Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Azərbaycanın Relyefi"

Qanıx-Həştəran Vadisi
Qanıx-Həftəran vadisi qərbdə Gürcüstanla sərhəddən şərqdə Girdmançaya qədər 215 km məsafədə uzanır (ümumi uzunluğu 350 km-dir). Vadinin eni qərbdə 30-35 km, mərkəz hissədə 10-15 km, şərqdə 2-5 km-dir
Qanıx-Həftəran vadisinin mütləq hündürlüyü 200-500 m arasında dəyişir. Lakin bəzi gətirmə konuslannm zirvəsinin hündürlüyü 500 m-dən də artıqdır
Vadi oroqrafık xüsusiyyətlərinə görə əsas iki hissəyə (yaxud zonaya) ayrılır. 

  • Birinci hissə Qanıx və Əyriçay boyu uzanan nisbətən ensiz (3-5 km) və az maili düzənliklərdən ibarətdir. 
  • İkinci hissəni daha geniş (15-20 km) maili dalğavari düzənliklər əmələ gətirir. Bu hissə cənub yamac çaylarının səthi qabarıq gətirmə konuslan və konusarası çökəklərin növbələşməsindən əmələ gəlmişdir. Burada mezozoy çöküntülərindən təşkil olmuş tək-tək təpələrə rast gəlmək mümkündür.

Lənkəran  vilayətinin Relyefi
Lənkəran fiziki coğrafi vilayətinin ən görkəmli oroqrafik vahidləri Talış dağları və bu dağlarla Xəzər dənizi arasında yerləşən Lənkəran ovalığından ibarətdir. Lənkəran ovalığı sadə relyefə malik olmaqla şimaldan cənuba ensizləşir. Səthin əsas formaları çayların gətirmə konuslarının qabarıq düzənlikləri, hamar dəniz düzənlikləri, bə’zi yerlərdə isə səthi batıq düzənliklərdir.
Talış dağlıq sahəsində üç paralel silsilə ayrılır. Əsas suayncı Talış silsiləsidir (Gömürkey - 2493 m, Qızyurdu - 2433 m, Şandanqalası - 1816 m). Bu, şimal-qərbdə Viləşçayın yuxan axınından cənubda Astaraçayı dərəsinə qədər 80 km uzanır.
Talış dağlannın suayncı zonasında tektonik mənşəli Diabar Qosmalyan  çökəkləri yerləşir. Suayncı silsilədən şimal-qərbdə ona paralel Peştəsər silsiləsi uzanır. Bu çox yerdə Tahş dağlan ilə geniş köndələn tirələrlə sanki birləşir və oroqrafik cəhətdən çox da kəskin seçilmir. Yalnız struktura uyğun erozion dərələr sahəsində bu dağlar sərbəst oroqrafik vahid kimi seçilir. Bu iki silsilə Cənubi Azərbaycan ərazisində Boqrovdağ silsiləsinə keçir və Qızılüzən çayının Məncil dərəsinə kimi uzanır.
Talış dağlıq sahəsində üçüncü alçaqdağlıq tirə Burovar tirəsidir (Burovar- 914 m, Dizdoni - 1056 m). Bu tirəni Viləşçay və Lənkərançay antesedent dərələrlə kəsir. Talış dağları qoynunda Yardımlı, Lerik çökəklikləri yerləşir. Talış silsiləsinin Ərdəbil çökəkliyinə baxan qərb yamacları qısa və az maili olmaqla, əsasən müvəqqəti axar suların erozion formalan ilə, geniş şərq yamaclar isə çoxsaylı dərin çay dərələri ilə parçalanmışdır.
Mənbə: M.A.MÜSEYİBOV
AZƏRBAYCANIN FİZİKİ COĞRAFİYASİ

Kiçik Qafqaz dağları
Böyük Qafqazdan fərqli olaraq Kiçik Qafqaz dağları bir-birinin davamım təşkil edən vahid sıra dağlar sistemi əmələ gətirmir. Azərbaycan daxilində Kiçik Qafqazın şimal hissəsi, əsasən Şahdağ və Murovdağ silsilələrindən və onlann geniş ortadağlıq şimal yamacından ibarətdir. Axıncaçayı hövzəsindən qərbdə Kiçik Qafqazın yalnız uzaq şimal dağətəyi tirələri Azərbaycan ərazisində yerləşir. Burada çayarası köndələn tirələrin hündürlüyü 1000-1200 m-dən artıq deyil (Üçgül - 814 m, Şişdağ - 1084 m, Çənlibel - 1121 m və s.).
Axıncaçayın mənbəyindən şərqə 50 km məsafədə Şahdağ silsiləsi uzanır. (Qocadağ - 3318 m, Hinaldağ - 3367 m). Oroqrafık cəhətdən Şahdağ silsiləsinin şərqə davamı Murovdağ silsiləsidir (uzunluğu 55 km, Gamış - 3724 m, Murovdağ - 3340 m). Bu silsilələrlə Gəncə-Qazax maili düzənliyi arasında geniş (30- 40 km, həmin silsilələrin suayncından isə 40-50 km), orta və alçaqdağlıq zona yerləşir. Bə’zən dərin çay dərələrinin yaxm yerləşməsi nəticəsində onların arasında köndələn tirələr əmələ gəlmişdir (Əsrik və Zəyəm çayları arasında Çmqıldağ, Zəyəmçay və Cəyirçay arasında Şəkərbəy, Şəmkirçay və Qoşqarçay arasında Qaflanqala, Gəncəçay və Kürəkçay arasında Pant silsilələri). Ümumiyyətlə Şahdağ və Murovdağ silsilələrinin orta və alçaqdağlıq şimal yamadan oroqrafiyasının ən başlıca əlamətlərini geniş düzəlmə səthləri və dərin çay dərələri təşkil edir. Əsas suayncı silsilələrdən 8-10 km şimalda Hinaldağ (3361 m) və Göygöl fonunda təkrarsız mənzərəli Kəpəz dağı (3066 m) ucalır.
Tərtərçaym sağ sahilindən cənubda Arazyanı düzənliyə qədər 110 km məsafədə Qarabağ silsiləsi uzanır (Sanbaba - 2323 m, Böyük Kirs - 2725 m).
Murovdağdan Qarabağ silsiləsi Tərtər çayının dar və dərin kanyonvari dərəsi və tektonik mənşəli böyük Umudlu çökəkliyi ilə ayrılır. Silsilənin qərb yamacı qısa və dik, şərq yamacı genişdir (35-45 km). Qarabağ silsiləsi cənubda 5-6 tirəyə şaxələnir və Arazyanı maili düzənliyə gömülür. Silsilənin şərq yamacında bir sıra köndələn tirələr yerləşir. Bunlardan ən böyükləri Xocayurd, Ziyarət, Saxsağan və Çaxmax tirələridir. Burada həmçinin Xocalı çökəkliyi, Şuşa yaylası və alçaqdağlığın uzununa tirələri (Ağdərə, Şahbulaq, Boqurxan 1583 m və s.) oroqrafık quruluşu xeyli mürəkkəbləşdirir.
Kiçik Qafqazın daxili hissəsində də bir sıra mühüm oroqrafık elementlər mövcuddur. Bunlardan Şərqi Göycə silsiləsi (Göycə gölü ilə Tərtərçayı arasında suayncıdır Getidağ zirvəsi 3426 m, şimaldan cənuba uzunluğu 40 km), Dəlidağ massivi (3616 m), Tutqunçayla Şəlvə çayı arasında suayncı təşkil edən Mıxtökən silsiləsi (Mıxtökən -3411, Nərdivan - 2623 m), ondan cənuba ayrılan Çalbayır, Uzunyal, Hoçaz tirələri, nəhayət daha geniş Qarabağ vulkan yaylası ən böük oroqrafık vahidlərdir. Qarabağ vulkan yaylası, hündürlüyü 2000-3000 m-dən artıq olmasına baxmayaraq, eyni yüksəkliyi olan dağlıq ərazilərlə müqayisədə erozion dərələrlə az parçalanmışdır. Burada bir sıra geniş tuf-lava yaylalan, çökəkliklər (Alagöllər çökəkliyi) və hündürlüyü 3000 m-i keçən sönmüş vulkan dağları yerləşir (Dik Pilləkan - 3451 m, Sərçəli - 3433 m, Gəlinqaya - 3335 m, Qızılboğaz - 3183 m, İşıqlı - 3550 m)..
Qarabağ vulkan yaylasından cənub-şərqdə Həkəri çayının qolları (Zabuxçay, Hoçazsu. Şəlvə, Qorçuçay) arasında yuxanda göstərilən tirələrlə yanaşı geniş hamar sethli yaylalar mövcuddur. Bunlardan ən böyüyü Həkəri və Bərgüşad çayları arasındakı Yazı yaylasıdır (hündürlüyü 650-1200 m). Oxçuçay və Bəsitçay hövzələrində Arazyanı düzənliklərlə Ermenistan sərhədi arasında qısa, alçaq və ortadağlıq tirə və silsilələr uzanır (Bartaz, Əsgülüm, Süsəndağ və s.).

Kür-Araz ovalığı
Kür-Araz ovalığı Qara və Xəzər dənizləri arasında yerləşən Zaqafqaziya dağarası çökəkliyinin ən geniş sahəsi olmaqla yanaşı, bütün regionun ən böyük ovalığıdır. O, şimal-qərbdə Mingəçevirdən cənub-şərqdə Xəzər dənizi sahilinə qədər 260 km uzanır. Kür-Araz ovalığının eni Göyçay və Ağdam şəhərlərini birləşdirən xətt üzrə 105 km, Ağsu, Füzuli xətti üzrə 150 km, Nəvahi-Cəlilabad xətti üzrə 120 km-ə bərabərdir.

Kür-Araz ovalığı Qarabağ Maili düzənliyindən 90-100 metr hündürlüklər üzrə keçən zəif pillə ilə (bu hər yerdə aydın seçilmir) ayrılır. Şimal və şimal-şərqdə 100 m (gətirmə konuslarımn zirvəsində 200) horizontallar boyu Xocaşen-Ləngəbiz tirələrinin dik cənub yamaclarına söykənir, şərqdə isə onun sahillərini Xəzərin ləpələri yalayır.

Ovalığın ərazisinin 2/3 hissəsi okean səviyyəsindən (yə'ni “0“ - metrlik horizontaldan) aşağıda yerləşir.
Kür-Araz ovalığını Kür və Araz çayları bir neçə hissəyə bölür. Kür çayı ilə Acınohur və Ləngəbiz tirələri arasında Şirvan düzü, Kür çayı ilə Qarabağ silsiləsinin şərq ətəkləri arasında Qarabağ düzü (bunun Qarabağ Maili düzənliyindən şərqdəki hissəsi ovalığa daxildir) Kür və Araz çayları arasında Mil düzü, Araz və Kürün böyük şimal dirsəyi daxilində Muğan düzü (bunun cənub-qərb hissəsi İran ərazisindədir), Kür çayının meridian istiqamətli aşağı axınından şərqdə Cənub-Şərqi Şirvan düzü, Kürün aşağı axınından cənubda Salyan düzü yerləşir. Göstərilən düzənliklər əvvəllər coğrafiyaya, torpaqşü-naslığa, geobotanikaya və s. aid ədəbiyyatda çöl (step) adlandırılırdı.

Geomorfoloji baxımdan həmin düzənlikləri step adlandırmaq olmaz (onlar düz, yaxud düzənlik adlandırılmalıdır). Landşaft cəhətdən isə onları çöl adlandırmaq düzgün deyil. Kür-Araz ovalığının geniş əraziləri (yalnız yüksək dağətəyi hissələrim çıxmaqla) yarımsəhra landşaftı ilə səciyyələnir. Bə’zi alimlər isə Kür-Araz ovalığım, hətta onun kənarlarındakı yüksək maili düzənlikləri belə səhralara aid edirlər.

Kür-Araz ovalığı oroqrafık cəhətdən yeknəsək görünsə də, onun ayrı-ayrı hissələri relyefinə, hündürlüyünə görə bir-birindən fərqlənir. Şirvan düzünün bütün şimal hissəsi Türyançay, Göyçay, Girdmançay və Ağsu çaylarının səthi qabarıq gətirmə konuslarmdan və konuslararası geniş çökəklərdən ibarətdir. Qərbdə Tərtərçaym, Xaçınçayın, Qarqarçaym, cənubda isə Bolqarçaym nisbətən yastı gətirmə konuslan yerləşir. Kür çayı boyu ilə səthi qabanq akkumulyativ tirə (bunu relyefdə asanlıqla seçmək mümkün deyil) uzanır.

Cənub-Şərqi Şirvanı burada yerləşən bir sıra yüksəkHklər (məsələn, Mişovdağ və s.) və palçıq vulkanı (Pirsaat, Bəndovan, Kürsəngi və s.) təpələri Kür-Araz ovalığının qalan hissələrindən fərqləndirir. Cənub-şərqi Şirvan düzünün Xəzər dənizi sahilində Pirsaat və Bəndovan burunları, Kür çaymın cavan deltası (uzunluğu 15-20 km, eni 5-10 km arasında), cənubda isə Qızılağac körfəzi və son illərdə abraziya nəticəsində ortadan kəsilmiş Kür dili yerləşir.

Azərbaycanın dağlıq və düzənlik vilayətlərində uçqun hadisəsi ilə bağlı müxtəlif həcmli relyef formaları əmələ gəlmişdir. Dağlıq vilayətlərdə uçqunlar dik yamaclarda daha çox təkrarlanmaqla, bütün çay hövzələrində müşahidə edilir. Dağətəyi və düzənliklərdə isə uçqunlar çay dərələrinin və yarğanların dik yamaclarında baş verir. Ayrı-ayrı dağlıq sahələrdə uçqunların yayılmasının müqayisəli xarakteristikası gösterir ki, bu hadisəyə görə də Böyük Qafqaz vilayəti qalan dağlıq vilayətlərdən irəlidədir. Böyük Qafqaz vilayətində ən fəal uçqun sahələri Şahdağ, Qızılqaya massivləri və süxurların yatımı asılı vəziyyətdə olan dağ yamacları, dabanı çay suları ilə yuyulan yamaclardır. Şahdağ və Qızılqaya massivinin kənarlarında mezozoyun qalın əhəngdaşı qatlarının nəhəng kəsəkləri tektonik çatlar üzrə qopub dik yamacın ətəyində, xüsusilə Qusarçayın köndələn kanyonvari dərəsində qalaqlanır. Bu uçqunlar əksər hallarda seysmik hərəkətlərin te’siri altında baş verir.
Kiçik Qafqaz dağlarında seysmotektonik uçqunlara ən tipik misal Xll əsrin otuzuncu illərində baş vermiş Gəncə zəlzələsi zamanı Kəpəz dağının böyük hissəsinin uçub dağılmasıdır. Uçqun materialları Ağsuçayın dərəsində qalaqlanaraq relyefdə ciddi dəyişiklik əmələ gətirmişdir. Çay dərəsində uçqun materiallarının toplandığı sahələr arasında yaranan böyük və kiçik çökəklərdə toplanan sular öz estetik gözəlliyi ile məşhurlaşmış gölləri, o cümlədən Azerbaycan təbiətinin gözəllik rəmzi Göygölü əmələ gətirmişdir.
Azerbaycanın arid-denudasion alçaqdağlığında inkişafda olan yarğanların yamaclarında da (Ceyrançöl, Acınohur, Qobustan, Naxçıvan çökəkliyi) qalın gillicə qatlarında kiçik, be’zen hətta böyük sahəli uçqunlara rast gəlmək mümkündür. Orta kür dərəsinin olduqca dik şimal və cənub yamaclarında uçqun hadisəsi daha geniş sahələrdə baş verir. Bunun əsas səbəbi Kür çayının sahillərini intensiv yumasıdır. Kür çayının Quynıqcnçi antiklinalına sıxıldığı meandrları sahəsində uçqun nəticəsində çox qanşiq qırışıqlıqlar əmələ gəlmişdir (Xatınlı və Xuluf qırışıqları sahəsində).
Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar abraziya prosesinin te’siri altında bir sıra yerlərdə sahilin (xüsusən Lənkəran və Cənub-Şərqi Şirvan sahillərində) uçulması prosesi də fəallaşmışdır. Abraziya te’siri altında az-çox böyük uçqunlar Abşeron yarımadasının şimal sahilində əhəngdaşı laylarından əmələ gəlmiş dik yamaclarda müşahidə edilir. Keçmişdə uçqunların buna bənzər növü Beşbarmaq tirəsinin şərq yamacında da baş vermişdir.

Düzənlik və dağlıq ərazilər landşaft qurşaqlannın paylanmasına görə bir-birindən fərqlənir. Azərbaycanın ərazisində aşağıdakı landşaft qurşaqları ayrılır.
Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığı, Abşeron yarımadası və Şərur-Ordubad düzənliyində yarımsəhra landşaft (almanca land-torpaq, şaft-əlaqə deməkdir) qurşağı yayılır. Bu qurşağa Kür-Araz ovalığı zonasında 600 m hundürlüyə qədər olan sahələrdə, Naxçıvanda isə 700-1500 m-lik zolaqda rast gəlinir.
Yarımsəhralarda boz, boz-çəmən, boz-qonur və şoran torpaqları yayılır. Onların üzərində yovşan, gəvən, kəngiz, dəvətikanı, şoran bitkiləri, efemerlər çoxdur.

Şollar düzü, Lənkəran ovalığı, Alazan-Əyriçay vadisi və Qarabağ düzünün Sultanbud sahəsini düzənlik çəmən-meşə landşaft qurşağı örtür. Bu landşaft sahəsinə çaylar boyu bitən tuğay meşələri də daxildir. Landşaft zonası Xəzər dənizinin səviyyəsindən 300 m hündürlüyə qədər ərazilərdə, Alazan-Əyriçay vadisində isə 200-600 m hündürlüklər arasında yerləşir.

