Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Yaxın və Orta Şərq Regionu - ÜMUMİ MƏLUMAT

Asiyanın qərbində yerləşmiş Yaxın və Orta Şərq regionuna Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər,Əfqanıstan, Ürdün(İordaniya), İraq, İran, İsrail, Yəmən, Kipr, Küveyt, Livan, Misir, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və hələ müstəqil dövlət kimi tam formalaşmamış Fələstin daxildir.

Yaxın və Orta Şərq Regionu
Asiyanın qərbində yerləşmiş Yaxın və Orta Şərq regionuna
Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər,Əfqanıstan, Ürdün(İordaniya), İraqİran, İsrail, Yəmən, Kipr, Küveyt, Livan, Misir, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və hələ müstəqil dövlət kimi tam formalaşmamış Fələstin daxildir. İranƏfqanıstan Orta Şərqə,digər dövlətlər isə Yaxın Şərqə aid edilir. Regional bölgü, həmçinin regionun adı şərtidir və müxtəlif müəlliflər tərəfindən müxtəlif şəkildə dəyişdirilir.
Geosiyasi, mədəni və coğrafi termin olan Yaxın və Orta Şərq
ingilis dilində də bu anlayışı ilk dəfə ABŞ dəniz donanmasının
admiralı olmuş, politoloq Alfred Mehen (1840-1914) tərəfindən işlədilmişdir. On səkkiz dövlətin (o cümlədən, 13 ərəb dövlətinin) daxil olduğu Yaxın və Orta Şərq regionunun ərazisi 7,3 mln. kv.km,əhalisi 350,0 mln. nəfərdir .
Yaxın və Orta Şərqin dünya mədəniyyəti, siyasəti və
iqtisadiyyatında mühüm rol oynaması onun geosiyasi mövqeyinin üstünlüyü,maye yanacağı sərvətlərilə zəngin olması ilə izah olunur.
Regionun geosiyasi mövqeyi. Yaxın və Orta Şərq regionu üç qitə – Asiya, Avropa, Afrika və iki okean hövzəsinin qovşağında yerləşir. Enlik istiqamətində 4400 km (Pamir da
ğlarından Aralıq dənizindəki İmroz adasınadək), meridian boyu 3300 km (Qara dənizdəki Sinop burnundan Bab-əl-Məndəb boğazınadək) məsafədə uzanır. Yaxın və Orta Şərq regionunun Aralıq, Xəzər, Qara və Qırmızı dənizlərə çıxışı vardır. Bu isə bir tərəfdən onun Cənubi Qafqaz bölgəsinə, Rusiyanın daxili rayonlarına təsirinin artmasına
imkan yaradır, digər tərəfdən regionu Rusiyanın geosiyasi marağının «hədəfinə» çevirir.
Mesopotamiya ilə Misir arasında quru tranzit keçid əlverişli
coğrafi mövqeyə malik olan sahədir. Bu sahə Anadolu yaylası və Fərat çayının orta axınından Sinayadək uzanan dağlararası dərələr vəda ətəklərini əhatə edir. Üç qitə arasındakı regionun vasitəçilik rolu «Bərəkətli Aypara» adlanan bu sahədə daha qabarıq nəzərə çarpır.
Dünyanın qədim vasitəçilik – ticarət mədəniyyəti (Finikiya) məhz burada meydana gəlmişdir. Finikiyalıların ticarət-vasitəçilik və sələmçilik fəaliyyətindəki məharətini sonralar Fələstində məskunlaşmış yəhudilər, levantlılar əxs etmişlər. Coğrafi mövqeyin əlverişliliyi səbəbindən baş verən müharibələr bu bölgənin sakinlərini dünyanın digər regionlarına «dərbədər» etmiş, iki əsas qüvvə –yəhudi və ərəb diasporu yaranmışdır. 
Yaxın və Orta Şərq Regionu Region təbiətinin xüsusiyyətləri.
Təbii landşaftın müxtəlifliyinə görə Yaxın və Orta Şərq regionu bir neçə hissədən ibarətdir.
Təbii rayon əmələ gətirən areallar – Nil vadisi, DəcləFərat çaylararası allüvial düzənliyidir. Bu iki massiv qədim suvarma əkinçiliyinin mövcud olduğu sivilizasiya mərkəzləridir. Hər iki massiv nisbətən çətin keçilən təbii maneələrlə əhatələnir.
Mesopotamiya şimaldan və şərqdən Anadolu və İran yaylalarının çıxıntıları ilə əhatə olunmuşdur. Nil vadisini Məğrib  bölgəsindən məskunlaşmamış Liviya səhrası ayırır. Nil vadisi və Mesopotamiya arasında birbaşa əlaqələrin yaranmasına maneçilik törədən səthi qızmar günəş
dən qarsalanmış Ərəbistan səhraları yerləşir. Nil vadisi
və Mesopotamiya yalnız şimalda qədimdən becərilən və nisbətən əhalisi sıx olan nalabənzər zolaqla birləşir. Bu zolaq Bərəkətli Aypara adlanır.
Bərəkətli Aypara, Anadolu yaylası və Fərat çayının orta
axınından Sinay yarımadasınadək uzanan dağlararası dərələr və dağ yamaclarını əhatə edir. 
Yaxın və Orta Şərq regionu təbiətinin mühüm xüsüsiyyəti
səhra (Rub-əl-Xali, Böyük Nəfud, Kiçik Nəfud, Dəşt-e Kəvir, Dəşt-e Lut, Dəşt-e Naümid, Dəşt-e Mərğ və b.) landşaftının üstünlüyüdür.
Landşaftın yeksənəqliyi əhalinin məskunlaşması və təsərrüfatın formalaşmasına təsir etmişdir. Şəhər həyatı hələ qədimdən sahil boyu bölgələrdə, xüsusilə qərbdə cəmlənmişdir. Cənubda isə rütubətlə nisbətən yaxşı təmin olunan Yəməndə əhali sıxdır. Köçəri və yarımköçəri heyvandarlıq, suvarma əkinçiliyi region ölkələri əhalisinin
tarixən ənənəvi məşğuliyyət sahələri olmuşdur.hosgator,unlimited space,unlimited bundwidth,hosgator.com,web hosting,hosgator,hostinger,web bilder,websiter,HOSGATOR,SITE5,
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget