Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Kosmos"

Yerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib?

Xeyr! Yer kürəsinin xüsusiyyətlərini araşdırdığımızda, üzərində yaşadığımız bu planetin tam lazımi böyüklükdə olduğunu görərik. Amerikalı geoloqlar Frank Pres (Frank Press) və Raymond Siver (Raymond Siever), Yer kürəsinin bu cəhətdən "uyğunluğu" haqqında bu məlumatları verirlər:

“Yer kürəsinin böyüklüyü tam lazımi həddədir. Əgər daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi öz ətrafında tutub saxlaya bilməyəcəkdi, daha böyük olsaydı isə, bu dəfə də cazibə qüvvəsi çox güclənəcək və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü hala gətirəcəkdi...”.(1)

Yerin kütləsi ilə yanaşı, daxili quruluşu da həyat üçün xüsusi quruluşa malikdir. Bu daxili quruluşdakı təbəqələr sayəsində, Yer müəyyən maqnit sahəsinə malikdir və bu maqnit sahəsi həyatın qorunub saxlanması üçün çox əhəmiyyətlidir. Pres (Press) və Siver (Siever) bu mövzunu belə açıqlayırlar:

“Yer kürəsinin nüvəsi isə, çox böyük həssaslıqla tarazlanmış və radioaktivlik vasitəsilə qidalanan istilik mühərrikidir... Əgər bu mühərrik daha yavaş işləsəydi, qitələr indiki strukturlarına sahib olmazdılar... Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə də, Yerin maqnit sahəsi heç vaxt əmələ gəlməzdi... Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və dolayısilə daha sürətli istilik mühərrikinə sahib olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq dərəcədə sıxlaşar və Yer səthi də demək olar ki, hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı”.(2)

Frank Pres (Frank Press) və Siverin (Siever) bəhs etdikləri maqnit sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnit sahə, yuxarıda bildirildiyi kimi, Yerin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvənin tərkibində dəmir və nikel kimi maqnit xüsusiyyətə malik ağır elementlər var. Daxili nüvə bərk, xarici nüvə isə, maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnit sahəsini əmələ gətirir. Atmosferdən xeyli kənaradək uzanan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunar. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də, Yer kürəsinin on minlərlə kilometr uzaqlıqda maqnit halqalar meydana gətirən Van Allen radiasiya qurşaqları, Yer kürəsini bu öldürücü enerjidən qoruyur.

Bəhs olunan plazma buludlarının, bəzi hallarda Xirosimaya atılan kimi 100 milyard atom bombasına bərabər olduğu hesablanmışdır. Eynilə kosmik şüalar da çox şiddətli ola bilərlər. Lakin Yerin maqnit sahəsi, bütün bu öldürücü şüaların yalnız 0,1%-nin keçməsinə imkan verir və qalan 0.001%-lik şüalar da atmosfer tərəfindən udulur. Bu maqnit sahəsini yaratmaq üçün, istifadə edilən elektrik enerjisi bir milyard amperlik cərəyan şiddətidir ki, bu da, insanların bütün tarix boyu istehsal etdiyi ümumi elektrik enerjisinə yaxındır.

Əgər Yer kürəsinin bu maqnit qalxanı olmasa, Yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də, heç vaxt mövcud olmayacaqdı. Lakin Pres (Press) və Siverin (Siever) ifadə etdiyi kimi, Yer kürəsinin nüvəsi tam lazımi vəziyyətdə olduğu üçün, Yer bu şəkildə qorunur.

Digər bir sözlə, səmada, Qurandakı; "göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər" (Ənbiya surəsi, 32) ayəsiylə bildirildiyi kimi, həyatın davam edə bilməsi üçün, qurulmuş özünəməxsus qoruyucu qalxan var.

1
“Ümumdünya kosmos həftəsi” çərçivəsində “Tusi-Bohm” Planetariumunda məktəblilər arasında maarifləndirmə aksiyası keçirilib.
“Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsi çərçivəsində  təşkil edilən tədbirdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdləri interaktiv şou izləyib, gənc alimlərin mühazirələrini dinləyib və həvəskar astronomların çəkdiyi fotolardan ibarət  sərgi ilə tanış olublar.
BMT tərəfindən hər il bütün dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi” çərçivəsində keçirilən tədbir Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, “Tusi-Bohm” Planetariumunun birgə əməkdaşlığı ilə reallaşdırılıb.
Layihəyə uyğun olaraq  3 ay ərzində 3500 məktəblinin “Tusi-Bohm” Planetariumda təlim keçməsi nəzərdə tutulub.
http://edu.gov.az/

,
NASA alimləri Science jurnalında cırtdan planet Plutonun New Horizonsun yardımı ilə tədqiqatının nəticələrinin ilk elmi məlumatlarını dərc ediblər, gazeta.ru məlumat yayıb.
Pluton planet kimi geri qayıdır

İxtiralardan biri nazik atmosfer olub, bu atmosfer özünü günəş şüalarının tollinlərin, orqanik maddələrin üzərində yayılması ilə büruzə verir.

Alimlər ehtimal edirlər ki, ölçülərinə və Günəşdən uzaq olmasına baxmayaraq Pluton aktivləşə və vulkanik fəaliyyət göstərə bilər. Buna Peykin Düzəngahıda (Sputnik Planum) işarə edir - yüz kilometrlərcə buzlaşmış düzəngah. Bu hansısa proseslərin əmələ gələn kraterlərin səthini yeniləməsi deməkdir. Plutonun səthində əmələ gələn qırmızı ləkə - ürək adlanan ləkənin səthinin sol və sağ hissələrinin tərkibi də maraqlı tapmacalardandır.

Pluton 2006-cı ildə Koyper kəmərində analoji, məsələn, Erida planeti kimi obyektlərin olması aşkarlandığı zaman planetlər siyahısından çıxarılmışdı. Plutonun ölçülərinin yenidən nəzərdən keçirilməsi onun Eridadan böyük olmasını göstərdi, bu isə ona planet statusunu qaytarmağa səbəb ola bilər.

Daha öncə bir sıra alim Plutona planet statusunu qaytarmaq üçün imza toplamağa başlamışdı.
www.oxu.az

Bürc kəlməsi ərəb dilində “gözəl görünmək, diqqəti cəlb etmək, açıq-aşkar görülmək, baxıldıqda ilk diqqət çəkən şey” mənalarına gəlir. 
Qədim dövrlərdə astranomiyada bir-biri ilə əlaqəli görünən ulduz topalarına müəyyən adlar verilir, ulduzların müşahidə və öyrənilməsinin əlverişliliyi üçün ulduzlu göy bürclərə bölünürdü. 1922-ci ildən başlayaraq Beynəlxalq Astronomiya İttifaqı göy qübbəsində 88 bürc olduğunu müəyyənləşdirib. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46 ədədi isə cənub yarımkürəsində görünür.

Ümumilikdə göydəki 88 bürcün ən məşhurları Kiçik və Böyük Ayı bürcləridir.
Böyük Ayı bürcü Adətən göyün şimal yarımkürəsində axşamçağı görünür. Quyruq hissəsi qulplu abgərdəni xatırladır. Elə bu asterizmə görə də çox asanlıqla ayırd edilir.
Böyük Ayı bürcü Yerdən görünən ən parlaq bürclərdən biridir. Görünüşünə görə müxtəlif xalqlar tərəfindən müxtəlif adlarla adlandırılırdı: abgərdən, oraq, araba, yeddi müdrik və s.
Yeddi parlaq ulduzdan ibarət Böyük Ayı bürcünü tapmaq o qədər də çətin deyil. Lakin bu bürc yeddi ulduzla bitmir, ona daxil olan digər ulduzlar az parlaq olduğundan adi gözlə görünmür. Bürcün ən parlaq ulduzu ərəb dilində “atlı” mənasını verən Mitsardır. Onun yaxınlığında kiçik Alkor (at) ulduzunu görmək olar.
Böyük Ayı bürcünün yaxınlığında Kiçik Ayı bürcü yerləşir. Bu bürcdəki ən məşhur və parlaq ulduz Qütb ulduzu sayılır. Qütb ulduzu səmada yerini dəyişmir, hər zaman şimalı göstərir və bu səbəbdən astronomik xəritələr tərtib edilərkən səmt kimi ondan istifadə olunur.

Şimal səmasının ən gözəl bürclərindən biri Orion bürcüdür. Aralarında daha məşhur olan Betelqeyze və Rigel kimi digər parlaq ulduzları yalnız qış fəslində görmək olar. Orion bürcünü üç ulduzlu düzümünə görə tanımaq olar.

Oriondan yuxarıda Oğlaq bürcü qərar tutub. Onun ulduzları sırasına narıncı-qırmızı Aldebaran ulduzu, həmçinin Yeddi bacı adlanan Pleyadanın ulduz topası daxildir. Adi gözlə bu ulduz toplusuna daxil olan yeddi ulduzu, durbin vasitəsi ilə isə daha çoxunu görmək mümkündür.


Doğru bilinən yanlışlar
Adi gözlə müşahidə edildikdə bəzi ulduzların bir-biri ilə əlaqəsi varmış kimi görünür. Müasir teleskopların inkişafı və astronomiya sahəsindəki elmi kəşflər bir-biri ilə əlaqəli kimi görünən və həndəsi şəkillər əmələ gətirən ulduz quruplarının əslində bir-birindən ağlasığmaz ölçüdə çox uzaq olduğunu sübut etmişdir. Məsələn, dolça bürcünün ən parlaq iki ulduzu 1359 və 2174 işıq ili uzaqlıq, əqrəb bürcündə bir-birinə çox yaxın görünən Alfa və Siqma ulduzları arasında minimum 1277 işıq ili məsafə var. Elm və texnologiya inkişaf elədikcə ulduzlar daha yaxından öyrənilmiş bir çox təsəvvürlərin doğru olmadığı ortaya çıxmışdır.
Bürclərin adlandırılması
Bürclərin adlandırılması səmadakı ulduzların insanlar tərəfindən xəyali xətlərlə birləşdirilməsindən ortaya çıxıb. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. Bürc olaraq adlandırılan ulduz topalarına ayrı-ayrılıqda nəzər saldıqda heç də həmin xəyali fiqurun alınmadığını görürük.
 Bürclər içərisində diqqət çəkən on iki zodiak bürcü xüsusi yer tutur. “Zodiak” yunan sözü olub, “vəhşi heyvanlar” deməkdir. Həmin heyvanların adları belədir: əkizlər, tərəzi, dolça, qız, oğlaq, şir, qoç, xərçəng, balıqlar, əqrəb, oxatan, buğa. Yerin günəş ətrafında fırlanması ilə hər ay günəş bu bürclərdən birində görünür. Günəş qoç bürcündə olduqda yaz; xərçəng bürcündə olduqda yay; tərəzi bürcündə olduqda payız; oğlaq bürcündə olduqda isə qış fəsli başlayır. 

,
Bu gün göydə iki Ay görsənəcək
Bu günü bütün dünya gözləyir. Deyirlər həmin gün nə arzulasanız, tezliklə həyata keçər.

Həmin gün çox qeyri-adi hadisə baş verəcək.O gün səmada iki Ay görsənəcək. Bu hadisəni həmin gün izləməyənlər birdə heç vaxt bunun şahidi olmayacaqlar.Çünki bu hadisə birdə 2287-ci ildə təkrarlanacaq..

Unutmayın, 27 avqust 2015-ci il saat 00:30-da göydə 2 ay görünəcək . Bu hal növbəti dəfə 2287-ci ildə görünəcək. Həmin gecə Mars planeti Yerdən 34,65 min mil məsafədən keçəcək. Bu bizə 2 ay kimi görünəcək. Növbəti dəfə 2287 ildə Mars planeti Yer planetinə daha da yaxınlaşacaq. Bu hadisə qeyri-adi olduğu üçün deyirlər, həmin gecə nə arzu edilərsə, həyata keçər. 

Mars Yer qrupu planetlərindən sonuncusudur. Günəş sistemində Yer istisna edilməklə yeganə planetdir ki, canlı orqanizmlərin heç olmasa ibtidai formalarının orada mövcud olduğu mümkündür. Bu planetdə bir çox fiziki şərait canlı maddənin meydana gəlməsinə zidd deyildir.
Mars ölçülərinə görə Yerdən iki dəfə, kütləsinə görə isə 9 dəfə kiçikdir, onun radiusu 3386 km-ə bərabərdir, orta sıxlığı 3,97 q/sm3-dir (Ayın sıxlığına yaxındır).
Bu o deməkdir ki, Mars ağır nüvədən məhrumdur. Ağır nüvənin olmamsı, ehtimal ki, biosferin inkişafını məhdudlaşdırır.

Mars öz oxu ətrafına sürətlə-24 saat 37 dəq. ərzində, demək olar ki, Yer sürəti ilə fırlanır. Fırlanma oxu orbit müstəvisinə 65/ meyllidir, bu, ilin fəsillərinin dəyişməsinə imkan verir. Lakin Mars ili 687 Yer sutkası qədər davam edir. Mars Günəşdən Yerə nisbətən 1,5 dəfə uzaqda yerləĢdiyinə görə o, bizim planetə nisbətən 2,5 dəfə az istilik alır.

,
Bu gecə Ay öz rəngini dəyişəcək
Bu gün dünyada çox nadir rast gəlinən təbiət hadisələrindən biri - "Mavi Ay" müşahidə ediləcək. Sonuncu dəfə "Mavi Ay"ın  2012-ci ilin avqustunda göründüyü və bir əsr ərzində yalnız 5 dəfə meydana gəldiyi bildirlir. Astronomların hesablamalarına görə, növbəti belə təbiət hadisəsi 2018 və 2020-ci illərdə təkrarlana bilər. "Mavi Ay” vulkan püskürməsi və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti nəticəsində əmələ gəlir. Ay toz buludları səbəbindən mavi rəngdə görünür.(ttv.az)

,
Ay fırlandığı halda niyə onu hər zaman eyni vəziyyətdə görürük?
Yer kürəsinin yeganə peyki olan Ay bildiyimiz kimi Yerin ətrafında fırlanır. Eyni zamanda o, həm öz oxu ətrafında fırlanır. Bəs belə olan halda necə olur ki biz həmişə Ayın eyni üzünü görürük? Eyni üzünü görmək bir yana, hətta həmin o üzü də tərpənməz halda görürük?
Bu sualın cavabını sözlə qısa ifadə etsək cavab belədir: Ay öz oxu ətrafında zəif sürətlə fırlanır və öz oxu ətrafında bir dövrü başa vurunca yerin ətrafında da bir dövrü başa vurur. Yəni Ayın yer ətrafında fırlanması ilə öz oxu ətrafında bir dövrə vurması eyni vaxt tələb edir, təxminən 1 ay. Bu halda iki fırlanma bir birini “sığortalayır” və biz həmişə Ayı eyni vəziyyətdə görürük.

,
Ay Tutulması nədir ?
Ay Yerin kölgəsinə daxil olanda tutulur. Bu, bədirlənmiş Ay fazasında, yəni Yer Ayla Günəş arasında olanda baş verə bilər. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda tarımçıq tutulur. Yerin diametri Ayınkından təqribən dörd dəfə böyük olduğundan Yerdən Aya qədər məsafədə Yer kölgəsinin eni Ayın diametrindən 2,5 dəfə böyük olur. Odur ki, tam Ay tutulması iki saata yaxın davam edə bilər.
İl ərzində iki Günəş tutulması mütləq baş verdiyi halda Ay tutulması olmaya da bilər. Lakin eyni məhəldə Ay tutulmaları tez-tez müşahidə oluna bilər. Bunun səbəbi günəş tutulmasının eni 270 km olan zolaqda, Ay tutulmasının isə eyni vaxtda Yerin Aya tərəf yönələn yarımkürəsində görünməsidir.
Günəş və Ay tutulmaları ilə bağlı onu da qeyd edək ki, hər bədirlənmiş Ayda Ay, təzə Ayda Günəş tutulmur. Bunun səbəbi Ayın Yer ətrafında dolanma müstəvisinin ekliptika ilə üst-üstə düşməsidir. Ayın hərəkət müstəvisi ekliptika ilə orta hesabla 5º9′ bucaq altında kəsişir. Kəsişmə xəttinin uc nöqtələrinə Ay düyünləri deyilir. Ay və Günəş tutulmaları elə bədirlənmiş Ayda və təzə Ayda baş verir ki, bu fazalar həmin iki düyündən birinin yaxınlığında olsun.
Ay Tutulması nədir ?
Günəşin kütləsi Ayın kütləsindən 27 milyon dəfə böyük olduğu üçün Günəş Ayın hərəkətini çox böyük qüvvə ilə sarsıdır. Bu qüvvətli təsirlərdən biri də Ayın orbit müstəvisinin fəzada 18 il 10-11 sutka periodla tam fırlanmasıdır. Məhz hər 18 il 10-11 sutka ərzində baş verən Günəş tutulmaları növbəti müddətdə azacıq fərqlə təkrarlanır. Elə buna görə də Günəş və Ay tutulmalarını çox qədimlərdən təqribi xəbər verə bilirmişlər. İndi tutulmaların yeri və vaxtı 10 illərlə əvvəlcədən çox böyük dəqiqliklə hesablanır.

MARS PLANETİ - ƏTRAFLI BİLGİ
Mars Yer qrupu planetlərindən sonuncusudur, coğrafiya üçün daha böyük maraq doğurur, çünki Mars, Günəş sistemində Yer istisna edilməklə yeganə planetdir ki, canlı orqanizmlərin heç olmasa ibtidai formalarının orada mövcud olduğu mümkündür. Bu planetdə bir çox fiziki şərait canlı maddənin meydana gəlməsinə zidd deyildir.
Bir neçə PAS Marsın ətrafına dövrə vurmuş və yaxın məsafədən fotoĢəklini çəkmiĢdir.Mars ölçülərinə görə Yerdən iki dəfə, kütləsinə görə isə 9 dəfə kiçikdir, onun radiusu 3386 km-ə bərabərdir, orta sıxlığı 3,97 q/sm3-dir (Ayın sıxlığına yaxındır). Bu o deməkdir ki, Mars ağır
nüvədən məhrumdur. Ağır nüvənin olmamsı, ehtimal ki, biosferin inkişafını məhdudlaşdırır.
Mars öz oxu ətrafına sürətlə-24 saat 37 dəq. ərzində, demək olar ki, Yer sürəti ilə fırlanır. Fırlanma oxu orbit müstəvisinə 65/ meyllidir, bu, ilin fəsillərinin dəyiĢməsinə imkan verir. Lakin Mars ili 687 Yer sutkası qədər davam edir. Mars Günəşdən Yerə nisbətən 1,5 dəfə uzaqda yerləĢdiyinə görə o, bizim planetə nisbətən 2,5 dəfə az istilik alır.
MARS PLANETİ - ƏTRAFLI BİLGİ
Yerin atmosferi olduğu kimi, Marsın da atmosferi vardır. Lakin Marsın kütləsi kiçik olduğundan atmosferi olduqca seyrəkdir (qazların dissipasiyası baĢ verir): alt laylarda təzyiq 6.102 Pa-dır, havasının sıxlığı Yerdə 15-20 km yüksəklikdə havanın sıxlığı kimidir. O atmosfer demək olar ki, tamamilə CO2-dən ibarətdir, ola bilsin ki, cüzi miqdarda azot və arqon da vardır. Çox az miqdarda su buxarının olduğu müəyyən edilmiĢdir. Marsın maqnitosferi yoxdur, Günəş küləyi və ultrabənövşəyi radiasiya su malekullarını oksigenə və hodrogenə parçalayır, oksigen oksidləĢməyə sərf olunur, hidrogen uçub gedir.
Mars Günəşdən xeyli aralı və seyrək atmosferli olduğundan iqlimi soyuq və kəskin kontinentaldır. Orta temperatur 200 K-dir,ekvatoral zonada gündüz temperatur 200C-yə qalxa, gecələr isə (hesablamaya görə)-450-yə, qütb enliklərində isə-1000C-yə qədər düşə bilər.
Marsın səthində maye halında su yoxdur, hər yer daimi donuĢluqdur və buna görə də qrunt suyu səthə çıxa bilmir. Atmosferə çıxmaq imkanı tapan su isə seyrək havada dərhal
buxarlanır.
Teleskopla baxdıqda Marsın diski üzərində aşağıdakı areoqrafik (Yerdə coğrafi sözünə uyğun gəlir) detallar görünür:
1. «Materiklər» adlanan və diskin 2/3-ni tutan açıq-qırmızı
sahələr;şərti olaraq «dənizlər» adlanan və diskin 1/3-ni tutan tutqun sahələr.Açıq qırmızı sahələr ehtimal ki, yaylalardır, küləklər xırda qumu üstündən aparmışdır, tutqun sahələr isə qumlu səhralardır.

2. Qütb papaqları qışda qütblərin ətrafında əmələ gələn və
500 enliklərə qədər yayılan və yayda yox olan ağ ləkələr. Yazda qütb papağı sərhədi boyunca tutqun sahələrdə haşiyə əmələ gələrək sutkada 30 km sür‖ətlə ekvatora doğru irəliləyir. Açıq sahələr mövsümi tsikllərdə iştirak etmir.

3. İki tip bulud (qara toz buludu, ehtimal ki, buz kristallarından ibarət ağ buludlar), həmçinin güclü toz burulğanları.Bir fərziyyəyə görə qütb papaqları nazik qar və ya qırov layından əmələ gəlmişdir, tutqun sahələr bitkilərə örtülüdür; yaz haşiyəsini yazda canlanmış bitkilər əmələ gətirir. 
MARS PLANETİ - ƏTRAFLI BİLGİ
Beləliklə, bu fərziyyə Marsda biosfer olduğunu təsdiq edir. Amerika PAS «Vikinq»ni (1976) məlumatına görə qütb papaqları böyük qar və buz kütlələrindən ibarətdir; Marsda xeyli su ehtiyatının olması mümkündür.
Digər fərziyyəyə görə Marsda canlı orqanizmlər yoxdur. Bu fərziyyə qütb papaqlarının əmələ gəlməsini qışda karbon qazının donması ilə, aspektlərin mövsümi dəyişməsinin qumların yerdəyişməsilə izah edir. Marsın səthinə sərbəst çatan korpuskulyar radiasiya canlı hüceyrələr üçün məhvedicidir.
PAS-ların çəkdikləri göstərdi ki, Marsın səthi Ayın səthinə oxşayır. Marsın səthində də çox sayda krater vardır. Aşınma
qabığının (qumların) qırmızımtıl rəngi Yerdən görünən diskə də eyni rəngi verir; qan kimi qırmızı rənginə görə də planet müharibə allahı Marsın adı ilə adlandırılmışdır.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki,planetdə həyatın meydana gəlməsi və biosferin yaranması üçün müəyyən şərait lazımdır: 
1) planetin ölçüsü və kütləsi elə olmalıdır ki, onun səthini sərt radiasiyadan mühafizə edə bilən maqnitosferin
yaranması üçün ağır metal nüvənin təşəkkül tapması və planetin sıx atmosfer saxlaması mümkün olsun;
2) Günəşdən ara məsafəsi elə olmalıdır ki, qabarma sürtünməsi planetin fırlanmasını tormozlandırmasın, gecə və gündüz bir-birinin tez əvəz etsin və istilik miqdarı canlı toxumların fəaliyyəti üçün çatsın.
Leonid Pavloviç şübayev

Ümumi yerĢünaslıq. Bakı, Maarif, 1986

,
Xərçəng nebulası Buğa bürcü istiqamətində yerləşən supernova qalıntısıdır.Nebula 1731-ci ildə ingilis astronomu John Bevis tərəfindən 7,62 sm ölçülü refraktor istifadə edilərək kəşf edilmişdir.Nebula,Dünyadan 4 iyul 1054-cü ildə müşahidə edilən bir supernova hadisəsinin qalıntısı hesab edilir.Bu tarixdə çinli alimlər bir ulduzun gündüz belə gözlə görülə biləcək qədər parladığını qeydə almış və bu parlaqlıq sayəsində 23 gün gündüz müşahidə edildiyini bildirmişdir.Nebula,xərçəngə bənzədiyi üçün bu adı almışdır.Dünyadan təxminən 7000 işıq ili uzaqda olan nebulanın diametri 11 işıq ilidir və saniyədə 1.800 km sürətlə genişlənir.
Nebula müşahidə edilməkdə çətinlik çəkilən bəzi göy cisimlərini araşdırmaq üçün işıq mənbəyi hesab edilir.1950 və 1960-cı illərdə Günəşin tacı,içindən keçən Xərçəng nebulasının radio dalğaları sayəsində xəritələnmişdi.Son zamanlarda da Saturnun peyki Titanın atmosferinin qalınlığı ölçülə bilmişdir.Yengəcəbənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.(elmqurdu.com)

,
Bir çoxlarımız kosmosun tam səssiz bir yer olduğunu düşünürük. Amma bu belə deyil.NASSA 1977-ci ildən kosmosa buraxdığı Voyager kosmik aparatı günəş sistemindəki planetləri araşdırarkən kosmosdan qəribə səslər gəldiyini aşkarlamışdır.Bildiyiniz kimi Voyager 1 kosmik aparatı artıq günəş sistemini tərk edib amma Voyager 1 davamçısı olan Voyager 2 hələdə günəş sistemində olan planetləri araşdırmaqdadır. 
Bu kosmik aparatların planetlərdən gələn vahiməli səsləri sizlərə təqdim edirik.Bu səslərin yaranma səbəbi kimi alimlər planetlərin ətrafında həlqə şəklində daş və buz hissəciklərin hərəkətini göstərirlər..

,
İşıq ili nədir ?
Bu-bizim evimiz olan Yer planeti və o cümlədən də Günəş sisteminin də içində olduğu "Süd yolu" qalaktikasıdır.Onun diametri təxminən 100min işıq ilinə bərabərdir.Bir dəqiqə.İşıq ili?

İlk dəfədən biraz qəribə səslənsə də işıq ili deyə adlandırdığımız bu anlayış kainatda bilinən ən böyük sürətdir.Bir işıq ili təxminən 9,5 trilyon kilometrə bərabərdir (çox vaxt 10 trilyon hesablanır).Yəni saniyədə 300min km/saat sürətlə hərəkət edən işıq şüaları 1 ildə 10 trilyon km yol qət edir.Başqa sözlə,bir ulduzun bizdən 10 işıq ili uzaqda olduğu deyilirsə,siz bu məsafənin 100 trilyon km olduğunu bilməlisiniz.İşıq ili sizə böyük ölçü vahidi kimi gəldisə,kainatda onun necə kiçik bir etalon olduğuna baxaq.

Günəş bizdən 150.000.000 km uzaqlıqdadır.Buna görə də Günəşdən çıxan işığın bizə gəlib çatmağı 500 saniyə,yəni 8 dəqiqə 20 saniyə çəkir.Ancaq daha uzaq bir cismə baxaq. M13 qalaktikası bizdən 25100 işıq ili uzaqlıqdadır.Bu da təxminən 240.000.000.000.000.000km (240 katrilyon) olar ki, M13 qalaktikası, kainatın böyüklüyünü düşündüyümüz zaman bizə çox yaxın, hətta burnumuzun dibində sayılar.M13dən çıxan işıq Yer kürəsinə 25100 il sonra gəlib çatar,yəni bu qalaktikanın gördüyümz vəziyyəti əslində 25100 il əvvəlki halıdır.

İşıq sürətinə çatmaq Nasa alimlərinin ən böyük məqsədlərindən biridir.Çünki kainatı daha çox araşdırmaq üçün işıq sürətinə,hətta onun 1000-1000.000. qatına nail olmağa ehtiyac var.Ancaq hələ ki,kosmik gəmilərdəki ən böyük sürət saniyədə 23 kmdir. 1977-ci ilin 5 sentyabrında fəzaya buraxılan kosmik aparat olan Voyager-1'in sürəti isə 18km/saniyədir.Hazırda Yer kürəsindən 19milyard km uzaqlıqda olan bu cihazın hər ankı vəziyyətini bu linkdən izləyə bilərsiniz.

Son olaraq işıq ili anlayışını daha dərindən qavramaq üçün bu videoya baxa bilərsiniz.Burada 10 milyon işıq ili uzaqlıqdan dünyamıza səyahət edəcəksiniz. (elm-qurdu)

,
NASA 20 il sonra Yadplanetlilərlə danışacağımızı bildirirTarix ərzində insan göylərdə yaşayan "sehrli varlıqlarla" əlaqə yaratmağa çalışıb. İlk əvvəl tanrı və mələk, zamanla isə yadplanetli anlayışı formalaşıb. Elmin təmin etdiyi faktlarla onların da bizim kimi həyata əlverişli planetə, oksigenə, suya möhtac ola və texnoloji səviyyədə bizdən dəfələrlə üstün ola biləcəklərinə əmin olmuşuq.

NASA mütəxəssisləri verdikləri son sensasion açıqlamada Yer sakinlərinin çoxdan gözlədiyi yadplanetlilərlə əlaqə yaradılmasının cəmi iki onillik, yəni 20 il sonra sonra baş tuta biləcəyini bildiriblər.

Amerika Kosmik Agentliyi və Masaçusets Texnologiya İnstitutundan olan Sara Ziger 2035-ci ilədək yadplanetli sivilizasiyalarla əlaqə qurulacağına şübhə etmir. Alim qeyd edir ki, tezliklə elmi və texnoloji inkişafın qazandırdığı imkanlarla hansı ulduzlar ətrafında Yerə oxşar planetlərin mövcud olduğunu dəqiq və rahatlıqla anlayacağıq.

Yadplanetli sivilizasiyalardan yayılmış ola biləcək siqnalların qeydə alınması ilə aktiv olaraq məşğul olan Yerdənkənar Sivilizasiyaların Axtarışı üzrə Tədqiqat Mərkəzi (SETI) nümayəndələri yeni nəsil güclü teleskoplar və informasiya bərpası alqoritmi kimi üstünlüklərlə yaxın perspektivdə əsrlərdir qaranlıq qalmış bu sualın cavablandırılacağına ümid edirlər.(Mənbə: tekamulaz)

,
Bilirsinizmi kainatda neçə Planet və Qalaktika var ?
Kainatdaki qalaktika sayından bəhs edərkən alimlər adətən 300-500 milyard arası bir rəqəm deyirlər.Bu da yanlış bir şəkildə kainatda 300 ilə 500 milyard arası qalaktika olduğu düşüncəsini yaradır.Halbuki alimlər bu rəqəmi söyləyərkən,"Süd yolu" və "Andromeda" kimi nəhəng qalaktikaları nəzərdə tuturlar."Cırtdan qalaktika" adlanan və az kosmik cisimə malik olan qalaktikalar da nəzərə alınarsa,Kainatda 7-8 trilyon qədər qalaktikanın olduğu güman edilir.Son zamanlar ortaya atılan multikainat nəzəriyyəsi isə bu rəqəmi qat-qat artırır.Hələlik isə bu suala qəti cavab vermək mümkün deyil.
Planetlər mövzusunda isə daha şanssızıq.Çünki hələ də kainatın hər nöqtəsinə bələd deyilik.Bu səbəbdən dəqiq cavab vermək də çətindir.Təkcə bizim qalaktikamızda (Süd yolu və ya Samanyolu) 17 milyard Dünya ilə təxminən eyni ölçülü planet olduğu bilinir.Cırtdan qalaktikalar 10 milyon ilə 10 milyard arasında ulduz təşkil edirlər.Bu rəqəmi milyardlarla,hətta trilyonlarla qalaktika üçün nəzərə alsaq,ortaya oxuya bilməyəcəyimiz qədər böyük bir rəqəm çıxar.Xatırladaq ki,cırtdan qalaktikaların böyük qismi nəhəng qalaktikaların peyki hesab edilir.
Şəkildə 12 işıq ili uzaqlıqdaki cırtdan qalaktika NGC 4449 görülür.(Mənbə)

Günəş sisteminin elementləri
Bizi əhatə edən aləm Kainat və ya Kosmos adlanır. O, müxtəlif Qalaktikalardan ibarətdir. Qalaktika - miixtəlif ölçüdə olan planetlər və ya ulduzlar sistemidir. Kainat 100 milyonlarla Qalaktikalardan təşkil olunmuşdur. Onlara Metaqalaktika deyilir.

Belə Qalaktikalaıdan birinə də Günəş sistemi daxildir. Bizim Qalaktikaya “Süd yolu“ (və ya Kəhkaşan) da deyilir. Onun tərkibinə 100 mlrd-dan çox ulduzlar, ulduz sitemləri və digər kosmik obyektlər daxildir. Qalaktikanın vaşı 10-15 mlrd ildir.


Ulduzlar - özlərindən külli miqdarda enerji buraxan, nəhəng ölçülü kürəşəkilli qaz yığınlarıdır. Qalaktikaya daxil olan ulduzlar qruplar halında yerləşir. Onlara bürclər deyilir və müxtəlif adlarla adlanır. Bürclərin çoxuna adları qədim yunanlar vermişdir. Hazırda 88 bürc mə’lumdur. Günəşdən böyük olan ulduzlar nəhəng ulduzlar, ondan kiçik olanlar cırtdan ulduzlar adlanır. Səthiııin temperaturuna görə isti və soyuq ulduzlar vardır. Şimal yarımkürəsində ən parlaq ulduz Veqadır. Bütün səmada isə Sirius ən parlaq uldıız kimi görünür.


Günəş bizim Qalaktikada ən böyük göy cismidir. Bu göy cismi Günəş sisteminin mərkəzində yerləşir. O, Yerə ən yaxın olan ulduzdur, burada istilik və işığın əsas mənbəyidir. Günəşin tərkibi 70% hidrogendən, 29% heliumdan, 1% digər elementlərdən (oksigen, karbon, azot və digər yüngül elementlər) ibarətdir. Burada gedən zəncirvari nüvə reaksiyası prosesində hidrogen lıeliuma çevrilir. Nəticədə alınan istilik ətraf aləmə* səpələnir. Onuıı mərkəzində temperatur 20.000.000°S, səthində 6000°S-yə çatır, bir dəqiqədə ətrafa 5,43x1027 kal istilik verir. Günəş işığı Yer səthinə 8 dəq. 18 san. ərzində gəlib çatır. Günəş öz oxu ətrafında saat əqrəbinin əks istiqamətində 25,4 Yer sutkası ərzində dövr edir. Günəş sistemi Qalaktikanm mərkəzi ətrafmda 180 mln il ərzində bir dəfə fırlanır (600 km/san sür’ətlə).


Günəşin ətrafındakı atmosfer fotosfer, xromosfer və Günəş tacı kimi təbəqələrdən ibarətdir. Günəşdə və onun ətraf tə-bəqələrində gedən proseslər hər 11 ildən bir güclənir. Fotosfer Günəşin səthindən 200-300 km-dək məsafədə yerləşir. Burada temperatur 5700°S-dən çox olur. Fotosferdə yaranan dairəvi (diamctri 200000 km-o qədər) (|ara ləkolər Günəşin ekvatorunun hər iki tərəfində müşahido olunur.


Xromosfcr Gonoşin səthindon 14-15 min km məsiifəyə qədər uzaqlaşan qaz təbəqəsidir.  Xromosfer Günəşdə yaranaraq ətrafa səpələnən qırmızı alov dillərindən ibarətdır. Onlara protuberanslar deyilir.


Cünəş tacı Günəşdon 5 mln. km-dok məsafədə yerləşir. O, Günəşdon ətraf aləmə səpələnən yüklü hissəciklərdən. tozlardan, qaz kütlələrindən (onlara koronium deyilir) ibarotdir. Bu plazma axınları Cünəş küləyi adlanır.


Cünəş sisteminiıı tərkibinə 9 planet, 33 peyk. həmçinin asteroidlər (kiçik plənetlər), kometlər rə meteoritlər daxildir. Peyklər- planelhr ətrafmda fırlanan təbii göy cisimləridir.


Planctlər - Günəş ətrafında fırlanan və əks olunmuş Cünəş şüaları ilə işıqlanan göy cisimləridir. Onlar işıq saçmır, ətrafında fırlandıqları ulduzlann işığnı əks etdirdiklərinə görə görünürlər. Planetlər kürə formasında olur. Bu göy cisimləri Giinəşdən olan məsafəsina, onun ətrafnda frlanma dövrünə. sıxlığına, ölçüsünə və kütləsinə görə bir-birindon fərqləqnir. Ona görə də planetlər ıki qrupa bölünürlər.


Oaxili planetlər Günəşə yaxın yerləşir, sıxlığı çoxdur, ağır elementlərdən ibarətdir. ölçüləri kiçikdir. kütləsi azdır. Günəş ətrafmda nisbətən az müddəd fırlatıırlar. Bu qrupa Merkuri, Venera, Yer və Mars daxildir. Daxili planetlərə Yer qrupu planetiəri də deyilir.Yupiter, Saturn,Uran və Neptun xarici planetlər qrupunu (Yupıter qrupu) əmələ gətirir. Onlar Günəşdən uzaqda yerhşir. sıxlığı çox azdır. ölçütəri böyükdür, kütləsi çoxdur. Xaici planetlər Günəş ətrafında uzun müddədə fırlanırlar.


Pluton planeti hələ tam öyrənilməmişdir. Onu planetlər qrupundan heç birinə aid etmək olmaz. Pluton ölçülorino görə Yer qrupu planctlərinə yaxındır.

Hələ ən qədim zamanlarda, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır.  Səmanın başqa Hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. Şimaldan cənuba doğru yönəlmiş Həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər.kəhkəşan (qalaktika)
Ağ Yol isə dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs Həcc ziyarətinə gedərmişlər. Məkkə yolu ifadəsi belə yaranmışdır.  "Suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün ulduzları da sizin üçün yaradan Odur.  Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik." əl-Ənam surəsi, Ayə 97. Ağ Yolun, Məkkə yolunun görünüşü. Bizim Qalaktikanı fərqləndirmək üçün onu böyük hərflə yazırlar. Insanların aləmi  uzun müddət, təkcə bizim Qalaktikadan ibarət hesab edilirdi. Məlum oldu ki, bizim Qalaktikanın forması iki ağız-ağıza qoyulmuş uzunsov boşqaba bənzəyir.  Onun böyük diametrinin 100000 işıq ili, kiçik diametrinin isə 20000 işıq ili  olduğu təyin edildi.Italyan alimi Qaliley tərəfindən 1610-cu ildə 10 sm -lik optik teleskop kəşf edildikdən sonra sirli görünən Ağ Yolun mahiyyəti aydın oldu. Qaliley, teleskopda Ağ Yolun çoxlu sayda zəif ulduzların yaratdığı fon olduğunu müəyyənləşdirdi. Astronomiya sahəsində çalışan alimlərin uzun müddətli, səmərəli elmi araşdırmaları nəticəsində, Ağ Yolun sayda ulduzdan ibarət olduğu müəyyən edildi. Bu ulduzlar bizdən həddən artıq uzaq məsafədə yerləşdiyinə görə elə zəif - işıqlı nöqtə kimi görünürlər. Burada belə bir müqayisəni etmək yerinə düşər. Günəş özü də bizə ən yaxın olan bir ulduzdur. Əgər Günəş də Həmin məsafədə yerləşsə idi, o da işıqlı nöqtə kimi görünərdi.

Bizim Qalaktikanın quruluşu. 
Ağ Yol bizim Qalaktikanın mərkəzi müstəvisidir. Ağ yol Bizim Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların yaratdığı fondur. Belə bir nəhəng ulduz yığını "Bizim Qalaktika" adlanır.Ağ Yoldakı çoxlu sayda ulduzların bizim Qalaktika adlanan vahid bir ulduz sistemi təşkil etməsi fikri heç də asan əldə olunmamışdır. Səma cisimlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri də, onların birləşərək sistem əmələ gətirmələridir. Yer və onun təbii peyki olan Ay iki cisimdən ibarət bir sistem təşkil edirlər. Yupiter özünün 63 peyki, Saturun 40 - a yaxın peyki ilə nisbətən daha çox cismdən ibarət olan sistem əmələ gətirirlər. Günəş, səkkiz planet, onların peykləri,  komet və asteroidlərlə birlikdə Günəş sistemini əmələ gətirirlər. Onda sual doğur, başqa ulduzlar da birləşərək sistem əmələ gətirə bilərlərmi?Qalaktikanın mərkəzi müstəvisindən uzaqlaşdıqca ulduzların sayı sürətlə azalır. Qalaktikanın mərkəzindən ən uzaq məsafədə 1000 ps3 - də bir ulduz olur. Əgər qalaktikanın sərhəddi kimi ən uzaq hissədə 1000 ps3 - də bir ulduz olduğunu fərz etsək belə, yenə Qalaktikanın təsəvvür olunan forması dəyişməyəcəkdir və daha böyük ölçülərlə ifadə olunacaqdır. Qalaktikanın ölçüləri haqqında təsəvvür yaratmaq üçün aşağıdakı misal kifayətdir. İşıq şüası Qalaktikanın diametri boyunca bir başından o başına 100 000 işıq ilinə gedir. Bir işıq ili isə 300 000 km/san sürətlə hərəkət edən işığın bir ildə qət etdiyi məsafədir. Daha bir müqayisə, işıq bizə Aydan 1,5 san, Günəşdən 8 dəq 19 san, ən yaxın ulduz olan Sentavranın alfasından 4,3 işıq ilinə, şimal yarımkürəsinə ən yaxın qalaktika olan Andromeda Dumanlığından isə 2,2 milyon işıq ilinə gəlib çatır. Ən uzaq kvazardan isə işıq bizə 13,5 mld. işıq ilinə gəlir.Göründüyü kimi, bizim Qalaktikada küllü miqdarda ulduz var, müxtəlif mülahizələrə əsaslanan hesablamalara görə onların sayı təxminən 150-200 milyard tərtibindədir. Bizim Qalaktikada məskunlaşan ulduzların sayı bizim planetin insanlarının sayından 30 dəfədən də çoxdur.  Belə nəhəng sistemləri isə yaratmağa və qüsursuz idarə etməyə ancaq Allahın elmi və qüdrəti çatar. Sonsuz qüdrət və elm sahibi yalnız Allahdır. 

Bizim Qalaktikada Günəşin yeri. 
"Ulduzların mənzillərinə (yaxud doğub batma yerlərinə) and olsun. Kaş bunun nə qədər böyük bir And olduğunu biləydiniz." əl-Vaqiə surəsi, ayə 75-76. Günəşdən Qalaktikanın mərkəzinə qədər olan məsafə təxminən 28-32 min işıq ili,  yaxud 8-10 kiloparsek (kilo - min deməkdir) tərtibindədir. Bu o deməkdir ki, Günəş Qalaktikanın nə mərkəzində, nə də kənarında yerləşir. Qeyd etmək lazımdır ki, hələlik Qalaktikanın mərkəzindən Günəşə qədər olan məsafə çox da böyük dəqiqliklə təyin edilməmişdir. Bu baxımdan müxtəlif mənbələrdə fərqli qiymətlərə təsadüf etmək mümkündür.Günəş ona yaxın ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında 8-10 kiloparseklik məsafədə 200-220 km/san sürətlə təxminən 230 milyon ildə tam bir dövr edir. Bunu bəzən Qalaktik ildə adlandırırlar. Deməli yer bütün mövcud olduğu 4,5 milyard il ərzində Qalaktika mərkəzi ətrafında cəmi 30 dəfədən artıq dövr etməmişdir.                

Bizim Qalaktikanın təsəvvür olunan görünüşü. 
Günəşin hərəkətiQalaktika mərkəzi ətrafında Günəşin Hərəkət sürəti, spiral qolları əmələ gətirən sıxılma dalğalarının Həmin ərazidəki qiyməti ilə faktiki olaraq üst-üstə düşür. Belə hal ümumilikdə Qalaktika üçün normal hal deyildir. Ona görə ki, spiral qollar sabit bucaq sürəti ilə fırlanırlar, ulduzların hərəkəti isə tamam başqa qanunauyğunluqla baş verir. Bu baxımdan bizim Qalaktikanın diskində yeləşən bütün ulduzlar gah spiral qolların daxilində, gah da ondan kənarda yerləşirlər. Qalaktikada ulduzların və spiral qolların sürətlərinin üst-üstə düşdüyü yeganə yer - korotasiya dairəsi adlanan (korotasiya - sürətlərin bərabərləşdiyi dairə) məkandır. 

Günəş də həmin dairənin çox yaxınlığında yerləşir. Bizim yaşadığımız Yer kürəsi üçün bu şərait çox əlverişlidir. Ona görə ki, bütün təlatümlü hadisələr və fəal proseslər spiral qollarda baş verir. Həmin fəal proseslər nəticəsində Yerdə bütün canlı nə varsa hamısını bir andaca məhv edə biləcək güclü şüalanmalar yaranır. Maraqlıdır ki, həmin şüalardan onu heç bir Yer atmosferi qoruya bilməzdi. Planetimiz bizim Qalaktikanın nisbətən ən təhlükəsiz yerində yerləşmişdir. Mövcud olduğu milyon və milyard illər ərzində Heç bir kosmik fəlakətlə (kataklizmlə) üzləşməmişdir. Bəlkə də, bu səbəbdən Yerdə Həyat qorunub saxlanıla bilmişdir. Qeyd etmək lazımdır ki, göründüyü kimi Yer planetinin mövqeyi hətta Qalaktikada belə, Günəş sistemində olduğu kimi elə bil məxsusi olaraq seçilmişdir. Uzun müddət Günəşin bizim Qalaktikanın ulduzları arasında vəziyyəti adi bir yer Hesab olunmuşdur. Hazırda biz bilirik ki, bu belə deyildir. Məlum mənada Günəş üstün və seçilmiş mövqeyə malik məkanda yerləşir.

Qalaktikada S şəkilli Süd YoluBizim Qalaktikanın başqa yerində də həyatın mümkünlüyü barədə fikir yürüdəndə, bu üstünlyü nəzərə almaq lazımdır. Əgər Günəşin yerləşdiyi bu üstün mövqeli ərazini nəzərə almasaq yanlış nəticələrə gətirib çıxarar.Göründüyü kimi Günəş sisteminin bizim Qalaktikadakı yeri AllaH tərəfindən elə seçilmişdir ki, burada yaşayış mümkün olsun. Əgər Günəş sistemi Qalaktikanın mərkəzində yerləşsə idi, orada ulduzların sıxlığı böyük olduğundan biz  göydə bir neçə "günəş" görərdik. Bu baxımdan bu ərazi çox isti olardı. Məlum olduğu kimi bizim Qalaktikanın mərkəzində dörd güclü "qamma" alışma mənbəyi yerləşir. Onlarda baş verən alışmalar Yer kürəsi Qalaktikanın mərkəzində yerləşsə idi, oradakı həyatı bir andaca məhv edərdi. "Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar." ət-Talaq, 12. Bu cür böyük dəqiqliklə tənzimləməni həyata keçirməyə isə Allahdan başqasının qüdrəti və elmi çatmazdı.Əgər Günəş sistemi Bizim Qalaktikanın kənarında yerləşsə idi, onda sistemin kənar hissələrində titrəmə və müəyyən qanunauyğunluqdan kənara çıxmalar çox olardı. Belə olan halda Yerdə həyat uzun müddət qorunub saxlanıla bilməzdi. Bizə belə gəlir ki, Günəşin bizim Qalaktikadakı yerinə Qurani Kərimin əl-Vaqiə surəsinin 75-76 ayəsində bir işarə vardır. Doğrudur bir sıra müəlliflər bu ayəni qara çuxurlara bir işarə kimi yozurlar. Qeyd etmək lazımdır ki, Qurani Kərimdə qara çuxurlara uyğun gələn bir çox ayələr vardır. Biz gələcək işlərimizdə qara çuxurlarla bağlı məsələyə toxunacağıq.Bizim bildiyimiz bu qədər. Ən yaxşısını və doğrusunu Allah bilər.

Müəllif: Lokman Helvacı, Nazim Hüseynov

,
Əvvəllər Günəş sistemində olan cismlərin peykləri haqqında yerüstü teleskopların köməyilə aparılmış müşahidələrin nəticələri əsas götürülürdü.İndi kosmik gəmilər Plutondan başqa qalan planetlərin çox yaxınlığından keçərək həmin sistemlərdə olan təbii peyklər haqqında dəqiq mə'lumat vermişdir. Qeyd etmək lazımdır ki, Günəşə yaxın iki planetin Merkuri və Veneranın peyki yoxdur. Yerin yeganə peyki isə Aydır və onun dövretmə müddəti 27,32 sutkadır. Yerdən Aya qədər məsafə dəyişir, orta hesabla bu qiymət 384000 kmdir. Ayın radiusu 1738 km, kütləsi Yerinkindən 81 dəfə azdır.

1877-ci ildə ABŞ alimi A.Xoll tərəfindən Marsın iki peyki kəşf olundu. Qədim Yunan əfsanəiərində Mars müharibə Allahının adı olduğundan onun insanlara bəxş etdiyi də qorxu və dəhşətdir. Bu səbəbdən də Qırmızı planetin peyklərini Fobos və Deymos adlandırdılar. Marsın peyklərinin ölçüləri çox kiçikdir: onları ellip­soidal formada (yumurta kimi) hesab etsək Fobos 14x11x10 km, Deymos isə 8x6x6 km ölçülərə malikdir.


1610-cu ildə Qalileo Qaliley ilk teleskopunu düzəldib Yupiterə baxdı. O, palanetin dörd peykinin olduğunu kəşf etdi. 1614-cü ildə astronom Simon Mariusun təklifi ilə bu peyklər Qaliley peykləri adlandırıldı. \ XX əsrin əvvəllərinə qədər Yupiterin bir neçə pey­ki mə'lum idi. Hazırda Yupiterin 16 peyki mə'lumdur. Onlardan ən böyüyü Qanimed (radiusu 2631 km), ən kiçiyi isə 1974cü ildə Koval tərəfindən kəşf olunmuş Leda adlanır (radiusu 8 km).


Yupiterin bir neçə peyki Metida (Metis), Adrasteya, Teba (Fiva) «Voyacer» planetlərarası kosmik stansiyasının uçuşu zamanı aşkar edilmişdir. Bu peyklər planetə çox yaxın olduqlarından onları yerüstü müşahidələr zamanı seçmək mümkün olmur. Günəşdən məsafəsinə görə Yerə nisbətən 9 dəfə uzaqda olan Saturn planetinin 18 peyki var.


1655-ci ildə Huygens (Hollandiya) cismləri 92 dəfə boyüdə bilən teleskopu ilə Saturnun halqalarının olduğunu və planetin ətrafında onun böyük peyki olan Titanı (radiusu 2575 km) kəşf etdi.


1672-ci ildə Kassini (Fransa) Reyi, 1684cü ildə o, Tefiya (Tetis, Fetida) və Dionanı kəşf etdi.

1789-cu ildə Saturnun müşahidələri zamanı Herşel (Böyük Britaniya) onun Mimans və Enselad adlandırılan peyklərini kəşf etdi. 1966-cı ildə Dolfyus (Fransa) Yanus peykini aşkar etdi. Planetin Atlas (Atlant), Prometey, Pandora, Erimetey, Telesto, Kalipso peykləri Voyacerin köməyi ilə 1980-ci ildə kəşf olunmuşdur. Saturnun sonuncu peyki 1990-cı ildə Şolder tərəfindən kəşf olunmuşdur və Pan adlanır. Onun ölçüləri və dövretmə periodu hələlik tə'yin edilməmişdir. Satur­nun ən kiçik peykinin ölçüsü 12 kmdir.


Yerə nəzərən Günəşdən 19 dəfə uzaq olan Uranın 17 peyki var. Bu xüsusiyyətinə görə o, Yupiteri ötmüşdür.


Uranı kəşf etmiş Herşel onun Titaniya peykini də 1787-ci ildə aşkar etmişdir.


«Voyacerin uçuşuna qədər Uranın beş peyki mə'lum idi. Kosmik stansiyanın köməyi ilə 1986-cı ildə planetin Kordeliya, Ofeliya, Bianka, Kressida, Dezdemona, Cülyetta, Porsiya, Rozalinda, Belinda və Pak olmaqla 10 ədəd yeni peyklərinin olması aşkar edildi. Uranın sonuncu iki peyki 1997-ci ildə Qledmen, Nikolson və b. tərəfindən kəşf olunmuş, Kaliban və Sikoraks adlanır.


Uranın ən böyük peykləri Titaniya (radiusu 790 km), ona yaxın olan Oberondur (radiusu 758 km). Planetin kiçik ölçülü peykləri çoxdur. Bunlar „Voya­cer“ tərəfindən müşahidə olunmuş və adları sadalanan peyklərdir (radiusları 20кЗО km).


Uranın peykləri sistemində Şekspir qəhrəmanlarının adları əbədiləşdirilmişdir. Məsələn, Oberon elflərin (elf Almaniya və Skandinaviya əsatirində pəri) çarı, Titaniya onun həyat yoldaşı idi. Ən'ənəyə sadiq qalaraq yeni kəşf olunmuş Uran peyklərinə də Şekspirin „Tufan“ dramından Sikoraks və Kaliban personajının adları verildi.


1846-cı ildə Adams və Leverye tərəfindən kəşf olunmuş Neptun planetinin 8 peyki mə'lumdur. Bu peyklərdən altısının kəşfi „Voyacer“ stansiyasının adı ilə bağlıdır.


1989-cu ilədək Neptunun iki peyki mə'lum idi: Tri­ton (radiusu 1350 km) və Nereida (radiusu 170 km) „Voyacer“ stansiyasının köməyilə kəşf olunmuş Nayada, Talassa, Despina, Qalateya, Larissa və Proteysun ölçüləri 27 kmdən 200 kmədək çatır.


Pluton 1930-cu ildə Tombo tərəfindən kəşf olunmuşdur. Bu planetin olması haqqında dəqiq fikri Persival Lovell söyləmişdir. Ona görə də transneptun planeti kəşf olunduqdan sonra onu alimin şərəfinə PL kimi işarə etdilər.


1978-ci ildə ABŞ alimi Kristi Plutonun fotolarındakı asimmetriyaya əsasən onun peykinin olduğunu sübut etdi. Plutonun peykinə qəribə ad verdilər: ölənlərin ruhunu yerin altındakı şahlıqlardan keçirən Xaron. Bə'zən ona kölgədaşıyan da deyirlər. Plutonun yaxınlığından bu günədək heç bir kosmik stansiya keçməmişdir. 1993-1994cü illərdə PlutonXaron sistemi orbital Habbl teleskopu vasitəsilə tədqiq olunmuşdur; Xaronun bir neçə fiziki xarakteristikaları tə'yin edilmişdir.


Bu gün Günəş sistemi cədvəlində 60-dan çox peykin olması göstərilir. Ola bilsin ki, gələcəkdə buraya daha başqa adlar daxil edilsin. Günəş sisteminin peykləri ilə bağlı maraqlı hadisələr baş verir. Məsələn, Marsın peyklərindən böyüyü və yaxını Fobosdur. O, Qərbdə çıxıb, Şərqdə batır. Fobosun dövretmə müddəti Marsın öz oxu ətrafında fırlanma dövründən kiçikdir. Yə'ni o, Mars səmasında bir sutkada iki dəfə çıxır və iki dəfə batır.


Planetlər sistemindəki peyklər içərisində ən böyük dolanma dövrünə malik Uranın peyki Sikoraksdır (1289 sutka).


Ədalət ƏTAYİ,Fizika-riyaziyyat elmləri namizədi

Mənbə Elm və Həyat jurnalı.

,
Yeri də, Ayı da Günəş işıqlandırır. Ona görə Ay və Yer Günəşdən əks tərəflərinə kölgə və yarımkölgə salır. Ayın diametri 400 dəfə, Yerinki isə 110 dəfə Günəşin diametrindən kiçik olduğundan kölgələri konus şəkillidir. Yer Ayın kölgəsindən keçəndə Günəş, Ay Yerin kölgəsindən keçəndə Ay tutulur.

Günəş tutulmaları. Günəş tutulması Ay Yerlə Günəşin arasında olanda, yəni təzə Ay fazasında ola bilər.

Ay Yer ətrafında ellips boyunca hərəkət edir. Ellipsin fokuslarından birində Yerin mərkəzi yerləşir. Ona görə Ayın Yer ətrafında bir tam dövründə bir dəfə Yerə minimum (perigeydə), bir dəfə maksimum məsafədə (apogeydə) olur. İndi fərz edək ki, Ay apogeydə olanda Yer də Günəşdən minimum məsafədədir. Buna periheli məsafəsi deyilir. Bu vəziyyətdə Ayın Yerdən görünən ölçüsü ən kiçik, Günəşinki isə ən böyük oıur. Əgər Günəş tutulması bu zaman baş verərsə Ay diski Günəş diskini tam örtə bilmir, Günəş diskinin halqavari kənarı işıqlı qalır. Belə tutulma halqavari Günəş tutulması adlanır.gün tutulması 
Tam Günəş tutulması zolağının eni 270 kilometrdən böyük olmur. Odur ki, tam Günəş tutulması aramsız olaraq qərbdən şərqə tərəf “sürüşən” çox ensiz zolaqda müşahidə olunur.

Bunun səbəbi Yerin ətrafında böyük sürətlə dolanan Ayın kölgəsinin Yerin səthində 1 kim/san sürətlə şərqdə tərəf “qaçmasıdır” (məsələn, Avropadan Asiyaya, yaxud Cənubi Amerikadan Atlantik okeanından keşməklə Afrikaya tərəf). Əsasən bu səbəbdən də Yerdə tam tutulma zolağında olan bir məhəldə tutulma 7 dəqiqədən uzun çəkmir; çox zaman isə 2-3 dəqiqə davam edir. Hər il ən azı iki Günəş tutulması baş versə də eyni bir məhəldə-ərazidə xüsusilə tam Günəş tutulması zamanı nadir hadisədir-200-300 ildə bir dəfə.
Ay Yer ətrafında qərbdən şərqə doğru, yəni üzümüzü cənub tərəfə tutduqda sağdan sola doğru dolandığı üçün Günəş tutulması Günəş diskinin qərb (sağ) kənarından başlayır, zaman keçdikcə tutulan hissə böyüyür, sonra sol kənarda çox ensiz oraq dərhal itir və tam Günəş tutulması başlayır. Tam tutulma zamanı qaranlıq Günəş diski ətrafında parlaq mənzərə müşahidə olunur. Bu, Günəş tacıdır. Tam tutulma qurtaranda qabarıq tərəfi sağda olan oraq parlayır, genişlənir və nəhayət tutulma sona çatır (6-9 ardıcıllığı ilə).

2.Ay tutulmaları. Ay Yerin kölgəsinə daxil olanda tutulur. Bu, bədirlənmiş Ay fazasında, yəni Yer Ayla Günəş arasında olanda baş verə bilər. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda tarımçıq tutulur. Yerin diametri Ayınkından təqribən dörd dəfə böyük olduğundan Yerdən Aya qədər məsafədə Yer kölgəsinin eni Ayın diametrindən 2,5 dəfə böyük olur. Odur ki, tam Ay tutulması iki saata yaxın davam edə bilər.


İl ərzində iki Günəş tutulması mütləq baş verdiyi halda Ay tutulması olmaya da bilər. Lakin eyni məhəldə Ay tutulmaları tez-tez müşahidə oluna bilər. Bunun səbəbi günəş tutulmasının eni 270 km olan zolaqda, Ay tutulmasının isə eyni vaxtda Yerin Aya tərəf yönələn yarımkürəsində görünməsidir.
Günəş və Ay tutulmaları ilə bağlı onu da qeyd edək ki, hər bədirlənmiş Ayda Ay, təzə Ayda Günəş tutulmur. Bunun səbəbi Ayın Yer ətrafında dolanma müstəvisinin ekliptika ilə üst-üstə düşməsidir. Ayın hərəkət müstəvisi ekliptika ilə orta hesabla 5º9′ bucaq altında kəsişir. Kəsişmə xəttinin uc nöqtələrinə Ay düyünləri deyilir. Ay və Günəş tutulmaları elə bədirlənmiş Ayda və təzə Ayda baş verir ki, bu fazalar həmin iki düyündən birinin yaxınlığında olsun.
Günəşin kütləsi Ayın kütləsindən 27 milyon dəfə böyük olduğu üçün Günəş Ayın hərəkətini çox böyük qüvvə ilə sarsıdır. Bu qüvvətli təsirlərdən biri də Ayın orbit müstəvisinin fəzada 18 il 10-11 sutka periodla tam fırlanmasıdır. Məhz hər 18 il 10-11 sutka ərzində baş verən Günəş tutulmaları növbəti müddətdə azacıq fərqlə təkrarlanır. Elə buna görə də Günəş və Ay tutulmalarını çox qədimlərdən təqribi xəbər verə bilirmişlər. İndi tutulmaların yeri və vaxtı 10 illərlə əvvəlcədən çox böyük dəqiqliklə hesablanır.

Venera— Günəş sistemininplanetlərindən biridir. Veneranın atmosferi Atmosferin97%i karbon qazından ibarətdir. Atmosferdə ildırım boşalmaları qeydə alınmışdır. Venera öz oxu ətrafında bütün qalan planetlərdən fərqli olaraq (Uran istisna olmaqla) qərbdən şərqə yox, şərqdən qərbə doğru fırlanır.Yerdən daha sıx olub qalın buludlarla örtülmüşdür. 
Oksford Universiteti elm adamları Nature (Təbiət) jurnalında dərc etdikləri məqalədə, Veneranın bir vaxtlar Yer kürəsi kimi yaşamalı yer olduğuna aid dəlilləri olduğunu açıqladılar.
VENERA SƏHƏR,GÜNƏŞ ÇIXMAZDAN AZ ƏVVƏL ŞƏRQDƏ VƏ AXŞAMÜSTÜ ,GÜNƏŞ BATDIQDAN AZ SONRA QƏRBDƏ PARLAQ ŞƏKİLDƏ GÖRÜNÜR.VENERAYA DAN ULDUZU da DEYİRLƏR.BURADA SUTKAKIN UZUNLUĞU 116 YER SUTKASINA BƏRABƏRDİR.GÜNƏŞƏ YAXIN OLDUĞUNDAN HƏDDƏN ARTIQ QIZIR.ATMOSFERİ ƏSASƏN KARBONDAN İBARƏTDİR,OKSİGEN YOXDUR.
Bir Avropa kosmos gəmisindən alınan məlumata görə Venera planeti, Yer kürəsinə indiyə qədər təxmin olunandan daha çox oxşayır. Planetin
milyonlarla il əvvəl atmosfer və yaşayış əlverişliliyi baxımından Yer kürəsinin bu günkü vəziyyətini nəzərə aldıqda demək olar ki, "ekiz" kimi olduqları ifadə olunur. Ancaq qazların təsiri, atmosfer eroziyası, solar radiasiya və planetin fırlanmasının yavaş olması nəticəsində Veneranın Yer kürəsindən fərqli inkişaf yolu keçdiyi izah edilir.
Bu gün Venerada su yoxdur və temperatur qurğuşunu əridəcək qədər yüksəkdir. Planetdə tez-tez tayfun şiddətində küləklərə və şimşəklərə rast gəlinir.
Oksford Universiteti Fizika Kafedrasından Professor Fred Teylor, əldə etdikləri məlumatların VIRTIS adlı bir spektometr tərəfindən təmin olunduğunu söylədi.
VIRTIS-dən gələn şəkillər, Veneranın ekvatoru yaxınlığındakı hava cərəyanının şiddətli, qütblərə doğru da yumşaq olduğunu göstərir. Planetin səthində 50-55 km hündürlükdə də buluda oxşar hadisələr müşahidə olunur.

Astronomiya ifadəsi, əsasən, göy cisimləri haqqında elm kimi başa düşülməkdədir. Bununla bərabər, çox zaman astrofizika termini də istifadə olunur. Bu sözün hərfi mənası yunancadan ulduz fizikası mənasına gəlir. Bununla bərabər, son dövrlərdə bu söz daha geniş mənada işlədilməkdədir. Astrofizika – Kainatda olan fiziki hadisələr haqqında elmdir. Burada nəinki ulduzlarda gedən fiziki proseslər, həmçinin ulduzlararası və qalaktikalararası mühit, habelə maddənin atom, molekul və digər elementar zərrəcikləri öyrənilir. Buna səbəb kosmik obyektlərin və bütövlükdə Kainatın bir çox xassələrinin bu zərrəciklərdən asılı olmasıdır.Qeyd etmək lazımdır ki, hazırki dövrdə astrofizika və astronomiya terminləri arasında fərq aradan qalxmaqdadır. Məsələn, müasir astrofizikanın bir çox bölmələrini «Radioastronomiya», «Optik astronomiya», «Rentgen astronomiyası», «Neytrino astronomiyası» və s. kimi adlandırırlar. Buna səbəb son bir neçə on
il ərzində astronomiyada baş vermiş çox ciddi inkişafdır. Bu inkişafın da əsas mahiyyəti bəşəriyyətin təkcə yaxın kosmik fəzanı öyrənib, onu müasir elmi işlərdə istifadə etmək deyil, başlıcası, müasir astrofizikanın çoxdalğalı bir elmi tədqiqat sahəsinə çevrilməsidir. Bu o deməkdir ki, hazırki dövrdə alimlər göy cisimlərini çox geniş bir elektromaqnit dalğaları diapazonunda tədqiq edirlər. Astrofizikada iki konseptual yanaşma üsulu mövcuddur. Bunlardan birincisi, ayrı-ayrı göy cisimlərinin – planetlərin, ulduzların, pulsarların, kvazarların, qalaktikaların və s. fərdi xüsusiyyətlərini öyrənir. İkincisi, bu obyektlərdə olan xüsusiyyətləri ümumiləşdirməklə Kainatda materiyanın ümumi inkişaf qanunauyğunluqlarını öyrənməkdir. Astrofizika üçün ən ümdə məsələlərdən biri göy cisimlərindən hansı üsulla informasiya almaqdır. Hazırda informasiya almanın dörd üsulu mövcuddur: 
1. Elektromaqnit şüalanma: qamma-şüalanma, rentgen şüalanma, görünən, infraqırmızı və radioşüalanma.
2. Kosmik şüalanma: Yerin ətrafına qədər gəlib çıxa bilən vəatmosferlə qarşılıqlı təsirdə olan zərrəciklər seli. Bu şüalanmanın tərkibi əsasən yüksəkener$ili elektronlardan, 
proton və ağır nüvələrdən, habelə dayanıqsız neytron və mezonlardan ibarətdir. Bundan başqa, kosmik şüalanmanın 
ilkin tərkibində antiprotonlar, pozitronlar – başqa sözlə, antimateriya müşahidə olunur. Lakin bunların əksəriyyəti protonlarla ulduzlararası və planetlərarası maddənin qarşılıqlı təsirindən yaranır. 
3. Neytirino və antineytrino. Hazırda üç tip neytrino məlumdur, 
bunlardan ikisi elektronlarla və µ-mezonlarla, üçüncüsü isə τ-mezonlarla bağlıdır. 
4. Qravitasiya dalğaları: böyük kütləli ulduzların partlaması zamanı yaranır və ulduzların
hərəkəti haqqında informasiya daşıyır. Bu dalğalar birbaşa detektə olunmasa da, onlların 
mövcudluğunu sübut edən çoxlu müşahidə məlumatları vardır.Astrofizikanın ən uğurlu kəşflərindən biri isə çox qəribə fiziki xassələri olan obyektlərin aşkar olunmasıdır. Bunlardan, birincisi, neytron ulduzları misal göstərmək olar.Belə bir şəraitdə maddənin strukturu və xassələri tamamilə dəyişir. İkincisi, qara deşiklər – bu obyektlərdə ikinci kosmik sürət işıq sürətinə bərabərdir. Üçüncüsü, ifratböyük qara deşik olan vəqalaktikanın nüvəsində yerləşən kvazarları qeyd etmək olar. 


N.Z.İSMAYILOV 
ATMOSFERDƏNKƏNAR ASTRONOMİYA 

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget