
1921-ci ildə Millətlər Liqası Aland adalarının Finlandiyanın neytral və hərbsizləşdirilmiş ərazisi olması barədə qərar çıxarır. 1921-ci ilin iyununda verilmiş qərarla Finlandiyanın üzərinə adalarda yaşayan əhalinin İsveç dilini, adət və ənənələrini saxlamaq, İsveç mədəniyyətinin inkişafına təminat verməsi barədə öhdəlik qoyulur.
İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə görə, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı İsveç əhalisinin təhlükəsizliyinə və onunla maneəsiz əlaqə yaratmağa təminat alır.
1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament - laqtinq adaların daxili işləri və

Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. Qubernatorun səlahiyyəti Aland Adaları Nümayəndələr Şurasına (Şura paritet əsaslarla formalaşır) başçılıq etməkdən, laqtinqin sessiyalarını açıb bağlamaqdan ibarətdir.
İqtisadiyyat sahəsində münasibətlər belə qurulur: Finlandiya hökuməti vergiləri, gömrük rüsumlarını və başqa ödəncləri bütün ölkədə tətbiq edilən qaydalarla yığır. Arxipelaqın xərcləri dövlət büdcəsindən ödənir. Dövlət öz borcunu çıxandan sonra gəlirlərin bir hissəsini arxipelaq üçün ayırır. Qalan məbləği laqtinq büdcə maddələri üzrə bölüşdürür.
Finlandiya priezidentinin laqtinqin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Prezident ona göndərilmiş qanunlara yalnız iki halda - adaların parlamenti öz səlahiyyət həddini aşanda və ya qəbul edilmiş qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyi üçün qorxu yaradanda veto qoya bilər.
Adalarda yaşamaq hüququ həm də vətəndaşlıq hüququ sayılır. Adalarda doğulan və valideynlərindən biri Aland vətəndaşı olan uşaq bu hüquqa malikdir. Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Aland vətəndaşlığı arxipelaqa köçüb orada 5 il yaşayan və İsveç dilini bilən hər bir Finlandiya vətəndaşına verilir.
Daşınmaz əmlaka malik olmaq hüququna qoyulan məhdudiyyətlər torpaq sahələrini alandlıların mülkiyyəti kimi möhkəmlətmək arzusu ilə izah olunur. Alanddan kənarda 5 il yaşamış ada sakini vətəndaşlığını itirir. Aland vətəndaşı Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular qoymaq olmaz.
Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər şurasının işində Aland hökuməti də iştirak edir.
Xarici siyasət Finlandiya hökumətinin və parlamentinin səlahiyyətinə daxildir. Lakin Finlandiya Alandın daxili işlərinə təsir göstərə biləcək beynəlxalq müqavilə imzalayanda bu müqavilənin qüvvəyə minməsini laqtinqlə razılaşdırmalıdır.
İqtisadiyyatı.
Adanın əsas dolanışıq mənbəyi gəmiçilikdir. Ticarət malları daşınarag gəlir əldə edilir. Adada bir başqa əhəmiyyətli dolanışıq mənbəyi isə ferma təsərrüfatı və balıkçıktır. Bir neçə mühüm irəli texnologiya fabriklər qurulmuş olsa da, müəssisələrin hamısı 10 - 15 nəfərdən az fəhlə işləyən kiçik müəssisələrdir. İşsizlik 1,8%-dir və bu kiçik bir rəqəmdir.
Coğrafiyası.
Aland adları Baltik dənizində, Botnik körfəzinin girişində yerləşən arxepelaaqdır.Şərqdən Fillandiya, qərbdən isə İsveçlə qonşudur.
Arxipelaq şimaldan cənuba doğru 130 km uzanır.Ərazisi 1552 km2, əhalisi isə 28501 nəfərdir.(2012-ci ilin məlumatına görə).
Arxipelaqın ən böyük adasının sahəsi 685 km2 olan Aland adasıdır.
Paytaxt Mariehamn şəhəridir.
Ən yüksək nöqtəsi 129 m-dir.
İqlimi.
Özünəməxsus mülayim və sərin iqlimə malikdir.Şimal ölkələri arasında ən günəşli böıgədir.Orta illik yanvar ayının temperaturu -4, iyul ayı üçün isə +15 C0 -dir. Ortaİllik yağıntı 550mm
Mənbə: az.wikipedia.org




Yorum Gönder