Maçu–Pikçu çətin bir quruluşa malikdir. Şimal-şərqdə saray kompleksinin tikilmə prosesi öyrənilir. Burada daşlar o dərəcədə gözəl hazırlanmışdır ki, insan baxarkən düşünür ki, yəqin burada əyanlar və yüksək rütbə sahibləri yaşamışdır. Qərb hissədə səcdəgahla birlikdə baş məbəd vardır və bura qurbanlar üçün nəzərdə tutulmuşdur. Onun qarşısında yaşayışı evləri və iki mərtəbəli evlər vardır. Onların arasında labirint kimi ensiz pillələr və yollar vardır. Bunların bəziləri heç bilinməyən divarlarla və terraslarla üzləşir. İspanlar bütün bunlara baxmayaraq Maçu–Pikçuya gəlməyi bacarmışlar. Bu şəhər məhv edilməmişdir. Lakin biz şəhər haqqında çox az məlumat əldə etmişik. İndiyə kimi sual olunur ki, nəyə görə inklər dövlətin mərkəzindən kənarda, 2450 metr yüksəklikdə şəhər salmaq qərarına gəlmişlər? Bizə isə nə yaşayan əhalinin sayı, nə də şəhərin əsl adı məlumdur. 2007-ci ildə dünyanın yeddi möcüzəsindən biri hesab olunmuşdur. Tarixçilərin araşdırmalarına görə Maçu Piççunun zəngin xəzinələri 140 ildən çox bundan əvvəl bir alman tərəfindən qarət edilmişdir. Alimlərin fərz etdiyinə görə, Peruda qızıl və ağac alveri ilə məşğul olan Avqusto Berns adlı bir alman tarixçisi 1867-ci ildə o vaxtkı Peru hökmdarlarının icazəsi ilə şəhərciyin yerşədiyi təpədə özünə biznes quraraq misilsiz xəzinələri qazıb üzərə çıxararaq Avropa muzeylərinə və şəxsi kolleksiyalara satırmış. İndiyənə kimi hesab olunurdu ki, qədim Maçu Piççu 1911-ci ildə Amerikalı tarixçi Hayram Binqam tərəfindən dünya üçün aşkar edilib. Yerli əhali üçün belə bir qədim şəhərciyin mövcudluğu bilinirdi. Yelsk Universitetinin amerikan tədqiqatçıları Riçard Byurger və Lyusi Salazar ispanların XVI əsr tarixindən müəyyən məlumatlar əldə etmişlər və düşünürlər ki, bura Paçakutekanın qız iqamətgahı olmuşdur. Yay dövründə şəhərdə yağış vaxtı olarkən burada heç 200 sakin qalmırmış. İmperiyanın zəbtindən sonra isə ümumiyyətlə burda heç sakin qalmamışdır və bütün şəhəri həmişəlik tərk etmişlər. Maçu-Pikçunun şimal şərqində inklərin daş yonanları iki konstruksiya yaradıblar, hansı ki, Binqhem həmin hissəni düzəldəni "rəssamlığın ustadı" adlandırmışdır. Burada dairəvi qala var və onun tərəflərində hissələr də ucaldılmışdır. Bu qalanın tikintisi Günəş allahı üçün nəzərdə tutulmuş məbəd mənasını ifadə edirdi və buna görə də eyni ilə belə ad verilmişdir. Çünki qalanın özü və onun ətrafındakı hissələr də orta əsr divarlarına bənzəyir. Perulular bütün kompleksi daha sonralar El – Torreon ("bastion") adlandırıblar. Lakin əlbəttə hamı bilir ki, yerin ilkin adı regionun özünəməxsus adlandırılmışdır. Qala səcdəgahın yaxınlığında tikilmişdi. Qalanın yanında mağara yerləşir. Binqhem düşünürdü ki, bunun içində inklərin rəhbərinə aid olan mumiya yerləşir, lakin alimlər bildirir ki, bu cəsəd hansısa bir ritual proseslərin idarə edilməsində iştirak edən şəxsdir. Qazıntılardan və tamamilə hazır hala gətirildikdən sonra bu kompleks bizə özünün bütün gözəlliyini göstərdi. Xüsusən də dörd əsr bundan əvvəl tikilməsinə baxmayaraq memarlıq baxımından olduqca güclü idi. Şahzadənin evinin qarşısından qalaya doğru pillələr vardır və buradan aşağıya doğru baxmaq, gözəlliyi seyr etmək mümkündür. Yəqin ki, bu pəncərələr qış aylarında günəşi seyr etmək üçün nəzərdə tutulmuşdur. Müqəddəs meydan Maçu Pikçunun mərkəzi sayılır. Cənub hissənin sonunda ağ mərmərdən üç mərtəbəli bina dayanmışdır, buranın tikintisində istifadə olunan daşların hündürlüyü insan boyundan qat – qat artıqdır. Məbədin qərb divarları bağlı sığınacağı xatırladır və bura "bəzəkli otaq" kimi dəyərləndirilir. Bütün otaq inklərin ən gözəl daş yonanları tərəfindən böyük ustalıqla hazırlanmışdır. Üç hissədən 32 künc qazılaraq 2 blok həcmində fundament tökülmüşdür. Bəlkə də bunların arasında Maçu Pikçuda yerləşən və meydanın əsas hissəsi olan şərqdə yer alan "Üç pəncərənin məbədi" daha nəzərə çarpandır. Trapesiya formasında olan bu üç pəncərə şərqə doğru istiqamətlənmişdir. Əgər yerli şəxslərin tarixçələrinə inansaq, inklərin ilk rəhbəri məbədi özünün anadan olduğu yerdə Tambo – tokoda tikilməsinə əmr etmişdir və buranın da simvol olaraq üç pəncərəsi hazırlanmışdır. Bu pəncərələr mağaranı xatırladır, hansı ki, onun ata evi rolunu oynamışdır. Binhem bu yerdə həmin hissənin yerləşdiyini bildirir. Bütün bunlar Maçu - Pikçunun inklərin memarlıq nümunəsi olduğunu bir daha sübut etmişdir. Terraslarda qranit sütunlar olmuşdur və Müqəddəs meydanda xüsusi yer almışlar, pilləkanların köməyi ilə ən yüksək zirvəyə güclə çıxmaq mümkündür. Həmin yerdə böyük bir daş dayanır ki, günəşin burada olduğu insanlar tərəfindən düşünülürdü. Binqhem demişdir ki, eyni ilə burada inklər günəşə müxtəlif sitayişlər emtiş və dini rituallar yerinə yetirmişlər. Payız və yaz fəsillərində xüsusən əkinçilik dövründə insanlar bu daşa daha çox müraciət edərək günəşli günlərin çox olmasını xahiş edirmişlər. Makçu Pikçunun əhalisi daşın ətrafını bu zaman güllərlə və müxtəlif əşyalarla bəzəyirmişlər. Bu zaman onlar müxtəlif mahnılar oxuyur və dua edərək, bir neçə gün dini bayramlar qeyd edirmişlər. Makçu Pikçudan Kuskoya doğru olan yol inklərin gözəl incəsənət nümunələri ilə doludur. Hətta yağmurlu günlərdə belə bura öz gözəlliyini itirmir. Bütün imperiya geniş komunikasiya ilə əhatə olunmuşdur və təxminən 40000 km ərazini əhatə etmişdir. Dövlətə doğru yolu inklər ən əvvəl strateji baxımdan seçmişlər. Həmçinin dövlətin tərkibində onlara id olan müxtəlif incəsənət nümunələri də yer alırmış. İnsanlar bir – birlərindən keramika, toxuculuq, metal işləmə, memarlıq və tikinti işlərini öyrənmişlər. İnklər uzun yollar çox da tanımamışdır, onlar pillələrə daha çox yer verirmişlər. Bura okean sahilində yerləşir, bir tərəfi divarlarla hörülmüşdür, digər hissədən isə günəş şüalarının düşəcəyinə qərar verilmişdir. Həmçinin külək və qumlardan qorunmaq üçün divarlar xüsusi rol oynayırmış. Çayın üzərində daşdan və asma körpüdən kanat yollar hazırlanmışdır, bu körpülər müqəddəs yerlər sayılırdı və buna görə də zərər görməsi nəticəsində həmin insan ölümə məhkum edilirdi.
Peru- Maçu Pikçu xarabalıqları

Yorum Gönder