Dünyanın ən kiçik şəhərlərinin siyahısı açıqlanıb.
Siyahıda birinci yeri ABŞ-ın Buford şəhəri tutub. Bufordda bircə nəfər yaşayır. Həmin sakin həm də şəhərin meridir.
İkinci yerdə Xorvatiyanın Xum şəhəri gəlir, burada 17 nəfər məskunlaşıb.
Üçüncülük Çexiyanın Rabşteyn şəhərinindir. Əhalisi isə cəmi 20 nəfərdən ibarətdir.
Dördüncü pillənin sahibi 390 nəfər sakini ilə Bolqarıstanın Melnik şəhəridir.
Rusiyanın Çekalin şəhəri reytinqdə beşinci yeri tutur. Əhalinin siyahıyaalınmasına əsasən, yaşayış məntəqəsində cəmi 992 nəfər yaşayır.
Yorum Gönder