Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Kür dağarası çökəkliyi

Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır.

Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100-250 m, bəzi yerlərdə 400-500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-ələt ön dağlıqları yərləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir nəçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.  Azərbaycan Respublikasının ərazisində relyefin mürəkkəbliyi burada yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və düzənlik-ovalıq şaquli qurşaqları ayırmağa imkan verir.  Yüksək dağlıq qurşağı 2500 m-dən yüksək yərləri əhatə edir. Bura Böyük Qafqazda Baş Qafqaz silsiləsinin və Yan silsilənin, Kiçik Qafqazda, əsasən, Zəngəzur, Murovdağ və Şahdağ silsilələrinin yan hissələri daxildir. Çox yerdə dar zona təşkil edir. Bu qurşaq torpaq və bitki örtüyünün çox zəif inkişaf etməsi, sıldırım və daşlı qayalıqların geniş yer tutması və s. Ilə səciyyələnir. Burada itiuclu və daraqvarı zirvələr çoxdur. Qədim buzlaq relyefi formaları (troq, sirk, kar) qalmışdır. Kiçik müasir buzlaqlar var. Dağ yamaclarının ətəkləri qalın qırıntı materiallarla örtülüdür. 

Orta dağlıq qurşağı dağ sistemlərinin çox hissəsini əhatə edir: əsasən, 1000 m-dən 2500 m-dək hündürlükdədir. Dərin çay dərələri ilə kəsilmişdir. Yamaclara pilləvarı görkəm vərən düzəlmə səthlər geniş yayılmışdır. Dərələrin genişləndiyi yerlərdə, xüsusilə dağarası çökəkliklərdə terraslar inkişaf etmişdir. Bəzi dağ yamaclarında sürüşmə və uçqun sahələri var. 

Alçaq dağlıq qurşağı hündürlüyü təqribən 200 m-dən (Qobustan və Acınohur) ön dağlığında 50-100 m-dən olan sahələri əhatə edir. Bu qurşaqda dağ yamacları maili, suayrıcılar hamardır. Bəzi sahələrdə (Qobustan, Ceyrançöl və Acınohur ön dağlığı, Naxçıvan MR-da ön dağlıq rütubət çatışmazlığı arid-denudasiya proseslərinin inkişafına və burada yararsız torpaqların (bedlend), gil karstının və s. relyef formalarının inkişafına şərait yaratmışdır. 

Düzənlik-ovalıq qurşağı hündürlüyü 100-200 m və bəzi yərlərdə 400-500 m-dək (Naxçıvan MR-da 800-1000 m-dək) olan sahələri tutur. Bura Kür çökəkliyinin və Samur-Dəvəçi ovalığının çox hissəsi, Alazan-Əyriçay çökəkliyi, Arazboyu düzənliklər ve s. daxildir. Bu qurşaqda akkumulyativ relyef formaları geniş inkişaf etmişdir. Dağətəyi sahələrdə gətirmə konusları, Xəzər dənizi sahillərində düyunlar əsas relyef formalarıdır.

Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.
Iqlimi - Vilayətdə Qanıx-Əyriçay vadisini çıxmaq şərti ilə yalnız bir iqlim tipi - qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi (quru subtropik) hakimdir. Qanıx-Əyriçay Azərbaycanın 2-ci rütubətli subtropik zonası olub, vilayətin ən çox yağıntı alan sahəsidir.
Çayları tranzitdir (yəni başqa ərazilərdə formalaşır). Əsas çayları Kür, Araz və onların qollarıdır. Artezian (Azərbaycanda 1-ci yer) və qrunt suları ilə zəngindir.
Gölləri - Acınohur, Mehman, Ağgöl, Hacıqabul, Sarısu, Candargöl və s.
Su Anbarları - Mingəçevir, Varvara, Şəmkir, Bəhramtəpə, Cavanşir, Ağstafa, Coğaz və s.
Su kanalları - Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Mil, Baş Muğan, Sabir, Əzizbəyov və s.
Torpaqları - boz, boz-qonur, boz-çəmən, açıq sabalıdı, şoran və s. Pambıq, taxıl, üzüm əkilir. Qış otlağı kimi istifadə olunur. Son illər əkin sahələri və yaşayış məntəqələri genişləndiyindən qış otlaqlarının sahəsi azalır.
Landşaftı. Vilayətin əsas hissəsini yarımsəhra və quru çöllər; Kür sahillərində tuqay meşələri, Qanıx-Əyriçayda düzən meşələri formalaşıb. Vilayətdə düzən relyefin üstünlüyü, qışın mülayim, şaxtasız keçməsi, fəal temperaturun yüksək olması ərazinin mənimsənilməsini asanlaşdırır.
Qoruqları -Ağgöl, Elləroyuğu, Qarayazı, Şirvan, Qızılağac, Türyançay.
Problemləri. Vilayətdə quraqlıq olduğundan ərazi suvarılır. Nəticədə qrunt sularının səviyyəsi yüksəlir və şoranlıqlar yaranır. Torpaqları yumaq və kollektor-drenaj şəbəkəsi çəkməklə bu şoranlıqlara qarşı mübarizə aparılır.
Kür vilayətində 6 fiziki-coğrafi rayonlar vardır:
1. Küdrü Şirvan. 
2. Qazax-Qarabağ. 
3. Arazboyu.
4. Mərkəzi Aran. 
5. Qanıx-Əyriçay. Rayonda gətirmə konusları yayılıb. Yeraltı sularla zəngindir. Düzən meşələri inkişaf edib; 
6. Acınohur-Ceyrançöl. Rayonda arid-denudasion relyef yayılıb. Neft-qazla zəngindir. Çayları palçıqlı-sellidir. Rayonda Eldar şamı, Ardıc və Saqqız ağaclarının qorunduğu Ellər oyuğu və Türyançay qoruqları yerləşib.

Vilayətin Mərkəzi Aran və Arazboyu rayonları Iranla; Qazax Qarabağ rayonu Ermənistanla; Qanıx-Əyriçay, Acınohur-Ceyrançöl rayonları Gürcüstanla həmsərhəddir. 
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget