Siyasi coğrafiya dünyanın müasir siyasi xəritəsi və ayrı-ayrı dövlətlər, beynəlxalq münasibətlərin bir çox problemlərini tədqiq edir. Siyasi amillər ətraf mühitin vəziyyətinə, insanların həyat və fəaliyyətinə, etnik proseslərə, beynəlxalq əmək bölgüsünə, dünya iqtisadiyyatına, hərbi bazaların yerləşməsinə və s. təsir edir.
Dövlət ərazisi müəyyən bir ölkənin müstəqilliyi altında olan Yer kürəsinin bir hissəsidir. Dövlət ərazisinin tərkibinə Yerin müəyyən quru hissəsi, bu hissədə olan bütün yeraltı və yerüstü sərvətlər, sular, quru və su üzərində olan hava daxildir. Su sahəsini daxili (milli) və məhəlli sular təşkil edir. Məhəlli sulara ölkənin okean (dəniz) sahilindən 12 millik məsafədə yerləşən Dünya okeanının su sahəsi daxildir. Məhəlli sular dövlət ərazisinin tərkib hissəsi kimi sahil dövlətinin tam müstəqilliyi altındadır. Beynəlxalq razılaşmaya əsasən 200 millik iqtisadi bölgə anlayışı mövcuddur. İqtisadi bölgədə bütün sərvətlər sahil dövlətinə məxsusdur. Başqa dövlətlər bu bölgədən azad nəqliyyat (gəmiçilik, uçuş, kabel, boru kəməri çəkilişi) hüququna malikdir. Dünya okeanının 40%-i, balıq ovunun 96%-i iqtisadi bölgələrin payına düşür. Okeanın qalan hissəsi bəşəriyyətin ümumi irsi - beynəlxalq bölgə (neytral sular) statusunu almışdır.
Hər bir dövlətin ərazisi onu başqa dövlətlərdən ayıran quru və su sərhədlərinə malikdir. Bu sərhədlər keçmiş tarixi mərhələlərin nəticəsində formalaşmışdır. Bəzi ölkələr arasında mübahisəli ərazilər var ki, belə əraziləri ayıran sərhəd - demarkasiya xətti adlanır. Afrika dövlətlərinin sərhədləri keçmiş müstəmləkəçilər tərəfindən müəyyənləşdirilmişdir. Sərhədlərin təyin edilməsi bir çox hallarda etnik qrupların yerləşməsini düzgün əks etdirmir və bir sıra münaqişələrə səbəb olur. Beynəlxalq hüquq qaydaları sərhədlərin pozulmasını, özgə ərazilərin güclə tutulmasını qadağan edir.
Siyasi və iqtisadi-coğrafi mövqe (İCM) dedikdə ölkənin yerləşdiyi ərazinin onun siyasi və iqtisadi inkişafına təsiri amillərinin cəmi başa düşülür. İCM-yə fiziki-coğrafi mövqe, nəqliyyat, materikdaxili, dənizsahili, ada, tranzit, qonşuluq və s. mövqe daxildir. İCM mikromövqe (ölkənin qonşu ölkələrə görə mövqeyi) mezomövqe (ölkənin region əmələ gətirdiyi ölkələrə görə mövqeyi), və makromövqeyə (ölkənin mövqeyinin dünya səviyyəsində qiymətləndirilməsi) görə fərqlənir. İCM tarixən dəyişir. Məsələn, bir vaxtlar Böyük Britaniya və Yaponiyanın geri qalmasının əsas səbəbi iqtisadi mərkəzlərdən kənarda olması idi. Lakin ictimai istehsalın inkişafı təbii amilin payını azaltmışdır və İCM başqa cür qiymətləndirilir.

Yorum Gönder