Alçaq dağlıq zonalarda, 800-1200 m hündürlükdə dağ çölləri landşaft qurşağı formalaşmışdır. Naxçıvanda bu qurşaq 1500 m-dən 2500 m hündürlüyədək ərazilərdə, Talış dağlarında 1500-1800 m hündürlüklərdə yayılır. Dağ çöllərinə Acınohur və Ceyrançöl alçaq dağlıq zonalarında, Dağlıq Şirvanda, Kiçik Qafqaz dağlarının ətəklərində (600 m hündürlüyə qədər), Talış dağlarının orta dağlıq zonalarında rast gəlinir. Buraya daxil olan ərazilərdəki dağ-şabalıdı, qəhvəyi dağ-meşə və dağ-qara torpaqlarda bitki örtüyü zəngindir. Onlara efemerlər, yovşan, şibyə və müxtəlif kolluqlar aiddir.
Qobustanda, Acınohur gölünün ətrafında, Ceyrançöldə və Naxçıvanda dağ yarımsəhraları landşaft qurşağı yerləşir.
Respublikanın dağlarının 800-2200 m hündürlüyü olan yamaclarında meşə landşaft qurşağı əmələ gəlmişdir. Bu qurşağa dağların ətəklərində, alçaq və orta dağlıq zonalarda bitən en-liyarpaqlı meşələr və meşələrdən sonrakı kolluqlar da daxildir.

Xocaşen-Göyçay (Axarbaxar) və Ləngəbiz silsilələrində, Qaraməryəm (tirəsinin cənub yamaclarında, həmçinin Zəngilan rayonunun cənub-qərbində meşə-kol landşaft qurşağı yerləşir. Talış dağlarının cənub-qərbində, Naxçıvanın orta dağlıq zonalarında seyrək otlar, kserofit kollar bitən arid landşaft qurşağı formalaşmışdır.
Böyük və Kiçik Qafqaz dağlarında, Naxçıvanda 1800-3000 m hündürlüklər arasında yüksək dağ çəmənlikləri landşaft qurşağı yerləşir. Meşə və subalp çəmənliklərinin qovuşduqları sahələrdə, 1600-2200 m-lik zolaqda olan ərazilər meşə-çəmən landşaft qurşağı hesab edilir. Kiçik Qafqaz dağlarında bu dağ çəmənlikləri daha geniş əraziləri əhatə edir.

Dağ çəmənliklərindən sonra qayalıq-daşlıq landşaft qurşağı yerləşir. Ona subnival qurşaq da deyilir. Bu qurşağa Baş Qafqaz, Murovdağ, Zəngəzur və Qarabağ silsilələrinin suayrıcı zonalarında rast gəlinir. Təbii-iqlim şəraitinin sərt olması ih əlaqədar subnival qurşaq torpaq-bitki örtüyünün məhrumdur. Burada moren, kar, sirk və troq dərəsi kimi qədim buzlaq relyef formalarına rast gəlinir. Böyük Qafqaz dağlarının yüksəək zirvələrində daimi buzlaqlar vardır. Nival-buzlaq zona adlanan bu landşaft qurşağı 3000 m-dən yüksək sahələrdə yerləşir.

Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubində yerlaşib.Onun ən uca dağı Gamış dağıdır. (3724 m)..Kiçik Qafqaz dağ sisteminin Qafqaz dağ silsiləsi Azərbaycan,Türkiyə,Gürcüstan,İran və Ermənistanla sərhəddən keçir.  Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarərdir.Bunlara Murovdağ,Qarabağ,Mıxtökən silsilələri,Şahdağ,Şərqi-Göyçə  Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir.Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir.
Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamış dağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır.
Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır. Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıq dağı -3906 m, Qazangöldağ - 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ - 2410 m, Xanağa - 1910 m, Əlincə - 1810 m və s.) səciyyəvidir.

Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100-250 m, bəzi yerlərdə 400-500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-ələt ön dağlıqları yərləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir nəçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.  Azərbaycan Respublikasının ərazisində relyefin mürəkkəbliyi burada yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və düzənlik-ovalıq şaquli qurşaqları ayırmağa imkan verir.  Yüksək dağlıq qurşağı 2500 m-dən yüksək yərləri əhatə edir. Bura Böyük Qafqazda Baş Qafqaz silsiləsinin və Yan silsilənin, Kiçik Qafqazda, əsasən, Zəngəzur, Murovdağ və Şahdağ silsilələrinin yan hissələri daxildir. Çox yerdə dar zona təşkil edir. Bu qurşaq torpaq və bitki örtüyünün çox zəif inkişaf etməsi, sıldırım və daşlı qayalıqların geniş yer tutması və s. Ilə səciyyələnir. Burada itiuclu və daraqvarı zirvələr çoxdur. Qədim buzlaq relyefi formaları (troq, sirk, kar) qalmışdır. Kiçik müasir buzlaqlar var. Dağ yamaclarının ətəkləri qalın qırıntı materiallarla örtülüdür. 

Orta dağlıq qurşağı dağ sistemlərinin çox hissəsini əhatə edir: əsasən, 1000 m-dən 2500 m-dək hündürlükdədir. Dərin çay dərələri ilə kəsilmişdir. Yamaclara pilləvarı görkəm vərən düzəlmə səthlər geniş yayılmışdır. Dərələrin genişləndiyi yerlərdə, xüsusilə dağarası çökəkliklərdə terraslar inkişaf etmişdir. Bəzi dağ yamaclarında sürüşmə və uçqun sahələri var. 

Alçaq dağlıq qurşağı hündürlüyü təqribən 200 m-dən (Qobustan və Acınohur) ön dağlığında 50-100 m-dən olan sahələri əhatə edir. Bu qurşaqda dağ yamacları maili, suayrıcılar hamardır. Bəzi sahələrdə (Qobustan, Ceyrançöl və Acınohur ön dağlığı, Naxçıvan MR-da ön dağlıq rütubət çatışmazlığı arid-denudasiya proseslərinin inkişafına və burada yararsız torpaqların (bedlend), gil karstının və s. relyef formalarının inkişafına şərait yaratmışdır. 

Düzənlik-ovalıq qurşağı hündürlüyü 100-200 m və bəzi yərlərdə 400-500 m-dək (Naxçıvan MR-da 800-1000 m-dək) olan sahələri tutur. Bura Kür çökəkliyinin və Samur-Dəvəçi ovalığının çox hissəsi, Alazan-Əyriçay çökəkliyi, Arazboyu düzənliklər ve s. daxildir. Bu qurşaqda akkumulyativ relyef formaları geniş inkişaf etmişdir. Dağətəyi sahələrdə gətirmə konusları, Xəzər dənizi sahillərində düyunlar əsas relyef formalarıdır.

Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.
Iqlimi - Vilayətdə Qanıx-Əyriçay vadisini çıxmaq şərti ilə yalnız bir iqlim tipi - qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi (quru subtropik) hakimdir. Qanıx-Əyriçay Azərbaycanın 2-ci rütubətli subtropik zonası olub, vilayətin ən çox yağıntı alan sahəsidir.
Çayları tranzitdir (yəni başqa ərazilərdə formalaşır). Əsas çayları Kür, Araz və onların qollarıdır. Artezian (Azərbaycanda 1-ci yer) və qrunt suları ilə zəngindir.
Gölləri - Acınohur, Mehman, Ağgöl, Hacıqabul, Sarısu, Candargöl və s.
Su Anbarları - Mingəçevir, Varvara, Şəmkir, Bəhramtəpə, Cavanşir, Ağstafa, Coğaz və s.
Su kanalları - Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Mil, Baş Muğan, Sabir, Əzizbəyov və s.
Torpaqları - boz, boz-qonur, boz-çəmən, açıq sabalıdı, şoran və s. Pambıq, taxıl, üzüm əkilir. Qış otlağı kimi istifadə olunur. Son illər əkin sahələri və yaşayış məntəqələri genişləndiyindən qış otlaqlarının sahəsi azalır.
Landşaftı. Vilayətin əsas hissəsini yarımsəhra və quru çöllər; Kür sahillərində tuqay meşələri, Qanıx-Əyriçayda düzən meşələri formalaşıb. Vilayətdə düzən relyefin üstünlüyü, qışın mülayim, şaxtasız keçməsi, fəal temperaturun yüksək olması ərazinin mənimsənilməsini asanlaşdırır.
Qoruqları -Ağgöl, Elləroyuğu, Qarayazı, Şirvan, Qızılağac, Türyançay.
Problemləri. Vilayətdə quraqlıq olduğundan ərazi suvarılır. Nəticədə qrunt sularının səviyyəsi yüksəlir və şoranlıqlar yaranır. Torpaqları yumaq və kollektor-drenaj şəbəkəsi çəkməklə bu şoranlıqlara qarşı mübarizə aparılır.
Kür vilayətində 6 fiziki-coğrafi rayonlar vardır:
1. Küdrü Şirvan. 
2. Qazax-Qarabağ. 
3. Arazboyu.
4. Mərkəzi Aran. 
5. Qanıx-Əyriçay. Rayonda gətirmə konusları yayılıb. Yeraltı sularla zəngindir. Düzən meşələri inkişaf edib; 
6. Acınohur-Ceyrançöl. Rayonda arid-denudasion relyef yayılıb. Neft-qazla zəngindir. Çayları palçıqlı-sellidir. Rayonda Eldar şamı, Ardıc və Saqqız ağaclarının qorunduğu Ellər oyuğu və Türyançay qoruqları yerləşib.

Vilayətin Mərkəzi Aran və Arazboyu rayonları Iranla; Qazax Qarabağ rayonu Ermənistanla; Qanıx-Əyriçay, Acınohur-Ceyrançöl rayonları Gürcüstanla həmsərhəddir. 

,
Naxçıvan MR Kiçik Qafqazın cənub-qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR-in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Arazyanı dağlar yarımvilayəti muxtar respublika ərazisində Dərələyəz və Zəngəzur silsilələrini, Naxçıvan çökəkliyi geomorfoloji yarımvilayəti isə, əsasən, Arazboyu düzənlikləriəhatə edir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 m-dir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m-dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsini isə bir-birindən dağ qolları və tirələrilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur. Bu düzənliklərin ümumi sahəsi 10 minha-aqədərdir. Arazboyu düzənliklərin ən geniş yeri Şərqi Arpaçayın mənsəb hissəsində olub, bu ərazidə bir tərəfdən tektonik çökmənin, digər tərəfdən isə akkumulyasiya prosesinin getməsi nəticəsində yaranmışdır.

Relyefi.
Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 myuxarıda yerləşir. Alt Pliosen yaşlı kiçik intruzivlər (kütlələr) və ekstruzivlər silsilənin cənub-qərb yamacında konusvarı, günbəzvarı çıxıntılar yaradaraq təkrarolunmaz relyef əmələ gətirirlər. Hündür zirvələri: Yağlıdərə dağı - 3827 m, Qazangöldağ - 3814 m, Sarıdərə dağı - 3754 m, Dəvəboynu dağı - 3560 mvə s. Dağ aşırımlarının mütləq hündürlüyü 2346 m-lə (Biçənək aşırımı), 3362 m(Ayçonqal aşırımı) arasındadır. 
Dərələyəz silsiləsi muxtar respublika ərazisinin şimal-qərb hissəsində yerləşir və Zəngəzur silsiləsinə nisbətən alçaqdır (ən uca zirvəsi Küküdağ). Silsilənin Cəhri çayından qərbdəki hissəsi qövs şəklində cənuba doğru uzanaraq alçalır. Burada ən hündür zirvə Keçəltəpə dağıdır (2740 m). Silsilənin muxtar respublika ərazisinə daxil olan hissəsi mürəkkəb yer səthi quruluşuna malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda daha aydın nəzərə çarpır. Bu silsilədən Qaranquş, Gəhri, Qaraultəpə, Rəmlər və Buzqov qolları ayrılır. Dərələyəz silsiləsinin Cəhri çayından şərqdəki əsas hissəsi şərqə və cənub-qərbə doğru uzanır. Burada mütləq yüksəklik 2900-3110 m-dir (Sipər dağı - 3117 m, Keçəldağ - 3118 m, Küküdağ - 3120 m). Silsilənin suayırıcısı bəzən ensiz, bəzən də geniş və hamardır. Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağı hündürlüyü 3087 molan adsız zirvənin yaxınlığında Zəngəzur silsiləsi ilə birləşir. Silsilənin cənub-qərb hissəsi isə Cəhri və Naxçıvan çaylarının arası ilə uzanır. 
Muxtar respublika ərazisinin şimal-qərb qurtaracağı mürəkkəb yer səthi quruluşuna malikdir. Buradakı dağ zirvələrinin hündürlüyü 2000-2100 m-dən artıq deyil (Kömürlü - 2064 m, Ardıc - 2034 m, Mehridağ - 1869 m, Qabaqyal - 1824 m); əsasən alçaq və orta dağlıqdan ibarətdir. Respublikanın orta və alçaq dağlıq zonalarında müasir relyefdə tam əksini tapmış Miosen-Alt Pliosen yaşlı qalxmalar (Ağqaya, Darıdağ, Qaraquzey) və çökəkliklər (Paradağ, Nurs, Tirkeş) inkişaf etmişdir.

Geoloji quruluşu.
Naxçıvan Muxtar Respublikası ərazisində yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrarolunmaz və yer qatının daxilində kristallaşmış süxurların mövcudluğu geoloqların və səyyahların diqqətini hələ XVIII əsrin ortalarından cəlb etmişdir. Bu, istər Qərbi Avropa, istərsə də Rusiyanın geoloji ədəbiyyatında Alp qurşağının yer qatlarının nisbi yaşı məsələlərinin həllində öz əksini tapmışdır. Alp qurşağında bənzəri olduqca az tapılan "Naxçıvan lakkolitləri" (Əlincə, İlandağ və s.) və Culfa dərəsində Paleozoyun ardıcıl qatları dünya şöhrəti qazanmış və bu günədək klassik qiymətini itirməmişdir. Faydalı qazıntı sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərinin tapılması hələ qədim vaxtlardan Naxçıvan ərazisində duz, mərgümüş, mis, qızıl, kükürd və s. çıxarıldığını göstərir; orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları "Cavahirnamə" yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi XVIII əsrin 2-ci yarısından başlanmış, planauyğun surətdə müntəzəm öyrənilməsi isə Naxçıvan MR yarandıqdan sonrakı dövrə aiddir.
Muxtar respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Digər tektonik zonalardan fərqli olaraq, geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər Kaynozoy (Yerin geoloji tarixinin son 65 mln. ili), Mezozoy (65-248 mln. ili), Paleozoy (248-540 mln. ili) dövrlərinin çökmə, vulkanogen-çökmə, yerüstü vulkanların püskürmə qatlarından və yer qatının daxilində kristallaşmış süxurlardan təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 mln. illik geoloji tarixini bərpa etməyə imkan verir. Naxçıvan qırışıqlıq zonasının tektonik quruluşunda Paleozoy qırışıqlığını təmsil edən Şərur-Culfa qalxıntısı, Alp qırışıqlığında yaranmış Ordubad sinklinoriumu və Naxçıvan çuxuru iştirak edir. Tektonik quruluşun özülü isə Baykal tektonik siklində (600 mln. il bundan əvvəl) yüksək dərəcədə dəyişikliyə uğramış müxtəlif mənşəli və tərkibli (çöküntü, maqmatik və s.) süxur qatları təbəqələrindən, Yer qabığının "qranit" qatından ibarətdir. Onların Yer səthinə yaxın yatımları Devon-Trias (390-220 mln. il bundan əvvəl) çöküntülərinin çıxışları sahəsinə təsadüf olunur və Dəhnə dayaq quyusunda 331 mdərinlikdə 1414 m-ə qədər kəsiliblər. Dəhnə qalxıntısının Arazın sağ sahilində metamorfik süxurlar Yer səthinə çıxır. Ərazinin dərinlik quruluşunda Yer qabığının qalınlığı 48-54kmolaraq, "qranit" qatı 15-20 km-ə, "bazalt" qatı 20-25 km-ə çatır.

Mənbə: nakhchivan.preslib.az

Ceyrançöl-Acınohur alçaqdağlığı relyef xüsusiyyətlərinə görə Kür dağarası çökəkliyinin qalan hissələrindən (Azerbaycan daxilində) kəskin fərqlənir. Bu çökəklik daxilində ayrılan böyük relyef elementlərin hamısı, əsasən səthi hamar maili düzənlik və ovalıqlardan ibarət olduğu halda, Ceyrançöl-Acınohur zonasının əsas relyef elementləri alçaqdağlıq tirələrdən, vadilərdən, çökəklərdən və yaylalardan ibarətdir. Bütün oroqrafık vahidlər, əsasən ümumqafqaz istiqamətində şimal-qərbdən cənub-şərqə uzanır.

Bu zona qərbdə Gürcüstan respublikası ilə sərhəddən (zonanın qərbə davamı Gürcüstan ərazisinə keçir) cənub-şərqdə Girdmançay dərəsinə qədər 280 km məsafədə uzanır və geomorfoloji ədəbiyyatda arid-denudasion alçaqdağlıq zona adlanır. Bə’zən coğrafi ədəbiyyatda dağətəyi zona da adlandırılır.
Acınohur alçaqdağlığını, adətən Böyük Qağqaz dağlan sisteminin dağətəyi hesab edirlər. Lakin bu dağ sistemi ilə Acınohur arasında eni 15-30 km-ə çatan Qanıx-Həftəran vadisi (geniş bir tektonik əyilmə zonası) yerləşir. Elə buna görə onu dağətəyi zona adlandırmağı düzgün hesab etmək olmaz.
Alçaqdağlığın Kür və Qabırrı (İori) çaylan arasında yerləşən qərb hissəsi Ceyrançöl adlanır. Onun uzunluğu qərbdən şərqə 130 km, eni 20-30 km arasındadır. Ceyrançöldə bir-birinə paralel uzanan əsas üç tirə və onların arasında yerləşən çökəklər (dərələr, düzlər) mövcuddur. Bə’zi yerlərdə bu sadə relyef plan bir qədər mürəkkəbləşir, daha qısa tirələr və dərələr, plato və düzlər meydana çıxır. Zonanın şimal kənarı boyu Yaylacıq (828 m), Çobandağ (890 m), Eldaroyuğu (595 m) tirələri uzanır və şərqdə Eldar çölündə qurtarır. Ceyrançölün orta zonası ilə Udabno (878 m), Molladağ (592 m), Gürzədağ, KörükçalanCeyrançöl tirələri, cənubda Kür çayı dərəsinin şimal kənarı üzrə Ortaqaş- Quyruqenci tirəsi və bunların arasında gah genişlənən, gah da çox daralan və əksər halda Ceyrandüzü, Ceyrançölü adlanan düzənliklər yerleşjr. Bunlara qərbdə Qarayazı düzünü, Karvanqran yaylasım (düzü), şərqdə Qabım çayı üzrə Eldar çölünü, Kür çayı sahilində isə Yenikənd düzünü misal göstərmək olar. Axınncı iki düzənlik arasında Şərqi Palantökən tirəsi yerləşir.
Ceyrançöldən şərqdə zonanın ən böyük tektonik çökəkliyi-Mingəçevir dənizi suları ilə dolmuş eyni adlı allüvial dağarası çökəklik uzanır (uzunluğu 70 km-ə yaxın, eni 5-20 km arasındadır). Mingəçevir çökəyi cənubda Gəncə Bozdağı (500 m), Dəyirmandağ və Qaraca tirələri ilə əhatələnir. Kür çayı axınncı iki tirənin qovuşduğu yeri kəsib Kür-Araz ovalığına çıxırdı. Həmin yerdə Mingəçevir Su qovşağının bəndi və elektrik stansiyası tikilmişdir.
Qanıx çayının köndələn aşağı axınından şərqdə (Girdmançaya qədər 150 km) Acınohur alçaqdağlığı yerləşir (bu əvəllər geologiya və coğrafiyada Şəki yaylası, üçüncü dövt yaylası və b. adlarla məşhur idi). Acınohur alçaqdağlığının eni 20-30 km arasında dəyişir. Bu alçaqdağlıq şimalda Qamx-Həfteran vadisi, cənubda Şirvan düzü ilə sərhədlənir. Ceyrançöldə olduğu kimi, Acınohur alçaqdağlığının əsas oroqrafik elementləri ensiz tirələrdən və onların arasında yerləşən nisbətən geniş çökəklərdən və yaylalardan ibarətdir. Alçaqdağlığın şimal kənan boyu Qanıx çayından Girdmançaya qədər Daşüz tirəsi, yaxud Daşüz-Əmirvan (maksimal hündürlüyü Daşbulaq kəndi yaxınlığında 829 m), cənub kənan boyu ilə Xocaşen1 - Göyçay (Xoşavənd - 717 m, Xocaşen - 452m) tirəsi uzanır. Göstərilən kənar tirələr arasında qərbdə Sanca (200-300 m), Acınohur çökəkliyi (100-200 m), Əlicançayla Türyançay arasında Şəki yaylası (200-400 m), Türyançayla Göyçay arasında Ərəş yaylası (400-500 m),

Göyçayla- Dəvəbatançay arasında İvanovka yaylası (500-800 m), ondan şərqdə isə Qüşəncə yaylası (600-1100 m) yerləşir. Qamx və Türyançay arasında Acınohurun daxili zonasında Həmiqaya, Qudbərəkdağ və s. tirələr səthi bir qədər mürəkkəbləşdirir. Dəvəbatançayla Girdmançay arasında isə zona həm daralır (eni cəmi 10 km), həm də qərb və mərkəz hissədəki oroqrafik xüsusiyyətini (kənar dağ tirələri və daxili çökəklər, yaylalar zonasına bölünməsi) itirir.
Göyçaydan şərqə Xocaşen-Göyçay tirəsindən cənubda yeni bir tirə meydana gəlir və Ağsu çayına çatmamış qurtarır. Qaraməryəm tirəsi adı ilə məşhur olan bu alçaq tirə (437 m) Dəvəbatançayın və Girdmançayın antesedent dərələri ilə bir neçə hissəyə bölünmüşdür. Qaraməryəm tirəsi ilə (uzunluğu 37-38 km) Acınohurun cənub tirələri arasında Molla İsaqlı, Gülüllü dərələri və Girdmançayın məşhur gətirmə konusu yerləşir.
Acınohur alçaqdağlığının ən xarakter relyef xüsusiyyətlərindən biri də Qanıx, Əlicançay, Türyançay, Göyçay və Dəvəbatan çaylanmn bütün zonam dərin antesedent dərələrlə ayn-ayn hissələrə bölməsidir.

Girdmançaydan şərqə Acınohurun davamını Ləngəbiz tirəsi (maksimal hündürlüyü 929 m, ümumi uzunluğu 75 km) və ondan cənub-şərqə uzanan Böyük Hərəmi tirəsi (575 m) təşkil edir. Bu axırıncı tirə Qazıməmməd şəhərindən şimalda gömülür. Ləngəbiz tirəsi ondan şimalda yerləşən və yalnız ümumi oroqrafik planda Acınohur alçaqdağlığının və Qanıx-Həftəran vadisinin şərqə, cənub-şərqə davamım təşkil edən Gürcüvan və Şamaxı yaylalan səthindən 100- 150 m-o qədər ucalır.
Ləngəbiz tirəsi Şirvan düzünün şimal kənan üzərində 500-800 m-ə qədər yüksəlir. Tirəni Ağsuçayı dərəsi (dərinliyi 400-600 m) iki qeyri-bərabər hissəyə (qısa qərb - 15 km və daha uzun - 55 km, şərq hissələrə) bölmüşdür.


Mənbə: Azərbaycanın Fiziki Coğrafiyası 
M.A.Müseyibov

Azərbaycanın arid zona və vilayətlərində eol relyefinin müxtəlif formalarına rast gəlmək mümkündür. Lakin küləyin fəaliyyəti ilə yaranan relyef formaları ən çox Xəzər dənizi sahil zonasında (xüsusilə Abşeron yanmadası, Cənub-Şərqi Qobustan, Cənub-Şərqi Şirvan və Xaçmaz, Dəvəçi rayonlarının dəniz sahələrində) inkişaf etmişdir. Eol relyefi formalarına ara-sıra Kür-Araz ovalığında, Ceyrançöldə, Acınohurda, Naxçıvan MR ərazisində də təsadüf edilir.
Xəzər sahili zonada eol relyefi formalan güclü Xəzri və Gilavar küləklərinin çimərlik zonası və akkumulyativ sahil tirələri qumlarını sovurması və akkumulyasiyası nəticəsində yaranır. Bu formalar deflyasiya çökəklərindən, müxtəlif formalı və həcmli dün təpələrindən, tirələrindən ibarətdir. Samur-Dəvəçi ovalığı sahillərində dünlər hündürlüyü 10-12 m-ə çatan iki-üç cərgə əmələ gətirir. Bə'zən bu tirələri kəsib keçə bilməyən çayların sulan həmin tirələrin arxasında göl, göl-bataqlıq, çala-çəmən kompleksləri əmələ gətirmişdir.
Abşeron yanmadasında 1930-cü illərdə geniş sahələr qumlarla örtülü idi. Hərəkətdə olan (küləyin sovurduğu) qumlar 3,5 min hektar sahə tuturdu. Burada da qumların əsas mənbəyi çimərlik və sahil tirələrinin qumlan, yanmadada səthə çıxan qumdaşı və qum laylandır. Abşeronda eol relyefinin geniş yayılmış formalan dünlər və təpəli qumlardır. Bunlar hakim küləklərin istiqaməti üzrə sıralanırlar.
Abşeron yarımadasının cənub-qərbində, Cənub-Şərqi Qobustanda sahil boyu ara-sıra rast gələn dünlərlə yanaşı, çox kiçik şoranlıq dünləri də mövcuddur. Bunlar şoranlıqların sədi qaysağım təşkil edən qumluca və gillicələrin so vurulub şoran kollan ətrafında toplanması nəticəsində əmələ gəlir.
Cənub-Şərqi Şirvanda sahil zonasından sovurulan qumlar düzənliyin səthində sahəvi akkumulyasia edilərək qum çölləri, ara-sıra isə yastı dünlər və dün tirələri əmələ gətirir.
Kür-Araz ovahğında deflyasion çökəklər, dün tirələri və təpələri əsasən Mil düzündə (Şirin Qum, Gorus Qum və s. sahələrdə), Xəzərin sıfır metrlik sahil xətti zonasında, qismən Muğan düzündə rast gəlir. Burada Gorus Qum və Şirin Qum sahələri müstəsna olmaqla, qalan yerlərdə qum təpələri yovşan və efemerlərlə örtülü olduğundan sovurulmur. Mil düzünün qərb hissəsində Xvalm və Xəzər əsrlərində sahil zonasında əmələ gəlmiş eol akkumulyasiyası tirələri və deflyasion çökəklər geniş yayılmışdır. Bu tirələrin yüksəkliyi 1,5-2 m-dən 10-12 m-e qədər, uzunluğu 100-150 m-dən 300-400 m-ə qədərdir. Onlar qumluca və gillicələrdən yaranmışdır. Kiçik akkumulyativ tirələrin əksəriyyəti ərazini əkinə hazırlayarkən aparılan hamarlama işləri zamanı yox edilmiş, ən böyük tirələr isə indi də qalmaqdadır.
Azərbaycanın bir sıra rayonlarında, xüsusilə Ceyrançöldə, Gəncə - Qazax və Qarabağ düzlərində, Samur-Dəveçi ovalığında və Abşeron yarımadasında eol prosesi əkin sahələrinə böyük ziyan vurur. Torpağın şumlanmasından və səpindən sonra torpaq quru olduqda, güclü küləklər onun nann hissəciklərini sovurub uzaqlara aparır. Bu hadisə ilbəil təkrarlanır və torpaq öz məhsuldar üst qatından tamamilə məhrum olur.
Güclü küləklərin təkrarlandığı bölgələrdə səthə çıxan möhkəm süxurlarda müxtəlif korroziya formalan: səthi an pətəyini xatırladan qayalar, “körpülər, “daş pəncərələri“, bərk süxur sütunları yaranır. Bu formaların hamısına ayrı-ayrılıqda Ceyrançöldə sarmat qumdaşlannın səthə çıxdığı zonalarda (Udabno, Sajdağ, Molladağ, Eldar ovuğu və s.), Qobustanda (Cingirli, Böyükdaş, Kiçikdaş və i. a.), Naxçıvanda (Damdağ, İlandağ, Nehəcir, Payız və i. a. yerlərdə) rast gəlmək mümkündür.

Respublikamızın ərazisi çox uzun geoloji inkişaf tarixinə malikdir. Milyon illər boyu davam edən endogen (daxili) və eksogen (xarici) qüvvələrin qarşılıqlı təsiri nəticəsində respublikamızın müasir relyefi yaranmışdır. Azərbaycan ərazisi cavan Alp-Himalay qarışıqlığı qurşağında yerləşir.Burada 5 tektonik zona ayrılır. Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında Ön Qafqaz əyilmə zonasının cənub-şərq qurtaracağında birinci tektonik zona və ona uyğun gələn Qusar maili düzənliyi və Samur – Dəvəçi ovalığı, ondan cənubda isə Böyük Qafqaz meqaantiklinoriomu yerləşir. Üçüncü tektonik zona Kür çökəkliyini əhatə edir. Kür sinklinoriumunda çökmə süxurlarının qalınlığı 10-15 km-ə çatır. Bu zonaya Qanıx-Əyriçay çökəkliyi, Ceyrançöl-Acınohur alçaqdağlığı, Gəncə-Qazax maili düzənliyi və Kür-Araz ovalığı daxildir. Dördüncü tektonik zonaya Kiçik Qafqaz qalxması və Talış dağları daxildir. Burada da bir sıra morfostrukturlar mövcuddur. (Dərələyəz və Zəngəzur dağları). Beşinci –Araz tektonik zonası –Arazboyu silsilələri və maili düzənlikləri əhatə edir. Tektonik sınma və pozulmalar boyu enmə və qalxma hərəkətləri baş verir. Bu hərəkətlər Azərbaycanın ayrı-ayrı ərazilərində özünü müxtəlif şəkildə özünü göstərir. Tektonik sınmalar və çatlar boyu, həmçinin termal sular, mineral bulaqlar səthə çıxır. Tektonik proseslərin daha güclü təzahür etdiyi sahələrdə zəlzələlər baş verir. Azərbaycan ərazisi fəal seysmik zonada yerləşir. Respublıkamız daxilində bir neçə seysmik qurşaq ayırılır. Kiçik Qafqazın şimal-qərb və mərkəz hissəsi, Kür-Araz ovalığı, Qobustan, Qusar maili düzənliyi, Talış dağları 7 ball qədər güclü olan zəlzələ zonasına, Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın Gəncə zonası, Naxçıvan M R ərazisi 8-9 ball qədər gücü olan zəlzələlər zonasına daxildir. Azərbaycan fəal seysmik zona və rayonlarında sənaye müəssisələri, yaşayış binaları, bəndlər, su anbarları tikilərkən, yollar və kanallar çəkilərkən zəlzələyə davamlılığı nəzərə alınır. Relyef formaları. Relyefin təsərrüfat əhəmiyyəti. Yer qabığının ən iri relyef formaları materik çıxıntıları və okean çökəklikləridir. İkinci qrup relyef formaları quru və okean dibindəki dağlar və düzənliklərdir. Tektonik qalxma sahələrində - Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan vı Talış dağlarında denudasiya, əyilmə sahələrində yerləşən Kür-Araz və Samur –Dəvəçi, Lənkəran ovalıqlarında isə akkumlasiya prosesləri üstünlük təşkil edir. 
Aşınma proseslərinə azdavamlı süxurlardan təşkil olunmuş çox yüksək və dikyamaclı Böyük Qafqaz dağlarında denudasiya prosesi intensiv olur. Gillərin və qumdaşların yayıldığı Ceyrançöl – Acınohur alçaqdağlıq zonalarında, Abşeron-Qobustanda, Naxçıvanda arid-denudasion relyef formaları (quru dərələr, yarğanlar, bəndləndlər və s.) əmələ gəlir. Dağlıq ərazilər kəskin parçalanmış və burada dik yamaclar, qayalıqlar, süxur səpintilərindən ibarət konusvari relyef formaları, yüksək dağlıq rayonlarda (xüsusilə Böyük Qafqazda) buzlaq relyef formaları-troq dərələri, karlar, morenlər, sirklər əmələ gəlmişdir. Relyefin əsas erozion formalarından olan çay dərələri dağların hündürlüyündən, iqlim şəraitindən, süxurların tərkibindən asılı olaraq bir-birindən fərqlənir. Adətən, qalın əhəngdaşı qatların kəsib keçən çaylar kanyonvarı dərələr yaradır. Respublikamızın dağlıq ərazilərində sürüşmələr çox yayılmışdır. Sürüşmələrin yaranması süxurların tərkibindən, yatım formalarından asılıdır. Respublikanın bütün düzənlikləri akkummuyativ rülyef formalarına malikdir. Dağətəyi düzənliklərdə, xüsusilə Qanıx-Əyriçay çökəkliyində, Gəncə-Qazax və Qarabağ maili düzənliyində çayların yaratdığı yelpikvari gətirmə konusları, Kür-Araz ovalığında allüvial düzənliklər, Lənkəran, Samur-Dəvəçi ovalıqlarında Kür-Araz ovalığının Xəzərsahili ərazilərində dəniz dalğalarının fəaliyyəti nəticəsində abrazion düzənliklər yaranmışdır. Təsərrüfatın ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün respublikamızın müasir relyefinin yararlılıq dərəcəsi eyni deyildir. Dünyanın başqa dağlıq rayonlarında suvarma və dəmyə əkinçiliyi, bağçılıq, üzümçülük, qış otlaqları əsas yer tutur. əsas sənaye mərkəzləri, iri şəhərlər, nəqliyyat magistralları da burada yerləşir. Düzən rayonlarında insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar antropogen relyef adlandırılan süni relyef formaları – kanallar, kollektorlar, su anbarları, bəndlər, yollar və s. yaradılmışdır. Alçaq və ortadağlıq zonalarda 1500 m yüksəkliyə qədər dəmyə əkinçiliyi, taxıl zəmiləri, kartof əkinləri, maldarlıq təsərrüfatları əsas yer tutur. Mütləq yüksəkliyi 1500-2000 m və daha artıq olan ərazilər otlaq, biçənək kimi istifadə olunur. Respublika ərazisinin cəmi 7,5%-ni təşkil edən və 2000 m-dən yüksəkdə yerləşən sahələrin mürəkkəb relyefi, sərt iqlim şəraiti, yamacların dikliyi, sıldırım qayalar, dərin dərələr təbii sərvətlərin mənimsənilməsi və nəqliyyat işini çətinləşdirilir. Bu sahələrdən otlaq və biçənək kimi istifadə olunur. Relyefin yüksəkliyi ilə yanaşı, yamacların meyilliyi və səmti də ərazinin istifadə edilməsinə böyük təsir göstərir.Respublikamızda suvarma və dəmyə əkinçiliyində əsasən meyilliyi 2-3°, bəzən isə 10°-yə qədər olan sahələrdən istifadə edilir. Meyilliyi 15-25°-yə qədər olan sahələrdən biçənək kimi istifadə olunur. Belə yerlərdə əkin sahələri talalar şəklindədir. Kiçik Qafqaz dağlarında əsasən maqmatik, metamorfik, qismən çökmə süxurlar,Böyük Qafqaz dağlarında isə çökmə süxurlar geniş yayılmışdır. Dəniz və kontinental şəraitində əmələ gəlmiş çökmə süxurlar (əhəngdaşılar,gillər,qumdaşılar və s.) əsasən düzənliklərdə və dağətəyi ərazilərdə geniş yer tutur. Respublikamızın ərazisində Kembriyəqədərki dövrdən müasir dövrə qədər müxtəlif yaşlı və tərkibli çöküntülər yayılmışdır. Azərbaycan ərazisində kristallik şistlərdən ibarət olan ən qədim süxurlar Naxçıvan MR-nın Dərələyəz silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunda Əsrikçayın yuxarı axınında üzə çıxır. Mezozoy erasının gilli şistləri,qumdaşıları,əhəngdaşıları Böyük və Kiçik Qafqaz dağlarının yüksək və alçaqdağlıq hissələrində geniş sahə tutur.Dağlıq ərazilərdə Yura və Tabaşir süxurlar daha geniş yayılmışdır. Kür-Araz ovalığı və onu əhatə edən alçaqdağlıq ərazilərdə,Qusar maili düzənliyində, Lənkəran ovalığında Kaynozoy erasının (Paleogen, Neogen və Dördüncü dövr) süxurları yayılmışdır. Bu süxurlar qumdaşılardan, gillərdən, əhəngdaşılardan, allüvial və prolüvial çöküntülərdən ibarətdir. Onlar düzənliklərdə qalın örtük əmələ gətirir. Kaynozoy erasında Kür-Araz ovalığında əksər hissəsi dəniz suları altında idi. Çayların dağlardan yuyub gətidiyi qırıntı çöküntü burada toplanırdı. Ona görə də Kür-Araz ovalığı, demək olar ki, başdan-başa Dördüncü dövr çöküntüləri ilə örtülmüşdür. Xəzər dənizinin sahillərindəki qum tirələri, balıqqulağılı çöküntülər, çay yataqlarındakı çaydaşılar, qumlar, dördüncü dövrün son mərhələsində yaranmış müasir çöküntülərdir.Dördüncü dövr çöküntüləri, həmçinin dağ buzlaqlarının ətəklərində də toplanmışdır. Dördüncü dövrdə vulkanların püskürməsindən əmələ gəlmiş vulkan külləri və lavalr Qarabağ vulkan yaylasında geniş yayılmışdır. Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya vulkanları burada yerləşir. Püskürmədən sonra lavalar soyuyaraq çatlamış, iri daş parçalarından ibarət çınqıllıqlardan yaratmışdır. Pəriçınqılı, Ayıçınqılı, Qırmızıdağ buna misal ola bilər. Azərbaycan Respublikası ərazisində 250-dən artıq palçıq vulkanı vardır. Palçıq vulkanlarının sayına və böyüklüyünə görə respublıkamızın ərazisi dünyada birinci yeri tutur. Palçıq vulkanları Qobustan, Cənub-Şərqi Şirvan və Abşeron yarmadasında daha çoxdur. Onlardan ən böyükləri Torağay, Bozdağ, Axtarma-Paşalı, Qalmaz, Keyrəki, Otmanbozdağ və s. vulkanlarıdır. Respublıkamızda ən böyük palçıq vulkanı Qobustanın cənubundakı Torağay (400 m) vulkanıdır. Palçıq vulkanları Xəzər dənizinin Abşeron sahillərində də çoxdur.

Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstanrespublikası və Rusiyanın Dağıstan MR ilə sərhəddəkiTinov-Rosso (3385 m)zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzüzirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir.Böyük Qafqaz Xəzər və Qara dəniz arasında yerləşən dağ sistemidir. Alp-
Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir.Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü - 4466 m, Tufandağ - 4191 m, Bazaryurd - 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsiDübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Baş Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycandakı hissəsi Şahdağdan(4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Baş Qafqaz silsiləsindən başlayan çayların (Qusarçay,Qudyalçay və.s) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə - platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000-1100 m, cənub-şərqdə 150-200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd,Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır.
Baş Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə enir. Gürcüstan ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi(hündürlüyü 2100 m-dək) uzanır.

Abşeron yarımadası həm tektonik, həm də geomorfoloji baxımdan Qafqazın Cənub-Qərb hissəsinin davamı sayılır. Mütəxəssislər Abşeron yarımadasının relyefini öyrənərkən burada 4 alt zonanı qeyd edirlər: qayalı-kəsikli təpəliklərə malik dağlıq ərazi olan şimal-qərb zonası; maili yüksəkliklərə malik, qumlu-gilli, nisbə¬tən qədim Məhsuldar qatlı şimal zonası; çevrilmiş relyefə malik cənub zonası və tə¬pəli düzənlik sahəyə malik şərq zonası.
Qovundağ (328m)


Dəvəboynudağı (271m)
islamdağ (316m)
Qaraİslam dağı (312m)
Bütün Abşeron geoloji baxımdan çox yaxın dövrlərdə qədim dənizin çəkilməsindən yarandığından onun dağları hamar və maili zirvəli yüksəkliklərdir.

Hər iki dağ Abşeron yarımadasının şimal-qərb hüdudlarında, Sumqayıtçayın sol sahilində, Pirəkəşkül kəndinin qərb qurtaracağında yerləşir. Məşhur «Pirə-kəşkül Faunası» və onun şedevri olan dişli balinanın daşlaşmış qalıqları bu dağ sisteminin ətəklərindən tapılmışdır.

Aşağıdakı şəkildə İslamdağ silsiləsinin Qoturdağın ətəklərindən görünən mənzərəsi verilmişdir.
 Aşağıda qurumaqda olan Sumqayıtçayın yulğunluqdan ibarət sahilləri görünür. Burada həddən artıq çöl-göyərçinləri məskən salmışdır.
Qasımlı dağ (331m)
Bu dağ yarımadanın Şərq hissəsində yerləir.
İlxıdağı (336m)

Yarımadanın şimal-qərb hissəsində yerləşir.İlxıdağ çox zəngin bioloji müxtəliflyə malikdir.Silsilənin səthi boyu tikanlı kəvər formasiyalarına,yovşanlıqlara, gəvən, ixtiyari kimi bitkilərə rast gəlinir.
AğBurun Dağı
Qoturlu dağ 

Qoturlu dağ (b)


Mənbə: "Bioloji müxtəliflik. Abşeron Yarımadasının təbiət abidələri"
              Yusifov E., İsayeva N., Əsgərov F.

Azərbaycanda buzlaqlar və çoxillik qar talaları, əsasən Böyük Qafqaz dağlarının ən uca zirvələrində mövcud olmaqla, çox kiçik sahə tutur. Bunun əsas səbəbi Şərqi Qafqazda, xüsusilə Böyük Qafqaz dağ sisteminin Azərbaycan
ərazisinə daxil olan cənub-şərq hissəsində qar xəttinin çox yüksəkdə (3900 m) yerləşməsidir. Böyük Qafqazın Qara dəniz silsilələrində isə (Abxaziyada) qar xətti cəmi 2800 m yüksəkdə yerləşir. Buna görə bu dağlıq ərazinin qərb və
mərkəz hissələrində buzlaqlar və çoxillik qar daha çox sahə tutur. B. Budaqovun mə’lumatına görə Cənub-Şərqi Qafqazda buzlaqların sahəsi cəmi 6,6 km2-a qədərdir. XX əsrin əvvəllərində bu bölgədə buzlaqların sahəsi 10 km2-ə çatırdı.

Sonrakı onilliklərdə buzlaqların sahəsi 3,4 km2 kiçilmişdir. Buzlaqların əriyərək geri çəkilməsi və ixtisar olması bütün Qafqaz dağlarında baş verən hadisədir.
Bir qrup alim bunu XX əsrdə, xüsusilə onun ikinci yarısında iqlimin antropogen tə’sir altında istiləşməsi ilə izah edir.

Cənub-Şərqi Qafqaz buzlaqlarının 3,62 km2 Bazardüzü zirvəsində, xüsusiləNonun şimal yamacında 1,0 km2-i Bazaryurd zirvəsində, 0,51 km2-i Tufan zirvəsində, 1.08 km2-i isə Şahdağ massivində yerləşir. Buzlaqların əsas hissəsi (5,64 km2) Qusarçay, 1,01 km2 isə Qudyalçay hövzəsindodir.

Qusarçay hövzəsinin 0,81%-ni, Qudyalçayın hövzəsinin isə 0,13%-ni buzlaqlar təşkil edir. Bu rəqəmlərin çox kiçik olmasına baxmayaraq, buzlaqlar və qarlar həmin çayların qidalanmasında əhəmiyyətli yer tutmaqla, onların su rejiminə böyük tə’sir göstərir.
Kiçik Qafqazda yalnız Zəngəzur silsiləsinin Qapıçıq zirvəsində kiçik (0,15 km2) buzlaqlar var. Bu buzlaqlar əsasən Oxçuçay hövzəsində, olduğca cüz’i bir hissəsi isə Gilançay hövzəsində yerləşir. S. Rüstəmovun, R. Qaşqayın mə’lumatına görə Azərbaycanın 3900 m-dən hündürdə yerləşən uca zirvələrindəki qarlıqlann (qar talalarının ümumi sahəsi 20 knr-ə qədərdir. Bunun əksər hissəsi Böyük Qafqazın uca zirvələrindədir.

Azərhaycanın dağlıq vilayətlərində karst prosesi az-çox inkişaf etsə də, tipik karst landşaftı ç0x kiçik sahələrdə (yalnız karhonat süxurların yayıldığı ərazilərdə) yayılmışdır. Karst Böyük Qafqazda Yan silsilənin karbonat süxurlar zonasmda, cənub yamacda isə yura və tabaşir əhəngdaşı laylarının səthə çıxdığı yeri ərdə inkişaf etmişdir. Kiçik Qafqazda karst prosesi, əsasən Şınıx-Dəstəfur sinklinoriumunda yura və tabaşir yaşlı əhəngdaşı qatlarının, Ağcakənd sfnklinoriumunda gips qatlarının, Qarabağ silsiləsində qalın karbonat süxurların səthə çıxdığı, yaxud az dərinlikdə yatdığı sahə və zonalarda fəaliyyət göstərir.
Naxçıvan -da karstlaşan süxurlara Dərələyəz silsiləsində və ondan qərbdə yayılmış mezozoy və paleozoy karbonat süxurları aiddir.
Sadalananlar göstərir ki, karst prosesi Azərbaycanın bütün dağlıq vilayətlərində relyef əmələ gəlmədə özünü bu və yaxud başqa dərəcədə göstərir.
Lakin Azerbaycan ərazisində dünyanın, hətta Qafqazın başqa karst vilayətlərində
olduğu kimi tipik karst morfologiyasına və karst landşaftına rast gəlmək mümkün deyil.
İndiyə qədər Azərbaycanda apanlmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, respublikamızda ən böyük mağara Füzuli rayonu erazisində yerləşən Azıx  mağarasıdır .(uzunluğu 120 m, ayrı-ayrı salonların hündürlüyü 5-10 m-ə, eni-uzunu isə 20-30 m-ə qədərdir). Bu, əlbəttə həcminə vo törəmə formalarla zənginliyinə görə Qərbi Qafqazda olan mağaralarla müqaisə edilə bilməz. Lakin professor M.Hüseynovun tədqiqatları göstərir ki, tarixi əhəmiyyətinə görə bu mağaranın dünyada tayı yoxdur. Arxeoloji tədqiqatlarla müəyyən edilmişdir ki, ilk insan Azıx mağarasında çox qədimlərdən məskun olmuş və bir milyon il bu mağaradan, demək olar ki, fasiləsiz bir yaşayış məskəni (sığıncaq) kimi istifadə etmişdir.
Karstlaşan süxurların yayıldığı ərazilərdə bir çox kiçik mağara, şaxta, quyu və başqa formalar yayılmışdır. Həmin sahələrdə karstın tipilc səth (yerüstü) formaları da (karr çölləri, qıflar və s.) zəif inkişaf* etmişdir. Ayn-ayn karst sahələri çox böyük olmasalar da, özlərinə məxsus hidroloji və hidroqrafık xüsusiyyətlərə malikdir. Karstlaşan süxurlardan ibarət massiv və yaylalarda yağış və qar suları, əsasən yeraltına süzülür. Adətən, karst massivləri bol yeraltı sulan, gur bulaqları
ilə seçilir. Ağdam şəhəri yaxınlığında vokluz tipli Şahbulaq bütün Kiçik Qafqazətəyi monoklinal zonada ən tipilc gur sulu karst bulağıdır.
Azərbaycanda tipik (karbonat süxurlarda yayılmış) karstla yanaşı, “klastokarst“ və “gil karstı“ da inlcişaf“ etmişdir.
 Klastokarst, əsasən Qarabağ vulkan yaylasında inlcişaf“ etmişdir. Laçın və Kəlbəcər rayonları ərazilərində yayılmış tuf-lava qatlarında tipilc karst prosesi ilə əlaqəsi olmayan, lakin morfologiyasına görə karst boşluqlanm çox xatırladan relyef“ formaları geniş yayılmışdfır. Bu formaların Azərbaycanda daha çox inlcişaf etdiyi sahələr Zabuxçaym sağ sahili (Sadınlar, Hacılar, Əhmədli, Minkənd kəndləri ərazisi) və Kəlbəcər şəhərindən yuxan Tərtərçayın sol sahilidir. Burada lava qatlarında, tuf, tufbrekçilərdə, xüsusilə lava və tuf laylan təmasında böyük kamizlərə, mağaralara, qıflara, şaxtalara rast gəlmək mümkündür.
Qarabağ vulkan yaylası yeraltı suların yayılmasına və ehtiyatına, çaylarda axımın tənzimlənməsinə və s. xüsusiyyətlərinə görə tipilc karst vilayətlərindən o qədər də fərqlənmir. Burada yeraltı çaylar, gursulu bulaqlar karst hidroqrafiyasmın xarakter elementləridir.
Mənbə: Azərbaycanın Fiziki Coğrafiyası
                                       M.A.Müseyibov

Respublikamızın ərazisində zirvələri qar və buzlaqlarla örtülü uca dağlar, yaylalar, dağarası çökəklilklər, geniş düzənliklər, ovalıqlar bir-birini əvəz edir. Göstərilən səth formalarının hamısı relyef adlanır. Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlifdir. Burada düzənliklər və dağlar üstünlük təşkil edir. 
Azərbaycan dağlıq ölkə hesab edilsə də, ərazisinin yarıya qədəri düzənliklərdən ibarətdir. Respublikamızın əsas geomorfoloji vahidləri Böyük Qafqaz, Kiçik Qafqaz  dağları, Talış dağları, Kür-Araz ovalığı, Arazyanı düzənliklərdən və silsilələrdən ibarətdir. 
Respublikamızın ərazisinin orta yüksəkliyi 657 m-dir. Xəzərsahili ovalıq okean səviyyəsindən 27 m-ə qədər aşağıda olduğu halda, Bazardüzü zirvəsinin yüksəkliyi 4466 m-ə çatır. Deməli, respublikamızın ərazisində yüksəkliyi fərqi 4500-ə yaxındır. 
Respublıka ərazisinin 73%-i yüksəkliyi 1000-ə qədər, 27%-i isə 1000 m-dən artıq olan sahələrdir. Ovalıqlar, yəni yüksəkliyi 200 m-ə qədər olan sahələr ərazinin 40%-ni tutur. Ovalıqların ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir. 
Böyük  Qafqaz  dağlarında əsas yeri Baş Qafqaz silsiləsi tutur. Həmin silsilənin Babadağ (3632 m) zirvəsinə qədər olan hissəsi kəskin parçalanmış dik yamaclarla, qədim buzlaqların yaratdığı təknəvari dərələrlə səciyyələnir. Babadağdan şərqə doğru silsilə tədricən alçalır, yamaclar hamarlanır. 
Suayrıcı silsilə paralel bir neçə dağ silsiləsi uzanır. Onlardan ən mühümləri şimalda Yan silsilə, cənubda isə Qovdağ və Niyaldağdır. Yan silsilənin ən uca zirvəsi Şahdağdır. 
Böyük Qafqazın şimal-şərq yamacında Qusar maili düzənliyi, Samur-Dəvəçi ovalığı, cənub-şərqində isə kəskin parçalanmış Qobustan alçaqdağlığı yerləşir. 
Baş Qafqaz silsiləsinin cənub ətəkləri boyunca mütləq yüksəkliyi 200-700 m olan Qanıx-Əyriçay dağarası çökəkliyi uzanır. Bu çökəkliyi Kür-Araz ovalığından mütləq yüksəkliyi 600-1000 m-ə çatan Acınohur alçaqdağlığı ayırır. 
Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən az parçalanmışdır. Azərbaycan daxilində Kiçik Qafqaz dağlarının ən mühüm silsilələri Şahdağ, Murovdağ, Göyçə, Qarabağ dağları və Qarabağ vulkan yaylasıdır. 
Şahdağ silsiləsi (Qaraarxac -3062 m) Azərbaycanla Ermənistan sərhədi boyunca uzanaraq, Göyçə gölü hövzəsi ilə Kür hövzəsi arasında suayrıcı təşkil edir. Şagdağdan şərqə doğru Murovdağ silsiləsi uzanır. Onun ən uca zirvələri Gamışdağ (93724 m) və Hinaldağdır (3367 m). Murovdağın şimal yamaclarında füsunkar gözəlliyi  ilə fərqlənən Kəpəz (3066 m) və Qoşqar (3361 m) dağları ucalır. Kiçik Qafqazı şimaldan Gəncə-Qazax maili düzənliyi əhatə edir. 
Murovdağdan cənub-şərqə doğru uzanan Qarabağ silsiləsi Araz çayına qədər davam edir. Onun mütləq yüksəkliyi Böyük Kirs dağında 2725 m -ə çatır. 
Naxçıvan Muxtar Respublıkasının Ermənistanla sərhədi boyu qövsvari şəkildə Dərələyəz və Zəngəzur silsilələri uzanır. Bu silsilələrin ən uca zirvələri Qapıcıq (3906 m) və Küküdağdır (3420 m). 
Talış dağları respublikamızın cənub-şərq qurtaracağında yerləşir. Bu dağ sistemi cənub-şərq istiqamətində uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Ən uca zirvələri Kömürköy (2493 m) və Qızyurdudur (2433 m). 
Kür-Araz ovalığı Böyük və Kiçik Qafqaz dağları arasında yerləşir. Ovalıq ərazisinin 40%-ə qədəri okean səviyyəsindən aşağıda yerləşir. 
Kür çayının sağ sahılı boyunca Gəncə-Qazax, Qarabağ, Mil düzləri, sol sahili boyunca Şirvan, Cənub-Şərqi Şirvan düzləri, Araz və Kür çaylarının sağ sahillərində Muğan düzü, Kür çayı ilə onun qolu Ağuşa arasında isə Salyan düzü yerləşir. 

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget