Dunya təsərrufatı butun olkələrin təsərrufatlarının məcmusu olaraq bir-biri ilə sıx əlaqədə olan sahələrdən ibarətdir. Dunya təsərrufatı muxtəlif ictimai-iqtisadi və siyasi amillərin təsiri altında formalasmıs və cox murəkkəb qurulusa malikdir. O, ən sadə alətlər istehsalından baslayaraq murəkkəb elektron texnikasından robot istehsalına qədər bir yol kecmisdir. Dunya təsərrufatının inkisafında elmi-texniki inqilab həlledici rol oynamısdır.
Dunya təsərrufatının əsas sahəsi sənayedir. Dunya sənayesinin qurulusu cox murəkkəb olub, onun formalasması uzun tarixi bir mərhələni əhatə edir. Hazırda dunya sənayesi ozunun yuksək inkisaf səviyyəsinə catmısdır.Sənaye maddi istehsalın aparıcı sahəsidir. Dunya sənayesində 500 mln. nəfərdən artıq isci quvvəsi calısır. Bunun 64 mln. nəfəri Cində, 23 mln. nəfəri ABS-da, 16,5 mln. nəfəri Rusiyada cəmləsmisdir.
Sənayedə yanacaq - energetika, metallurgiya, masınqayırma və metal emalı, kimya və neft-kimya, tikinti, mesə, xalq istehlakı malları istehsalı kompleksləri dunya təsərrufatının tanınan sahələri sayılır. Deyilənlərin hamısı boyuk əhəmiyyət kəsb etsələr də energetikanın ozunəməxsusluğu vardır.
Əkinçilik
ölkənin əhəmiyyətli gəlir mənbəyidir.Sənayenin yarıya qədəri bitki yağı,un və
müxtəlif spirtsiz içkilərin istehsalından ibaretdir. Burada dənli bitkilərdən arpa,buğda,qarğıdalı,darı,texniki
bitkilərdən qəhvə,pambıq,şəkər qamışı,tütün,çay və s. becərilir.Bundan
başqa,yağlı və paxlalı bitkilər (əsasən lobiya) də əkinçilikdə xüsusi yer
tutur.
Ölkənin
iqtisadiyyatında qəhvə son dərəcə vacibdir.İxrac olunan az sayda məhsullardan biri də qəhvədir və
ixracatın 40%-ni təşkil edir.Efiopiya qəhvə istehsalına görə dünyada
6-cı,Afrikada isə Fildişi sahili və Uqandadan sonra 3-cü yerdə durur (ildə
300min ton).Qəhvə ölkənin müxtəlif regionlarında yetişdirilsə də bu
sahə üzrə ixtisaslaşan Oromiya regionudur.Əvvəllər qəhvə istehsalının 98%-i
kənd əhalisi tərəfindən 1ha-dan kiçik ərazilərdə,yalnız 2%-i dövlətə məxsus
ərazilərdə həyata keçirilirdi.Lakin daha sonra dövlət tərəfindən qəhvə istehsalını
artırmaq məqsədilə Qəhvə və Çay İnkişaf Nazirliyi yaradıldı.
Burada qəhvənin xüsusi bir növü, Ərəb qəhvəsi
yetişdirilir.Bu qəhvə növü xüsusi olaraq 1000-2000m yüksəklikdə yetişdirilir.
Çay da istehsal və ixracat baxımından
potensiallı sahədir.Ölkənin əlverişli iqlimi daxili tələbatı ödəməklə
yanaşı,ixrac edəcək qədər çay yetişdirməyə uyğundur.
Taxıl bütün
dünyada olduğu kimi Efiopiyada da becərilir.Lakin becərilən taxıl sadəcə daxili
tələbatı ödəyir.Lazım gəldikdə idxal edilir.Taxıl yeyinti sənayesinin
əhəmiyyətli xammal bazasıdır.Ölkədə 100-dən çox un istehsal edən müəssisə
olmasına baxmayaraq,makaron istehsalı ilə cəmi 6 müəssisə məşğul olur.
Pambıq iqtisadiyyatda xüsusi yer tutur və yüngül
sənayenin xammal bazasıdır.Pambıq əkini
üçün geniş imkanlar vardır.Efiopiyada pambıq əkini üçün yararlı 2,6mln.ha sahəyə malikdir. Bu sahənin yarıdan çoxu özəl sektorun
əlindədir.Pambıq burada 1000-1500m arasında,əsaən Humera,Arba-Mınç və Bilat
regionlarında becərilir.
İstehsal
olunan pambıq yalnız daxili tələbatı ödəyir. Bu məhsul düzənlik ərazilərdə
yetişdirildiyi üçün ən böyük problemi susuzluqdur.Pambıq becərilən sahələrdə
süni suvarmaya ehtiyac var.
Bundan
başqa, qarğıdalı,günəbaxan,soya kimi bitkilərdən yeyinti sənayesində yağ
alınır.Lakin bu da daxili tələbatı ödəmədiyi üçün bu məhsullar İtaliya,BƏƏ kimi
ölkələrdən idxal olunur. Qeyd edək ki,Efiopiya Afrikanın ikinci böyük qarğıdalı
istehsalçısıdır.
Ölkənin
əlverişli iqlimi bağçılıq və bostançılıq üçün də geniş imkanlar yaradır.Burada
bir çox sitrus meyvələri,manqo,avokado,banan,ananas,bundan
başqa,alma,üzüm,qarpız,yemiş; tərəvəzlərdən kartof,kələm,kök,soğan və
s.yetişdirilir.Bu məhsullar daxili tələbatı ödəməklə yanaşı hətda ixrac olunur.
Efiopiyada istifadəyə yararlı torpaqların
geniş sahə tutmasına baxmayaraq onların yalnız 5/1-i becərilir.Torpaqların becərilməsi üçün primitiv üsullardan(sadə əkinçilik
alətlərindən,suvarma üçün qazma quyulardan və s.) istifadə olunur.Burda
torpaqlar çox vaxt təbii yolla, yağış suları ilə sulanır.Əkinçilik üçün yararlı
torpaq sahələri quraqlığa və sellərə məruz qalır.Həmçinin meşə sahələrinin
azalması,səhra landşaftında güçlü küləklər və mal-qaranın həddən artıq
otarılması ciddi torpaq eroziyasına səbəb olur.
Əkin-biçin
işləri kiçik ərazilərdə fermerlər tərəfindən aparılır ki,bu da yalnız daxili
tələbatı ödəyir. Bu fermerlər əsasən ölkənin dağlıq
regionlarında (1500-3000m),kiçik ərazilərdə yaşayır.Çünki dağlıq ərazilərdəki
qəhvəyi və qara torpaqlar əkinçiliyə yararlıdır və korrektor-drenaj sistemi ilə
yaxşı təmin olunmuşdur.Bunun əksinə düzənlik ərazilərdə isə əkinə əlverişsiz
qumlu səhra torpaqları yayılıb.Belə torpaqlar Efiopiya yaylasının ucqar şimal
və cənub ətəklərində yayılıb.Çünki,bu ərazilərdə yağıntı ilin yalnız müəyyən
dövründə düşür.
Ölkədə
tez-tez baş verən quraqlıqlar da əkinçiliyə mənfi təsir göstərir.Bunun üçün
müxtəlif ölkələrdən bura qida yardımı edilir.
Imperiya
dövründə, kənd təsərrüfatı sektorunun inkişafına mənfi təsir edən amillər icarə və torpaq
islahatı problemləri, kənd təsərrüfatı sektorunda hökumətin laqeydliyi (kənd
təsərrüfatına büdcə ayırmaları 2 faizdən az idi), aşağı məhsuldarlıq və
texnoloji inkişafın zəif olması idi.
Lakin 1995-1997-ci
illərdən etibarən dövlət tərəfindən əkinçiliyi inkişaf etdirmək,ərzaq
təminatını artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.Buna səbəb
həmən dövrdə ölkədə baş verən aclıq idi.Bu məqsədlə əkin sahələri,gübrələrdən
istifadə genişləndirilmiş,yamaclarda eroziyaya qarşı meşə zolaqları salınmışdır.
Daha
sonra 1998-2000-ci illərdə Eritreya ilə müharibə və uzun quraqlıq dövründən
sonra ölkə iqtisadiyyatı, xüsusilə qəhvə istehsalı yenidən tənəzzülə uğradı.Lakin Dünya Bankı
ölkənin borcunu sildikdən və dövlətin kənd təsərrüfatı üzrə apardığı islahatlardan
sonra iqtisadiyyat yenidən dirçəldi.
Ölkədə
kənd təsərrüfatını daha da inkişaf etdirmək mümkündür.Bununla bağlı bir sıra
alternativlər var.Məsələn,Efiopiya əkinçilikdə istifadə etdiyi kimyəvi
gübrələri idxal etdiyi üçün bu gübrələri tədarük və ya istehsal etmək olkənin
kənd təsərrüfatına müsbət təsir edəcəkdir.Bundan başqa,burada əkinçilik üçün
geniş potensialın olması yerli və xarici kapital baxımından əlverişlidir.
Efiopiya əkinçilikdə istifadə olunan sulama
maşınları,traktorlar,kimyəvi gübrələr,həmçinin daxili tələbat ödənmədikdə taxıl
məhsulları xarici ölkələrdən (əsasən Çin) idxal edir.Heyvandarlıq ÜDM-un 3/1 hissəsini tutur.Efiopiya sahib olduğu mal-qaranın
sayına görə dünyada 9-cu,Afrikada isə 1-ci
yerdə durur.Ölkədə 26mln.qoyun,23mln.keçi, 2,1
milyon at və qatır, 1 milyon dəvə 53mln.quş var.
Heyvandarlıqdan əldə olunan gön-dəri
məhsulları ölkənin ən mallarıdır.Bu sahə qəhvədən
sonra ölkənin ixracatında 4-cü yerdə durur.Dəri və dəri məhsulları ölkənin
yüngül sənayesində böyük əhəmiyyətə malikdir.Bu məhsullardan müxtəlif
çanta,ayaqqabı,əlcək və s.hazırlanır.Burada 20 ədəd dəri istehsal zavodu
fəaliyyət göstərir.
Lakin burada bir sıra problemlər
mövcuddur.Belə ki,məhsul köhnə texnoloji avadanlıqlarla emal olunduğu üçün
keyfiyyəti aşağı olur.Bunun üçün dəri emalında yeni maşın və avadanlıqlara
ehtiyac var.
Ölkədə baş verən quraqlıqlar əkinçilik kimi
heyvandarlığa da mənfi təsir göstərir.Həmçinin heyvanlar arasında yoluxucu
xəstəliklər ciddi problemlərə səbəb olur.Bu xəstəliklərə bəzi infeksiya yayan
ağcaqanadlar səbəb olur.Burada mal-qara ibtidai üsullarla saxlanılır.Bunun
nəticəsində kifayət qədər gəlir əldə olunmur.
Balıqçılıq. Əhalinin qidayla təminatında balıqçılıq məhsullarının da
böyük əhəmiyyəti var.Ölkənin dənizə çıxışı olmadığı üçün bu sahə yalnız
göllərdə,çaylarda inkişaf etdirilir.Ölkənin ən böyük balıqçılıq gölü Tanadır.Bundan
başqa,süni hovuzlarda,akvatoriyalarda da şirin su balıqları
saxlanılır.Efiopiyada ildə təxminən 45min ton balıq istehsal olunur.
Arıçılıq. .Ölkə bal istehsalına görə Afrikada 1-ci yerdə durur.Bu sahədə əsasən
qadınlar çalışır.
Efiopiya meşələrində arıçılığın inkişafı
üçün geniş imkanlar var.Belə ki,ağaclarda ənənəvi arı yuvaları qurulur və bal əldə olunur.Lakin
meşələr yalnız ölkənin cənub-qərbində,ümumi sahənin yalnız 4%-ni tutur.Arıçılıq
və bal istehsalı üzrə ixtisaslaşan region Tiqraydır.
Belə ki,ağaclarda ənənəvi arı
yuvaları qurulur və bal əldə olunur.Lakin meşələr yalnız ölkənin cənub-qərbində,ümumi
sahənin yalnız 4%-ni tutur.Arıçılıq və bal istehsalı üzrə ixtisaslaşan region
Tiqraydır. http://referat.ilkaddimlar.com/ Qızılgül_BDU
Yorum Gönder