Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Planda relyefin təsviri.HORİZONTALLAR (məsələ həll qaydaları)

Kəsmə hündürlüyün 25 m olduğunu nəzərə alıb, sxemə əsasən kənar horizontalın hündürlüyünü və dağın nisbi hündürlüyünü təyin edin. 415 : 25 = 16 (qalıq 15 m). Tapdığımız qalıq (15 m) zirvə ilə ona ən yaxın (daxili) horizontal arasındakı hündürlük fərqidir. Onda, daxili horizontalın mütləq hündürlüyü 415 - 15 = 400 m-dir.

Yer səthinin nahamarlığı relyef adlanır. Yer səthinin ayrı-ayrı nöqtələri müxtəlif hündürlükdədir. Bu hündürlükləri müqayisə etmək üçün nisbi və mütləq hündürlük anlayışlarından istifadə olunur. Yer səthində bir nöqtənin digər nöqtəyə nisbətən şaquli xətt üzrə hündürlük fərqi nisbi hündürlük adlanır. Nisbi hündürlüyü sadə halda məktəb niveliri vasitəsilə ölçürlər. Plan və xəritədə relyef mütləq hündürlüklər əsasmda tərtib olunur. Nöqtənin okean və ya dəniz səviyyəsindən olan hündürlük fərqi (şaquli məsafəsi) mütləq hündürlük adlanır (Azərbaycanda mütləq hündürlüklər Baltik dənizi səviyyəsinə əsasən ölçülür).
şəkil 1

 Nöqtənin nisbi (h) və mütləq (H) hündürlüyü.

Şəkildə A nöqtəsinin B nöqtəsinə nəzərən (h) hündürlük fərqi nisbi, A nöqtəsinin okean səviyyəsindən hündürlük fərqi (H) mütləq hündürlüklərdir .

Relyefi plan və topoqrafik xəritədə horizontallarm köməyi ilə təsvir edirlər. Eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən səlis əyri xətlər horizontal (izohips) adlanır. Qonşu horizontallar arasındakı hündürlük fərqi kəsmə hündürlük adlanır. Plan və topoqrafik xəritələrdə kəsmə hündürlük təsvirin bütün hissələrində sabitdir və nisbətən kiçikdir (1 m, 5 m, 10 m və s.). Kiçik miqyaslı fiziki xəritələrdə isə kəsmə hündürlük relyefin mürəkkəbliyindən asılı olaraq təsvirin müxtəlif hissələrində müxtəlifdir və daha böyükdür (200 m, 500 m, 1000 m və s.),\horizontallar arasındakı sahələr lay-lay rənglənir. Kiçik miqyaslı fiziki xəritələrdə relyefi "oxumaq" üçün xəritənin kənarında hündürlük və dərinlik şkalası verilir. Hündürlük şkalası quru səthinin relyefini, dərinlik şkalası isə dəniz dibinin relyefini "oxumağa" köməklik göstərir.
şəkil 2

Şəkildə (şəkil 2) kəsmə hündürlük 10 m-dir (120-110=10). Horizontallara əsasən relyefi oxumaq mümkündür. Horizontallar bir-birinə yaxındırsa, yamac dik (A - B istiqaməti), horizontallar aralıdırsa yamac az meyllidir (A - C istiqaməti). Yamacın hansı tərəfə alçalma istiqamətini berqştrix və ya horizontal üzərində yazılmış rəqəmin köməyi ilə təyin etmək mümkündür. Berqştrix yamacm alçalma və uyğun olaraq səth axınlarının istiqamətini göstərən, horizontala perpendikulyar çəkilmiş kiçik xətt parçasıdır. Horizontal üzərində yazılmış rəqəmin yuxarı tərəfi yüksəlmə istiqamətini göstərir. Şəkildə, A nöqtəsi zirvədə hakim yüksəklikdir, B və C nöqtələri ətəkdə eyni mütləq hündürlükdə yerləşir. D nöqtəsi hündürlüyü 100 m olan horizontal üzərindədir. Onda D nöqtəsi A nöqtəsindən 25 m alçaqda (125-100=25), B və C nöqtələrindən 10 m yüksəkdə (100-90=10) yerləşir.
  Hazırda Yer səthinin planı aeroplanalma və yerüstü planalma yolu ilə tərtib olunur. Yerüstü planalma mürəkkəb alətlərin (teodolit, bussol və s.) köməyi ilə çəkilən dəqiq planalmadan və sadə alətlərin (kompas, vizir xətkeşi, ruletka və s.) köməyi ilə tərtib olunan gözəyarı planalmadan ibarətdir. Gözəyarı planalma qütb planalmasına (planalma bir nöqtədən aparılır) və marşrut planalmasına (planalma bir neçə nöqtədən aparılır) bölünür.

Kəsmə hündürlüyün 25 m olduğunu nəzərə alıb, sxemə əsasən kənar horizontalın hündürlüyünü və dağın nisbi hündürlüyünü təyin edin.
şəkil 3

Həlli: İlk növbədə zirvəyə yaxın olan horizontalın hündürlüyünü tapaq. Bunun üçün zirvənin mütləq hündürlüyünü (415 m) kəsmə hündürlüyə bölək: 415 : 25 = 16 (qalıq 15 m). Tapdığımız qalıq (15 m) zirvə ilə ona ən yaxın (daxili) horizontal arasındakı hündürlük fərqidir. Onda, daxili horizontalın mütləq hündürlüyü 415 - 15 = 400 m-dir. Kəsmə hündürlüyə əsasən daxili və kənar horizontallar arasındakı hündürlük fərqinin 25 • 3 = 75 m olduğunu təyin edirik. Onda kənar horizontalın hündürlüyü 400 - 75 = 325 m-dir. Dağın nisbi hündürlüyü isə (zirvə ilə ətək arasında hündürlük fərqi) 415 - 325 = 90 m-dir.
Kəsmə hündürlüyün 50 m olduğunu nəzərə alıb, sxemə əsasən (şəkil 4.) çökəkliyin dərinliyini təyin edin.
şəkil 4

Həlli: İlk növbədə verilmiş hakim yüksəkliyə (165 m) əsasən daxili horizontalm hündürlüyünü tapaq. Bunun üçün Hı=M+(h-q) ifadəsindən istifadə edək (burada Hj-daxili horizontalın hündürlüyü, M-verilən hakim yüksəklik, h-kəsmə hündürlük, q-qalıq). 165:50=3 (qalıq 15 m). H^=165+(50-15)==200m. Kənar horizontalm hündürlüyü H2=Hı+(h-4)=200+ +(50-4)=400 m. Onda çökəkliyin dərinliyi 400-165=235 m-dir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget