Azərbaycanın ən böyük Coğrafiya jurnalı

İqtisadi və Sosial coğrafiyanın vəzifəsi və fənlərarası əlaqəsi - 9 sinif

Dünyanın iqtisadi və sosial coğrafiyası kursunun vəzifəsi sizi daima inkişafda olan planetimizin müasir vəziyyəti ilə tanış etməkdir. Onun təbii resursları və əhalisi, elmi-texniki tərəqqi (ETT) şəraitində ayrı-ayrı region və ölkələrin təsərrüfatının inkişaf təmayülü barədə sizdə təsəvvür yaratmaqdır. Kurs həm də beynəlxalq münasibətləri, bəşəriyyətin qlobal problemlərini, cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini daha yaxşı dərk etməyə, Vətənimizdən xaricdəki aləmi daha əyani təsəvvür etməyə kömək edəcək. Bütün bu məsələləri öyrənməklə siz müasir dövrdə Azərbaycan Respublikasının dünya iqtisadiyyatında və siyasətində yerini daha düzgün müəyyən edə bilərsiniz. Kursda həm də bir çox coğrafi, iqtisadi, sosial, demoqrafik, həmçinin başqa anlayış və terminlərlə tanış olacaqsınız.

Şəkil 1. İqtisadi və sosial coğrafiya
elmlər sistemində
Dünyanın iqtisadi və sosial coğrafiyası kursunun vəzifəsi sizi daima inkişafda olan planetimizin müasir vəziyyəti ilə tanış etməkdir. Onun təbii resursları və əhalisi, elmi-texniki tərəqqi (ETT) şəraitində ayrı-ayrı region və ölkələrin təsərrüfatının inkişaf təmayülü barədə sizdə təsəvvür yaratmaqdır. Kurs həm də beynəlxalq münasibətləri, bəşəriyyətin qlobal problemlərini, cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini daha yaxşı dərk etməyə, Vətənimizdən xaricdəki aləmi daha əyani təsəvvür etməyə kömək edəcək. Bütün bu məsələləri öyrənməklə siz müasir dövrdə Azərbaycan Respublikasının dünya iqtisadiyyatında və siyasətində yerini daha düzgün müəyyən edə bilərsiniz. Kursda həm də bir çox coğrafi, iqtisadi, sosial, demoqrafik, həmçinin başqa anlayış və terminlərlə tanış olacaqsınız.
Kursun başlıca məqsədlərindən biri də şagirdləri ekoloji biliyə yiyələndirməkdir.
Ölkəmizin təbii sərvətlərinin gələcək nəslə saxlanılması şagirdlərin ekoloji təhsil və tərbiyəsindən asılıdır. Məhz bugünkü şagirdlərin arasında üçüncü minillikdə təbii resurslardan səmərəli istifadəni, ətraf mühitin mühafizəsini, ETT-ni həyata keçirə bilən mütəxəssislər hazırlanır.
Şagirdlərin ekoloji biliyi və tərbiyəsi əsasən tədris prosesində formalaşır. Bununla yanaşı məktəblərdə ətraf mühitin mühafizəsinə dair dərnəklərin yaradılması şagirdlərin ekoloji tərbiyəsində mühüm rol oynaya bilər. Məsələn, «Sahib», «Fauna», «Rekreasiya» üzrə dərnəklərin yaradılması, təbiət barədə foto müsabiqələr, bülleten və divar qəzetlərinin çıxarılması ekoloji tədris prosesinin sinifdənkənar davamı ola bilər. Bu dərnəklərdə fəal iştirak edərkən şagirdə daha aydın olur ki, ətraf mühitin qayğısına qaldıqca, təbii resurslardan düşüncəli istifadə etdikcə, təbiət də öz ne’mətləri ilə insanlara fayda verə bilər.
İqtisadi və sosial coğrafiya iqtisadi, sosialoji və ekoloji məsələlərə daha çox yer verir. Bu məsələlər bir-biri ilə sıx əlaqədardır, çünki istehsal insanların maddi ne’mətlərə olan təlabatmı tə’min etmək üçün işləyir. İstehsalın özü isə,xüsusilə ETİ dövründə insanların təhsil səviyyəsindən asılıdır. Çünki insan istehsalın mühüm məhsuldar qüvvəsidir. İstehsal həm də insanları əhatə edən mühitin təmizliyindən, onların istirahətindən və sağlamlığından asılıdır. Yəqin ki, siz özünüz də hiss etmisiniz ki, yay tətilində yaxşı istirahət etdikdən sonra tədris ilində daha fəal olursunuz, həvəslə çalışırsınız və sinifdə işləmək qabiliyyətiniz daha yüksək olur. İstehsalı insansız, həm də onun işləmək arayış şəraitini (insan amillərini) nəzərə almadan tədqiq etmək olmaz. Məhz buna göre də coğrafi, iqtisadi, sosial, ekoloji məsələlər birlikdə, qarşılıqlı əlaqədə öyrənilir. İqtisadi və sosial coğrafiyanın bütün tədqiqatlarında təbiətin səmərəli və kompleks istifadə edilməsi məsələlərinə, istehsalın yaratdığı ekoloji problemlərə getdikcə daha çox yer verilir. Bütün bu məsələləri öyrənməklə siz, ETT şəraitində istehsalın inkişafının sonrakı ekoloji nəticələrini əvvəlcədən müəyyən etmək bacarığına yiyələnəcək, gəlcək fəaliyyətiniz və yaşayışınız naminə ətraf mühitin mühafizəsinin a zəruiliyini yeni təfəkkürlə dərk edəcəksiniz.

