
"İnklərin müqəddəs Maçu-Pikçu qalası" da heyrət doğuran abidələr sırasındadır. Belə ki, İnk imperatoru Pachacutec XV əsrdə Machu Picchu ("Köhnə dağ") adlı dağda buludlar arasında şəhər yaradır. Bu şəhər And dağlarından Amazon meşələrindən Urubamba nehrinə qədər uzanır. İspanlar İnk imperatorluğunu ələ keçirdikdən sonra 300 il müddətində şəhər itirilərək 1911-ci ildə Hiram Bingham tərəfindən aşkar olunub. Yəqin ki, Petra abidəsinin adını çəksəm bir çoxunuz onu İndiana Jones filmindən xatırlayacaqsınız. Ərəb çölünün bir ucunda yerləşən bu abidə Kral IV. Aretas’ın imperatorluğu Nabataean’ın möhtəşəm paytaxtı idi. Bugün Petra’nın Məzar Sarayı, 42 metrlik Helen stilli Əl-Dəir Monastırının tapıntı divarıyla Orta Şərq mədəniyyətinin ən gözəl nümunəsidir.
VI Möcüzə kimi "Roma kolizeyi"nin adını çəkə bilərik. Roma şəhərinin mərkəzində inşa edilən bu möhtəşəm amfiteatr, qəhrəman legionerlərin və Roma imperatorluğunun şərəfinə ucaldılıb. Dizayn cəhətdən çox mükəmməl abidədir. İndi də müasir stadionlar tikilərkən buranın memarlığından istifadə olunur. Son olaraq da Tac Mahalı qeyd etmək yerinə düşər. Bu abidə Hindistanın Aqra şəhərində yerləşir və beşinci müsəlman Moğol imperatoru Cahan şahın əmrilə vəfat etmiş xanımının şərəfinə inşa edilib. Tac Mahal Hindistanın müsəlman mədəniyyətinin ən mükəmməl nümunəsi kimi qəbul edilir və dünya xalqları da onu bu cür tanıyır.
Pərvanə Qurbanqızı /http://www.kepeztv.az//
Yorum Gönder