Yer səthinin, onun üzərində olan obyektlərlə birlikdə kiçildilmiş, şərti işarəli təsvirinəcoğrafiya xəritəsi deyilir. Məzmununa görə xəritələr 2 qrupa bölünür: a) Ümumcoğrafi xəritələr- Yer səthinin ümumi mənzərəsini əks etdirir.
b) Tematik xəritələr- hər hansı bir hadisə (məs: iqlim, torpaq) daha, konkret olaraq təsvir olunur. Bəzən tematik xəritədə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə komponent təsvir olunur ki, buna kompleks xəritələr deyilir.
Ərazinin əhatə olunmasına görə xəritələr : a) dünya və yarımkürələr xəritəsi, b) materiklər və onların hissələrinin xəritəsi, ç) dövlətlərin və onların ayrı-ayrı hissələrinin xəritəsinə bölünür.
Miqyasına görə xəritələr 3 qrupa bölünür:
1. Miqyası 1:200.000 və ondan böyük olan (1:50.000; 1:25.000) xəritələrə böyük miqyaslı və ya topoqrafik xəritələr deyilir. Topoqrafik xəritələrin miqyası 1:10.000-1:200.000 arasında olub, ümumcoğrafi xəritələr qrupuna aiddir. Topoqrafik xəritələr – plan ilə coğrafiya xəritəsi arasında keçid rolunu oynayır. O, planın şərti işarələrindən istifadə edir və adi xəritələrdə olduğu kimi dərəcə toruna malik olur. Iri miqyaslı topoqrafik xəritənin hər bir vərəqi Yer səthinin nisbətən kiçik, əslində müstəviyə yaxın hissəsini təsvir etdiyindən burada təhriflər çox cüzi olur. Buna görə də bu xəritələrdən kiçik ərazilərin öyrənilməsində geniş istifadə olunur. Geniş ərazilər topoqrafik xəritələrdə vərəqlər üzrə tərtib olunur. Hər vərəq 60 –dən bir çəkilmiş meridian və 40-dən bir çəkilmiş paralellərdə sərhədlənmiş tropesiyalar əmələ gətirir. Xəritədə 2 meridian (xəritənin yan çərçivələri) və 2 paralel (xəritənin alt və üst çərçivələri) olur.
2. Miqyası 1:200.000-dən 1:1.000.000-dək olan xəritələrə orta miqyaslı və ya icmal-topoqrafik xəritələr deyilir.
3. Miqyası 1:1.000.000-dan kiçik olanlara kiçik miqyaslı və ya icmal xəritələri deyilir.
Xəritənin miqyası kiçildikcə orada təsvir olunan obyektlərin bəziləri atılır, digərləri isə sadələşdirilir. Ona görə də miqyas kiçildikcə xəritədə təsvirin dəqiqliyi azalır, lakin burada daha geniş ərazilərin təsvir olunmasına şərait yaranır. Xəritənin məqsədindən və miqyasından asılı olaraq burada təsvir olunacaq obyektlərin seçilməsinə və sadələşdirilməsinə kartoqrafik generalizasiya (ümumiləşdirmə) deyilir. Miqyas kiçildikcə generalizasiya çoxalır.
Yerin kürəvi səthinin düz səthə (yəni xəritədə) təsvir üsuluna kartoqrafik proyeksiya deyilir. Kürə səthini müstəviyə düzgün açmaq qeyri-mümkündür. Bu vaxt toxunma xəttindən kənarda təhriflər (səhvlər) yaranır.səthini müstəviyə keçirməyin müxtəlif yolları var.
Bu zaman aşağıdakı həndəsi proyeksiyalardan istifadə olunur.
1. Silindirik proyeksiyada qlobus ekvator boyu silindirə toxunur. Toxunma xətti təhrifsizdir.
Miqyas ekvator üçün qəbul olunur. Ekvatordan qütblərə doğru təhrif artır.
2. Konus proyeksiyasında - qlobus hər hansı bir paralel boyu müstəviyə toxunur. Toxunma xətti təhrifsiz olur.
3. Azimutal proyeksiyada -qlobus hər hansı bir nöqtədə müstəviyə toxunur. Kənarlara doğru təhrif artır.
4. Coxüzlü proyeksiyada - ərazinin təsviri müxtəlif vərəqlərdə tərtib olunur. (məs: atlas)
Bu proyeksiyalarda kağızın qlobusa toxunduğu xətt və ya nöqtə təhrifsiz olur. Bu xətt və ya nöqtə sıfır təhrifli xətt (nöqtə) adlanır. Onlardan uzaqlaşdıqca təhrif artır. Odur ki, xəritənin hər yanında miqyas eyni olmur. Xəritədə yazılan miqyas baş miqyasdır. Təhrifsiz xətt üçün nəzərdə tutulur. Digər ərazilərdə xüsusi miqyasdan istifadə edilir. (meridian və paralellərə əsaslanır). Xüsusi miqyas baş miqyasdan ya kiçik, ya da böyük olur.
Xəritədə 4 cür təhrif olur:
1. Uzunluq bunları aradan qaldırmaq olmaz.
2. Forma
3. Bucaq proyeksiyalar vasitəsi ilə onları aradan qaldırmaq olar.
4. Sahə
Təhrif xüsusiyyətinə görə proyeksiyalar 3 qrupa bölünür:
1. Bərabərbucaqlı - xəritədəki bucaqlar qlobusdakı bucaqlara uyğun gəlir. Nəqliyyatda istifadə olunur.
2. Bərabərsahəli - Yerdəki obyektlərin sahəsi təhrifsiz olur. Ölçmə işlərində istifadə edilir.
3. Ixtiyari - bütün təhriflər olur.
Azərbaycan Res-nın xəritələri ən çox bərabərbucaqlı və konus proyeksiyaları vasitəsi ilə tərtib olunur.
Miqyas, dərəcə toru və kartoqrafik proyeksiya xəritənin riyazi əsasını; relyef,
hidroqrafik şəbəkə isə xəritənin coğrafi əsasını təşkil edir.

Silindirik proyeksiya |

Yorum Gönder