Nepal – Asiyada dövlətdir. Payitaxtı Katmandudur. Nepal krallığı Himalayda Çin və Hindistan arasında yerləşir.Böyük Britaniya müstəmləkəsi olan Nepal dövlət müstəqilliyini 1923-cü ildə qazanmışdır. Ölkə İkinci dünya müharibəsinin sonuna qədər 1846-cı ildə ingilislərin köməyi ilə hakimiyyəti ələ keçirmiş Rana feodal ailəsinin nümayəndələri tərəfindən idarə olunurdu.
İrsi olaraq baş nazir vəzifəsini tutan həmin şəxslər kralın bütün hüquqlarını da mənimsəmişdilər. Kral hakimiyyəti nominal bir xarakter daşıyırdı. Rəsmi olaraq Maxaracadxiraca - hökmdarların Böyük hökmdarı, bəzən hətta daha təmtəraqlı formada Şri pənç maxaracadxiraca-hökmdarların beş qat Böyük hökmdarı adlandırılan kralların ölkənin idarə olunmasında heç bir iştirakı yox idi. Bu hal Hindistanın istiqlaliyyət qazanması dövrünə qədər davam etmişdir. 1947-ci ildə Hindistan müstəqil dövlət statusunu qazandı və bundan sonra qonşu Nepalda olan vəziyyətə nəzarət etməyə başladı.
Hindistanın köməyi ilə Nepalda Milli Konqres partiyası yaradıldı. Məqsəd o idi ki, Nepalda Hindistanda mövcud olan rejimə oxşar bir rejim yaradılsın, və Nepaldakı vəziyyət Hindistanın tam nəzarəti altına düşsün. Bu da təsadüfi deyildir. İki böyük dövlət: Çin və Hindistan arasında yerləşən Nepalda kimin nüfuzunun üstün olması regionda gedən proseslərə həmin dövlətin müdaxilə imkanlarını xeyli artırır. Həm də həmin dövrdə bu iki böyük dövlət arasında münasibətlərin özü kifayət qədər normal deyildi. Hindistanın cəhdləri Nepalda bir tərəfdən kral tərəfdarlarını, o biri tərəfdən isə ölkədə demokratik dəyişikliklər tərəfdarlarını hərəkətə gətirdi.
Kral Tribhuvana Bir Bikram 1950-ci ilin noyabrında Dehliyə sığınmaq məcburiyyətində qaldı. Kral və demokratiya tərəfdarları açıq çıxışlara başladılar və bütün bunlar silahlı üsyana gətirdi. Üsyan onunla nəticələndi ki, 1951-ci ildə Rana nəslinin despotizminə, tarixçilərin ranakratiya adlandırdığı rejimə son qoyuldu, ölkədə kral hakimiyyəti bərpa olundu, konstitusiyalı idarə sisteminə keçildi. Partiyaların yaradılmasına və fəaliyyətinə icazə verildi. 1955-ci ildə ölkənin kralı Tribhuvanın oğlu Mahendra Bir Bikram oldu. Mahendranın səyləri nəticəsində Nepal krallığı Birləşmiş Millətlər Təşkilatına üzv seçildi.
1959-cu ildə ölkədə ilk dəfə keçirilən parlament seçkilərində Nepal Milli Konqress partiyası qalib gəldi. Ölkənin parlamentində ilk dəfə olaraq parlamentarizmə önəm verən konstitusiya qəbul olundu. Nepal Çin və Hindistanla münasibətlərində balans siyasətinə keçdi. Lakin Nepalda parlament və kral arasında yenidən müəyyən ziddiyyətlər yarandı. Kral 1960-cı ildə ordunun köməyi ilə dövlət çevriliş etdi. Parlament və hökumət buraxıldı, siyasi partiyaların fəaliyyəti qadağan edildi. Çoxpartiyalı parlament demokratiyası pənçəyat sistemi ilə əvəz olundu. "Pənçəyat" sözünün hərfi mənası "beşlik" deməkdir. Bu sistem regionda olduqca geniş yayılmışdır və uzun müddətdir ki, özünüidarə orqanı kimi yaşamaqdadır. Nepalda tətbiq olunmağa başlayan pənçəyat sistemi kənd, şəhər, rayon və bölgə şuralarından ibarət idi. Onların da başında ümumölkə miqyaslı Milli pənçəyat dayanırdı. Milli pənçəyat 140 deputatdan ibarət idi və bunların 28 nəfəri kralın özü tərəfindən təyin olunurdu. Bu sistem öz əksini 1962-ci ildə qəbul olunmuş yeni konstitusiyada da tapmışdır. Yeni konstitusiya həm də kralın hüquqlarının genişləndirilməsini nəzərdə tuturdu. Bütün hakimiyyət qanadlarının- qanunverici, icraedici və məhkəmə orqanlarının kralın timsalında öz ifadəsini tapması konstitusiya ilə təsdiqlənirdi.
İqtisadiyyatı
1963-cü ildə aqrar islahat haqqında qanun qəbul edildi. Doğrudur, islahat nəticəsində ölkədə mövcud olan torpaq sahibliyinin əsaslarına toxunulmurdu, yalnız torpaq mülkiyyətinin son həddi müəyyənləşdirilirdi. Qanuna görə hər adambaşına düşən torpaq sahəsi təqribən 17 ha-dan yuxarı olmamalı idi. Artıq torpaqlar kəndlilərə icarəyə verilirdi və icarədarlardan alınacaq rentanın həcmi məhsulun yarısından (50%-dən) çox ola bilməzdi.
Kralın ilk olaraq aqrar sahəyə önəm verməsi təsadüfi deyildi. Çünki, Nepal geri qalmış aqrar ölkə idi. Burada feodal münasibətləri hakim forma olaraq qalırdı. Kənd təsərrüfatında məhsuldar qüvvələrin inkişaf səviyyəsi çox aşağı idi. Əhalinin 84%-i aqrar sahədə çalışırdı və ölkədə əsas kənd təsərrüfatı bitkiləri olan düyü, qarğıdalı, buğda, darı, şəkər qamışı, kartof, paxlalı bitkilər və cut istehsalı ilə məşğul olurdular.
Nepalın ərazisinin çox böyük hissəsi dağlardan ibarət olması nəticəsində əkin üçün yararlı torpaqlar kifayət qədər deyildir. Keçirilən islahat da o məqsəd daşıyırdı ki, mövcud yararlı tor-paqlardan daha səmərəli istifadə edilsin və bununla da istehsalın səviyyəsi yüksəlsin. Dövlət icarədar kəndlilərə tam təminatlı istehsalçılar statusu vermişdi. Onların ehtiyac duyduğu maliyyə və texniki köməklər dövlət tərəfindən ödənilirdi. İqtisadiyyatın sənaye bölməsi də çox zəif idi və əsasən yüngül və ərzaq məhsulları istehsal edən kiçik müəssisələrdən ibarət idi. Dövlət bu sahəyə də diqqət verməyə başladı. Ölkənin ənənəvi kənd təsərrüfatı məhsullarıın ilkin və təkrar emalı ilə bağlı olan bəzi müəssisələr inşa edildi. Şəkər zavodu, tütün fabrikası, kənd təsərrüfatı alət və avadanlıqları istehsal edən zavod bu qəbildən idi.
Turizm
Nepalın xarici valyuta əldə etmək mənbələrindən biri də turizmdir. Hər il Nepala yarım milyon nəfərə qədər turist gəlir. Digər valyuta mənbələri xaricə yun xalı ixracından əldə edilən gəlirlərdir və bir də Böyük Britaniya ordularında, eləcə də BMT-nin sülh məramlı hərbi qüvvələri sırasında xidmət edən hərbçilərin-qurkhların ölkəyə göndərdiyi pul baratlarıdır.
Dini vəziyyət
Himalay dağının ətəyində yerləşən Nepalda əhalinin 90 faizi induist, 5 faizi buddist (maxayana və lamaizm formasında), 3 faizi islam dininə etiqad edir. İudaizm hind-ari xalqalırının əksəriyyətini əhatə edir, eləcə də maqarlar, qurunqlar, nevarların bir hissəsi, ray və limbu xalqlarını. Bir çox nevarlar və tamanqlar buddist-lamaistlərdir. Hindistan gələnlər arasında caynistələr (9 min nəfər) də rast gəlinir. Az sayda insanlar var ki, qəbilə inancları ilə yaşayırlar. Nepalda xristianlar çox azdır (4 min nəfər).
Əhalisi
Dünyada şəhər əhalisinin ən az faizi Nepaldadır. Orada əhalinin cəmi 14 % şəhərdə yaşayır.
Mənbə : /az.wikipedia.org

Yorum Gönder