Vulkan – yer
qabığındakı çatlardan püskürmüş kül, lava və
dağ süxurlarının qırıntılarından yaranmış dağdır.Qədim Romada yeraltı alov allahı Vulkan adlanırdı.
Planetin tam mərkəzində hərəkət edən
maye halında süxurlardan – maqmadan yer üzünə
açılan bu odpüskürən nəfəsliklərə elə sözügedən
allahın adı verilmişdir. Yatmış vulkan fəaliyyətə başlayanda kraterindən lava, kül, yanar qazlar, su buxarları və parçalanmış dağ süxurları
püskürür. Dəniz dibində olan bəzi vulkanlar vulkanik adalar əmələ
gətirir. Yer üzündə 600-dən çox aktiv vulkan var. Bir çox vulkanlar artıq fəaliyyətini dayandırıb. Onlar sönmüş, və ya ölü vulkanlar
adlandırılırlar.
Bir çox hallarda vulkan püskürməsi çox dəhşətli fəlakətlərlə nəticələnir: məsələn, 1902-ci ildə
Martinikada yerləşən Mon-Pele vulkanının oyanması
nəticəsində 40000 nəfər həyatını itirmişdi.
883-cü ildə
İndoneziyanın Krakatoa adasında vulkan püskürməsi
baş verdi. Püskürmənin səsi o qədər
güclü idi ki, onu 5000 km məsafədən – Avstraliyadan da eşidirdilər.
Partlayışın yaratdığı effekt dağıdıcı olduğu qədər də
cəlbedici idi:
Kül və
daş parçaları 80 km hündürlükdə
havaya uçdular. Külək
vulkanik külü bütün dünyaya yaydı və
nəticədə günəşin
qürubu zamanı çox gözəl
effekt yarandı. Okeanda nəhəng sunami dalğası qalxdı və Yava, Sumatra adaları su
altında qaldı, fəlakət nəticəsində 36000 nəfər həyatını
itirdi.
Hər
şey sakitləşəndən sonra Krakatoa adası artıq yox olmuşdu – onun
yerində yalnız bir neçə diş-diş qaya qalmışdı.
Yorum Gönder