Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur.
Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir.
Qədim yunan alimi Klavdi Ptolemey elə hesab edirdi ki, Yer Kainatın mərkəzidir, Günəş, Ay, planetlər və ulduzlar onun başına dolanır. Əsrlər boyu insanlar Ptolemeyin təlimini yeganə düzgün təlim hesab etmişlər. Bu təlim keşişlərin və rahiblərin dünyanın yaranması haqqında dini təsəvvürlərinə uyğun gəldiyi üçün kilsə başqa cür düşünənlərə amansız divan tuturdu.
Polyak alimi Kopernik sübut etdi ki, Günəş sisteminin bütün planetləri, eləcə də Yer Günəşin ətrafında fırlanır. O öz kəşfi haqqında kitab yazdı, amma kilsədən qorxduğu üçün kitabını çox gec, 70 yaşı olandan sonra ortaya çıxardı. Kopernikin tərəfdarı olan italyan alimi Cordano Bruno da bildirdi ki, Günəş Yerin ətrafında deyil, Yer Günəşin ətrafında fırlanır. Buna görə cəsur və üsyankar alimi 1600-cü ildə Romada kitabları ilə birlikdə tonqalda yandırdılar.
Böyük fizik Qalileo Qaliley astronomiya ilə məşğul olmağa başlayanda vəziyyət belə idi. Qaliley kiçik görünən məsələlərdən böyük nəticələr çıxarmağı bacaran qəribə adam idi. O, saat kəfkirinin necə yelləndiyini, üfüqi və maili müstəvi üzərində kürəciyin necə diyirləndiyini müşahidə edərək hər cür hərəkəti, o cümlədən səma cisimlərinin hərəkətini idarə edən mühüm qanunlar kəşf etmişdi.
1608-ci ildə teleskopun hollandiyalılar (Z.Yansen, Y.Metsius və Q.Lippersqey) tərəfindən ixtira olunması xəbəri hər tərəfə böyük sürətlə yayıldı. Bu xəbəri eşidən Qaliley 1609-cu ildə müstəqil olaraq öz teleskopunu hazırlamışdır. Onun ilk teleskopu 3 dəfə böyüdürdü. Tezliklə o, bu böyütməni 32 dəfəyə çatdırmışdır.
Qaliley fikirləşirdi ki, ruhanilərdən gizlin olaraq, gecə öz borusunu səmaya yönəltsə necə olar? Bu olduqca qorxulu və cəsarətli addım idi. Çünki, ruhanilər təlqin edirdilər ki, adamlar «allahın işlərinə» nəzər yetirməməlidirlər.
Qaliley ilk dəfə öz astronomik borusunu 1610-cu ilin yanvar ayının 7-də gecə Aya tərəf
yönəldir. Ayda dağların, Kraterlərin olmasını görür. Ay səthinin mahiyyət etibarı ilə Yerə oxşar olması fikrini söyləyir. Bu isə din əleyhinə atılmış ən cəsarətli addım idi. Bundan sonra edilmiş başqa astronomik kəşflər elm xəzinəsinə daxil edilən qiymətli hədiyyələr olmaqla bərabər həm də Ptolomey sisteminə və onun doğruluğunu rəsmən təsdiq etmiş olan kilsəyə, məscidə, dinə, bütün mövhumata və xurafata endirilən ağır bir zərbədir.
Bundan başqa Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib, Veneranın fazalarını, Ağ yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirdi. Gündüz isə Qaliley hislə qaraldılmış şüşə vasitəsilə Günəşə baxaraq Günəşdə ləkələr olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin fırlandığını müəyyən etmişdir.
1633-cü ildə Qaliley Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilir. Məhkəmədə əsərlərinin yandırılması və tutduğu yoldan əl çəkmədikdə ölüm cəzası ilə hədələnərək "tövbə etməyə" məcbur edilmişdir. Lakin belə rəvayət var ki, Qaliley məhkəmə qurtardıqdan sonra "onsuzda o fırlanır" demişdir. /Burada O, yerin fırlanmasını nəzərdə tuturdu/. Məhkəmədən sonra yenə də qoca alim elmi yaradıcılıqdan əl çəkməmiş və öz ideyasını dəyişməmişdir. O, 1642-ci il yanvar ayının 8-də Florensiya yaxınlığında Arçetridə vəfat etmişdir.

Yorum Gönder