Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Atlantik okean

Atlantik okean – sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 106 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktika qitəsinə qədər uzanır.

Atlantik okean – sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 106 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktika qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür - Cənubi Atlantik və Şimali Atlantik. 
Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450 ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir.Dənizləri: Baltik dənizi, Şimal dənizi, Aralıq dənizi, Qara dəniz, Sarqass dənizi, Karib dənizi, Adriatik dənizi, Azov dənizi, Balear dənizi, İoniya dənizi, İrland dənizi, Mərmərə dənizi, Tirren dənizi, Egey dənizi.
Ən böyük körfəzləri: Biskay körfəzi, Qvineya körfəzi,
Meksika körfəzi.Əsas adaları: Britaniya adaları, İslandiya adası, Nyufaundlend adası, Böyük Antil adaları, Kiçik Antil adaları, Yaşıl burun adaları, Folklend adaları (Malvin adaları).
Dəniz cərəyanları: Qolfstrim cərəyanı, Kanar cərəyanı, Labrador cərəyanı, Passat cərəyanı.
Atlantik okeanı qərb yarımkürəsində yerləşir. Atlantik okeanın ən ensiz yeri ekvatorial zonadadır. Burada okeanın eni 2900 kilometrdir. Ən enli yeri isə şimal və cənub tropikləri boyunca olub təxminən 9000 km-ə bərabərdir. Atlantik okeanı hövzəsinə 13 dəniz daxildir. Bu dənizlər okean sahəsinin 11%-ni tutur. Aralıq dənizi, Qara dəniz, Karib dənizi Atlantik okeanı hövzəsinə aiddirlər.
Atlantik okeanAtlantik okeanı qədim zamanlardan bəri insanlar tərəfindən öyrənilməyə başlanmışdır. Böyük coğrafi kəşflər dövründən başlayaraq Atlantik okeanı Yer üzündə əsas su yolu olmuşdur. Atlantik okeanı haqqında ilkin elmi məlumatları Xristofor Kolumb, Fernando Magellan, Ceyms Kuk və başqa səyyah və tədqiqatçılar vermişlər. Hazırda bir çox ölkələrin alimləri su kütlələrinin xassələrini, okean dibi relyefini, onun təbii ehtiyatlarını öyrənməklə məşğuldur. Okeanoloqlar Qolfstrim və digər cərəyanları da tədqiq edir, okeanın atmosferlə qarşılıqlı təsirini öyrənirlər.Atlantik okeanının dib relyefi o qədər də mürəkkəb deyildir. Şimaldan cənuba doğru materiklərin sahillərinə paralel sualtı Orta Atlantika silsiləsi uzanır. Bu dağ silsiləsi iki hissəyə bölünür: Şimali Atlantika və Cənubi Atlantika silsilələri. Bu sualtı dağ silsiləsi üzərində suyun dərinliyi 2500-3000 metrdir. Sualtı dağ silsiləsinin hər iki tərəfi çökəklikdir. Okeanın orta dərinliyi 3400 m, maksimum dərinliyi 8742 metrdir (Puerto-Riko çökəkliyi).Cərəyanı əmələ gətirən su kütləsinin temperaturu ətraf suların temperaturundan yüksək olanda isti cərəyan, alçaq olanda isə soyuq cərəyan hesab olunur. Tropik qurşaqda passat küləklərinin təsirindən cənub və şimal passat cərəyanları yaranır. Cənub passat cərəyanı ekvatordan cənubda Qvineya körfəzi səhillərindən qərbə doğru 500 km enində güclü isti su kütləsinin hərəkəti ilə başlayır. Cənubi Amerika sahillərində bir qolu şimala doğru hərəkət edərək, Qviana cərəyanı adı ilə Karib dənizinə daxil olur. Bir qolu isə Braziliya isti cərəyanı adı ilə cənuba hərəkət edir. Şimal passat cərəyanı Antil adalarından keçərək Florida cərəyanı ilə birləşib, saatda 10 km sürətlə hərəkət edən məşhur Qolfstrim cərəyanını əmələ gətirir. Bu cərəyan Şimali Amerikanın şərqi ilə Böyük Nyufaundlend bankəsinədək şimala doğru hərəkət edir. Daha sonra bu cərəyan Şimali Atlantika cərəyanı adı iləŞimal Buzlu okeanına daxil olur. Şimali Atlantika cərəyanı Qərbi Avropanın iqliminə güclü təsir edir. Şimal Buzlu okeanında iki soyuq – Şərqi Qrenlandiya və Labrador cərəyanları Atlantik okeanına daxil olur. Bu cərəyanlar da öz növbəsində Şimali Amerika qitəsinin şimal-şərq sahillərinin iqliminə təsir edir. Haqqında söhbət açdığımız cənub passat cərəyanı La-Plata sahillərində soyuq Folklend cərəyanı adı ilə hərəkət edib, sonra qərb küləkləri cərəyanı ilə qovuşur və Afrika sahillərinə çatanda şimala meyl edir. Daha sonra Benqal cərəyanı adı ilə şimala doğru hərəkət edib cənub passatları cərəyanı ilə birləşir. Beləliklə, Atlantik okeanı daxilində cərəyanların dairəvi hərəkəti əmələ gəlir.
Cərəyanlar buzlaqlara da təsir edir. Qrenlandiyanın nəhəng buz parçaları vaxtaşırı qopub okeana düşür. Aysberqlər adlanan bu böyük buz parçalarının uzunluğu bəzən 100 km-ə, hündürlüyü isə 200 metrə çatır.
Atlantik okeanının heyvanlar aləmi digər okeanlara nisbətən kasıbdır. Bu da okeanın nisbətən cavan olması və buzlaşma zamanı onun iqliminin kəskin dərəcədə soyuqlaşması ilə izah oluna bilər. Növlərin azlığına baxmayaraq okean balıq və digər su heyvanları ilə zəngindir. Atlantik okeanının hər iki sahilində inkişaf etmiş ölkələr yerləşir. Atlantik okeanı bu ölkələr arasında iqtisadi əlaqələr yaratmaq üçün mühüm nəqliyyat yoludur. Atlantik okeanının balıq və digər dəniz məhsullarından geniş istifadə olunur. Ən çox okeanın şimal hissəsində balıq tutulur. Atlantik okeanının şelf zonalarında, xüsusilə Venesuela, Biskay, Meksika körfəzlərində və Şimal dənizində böyük neft yataqları aşkar edilmişdir. Bundan başqa Florida sahillərində fosforit hasil edilir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget