Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Tuğay meşələri (ətraflı bilgi)

Azərbaycanda tuğay meşələri komplekslərinin iqlim-ekoloji və qismən relyef-ekoloji şəraiti aran meşələrində olduğundan o qədər də ciddi fərqlənmir. Lakin aran meşələri komplekslərindən fərqli olaraq, tuğay meşələri yalnız çaylar boyu inkişaf edir və onların mövcudluğu, yayılma xüsusiyyətləri, əsasən çaylann su rejimindən asılıdır. Tuğay meşə kompleksinin inkişafına eyni zamanda yeraltı sulann səviyyəsi və şorluq dərəcəsi də tə’sir gösterir.

Tuğay meşələri
Tuğay meşələri düzənlik çayları boyu ensiz zolaq şəklində uzanan xüsusi intrazonal landşaft tipidir. Mülayim və subtropik enliklərin arid zonalan düzənliklərinin çay kənarlannda təbii landşaftın bu tipi xüsusi landşaft-ekoloji sistem yaradır.
Azərbaycanda tuğay meşələri komplekslərinin iqlim-ekoloji və qismən relyef-ekoloji şəraiti aran meşələrində olduğundan o qədər də ciddi fərqlənmir. Lakin aran meşələri komplekslərindən fərqli olaraq, tuğay meşələri yalnız çaylar boyu inkişaf edir və onların mövcudluğu, yayılma xüsusiyyətləri, əsasən çaylann su rejimindən asılıdır. Tuğay meşə kompleksinin inkişafına eyni zamanda yeraltı sulann səviyyəsi və şorluq dərəcəsi də tə’sir gösterir.

Mingəçevir su qovşağı tikilənə qədər Kür çayı hər il yaz gursululuğu dövründə yatağından çıxaraq Kür-Araz ovalığında çay ətrafı zonaları basırdı və qurunt sularının səviyyəsini qaldırmaqla yanaşı, onların üst şirinsulu təbəqəsini əmələ getirdi. Beləliklə, istər gursululuq dövründə, istərsə də yay və payızda (bütün vegetasiya müddətində) tuğay meşələri zonasında torpağın nəmlik dərəcəsi ağac, kol və başqa meşəaltı bitkilərin inkişafı üçün optimal şərait yaradırdı. Anomal daşqınlar, yaxud çaylarda anomal alçaq səviyyə isə tuğay meşə kompleksinin illik, çox nadir hallarda çoxillik orta fəaliyyəti rejimim müəyyən dərəcədə pozsa da, onun ümumi optimal rejimini ciddi dəyişdirmirdi. Optimal relyef-istilik-rütubətlənmə şəraitində Kür-Araz, Samur, Qanıx, Əyriçay, Qabırrı çayları və Kürün düzənlikdən axan qollan ətrafında tuğay meşə kompleksi sanki bir şəbəkə yaradırdı. Kürün qolları boyu uzanan daha ensiz və çoxsaylı, eyni tərkibli meşə zolaqları Kürboyu meşə landşaftını Qarabağ və Şirvan düzünün aran meşələri kompleksləri ilə birləşdirirdi. Yüzillər ərzində xüsusilə XIX əsrin ikinci yarısından XX əsrin 60-70-ci illərinə qədər Azərbaycanın tuğay meşə kompleksi antropogen tə’sir altında ciddi deqradasiyaya uğradı. Buna görə hazırda əsl təbii tuğay meşə landşaftına rast gəlmək çox müşkül işdir.

A.L. Qrossheym, L.İ. Prilipko, H. Ə. Əliyev, M. Y. Xəlilov və bir sıra başqa geobotanikler Azerbaycanın tuğay meşələrinə aid çox qiymətli tədqiqat əsərləri yazmışlar. Maraqlıdır ki, Qrossheym və Prilipkonun tədqiqatları Kür-Araz ovalığında tuğay meşə komplekslərinin rütubətlenmə şəraitində ciddi dəyişiklik baş verməsinin başlıca səbəbi - Mingəçevir su qovşağı tikintisindən əvvəlki dövrü, H. Əliyev və M. Xəlilovun tədqiqatları isə əsasən 60-cı illəri və 70-ci illərin birinci yarısını əhatə edir. XX əsrdə (50-ci illərin başlanğıcında) Mingəçevir və son zamanlar Şəmkir su qovşaqlarının yaradılması Tovuz çayın mənsəbi ilə Mingəçevir bəndi arasında 120 kilometrlik məsafədə tuğay meşə kompleksinin, xüsusilə Kür, Qabırrı, və Qanıx çaylarının birləşdiyi Mingəçevir çökəkliyində çox geniş sahədə yayılmış məşhur Samux meşələrinin, Tovuz çayın mənsəbindən aşağıda sol sahilboyu uzanan Şabadın meşələrinin sonuna yetdi.
Kür-Araz ovalığı tuğay meşələri kompleksinin deqradasiyasını tək Kür çayının rejiminin deyişməsi (daşqın səviyyəsinin azalması) ilə izah etmək olmaz. Bu meşələrin çox yerdə yox olması əslində insanın təsərrüfat fəaliyyəti ile əlaqədardır. İnsanın təsərrüfat fəaliyyəti isə bir tərəfdən əkin sahələrini genişləndirməyə, başqa tərəfdən isə Kür qırağı kəndləri odunla tə’min etməyə yönəlmişdir. Bunlarla bərabər ətraf yarımsəhralarla müqayisədə mal-qaranın otanlması üçün tuğay meşələrinin daha münasib olmasını nəzərə alsaq, bu meşələrin çox pis vəziyyətə düşməsinin səbəbləri aydm olar. Beləliklə, çay qırağı kəndlərin əhalisi 600 kilometrdən artıq bir məsafədə Kür-Araz, Qanıx və başqa çaylar boyu uzanan və düzənlik bölgələrin landşaftına təkrarsız bir görkəm verən, cansıxıcı səhra-yanmsehra kompleksləri fonunda misilsiz cazibədar bir landşaft-ekoloji şərait və sistem yaradan tuğay meşələri kompleksinin yox edilməsi üçün böyük səy göstərdi.
Tuğay meşələri

H. Ə. Əliyevin və M. Y. Xəlilovun apardıqları tədqiqatlar nəticəsində Gürcüstan sərhədindən Kürün deltasına qədər bütün Kürboyu tuğay meşələri kompleksinin vəziyyəti dəqiq müəyyənləşdirilmiş və irimiqyaslı xəritəsi tərtib edilmişdir. Həmin tədqiqatlar göstərir ki, tuğay meşə kompleksinin müxtəlif antropogen modifikasiyalan Qarayazı düzündə (Sadıxlı və Poylu arasında), Həsensu və Tovuzçayın mənsəbi arasında (əsasən Kürün sağ sahil, qismən sol sahil yataq terrası üzərində) və Şəmkirçayın mənsəbi ilə Yenikənd arasında (sağ və sol sahil yataq terrasında) saxlanmışdır. Kür-Araz ovalığında tuğay meşələri adda-budda (adalar şəklində) Kür çayının sol və sağ sahillərində, əsasən Yevlax-Körpükend arasında, cüz’i miqdarda isə Zərdab-Məmmədli, Mollakend-Hacalı kəndləri arasında, Sabirabaddan aşağıda isə olduqca kiçik sahələrdə qalmaqdadır. Lakin göstərilən sahələrdə tuğay meşələrinin nadir hallarda invarianta yaxınlığı var. Əksər hallarda bunlar təbii-antropogen komplekslərdir. Kür qırağının tuğay meşə kompleksindən məhrum olan sahələrində tək-tək qovaq, palıd ağaclanna, çox yerdə söyüdlüklərə, yaxud qrunt sularının çox dayazda yerləşdiyi sahələrdə yulğunluqlara rast gəlmək mümkündür. Qalan sahələrdə tuğay meşələri tamamilə antropogen komplekslərlə əvəz edilmişdir.

Tuğay meşələri kompleksini emələ gətirən əsas ağac növləri ağyarpaq qovaq, hibrid qovaq, Sosnovski qovağı, söyüd, qarağac və palıd ağadandır. Sahildə, xüsusilə lil və qumlardan ibarət adalarda söyüdlük, bunun arxasında iri gövdəli qovaq (ağyarpaq qovaq və s. ) meşəliyi yerləşir və çayın sahilindən kənarlara zonallıq əmələ gətirirlər. Lakin yatağın morfologiyasından asılı olaraq söyüd və qovaq meşəliyi sahil zonasından aralı təkrarlana bilər. Bu hala yataq terrasındakı köhnə yatağın sahiliboyu qovaq meşəsinin inkişaf etdiyi zona mövcud olduqda rast gəlmək mümkündür. Çayın yatağından aralandıqca (relyef-ekoloji şəraitdə dəyişiklik baş verməsə) ucaboylu qovaq meşəliyi alçaqboylu və nisbətən seyrək qovaqlıqla, bu isə palıd, qarağac meşəliyi ile əvəz olur. Normal tuğay meşəsində ağac bitkilərinin gösterilən ardıcıllıqla əvəzləşməsi çayın sahilindən aralandıqca qrunt sulan səviyyəsinin aşağı düşməsi və yataq terrasının daşqın sulan ilə örtülməsi müddətinin azalması ilə əlaqədardır. Yataq terrasının arxası yalnız yüksək daşqınlar zamanı bir neçə ildən bir su ilə örtülür. Buna görə burada kök sistemi daha derinə işləyən ağac və kol bitkiləri, xüsusilə arid iqlim-ekoloji şəraitə xas olan bitkilər “zonası” yerləşir.
Antropogen tə’sirə mə’ruz qalmamış, yaxud bu tə’sir nəticəsində olduqca zəif dəyişmiş əsl tuğay meşələrində, aran meşələrində olduğu kimi, sarmaşıqlar, ağaclara sannmış cır üzüm, 2-ci mərtəbə ağaclan və müxtəlif kollar (tut, iydə, armud, alça, göyəm, yemşan, itburnu, zirinc, nar, qaramurdarça, qaratikan, böyürtkən, yulğun və s.) keçilməz cəngəlliklər əmələ gətirir. Tuğay meşələrinin bu növündə ot bitkiləri olduqca zəif inkişaf edir. Sıx qovaq meşələrində ən qızmar yay günlərində belə güneş şüalan torpağın səthinə çatmır və o quru olsa da səthdən bir-neçə santimetr aşağıda nəmliyini saxlayır.

Lakin tipik tuğay meşələri kompleksi hazırda müxtəlif dərəcədə dəyişilmiş və təbii-antropogen meşə kompleksləri ilə əvəz olmuşdur. Antropogen modifıkasiyah tuğay meşə komplekslərinin tərkibindən, sıxlığından (saxlanma dərəcəsindən) asılı olaraq əsl tuğaylarla çox seyrək, tək ağaclı və yulğun kolluqlarına qədər keçidlər seriyası (yaxud sırası) ayırmaq mümkündür.

Meşənin bir qədər seyrək yerlərində müxtəlif kollarla yanaşı dəlipişpişə. dəlicincilim, bağayarpağı, acıqovuq, bozağotu, əvəlik, kəndəlaş, quru yerlərdə topal və bir çox başqa ot bitkiləri, kənar zolaqda yovşan, topal seyrək, yaxud sıx örtük əmələ gətirir.

H. Əliyev, M. Xəlilov və L. Prilipko tuğay meşələrinin məhsuldarlığına aid araşdırmalarında gösterirlər ki, daha yaşlı (40-60 il), yoğun gövdəli (80-140 sm), ucaboylu (30-40 m) sıx qovaq ağaclarından təşkil olmuş mərzlərdə oduncaq ehtiyatı 600-1200m3- ha arasında dəyişir. Lakin meşələrin müxtəlif antropogen modifikasiyalannda məhsuldarlıq 200-300 m3- ha ilə 30-40 m3- ha arasında tərəddüd, edir.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget