Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Coğrafi kəşflər

Coğrafi kəşflər - XV - XVI əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədi ilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnmiş kəşflərə verilən ad. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir.


Coğrafi kəşflər - XV - XVI əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədi ilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnmiş kəşflərə verilən ad. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdən orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk çoğrafi kəşflər Atlantik okeanıvə Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. Coğrafi kəşflərin başlanmasının başlıca səbəbləri Avropada çoğrafiya elminin daha geniş öyrənilməsi və gəmiçilik təcrübələrinin genişlənməsi, kompasın kəşfi. Yerli əhalinin Avropada olmayan ancaq başqa dünyalarda (qitələrdə) mövcud olmasından xəbərdar olduqları ədviyyatlar. İspaniya və Portuqaliya dövlətləri tərəfindən yeni mədənlərin kəşf edilməsi üçün gəmiçilərin dəstəklənməsi. Xristianlıq dinin və Avropa mədəniyyətinin digər dünyalarda yaşayan insanlar arasında yayılmaq istənməsi. Elm sahəsində əldə olunan uğurlardan sonra, başqa ərazilərdə yaşayan insanların öyrənilməsinə marağın artması. Uzun məsafəyə hərəkət etməsi üçün nəzərdə tutulmuş mümkün olan gəmilərin hazırlanması. Kompasın kəşf edilməsi. Xristofor Kolumb (1451 - 1506), 1492-ci ildə Amerika qitəsini kəşf edərəkən, ucuz və qısa bir yolla Asiyaya getmək istəyirdi. Orta əsrlərdə yaşayan bir dənizçi və səyyahların əsas məqsədləri Hindistana gedən dəniz yolların topmaq və həmin ölkə ilə ticarət əlaqələri qurmaq olmuşdur. Hindistana quru yolu ilə gedən yol Anadolu və Qafqaz ərazilərindən keçirdi. Həmin dövrdə bu ərazilər Osmanlı imperiyasının nəzarəti altında olduğundan Venesiyalı tacirlərdən yüksək gömrük vergisi alınırdı. Bu səbəbdən Avropalı tacirlər alternativ ticarət yollarının axtarılması ilə məşğul idilər. XV əsrdə Avropada belə bir təsəvvür yaranmışdı ki, Hindistana catan hər bir dənizçi və ya tacir dərhal varlanacaq. XV - XVI əsrlərdə ipək parça, baharat və ədviyyat kimi dəyərli məmulatlar yalnız Hindistanda mövcud idi və belə mallara Avropada böyük təlabat vardı. Portuqal səyyahı Bartolomeu Dias ümid burnunu kəşf etməsi, Hindistana gedən yolun tapılması istiqamətində böyük irəliləyişə səbəb oldu. Ancaq Bartolomeu Diasın gəmi heyyəti tropik qızdımra xəstəliyinə yoluxduğundan onun Hindistana getməsi baş tutmamışdır. Digər bir portuqal səyyahı Vasko da Qama 1498-ci ildə aylarla davam edən səyahətin ardından sonunda Hindistana çatdı. Fernan Magellan 1519 - 1522-ci il dünya səyahətində dünyanın yuvarlaq şəkildə olduğunu sübut etmiş oldu. Venesiyalı səyyah Marko Polo Asiya qitəsinə səyahəti zamanı burada gördükləri əsasında Marko Polonun kitabını yazdı. Bu kitab vasitəsi ilə Avropalıların Asiya və Şərq xalqları haqqında məlumatları daha da genişləndi. Coğrafi kəşflərin nəticəsi Coğrafi kəşflər Avropada yaşayan yerli xalqın xammal məmulatları ilə daha yaxşı təmin olunması ilə nəticələndi. Kəşf olunan ərazilərə yaşayan xalqlar, Avropalılara nisbətdə texnika və hərb sahəsində çox geri qalırdılar. Bu səbəbdən kəşf olunan ərazilərdə yaşayan xalqlar asanlıqla, Avropalıların əsarətinə düşürdülər. Bununla da müstəmləkəçilik adı verilən əsarət forması başlamış oldu. Avropalılar kəşf olunan ərazilərə başlıça olarak 3 qrup şəxs göndərirdilər. Bunlardan birirahiblər idi. Rahiblərin işi yerli əhalini xristianlıqlaşdırmaqdan ibarət olmuşdur. Cəngavərlər yerli əhalinin mübarizə əzmini qırmağa, tacirlər isə daha əlverişli ticarət yollarını axtarılması ilə məşğul olurdu. Coğrafi kəşflərin bir çoxu yerli əhali üçün faciə ilə nəticələnmişdir. İspan konkistador Ernan Kortesin Meksikada yaşayan yerli astek xalqını çoğrafi kəşflər adı ilə məhv etməsini buna misal göstərmək olar. Fransisko Pizarro isə Peruda yaşayan yerli ink xalqının kralını əsir almış və əvəzində isə böyük miqdarda qızıl tələb etmişdir. Qızılı aldıqdan sonra isə kralı öldürülməsinə əmr vermişdir. Coğrafi kəşflərdə uğurların əldə olunmasının əsas səbəblərindən biridə, Avropalıların bu kəşflərə yaxşı şəkildə hazırlanmaları olmuşdur. XV əsrdə taxta olmuşPortuqaliya kralı Henri tərəfindən açılmış dənizçilik məktəbi Vasko da Qama və Barlatemo Dias kimi dənziçiləri yetişdirmişdir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget