Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Bilirsinizmi kainatda neçə Planet və Qalaktika var ?

Kainatdaki qalaktika sayından bəhs edərkən alimlər adətən 300-500 milyard arası bir rəqəm deyirlər.Bu da yanlış bir şəkildə kainatda 300 ilə 500 milyard arası qalaktika olduğu düşüncəsini yaradır.

Bilirsinizmi kainatda neçə Planet və Qalaktika var ?
Kainatdaki qalaktika sayından bəhs edərkən alimlər adətən 300-500 milyard arası bir rəqəm deyirlər.Bu da yanlış bir şəkildə kainatda 300 ilə 500 milyard arası qalaktika olduğu düşüncəsini yaradır.Halbuki alimlər bu rəqəmi söyləyərkən,"Süd yolu" və "Andromeda" kimi nəhəng qalaktikaları nəzərdə tuturlar."Cırtdan qalaktika" adlanan və az kosmik cisimə malik olan qalaktikalar da nəzərə alınarsa,Kainatda 7-8 trilyon qədər qalaktikanın olduğu güman edilir.Son zamanlar ortaya atılan multikainat nəzəriyyəsi isə bu rəqəmi qat-qat artırır.Hələlik isə bu suala qəti cavab vermək mümkün deyil.
Planetlər mövzusunda isə daha şanssızıq.Çünki hələ də kainatın hər nöqtəsinə bələd deyilik.Bu səbəbdən dəqiq cavab vermək də çətindir.Təkcə bizim qalaktikamızda (Süd yolu və ya Samanyolu) 17 milyard Dünya ilə təxminən eyni ölçülü planet olduğu bilinir.Cırtdan qalaktikalar 10 milyon ilə 10 milyard arasında ulduz təşkil edirlər.Bu rəqəmi milyardlarla,hətta trilyonlarla qalaktika üçün nəzərə alsaq,ortaya oxuya bilməyəcəyimiz qədər böyük bir rəqəm çıxar.Xatırladaq ki,cırtdan qalaktikaların böyük qismi nəhəng qalaktikaların peyki hesab edilir.
Şəkildə 12 işıq ili uzaqlıqdaki cırtdan qalaktika NGC 4449 görülür.(Mənbə)
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget