Korsika Aralıq dənizinin şimal hissəsində yerləşən adadır. Fransa ərazisidir. Sahəsi 8,7 min km²-dir. Şimal sahili hamar, qərb sahili kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Aralıq dənizi iqliminə malikdir. İllik yağıntı 650-1000 mm. Çayları (Qolo, Tavinyano və s.) qısadır və astanalıdır. Əsas bitkiləri palıd, mantar palıdı və s. meşələri var. Dağların yuxarı hissələri subalp və alp çəmənləridir. Subtropik bitkilər, arpa, buğda, qarğıdalı yetişdirilir. Əsasən üzümçülük, həmçinin bağçılıq, bostançılıq, heyvandarlıq, turizm inkişaf etmişdir. Mühüm şəhərləri və portları Ayaçço və Bastiyadır. Korsika qədimdən İberiya və Liquriya tayfaları tərəfindən məskunlaşmışdı. E.ə. 3-2 əsrlərdə Roma işğal etmişdi. 6-8 əsrlərdə Bizansa məxsus idi. 1347 ildə burada Genuyanın hökmranlığı bərqərar olmuşdur. 1729 ildə korsikalıların yadelli ağalığına qarşı üsyanı başlandı. Kompyen konvensiyası (1764) və Versal müqaviləsinə (1768) görə Fransanın tabeliyinə keçdi, 1796 ildə isə qəti olaraq ona birləşdirildi. 1942 ilin noyabrında Korsikanı italyan və alman qoşunları işğal etdi.
Korsika

Yorum Gönder