Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünyanın kənd təsərrüfatının coğrafiyası

Kənd təsərrüfatı insan fəaliyyətinin ən qədim və başlıca sahələrindən biridir. Hər bir ölkədə kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıq mövcuddur. Dünya əhalisinin 1,1 mlrd nəfəri (fəal əhalinin yarısı) bu sahədə çalışır. Lakin müxtəlif ölkələrdə kənd təsərrüfatında çalışanların sayı eyni deyil.

Aqro-sənaye kompleksi (ASK). ASK-nə əhalinin ərzaq məhsulları və gündəlik tələbatını ödəyən külli miqdarda sahələr daxildir. ASK-də bitkiçilik, heyvandarlıq və yeyinti sənayesi mühüm rol oynayır. Buraya həm də kənd təsərrüfaüna xidmət edən, kənd təsərrüfatının özü üçün, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələr üçün istehsal vasitələri istehsal edən sahələr daxildir.
Kənd təsərrüfatı insan fəaliyyətinin ən qədim və başlıca sahələrindən biridir. Hər bir ölkədə kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıq mövcuddur. Dünya əhalisinin 1,1 mlrd nəfəri (fəal əhalinin yarısı) bu sahədə çalışır. Lakin müxtəlif ölkələrdə kənd təsərrüfatında çalışanların sayı eyni deyil. Qərbi Avropada iqtisadi fəal əhalinin 9%-i, Şimali Amerikada 6%-i (ABŞ-da 2,8%), İOÖ-də 70-80%-i (Azərbaycanda 1/3—i) kənd təsərrüfatında çalışır.
Kənd təsərrüfatının inkişafının intensiv ekstensiv yolları mövcuddur. İntensiv yol mexanikləşdirmə, kimyalaşdırma, suvarma, meliorasiya və s. hesabına əmək məhsuldarlığının yüksəldilməsidir (hər hektardan daha çox məhsul almaq, hər heyvandan daha çox ət, süd əldə etmək). Bu yol böyük vəsait tələb edir və əsasən, İEÖ üçün səciyyəvidir. Ekstensiv yol əkin sahələrinin, otlaqların sahəsinin genişləndirilməsi, heyvanların, kənd təsərrüfatı müəssisələrinin sayının artırılması hesabına məhsul arümına nail olmaqdır. Bu yol İOÖ üçün səciyyəvidir. Əkinçilikdə "yaşıl inqilab" (müasir aqrotexniki qaydalardan istifadə ilə bağlı məhsuldarlığın artması), heyvandarlıqda sənaye texnologiyası (broyler quşçuluğu, bekon donuzçuluğu), xüsusən Latın Amerikasında və Asiyada öz bəhrəsini vermişdir.
İctimai əmək bölgüsünün inkişafı prosesində kənd təsərrüfatı iki sahəyə - bitkiçilik (əkinçilik) və heyvandarlığa bölünür. Bu sahələr arasındakı nisbətə görə ölkələr arasında kəskin fərq var. Aqrotexniki qaydalardan və elmi lailiyyətlərdən istifadə edən Avropa ölkələri, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada məhsulların dəyərinə görə heyvandarlıq üstündür. Təbii şəraitlə bağlı (quraq iqlim, az məhsuldar torpaq) bəzi İOÖ-də (Yaxın və Orta Şərq, Uruqvay) heyvandarlıq əksəriyyət təşkil edir. IOO-in əksəriyyətində bitkiçilik üstündür. İEÖ-dən Yaponiya, İspaniya, Portuqaliya, Yunanıstanda bitkiçilik (Yaponiyada çəltik, digərlərində sitrus meyvəçiliyi) əsas yer tutur.
ETİ-in nailiyyətlərinə baxmayaraq, kənd təsərrüfatının təbiətdən asılılığı qalmaqdadır. Təbii şərait kənd təsərrüfatının ixtisaslaşmasına, yerləşməsinə, səmərəliliyinə (məhsuldarlığına) böyük təsir göstərir. Təbii ilkin şəraitə aiddir:
1. Kənd təsərrüfatının əsası olan torpaq resursları;
2. Aqroiqlim resursları (Günəş işığı, havanın temperaturu);
3. Torpağın təbii münbitliyi;
4. Heyvandarlıq üçün yem bazası olan bitki resursları.
Aqrar münasibətlər dedikdə torpaq üzərində mülkiyyət
formaları, torpaqdan istifadə xüsusiyyətləri, kənd təsərrüfatında fəaliyyət göstərən sosial-iqtisadi qanunların xarakteri başa düşülür. İEÖ-də torpaq fondunun böyük hissəsi iri torpaq sahibkarlarının və şirkətlərin əlindədir. Dövlət özü də iri torpaq sahibkarıdır. Latın Amerikasında torpaq fondunun bir hissəsi latifundistlərin (iri torpaq mülkiyyətçiləri) əlindədir. Asiya və Afrikanın əksər ölkələrində xarici və yerli iri kapitalist plantasiyaları ilə yanaşı, kiçik və icma torpaq sahibkarlığı da geniş yayılmışdır.
Müasir kapitalist kənd təsərrüfatının səciyyəvi xüsusiyyəti torpağın iri sahibkarların əlində təmərküzləşməsinin güclənməsidir. Şərqi Avropa və Asiyanın bir çox ölkələrində torpaq sahibkarlığının yeni formaları - icarədar, kooperativ, fermer yaradılır.
Kənd təsərrüfatına yararlı torpaq resurslarını üç tipə ayırırlar: 
1. Becərilən (əkin sahələri; ümumi torpaq fondunun 11%-i); 
2. Təbii otlaq və biçənəklər (torpaq fondunun 24%-i); 
3. Dincə qoyulan, az istifadə olunan, yaxud istifadə olunmayan torpaqlar (torpaq fondunun 2/3-si).
Kənd təsərrüfatı üçün yararlı torpaqlarm strukturu təbii şəraitdən asılıdır və kənd təsərrüfatam ixtisaslaşmasına təsir edir. Bu struktur tarixən dəyişir (meşələr əkin sahələrinə çevrilir, əkin sahələri yararsız hala düşür və s). Avropanın əksər ölkələrində kənd təsərrüfatına yararlı torpaqlar torpaq fondunun 50-70%-ni təşkil edir. Bu göstərici Macarıstan, Polşa, Danimarka, Böyük Britaniyada daha yüksək, dağlıq ölkələrdə - Skandinaviya (Norveç-3%), Albaniyada isə aşağıdır. Avropa ölkələrinin əksərində becərilən (əkin) sahələr, Böyük Britaniya, İsveç, Almaniyada çəmən və otlaqlar üstünlük təşkil edir.
Cənubi Amerikada kənd təsərrüfatına yararlı torpaqlarm payı 15-35%, Argentina və Uruqvayda (pampa və meşə-pampa) Orta Avropa səviyyəsindədir. Şimali və Mərkəzi Amerika ölkələri ərazisində kənd təsərrüfatına yararlı torpaqlar daha çox mənimsənilmişdir, otlaq və çəmənliklər isə üstünlük təşkil edir. Asiyada ərazinin kənd təsərrüfatı cəhətcə mənimsənilməsində kəskin fərqlər var. Yaponiya və Filippində əhalinin yüksək sıxlığı ilə bağlı kənd təsərrüfatı üçün yararlı torpaqlar az olsa da, ancaq tamamilə becərilir. Afrikada əkinə yararlı (becərilən) torpaqlar az, otlaqlar isə çoxdur. Avstraliyada becərilən torpaqlar 4-5%, otlaqlar isə çoxdur.
Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin genişləndirilməsi meliorasiya, xüsusən suvarma hesabına baş verir. Son illər səth və yeraltı suların hesabına səhra və yarımsəhralarda yeni əkin sahələri yaradılmışdır.
Müxtəlif ölkələrdə kənd təsərrüfatının ixtisaslaşma səviyyələri müxtəlifdir. Əksər İEÖ-də ixtisaslaşma sahələri çoxdur (istər bitkiçilik, istərsə də heyvandarlıqda) və bu polikultur (poli - çox), İOÖ-də isə kənd təsərrüfatının ixtisaslaşması 1-2 sahə ilə təmsil olunur və bu monokultur (mono - tək) kənd təsərrüfatı adlanır.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget