Qeorqi Yakovloviç Sedov (1877-1914) Azov dənizi sahillərində Krivaya Kosa, indiki Sedov kəndində balıqçı ailəsində anadan olmuşdur. O, coğrafiya tarixinə məşhur Arktika tədqiqatçısı kimi daxil olmuşdur. Sedov dənizçilik məktəbini bitirdikdən sonra, Qara və Xəzər dənizlərində üzməyə başlamış, bir müddətdən sonra isə Şimal Buzlu okeanda xidmət etməyə göndərilmişdir. Elə burada Sedov qütbü fəth etmək fikrinə düşür. Sibirin şimal sahillrini, Kolıma çayını, Novaya Zemlya (Yeni torpaq) adasının qərb sahillərini tədqiq etməklə Qütbə ekspedisiyanın layihəsini hazırlayır. Layihə 1912-ci ildə çar hökumətinə təqdim edilməsinə baxmayaraq ekspedisiya məqsədəuyğun sayılmır. Bundan sonra çarəsiz qalan Sedov «Novoe Vremya» (Yeni Zaman) qəzetinin xidmətinə müraciət etməyə məcbur olur.
Qəzet vasitəsi ilə ekspedisiyanı maliyyə cəhətdən təmin etmək üçün könüllülərə müraciət etməklə ekspedisiyanı təmin etməyə müvəffəq olur və 27 avqust 1912-ci ildə «Müqəddəs Foka» gəmisində yola düşür.
«Müqəddəs Foka» gəmisi |
Arxanqelsk limanından gəmi çıxmaqla Ağ dəniz vasitəsilə şimala kurs götürür. Ağır bir şəraiti Barens dənizində ekspedisiya üzvlərini qışlamağa məcbur edir. Qışlama dövründə Sedov Novaya Zemlyanın sahillərinin bir hissəsini xizəklə tədqiq edir. 1913-cü ilin sentyabrında buzdan azad olan gəmi, baza məqsədilə seçilmiş Frans-Iosif Torpağına istiqamət götürür. Keçilməz troslar ekspedisiya üzvlərin arxipelaqın cənubunda ikinci dəfə qışlamağa məcbur edir. 1913-cü ilin dekabrında heyətin cəmi yeddi nəfəri sağlam idi. Hətta Sedovun özündə də sinka xəstəliyinin əlamətləri görsənirdi.
Buna baxmayaraq 15 fevral 1914-cü il tarixində o, xizəklə şimal qütbünə doğru hərəkət edir. Ilk dörd günü sutka ərzində 15 km irəliləyən Sedov sonrakı günlər xəstəliyin təsirini hiss etməyə başladı. Bəzi ekspedisiya üzvləri barmaqlarını dondurdu, bəzilərinin isə burunlarından tez-tez qan açılmağa başladı. Mart ayının 5-də ağır xəstəliyə davam gətirə bilməyən Sedov ömrünü başa vurur. Ekspedisiya üzvləri tərəfindən o, Rudolf adasının Auk burnunda dəfn edilir.
Bir müddət elmi-tədqiqat işlərini davam etdirən ekspedisiya üzvləri iyul ay ınını 30-da Frans-Iosif arxipelaqının cənubundakı Sakin buxtasından (kiçik körfəz) geri qayıdırlar.
Sedovun adı coğrafiya tarixinə Arktikanın mənimsənilməsində mühüm rol oynayan səyyahlardan biri kimi daxil oldu.
Yorum Gönder