Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Alfred Nobel

Alfred Nobel İmmanuel Nobelin 3-cu oğlu olub. O, 1833-cü il oktyabr ayının 21-də İsveçin paytaxtı Stokholm şəhərində dünyaya gəlib. İlk uşaqlıq illərində Alfred Nobel ağır boğulmalardan, nəfəs çatışmazlığından əzab çəkirdi. Həkimlər onun yalnız möcüzə baş verərsə, sağ qala biləcəyini valideynlərinə bildirirlər. 
Bu boğulmalar onu tənhalığa, boş otağa qapanaraq özüylə baş-başa qalmağa vadar edir və bu yalnızlığın yerini doldurmaq üçün o, meylini kitablara salır.

Nobel 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa gedir. Bir il sonra Nobel qardaşlarının atası Emanuel oğulları Alfred, Lüdviq və Robertlə İsveçdən Rusiyaya yollanır. Birlikdə Krım müharibəsinə cəlb olunmuş çar
ordusu üçün silah istehsal etməyə başlayırlar. Əvvəlcə Azərbaycana Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağacı axtara-axtara Lənkərandan Bakıya üz tutur və orada qaynayıb-qarışan bir şəhər görür. Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları müşahidə edir və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-ci ildə Nobel qardaşları Bakıda öz şirkətlərini yaradırlar. Az müddətdə onlar Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. Lakin Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobellərin milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılmışdı.
Alfred Nobel həyatda ikən ölümündən xəbər tutan nadir şəxs olur. O, dinamiti ixtira edir. Bu hadisədən xeyli sonra qardaşı Lüdovik dünyasını dəyişir. Kütləvi informasiya vasitələri səhvən Lüdovikin yox, Nobelin vəfat etdiyi barədə məlumat verir. Qəzetlər birinci səhifədə iri sərlövhələr dərc edirlər: "Minlərlə insanın ölümünə səbəb olan dinamitin ixtiraçısı Nobel dünyasını dəyişdi". 
Nobel bunu oxuyub çox təsirlənir, özlüyündə düşünür: "Ölümümdən sonra başqalarının məni belə yad edəcəyi heç ürəkaçan deyil!" 
Bundan sonra o, vəsiyyətnaməsini dəyişdirir, yazdığı bir çox məqamları pozur, əvəzində belə bir cümlə əlavə edir: "Ölümümdən sonra mənim varidatım sülh və sülhün bərqərar olmasına sərf olunsun. Arzum budur ki, mükafatın sahibi təyin olunarkən namizədlərin milliyyəti əsas götürülməsin, mükafat ən çox layiq olana verilsin”.

Keri Benks Mullis– kimya üzrə nobel mükafatçısı: “Mən kimya sahəsində nobel mükafatı alan ilk şəxs deyiləm. Səmimi söyləyəcəm, bu mükafatı aldığım zaman sevincimi gizləyə bilmədim. Düşünürəm ki, kimya sahəsində kəşf etdiyim polimerlərin zəncirvari reaksiyasını LSD olmadan görə bilməzdim”.

O vaxtdan Nobel dinamit ixtiraçısı kimi deyil, “Nobel sülh mükafatı”nın banisi kimi tanınır. Sonradan fizika, kimya və başqa sahələrə yeniliklər gətirən alimlərə də “Nobel mükafatı” təqdim olunmağa başladı. Qeyd edək ki, Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir.

Esmira Arifqızı /http://www.kepeztv.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget