Dəvə dedikdə beynimizdə müdriklik, müqəddəslik, qəribəlik və möcüzə kimi müxtəlif anlayışlar haqqında minlərlə rəngarəng təəssürat canlanır. Özünəməxsus xüsusiyyətləri ilə bütün heyvanlardan fərqlənən və “səhra gəmiləri” də adlanan dəvələr bizim üçün ekzotik görünüşlü, maraqlı bir heyvan olduğu halda, bəzi ölkələrdə nəqliyyat növü, qida mənbəyi kimi insan həyatının əsas bir hissəsini təşkil edir. İri cüssəli olmasına baxmayaraq, həssas və tabe olmağı bacaran dəvə onun kimi çöldə yaşayan heyvanlardan çox fərqlənir. Xarici görkəmi nahamar, iri, boynu əyri, ayaqları uzun olmasına baxmayaraq, “səhra gözəlləri” yumşaq, həlim və hamıya qarşı lütfkardır. İri gözləri olan dəvələrin baxışları isə bəlkə də dünyanın ən mərhəmətli və mehriban baxışlarıdır…
Dəvələrin vətəni
Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbis-tan, bəzi Afrika və Orta Asiya ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar hesab olunur. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, heyvanların ən ağıllısı sayılan dəvələr üç cür olur: birhürgüclü (dromoder), ikihürgüclü (bakterian) və hürgücsüz. Hürgücsüz dəvə birhürgüclü ilə ikihürgüclünün törəməsidir. Bakterian ətlik, dromoder isə südlük cins sayılır. Dəvələrin saxlanıldığı ölkələrdə ondan həm yük, həm minik vasitəsi kimi istifadə olunur, həm də əti, südü, yunu və dərisindən yararlanırlar.
Heyvanların ən ağıllısı
Əbəs yerə dəvələri ağıllı heyvan adlandırmırlar. Dəvələr bəzən ən şüurlu varlıqlardan belə insana daha ağıllı təsiri bağışlayırlar. Məsələn, dəvələr sahibi yanında olmadan səhrada yem axtara-axtara 15-16 km məsafə qət etdikdən sonra ilk durduğu yerə qayıtmaqda çətinlik çəkmir. Bu heyvanın əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir. Südünün yağlılığı 50 faizdən artıqdır. Dəvə yeganə heyvandır ki, dənizin şor suyunu içməklə orqanizminin suya olan tələbatını ödəyə bilir. Bundan başqa, dəvə heç bir heyvanın yemədiyi tikanlı otlarla qidalana bilir ki, bu da onun ən üstün xüsusiyyətlərindən biridir. “Səhra gəmisi” çox dözümlü heyvandır, 1 ton yükü 90-100 km məsafəyə aparmaq qabiliyyətinə malikdir. Dəvələrin gözü ikiqat kirpiklidir. Bu da onun gözlərini səhranın qum tozanağından qoruyur. O, kəskin görmə və qoxu bilmə qabiliyyətinə malikdir. Bu canlı istiyə ən dözümlü heyvan sayılır. Bütün vücudunu örtən sıx tüklər onu isti və soyuqdan qoruyur. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər. Yaşlı dəvə gündə 25-30 litr su içir. Yəqin ki, bir çoxumuza o da bəllidir ki, dəvə yeganə canlıdır ki, 10-12 gün susuz yaşaya bilir. Dəvələr günlərlə ac da qala bilir və bu zaman onların köməyinə hürgücləri gəlir. Hürgüclərdə vücud ağırlığının beşdə biri qədər yağ toplanır. Ac qalan dəvə orqanizminin yaşaması üçün hürgüclərindəki yağı sərf edir. Hürgüclərdə yağ azalarkən onlar yana doğru əyilir.
Haqq, düzgünlük və ədalət tərəfdarı
Rəvayətə görə bir tacirin mehriban, qoçaq və sakit bir dəvəsi var imiş. Tacir səfərə çıxanda dəvə özü gəlib, sahibinin yanında hazır onu gözləyirmiş. Bu adət illərlə davam edir. Bir gün yenə tacir səfərə çıxarkən nə qədər gözləsə də, dəvə ayağa qalxmır, tacir dəvəyə yaxınlaşıb çox çalışır, amma dəvəni qaldıra bilmir. Tacir Məhəmməd Peyğəmbərin yanına gedib əhvalatı ona danışır. Peyğəmbər deyir ki, get dəvəni bura gətir, tacir isə dəvənin sözünə baxmadığını, ayağa qalxmadığını deyir. Peyğəmbər deyir ki, dəvənin qulağına “səni Məhəmməd Peyğəmbər çağırır” sözlərini pıçılda. Elə ki tacir gəlib dəvənin qulağına bu sözləri deyir, dəvə tez sıçrayıb qalxır, tacirin qabağına düşüb Peyğəmbərin yanına gəlir. Peyğəmbər Allahın hökmü ilə dəvəni danışdırır və deyir: “Ey Allahın heyvanı, səbəb nədir ki, tacirin sözünə baxmırsan?” Dəvə dilə gəlib cavab verir: “Ya RəsulAllah, sən mənim sahibim tacirdən soruş ki, o, öz sahibi Allahın sözünə baxır ki, mən də onun sözünə baxım? Mən öz sahibimin sözünə çox baxdım, sonra gördüm ki, tacir öz sahibinin sözünə baxmır. Mən də ona baxıb öz sahibimin sözünə baxmadım ki, tacir bilsin ki, sahibinin sözünə baxmamağın təsiri necə olur”.
Bu ağıllı canlı haqqında hətta “Qurani-Kərim”in müxtəlif ayələrində də bəhs olunur. 88-ci surənin 17-ci ayəsində hədsiz diqqət və düşüncə tələb edən heyvan – dəvə haqqında xatırlatmalar var.
Dəymə xətrimə, dəyməyim sənə
Ağıllı, sakit və çox mərhəmətli olmalarına baxmayaraq, dəvələr bəzən həddən artıq aqressiv olmağı da bacarırlar. Belə anlarda “dəvələrin gözünə görünməmək” məsləhətdir. Əks halda, “dəvə kimi kinli” ifadəsinin mənasını anlayacaqsınız. Məlumunuz olsun ki, cütləşmə dövründə heyvanların həssaslığı artır. Bu zaman dəvələrlə aqressiv davranmaq, onları qamçılamaq, vurmaq, incitmək qətiyyən olmaz. Cütləşmə zamanı erkək nər qızarkən onun ağzından köpük axır. Bu zaman onunla aqressiv davranan insanlardan mütləq qisas almağa çalışır. Cütləşmə dövründə erkək dəvələr arasında tez-tez davalar baş verir. Onu da bilin ki, dəvənin boğazlıq dövrü 13 aydır, dəvənin balası isə köşək adlanır.
Şərqin ənənəvi dəvə yarışları
Bəzi ərəb ölkələrində müasir dövrümüzdə belə dəvə-lərin arasında müxtəlif yarışlar keçirilir. Məsələn, keçən aylarda Səudiyyə Ərəbistanında dəvələr arasında gözəllik yarışması keçirilmişdi. Yarışmada yerli “səhra gəmiləri”, eləcə də Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən gətirilən dəvələr iştirak edirdi. Ümumilikdə isə müsabiqə 17 mindən çox dəvənin iştirakı ilə baş tutmuşdu.
Yarışmanın ümumi mükafat fondu 500 min Səudiyyə rialı olub. Qalib dəvələrin sahiblərinə isə içərisində avtomobil də olan qiymətli hədiyyələr verilib.
Ümumilikdə isə Səudiyyə Ərəbistanında belə gözəllik müsabiqəsi 2001-ci ildən keçirilir. Səhrada yaşayan bədəvinin həyatını dəvəsiz təsəvvür etmək mümkün deyil. Bu heyvanlar ərəblərin gözəllik simvoluna çevriliblər. Gözəllik müsabiqəsinin iştirakçıları üçün tələb olunan uzun ayaqlar, badamı gözlər və dolğun bədənlərə malik dəvələr olur. Ən gülməlisi isə odur ki, gözəl dişi dəvələr tək insanları deyil, elə dəvələrin özlərini də heyran qoyur. Belə ki, müsabiqəni kənardan izləyən bəzi erkək dəvələr yarışmaya qatılan dişi dəvələrin gözəlliyindən “ağıllarını itiriblər”.
Azərbaycanda dəvəçilik
Ölkəmiz də qədim dəvəçilik məkanlarından biri sayılır. Tarixi İpək Yolunun Azərbaycanın ərazisindən keçməsi burada dəvəçiliyin inkişafına mühüm təsir göstərib. Ölkəmizdə köçəri əhali yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa səfər edərkən atlarla bərabər, dəvələrdən də geniş istifadə ediblər. Sovet hakimiyyəti qurulmazdan öncə “səhra gəmiləri”ndən, hətta neft daşınmasında da istifadə olunurdu. Məlumat üçün deyək ki, Azərbaycanda ikihürgüclü dəvənin dişisinə haça maya, erkəyinə isə bığır deyilir.
İkihürgüclü ilə birhürgüclü dəvələrin törəmələri isə ölkəmizdə arvana, birhürgüclü dəvənin erkəyi nər adlanır. Dəvəçiliyin ölkəmizdə tənəzzülü isə, təbii ki, maşın və texnikanın inkişafı ilə başlanıb. Tənəzzülə uğramasına baxmayaraq, hazırda ayrı-ayrı şəxsi təsərrüfatlardakı dəvələrlə birlikdə ölkəmizdə 200-dən çox dəvə saxlanılır. Azərbaycanda daha çox ikihürgüclü dəvə cinsləri geniş yayılıb. Bakterian dəvə cinsində 6-7 yaşına kimi boy və çəki artır. Artıq 3-4 yaşında dəvələrin çəkisi 900 kq-a çatır. Dəvələr Azərbaycan şəraitində laktasiya ərzində 1600-1700 kq-a qədər süd vermə qabiliyyətinə malikdirlər. Orta hesabla hər dəvədən ildə 8-10 kq yun götürmək mümkündür. Abşeron, Beyləqan, Bərdə, Biləsuvar rayonları dəvəçiliyin mövcud olduğu əsas bölgələrimizdir.
Mənbə:discoveryazerbaijan.az

Yorum Gönder