Fənlərarası əlaqələr sistemində Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiya kursu xüsusi rol oynayır. Həqiqətən, hər hansı ölkənin sosial- siyasi şəraitini dərk etmək və düzgün başa düşmək yalnız öz ölkənizi yaxşı birldikdə mümkündür. Yadda saxlamaq lazımdır ki, Vətənimiz, Azərbaycan, onun çiçəklənməsi bizim hər birimizdən başlayır.

Hər bir ölkə, hər bir xalq dünya iqtisadiyyatına, elminə və mədəniyyətinə nailiyyətlərini əlavə etmiş və etməkdə davam edir. Respublikamız dənizdən neft çıxarılmasının pioneri olmuşdur. İtaliya, İspaniya, Yuıuımstandakı xalqların yaratdıqları tarixi abidələr hər il on milyonlarla xariçi turisti özünə cəlb edir. Niderland, Belçika kimi sıx məskunlaşmış kiçik ölkələr indi dünyada ərzaq məhsullarının iri ixracatçılarına çevrilmişlər.
Yaponiya səmərəli təhsil və elmi tədqiqat sistemi yaratmaqla dünya iqtisadiyyatında qabaqcıl yer tutur. Hələ bu yaxın vaxtlara qədər iqtisadi cəhətdən geri qalmış Sinqapur, Tayvan, Koreya Respublikası, Türkiyə və s. ölkələr indi dünya bazarına ən müasir sənaye məhsulları çıxarırlar. Sual oluna bılər İni ölkələrdə «iqtisadi mö’cüzə»nin« sirri nədir? Səbəb çoxdur və bu amil qısa da olsa dərslikdə öz əksini tapır.

İndi Respublikamızın iqtisadiyyatını inkişaf etdirmək üçün yollar axtarılır, Bunun üçün dünya ölkələrinin təcrübəsindən və nailiyyətlərindən istifadə etmək lazımdır. Dərslikdə ayrı-ayrı ölkələrin əldə etdiyi nailiyyətlər və onların yolları xarakterizə edilir. Buna görə də dərsliyin nəinki dərk etmə, həm də praktik əhəmiyyəti var.

Siz gələcək mütəxəssislər kimi dünya bazarında daha çox təlabat olan məhsulları öyrənməklə, ölkələr arasında istifadə olunan iqtisadi formaları düzgün qiymətləndirməklə, dünya bazar münasibətlərinin qanunauyğunİlıqlarına yiyələnməklə, respublikamızın təbii və əmək resurslarını, iqtisadi potensialını başqa ölkələrlə müqayisə etməklə Vətənimizin gələcək inkişaf səviyyəsini müəyyən etmək bacarığına malik ola bilərsiniz. Məsələn, bu yaxın vaxtlara qədər biz dünya ölkələri arasında istifadə olunan iqtisadi formalardan (müştərək müəssisələrin tikintisi, xarici kapital qoyuluşu, azad iqtisadi bölgələr, dünya təsərrüfatında inteqrasiya və s.) müstəqilliyin itirilməsinə və s. səbəb olacağını düşünərək imtina etmişik. Lakin mə’lumdur ki, iqtisadiyyatın nə kənd təsərrüfatı (Yeni Zelandiya kimi), nə xammal üzrə ixtisaslaşdırılması (Səudiyyə Ərəbistanı), nə olduqca böyük xarici borca istiqamətləndirilməsi (Braziliya kimi), nə də dünya bazarında tam inteqrasiyası (Tayvan kimi), heç bir ölkəni müstəqillikdən məhrum etmir. Əksinə, onların sür’ətli inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olur.
Aydın məsələdir ki, dünya bazarında müasir sənaye məhsulları ilə çıxış etmək indi bir çox ölkələrin, o cümlədən, respublikamızın əhalisinin arzusudur. Lakin e’maledici sənayenin ən’ənəvi sahələri üzrə ABŞ, Yaponiya, AFR və s. kimi ölkələr çox əvvəllərdən ixtisaslaşıblar. İndi ən müasir sənaye sahələrinin (robotlar, biotexnologiya, telekommunikasiya və s.) istehsalına daha çox fikir verilməlidir. Lakin müasir dövrdə bu sahələrdə bir çox ölkələrin, o cümlədən respublikamızın vəziyyəti olduqca ağırdır. Beynəlxalq əmək bölgüsünün qanunauyğunluqları isə dünya təsərrüfatı əlaqələrinin məhsul strukturunda hər bir ölkənin yerini müəyyən edir. Bu qanunlar nə dövlət qərarlarını, nə də əhalinin arzusunu nəzərə almadan obyektiv qüvvə kimi fəaliyyət göstərir. Bütün bu qanunauyğunluqlar və onların praktik əhəmiyyəti dərslikdə öz əksini tapmışdır.
Bununla yanaşı, artıq siz bilirsiniz ki, iqtisadi və sosial coğrafiyanın tədqiq etdiyi obyektlər daim inkişafdadır. Heç bir dərslik sür’ətlə dəyişən dünya proseslərini əks etdirə bilməz və sizi maraqlandıran bütün suallara cavab verə bilməz. Dünya hadisələrini və proseslərini dərk etmək üçün siz müntəzəm olaraq kütləvi informasiya vasitələrini izləməli və kursun mövzularına aid daha çox ədəbiyyat oxumalısınız.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget