su quşları gidalanır. Bir çox balıglar öz kürülərini onların üzərinə tökürlər.
Xəzər dənizi fitoplanktonunda həm şirin su və həm lə şortəhər su yosunları yaşayır. Bu da dənizinin duzluğunun az olması ilə bağlıdır. Xəzər dənizinin fitoplanktonunda 450 növ yosun qeyd edilmişdir: onların 163 növü diatom yosunlar,102 növü göy-yaşıl yosunlar , 139 növü yasıl yosunlar, 39 növü dinofit yosunlar, 2 növü qızılı yosunlar, 5 növü evglen yosunlardır. Xəzərin fitoplanktonunda 47 növ dəniz yosunu, 66 növ şortəhər su yosunu, 74 növ şortəhər – şirin su yosunu, 210 növ şirin su yosunu və 52 növ başqa yosunlar vardır.
Xəzər dənizinin neft və qaz ehtiyatları
Xəzər dənizi böyük həcmdə hidrokarbon ehtiyatlara malikdir. Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır. Bundan başqa, dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həm də ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.
Xəzər - əhəmiyyətli nəqliyyat yolu və ətraf mühitin və havanın təmizliyində əhəmiyyətli faktor olmaqla yanaşı, qiymətli təbii yataqlara malikdir. Xəzərin əsas sərvəti neft və qazdır. 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsertləri ilə bağlanan müqavilə “Əsrin müqaviləsi” adlanır. Aparılan tədqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal–hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır.
Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan “Neft daşları” şəhəri yaradılmışdır.
Xəzər dənizinin sahilləri çimərliklərlədə zəngindir.
Xəzərin qumlu çimərlikləri (Xüsusilə Bakı sahillərində)-kurort-turizm kompleksi üçün əlverişlidir. Bunlar arasında “1001 Gecə”, “Aqua Park Shihov”, “Aysber beach”, “Eldorado beach” (Şıxov), “Amburan Beach Club” (Bilgəh), “Barbados beach”, “Palma beach” (Novxanı), “Beluqa” (Buzovna), “Black Jack Beach”, “Gilan Beach”, “Fras İstirahət mərkəzi beach” (Mərdəkan), “Mirvari beach”, “Sherlock‘s beach” (Zaqulba) və s. çimərliklər yay mövsümündə ən gözəl istirahət yerləri hesab olunur.http://azerbaijans.com
Yorum Gönder